MÜASİR TƏLƏBLƏR
SƏVİYYƏSİNDƏ
Nazirlər Kabinetinin 2012–ci ildə Azərbaycan
Respublikası sosial–iqtisadi
və inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cəmiyyətimizin dinamik inkişaf templəri
aydın, real rəqəmlərlə bir daha açıqlanmışdır.
Prezident İlham Əliyev iclasdakı nitqində bir daha bəyan etmişdir ki, ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi strateji kursun uğurla davam etdirilməsi nəticəsində regionun lider dövlətinə
çevrilən Azərbaycan sürətlə inkişaf
edir, onun beynəlxalq
aləmdə nüfuzu artır. Ölkə
rəhbəri eyni zamanda
qarşıda duran vəzifələrdən
danışmış, mühüm
tapşırıqlar vermişdir. O, 2013–cü ili Azərbaycanda “İnformasiya və kommunikasiya
texnologiyaları ili” elan
etmişdir.
Hər yerdə olduğu kimi, Cəlilabad rayonunun telekommunikasiya
qovşağının kollektivi də
dövlət başçısının bu
qərarını dərin razılıq hissi
ilə qarşılamışdır. Onlar
cənab İlham Əliyevin nitqindəki
müddəaları diqqətlə öyrənir, həyata
keçirmək üçün səy və
məsuliyyətlərini artıracaqlarını bildirirlər.
Rayon telekommunikasiya
qovşağının rəisi Zaur Məmmədov
bu sahədə çoxdandır ki, çalışır, Qarabağ
müharibəsinin veteranı peşəsini ürəkdən
sevən mütəxəssisdir. O, rəhbərlik etdiyi kollektivin işindən
həvəslə söhbət açaraq
dedi:
—Azərbaycanın son 20 il ərzində həm iqtisadi, həm də sosial inkişafının əsas səbəblərini ölkəmizdə həyata keçirilən davamlı islahatlarda axtarmaq lazımdır. Məhz dərindən düşünülmüş çoxsahəli strateji planların uğurla yerinə yetirilməsi əhalinin sosial vəziyyətinin əvvəlki illərə nisbətən xeyli yaxşılaşmasına gətirib çıxarmışdır. Milli inkişaf strategiyamızın xalqın rifahının yüksəldilməsinə yönəldilməsinin bariz təcəssümünü rabitə, informasiya və telekommunikasiya sisteminin yenidən qurulması sahəsindəki tədbirlərdə də görürük. Son illər bu sahəyə qayğı və diqqət ardıcıl olaraq gücləndirilir. Biz hər gün həyata keçirilən yeniliklərin şahidi oluruq.
Cəlilabad respublikamızın inkişaf
etmiş rayonlarındandır. Ərazisinə, inzibati vahidlərinin sayına, təsərrüfatların
miqyasına görə
burada rabitənin və telekommunikasiya xidmətlərinin gücləndirilməsi
gündəlik diqqət
tələb edən vacib sahədir. Razılıqla qeyd etmək
olar ki, rayon telekommunikasiya qovşağının
kollektivi həmin məsələnin mühümlüyünü
yaxşı başa düşür və öhdəsindən uğurla
gəlir. Ötən ilin
yekunlarına, görülmüş
işlərə nəzər
salanda bunu aydın görmək olar.
2012–ci ildə EATS–ın xidmət ərazisində abunəçilərin çoxsaylı
müraciətləri nəzərə
alınaraq 856 yerlik
DSLAM avadanlığı quraşdırılaraq
istifadəyə verilmişdir.
Rayonun Sabirabad kəndinə yeni kabel xətlərinin
çəkilişi və
müvafiq avadanlıqların
quraşdırılması nəticəsində kəndin
abunəçiləri rayon mərkəzi elektron avtomat–telefon stansiyasına
qoşulmuşlar. 48 yerlik DSLAM avadanlığı
da sakinlərin istifadəsinə verilmiş,
kənddəki abunəçilərin
internetə qoşulmasına
şərait yaradılmışdır.
Qarazəncir kəndində 32 yerlik DSLAM avadanlığı
quraşdırılmış, kəndə çəkilmiş
yeni xətlər vasitəsilə abunəçilərin
mərkəzi ATS–ə qoşulması
təmin edilmişdir.
Ən iri yaşayış məntəqələrindən olan Göytəpə şəhərində, Alar,
Günəşli, Astanlı,
Maşlıq, Privolnoye
kəndlərində də
köhnə avadanlıqlar
yeniləri ilə əvəz olunmuş, ən müasir rabitə vasitələri sakinlərin istifadəsinə
verilmişdir.
Kənd EATS–lərinin sürətli
internet xidmətinə qoşulması
tədbirləri hazırda
yüksək səviyyədə
davam etdirilir. Belə ki,
telekommunikasiya qovşağının
xidmət göstərdiyi
ərazidə optik kabellərin çəkilməsi
davam etdirilir. Əksər kəndlərin abunəçiləri
artıq ən müasir xidmətlərdən
faydalanırlar.
Bütün bunlardan əlavə, 250 abunəçinin giriş
xətləri yenisi ilə əvəz olunmuş, Qarakazımlı,
Gülməmmədli, Təklə,
Şabanlı, Şiləvəngə
xətlərində sonlama
qutuları qoyulmuş,
keyfiyyətli rabitə
təmin olunmuşdur. Yola saldığımız il ərzində 27 abunəçinin telefonları
bərpa edilmiş, 33
vətəndaşa yeni
telefon xətti çəkilmişdir. Ümumilikdə,
ötən il
150–yə yaxın abunəçi
sürətli internet xəttinə
qoşulmuşdur. Yaxın gələcəkdə
Cəlilabad şəhərinin
“Kirovka” adlanan yaşayış massivində
768 yerlik yeni elektron avtomat–telefon stansiyasının quraşdırılması
və əhalinin istifadəsinə verilməsindən
ötrü hazırlıq
işləri aparılır.
Qovşağın işinin müasir tələblərə uyğunlaşdırılması
üçün ardıcıl
tədbirlər görülür,
maddi–texniki təminatın
yüksəldilməsinə xüsusi fikir verilir. 12 min nömrə tutumu
olan müəssisənin
10 min nəfər abunəçiyə
xidmət göstərməsi
az zəhmət
tələb etmir. Bu zəhmətin müqabilində
işçilər üçün
normal şərait yaradılması,
onların arzu və istəklərinin vaxtında yerinə yetirilməsi, müraciətlərinə
diqqət və qayğı ilə yanaşılması mühüm
əhəmiyyət kəsb
edir. Qovşaq müasir cihazlarla təchiz olunmuş, onun yerləşdiyi bina, iş otaqları
yüksək keyfiyyətlə
təmir olunmuşdur.
Hər tərəfdə təmizlik,
səliqəlilik hökm
sürür, texniki heyət ona yaradılmış şəraitdən
razılıq edir.
Kollektiv üzvlərinin hər birinin müraciətlərinə
vaxtında baxılır,
operativ tədbirlər
görülür. Ötən
il rəhbərliyin
ünvanına daxil olmuş 109 müraciətin,
demək olar ki, hamısı haqqında müvafiq tədbir görülmüş,
qənaətləndirici cavablar
verilmişdir.
Z.Məmmədov onu da qeyd etdi ki, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir, deməli, hər şeydən əvvəl müasir texnologiyaların tətbiqinə və inkişafında daha öncül olmalıyıq. Bu, zamanın tələbidir.
Sabir Mustafayev
Respublika.- 2013.- 26 yanvar.- S. 5.