AZƏRBAYCANIN UĞURLU XARİCİ TİCARƏT SİYASƏTİ ÜMUMİ İNKİŞAFIN VACİB AMİLİDİR

 

Dünya ölkələrinin iqtisadi inkişaf tarixi göstərir ki, xarici ticarət siyasəti müxtəlif tarixi mərhələlərdə fərqli məzmun daşımaqla, həmin dövrün konkret xüsusiyyətlərindən və bunların əsasında formalaşan situasiyadan asılı olmuşdur.

Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkəmizin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla bərabər ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanır.

Son illər ərzində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində respublikanın xarici ticarət əlaqələrinin tənzimlənməsi istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş model daha da inkişaf etdirilmiş və müasirləşdirilmiş, ölkəmiz ümumdünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində bir çox maneələri dəf etmiş, ixracidxal əməliyyatlarının aparılmasında Azərbaycanın milli mənafelərinin qorunması yönümündə böyük irəliləyiş müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, təkcə ötən ilin on bir ayı ərzində 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil etmiş, qeyrineft ixracı 11,2 faiz artmışdır.

 

Ümumiyyətlə müasir dünya təsərrüfatının qloballaşması prosesinə paralel olaraq beynəlxalq ticarətin sürətlə inkişaf etməsi də mühüm şərtlərdən biridir. Bazar iqtisadiyyatına keçidin start vəziyyətinin sistemli şəkildə qiymətləndirilməsi göstərir ki, Şərqi Avropa ölkələri ilə müqayisədə sabiq SSRİ respublikaları daha az əlverişli mövqedə olmuşdur. O dövrdə bu hər şeydən əvvəl onunla izah olunurdu ki, sözügedən ölkələr qrupunun, o cümlədən Azərbaycan Respublikasının dünya bazarı ilə əlaqələri son dərəcə zəif və əhəmiyyətsiz formada təşəkkül tapmışdı. Ən böyük problemlərdən biri xarici ticarət sferasında hər bir təcrübənin, yaxud müəyyən zaman intervalı çərçivəsində formalaşmış ənənələrin yoxluğu, kadr kasadlığı və s. tipli məsələlərin qabarıq şəkildə ortalığa çıxmasında idi.

SSRİ–nin süqutusabiq müttəfiqlərin dövlət müstəqilliyi əldə etməsi nəticəsində qarşılıqlı ticarət əlaqələrinin kəskin tənəzzülü dövrü başladı. Qeyd edilən prosesin əmələ gəlməsi təkcə imperiyanın dağılması ilə əlaqələndirilə bilməz. Belə ki, qarşılıqlı ticarət bağlılığının qırılmasında əsas səbəblərdən biri sosialist bazarının spesifikası ilə bağlı idi.

Keçid dövrünün ilkin vaxtlarında mövcud və yaranmış problemlərin kəskinlik dərəcəsini azaltmaq üçün sözügedən ölkələr qrupu ixracın artımına nail olmağa çalışırdı və bu artım əsasən və başlıca olaraq onun fiziki həcminin yüksəldilməsi çərçivəsində həyata keçirilir, ixracın orta qiymətinin aşağı düşməsi və ölkənin ticarət şəraitinin pisləşməsinə fikir verilmirdi. Həmin vaxtlarda əksər postsosialist ölkələrində müşahidə olunan situasiya Azərbaycan Respublikasında da analoji məzmun daşıyırdı. Bu hal özünü xarici ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsində, onun coğrafiyasının daralmasında daha aydın formada təzahür etdirirdi. Qeyd etmək lazımdır ki, yalnız makroiqtisadi sabitliyə nail olunduqdan sonra xarici ticarət əlaqələrinin dəyərcə həcminin artımı, onun coğrafiyasının genişləndirilməsi müşahidə oluna bilərdi. Belə ki, əgər Azərbaycanın ticarət partniyorlarının sayı 1997–ci ildə 84, 1998–ci ildə 104, 1999–cu ildə isə 121 ölkə olmuşdursa, hazırda onların sayı 150–ni keçmiş, əksər ölkə qrupları ilə iqtisadi əlaqələr formalaşdırılmışdır.

1991–1993– illərdə SSRİ–nin süqutu və Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi dövrdə, məlumdur ki, anarxiyaxaos hökm sürmüş, iqtisadiyyatın təməl sütunları dağıdılmış, ölkə sosialiqtisadi böhrana sürüklənmişdi. Sözsüz ki, qeyd olunanlar hələ yenicə formalaşmaqda olan, yaxud start götürən xarici ticarət əlaqələrinə mənfi təsir göstərmiş, yanlış xarici siyasət kursunun nəticəsində ənənəvi tərəf müqabillərlə münasibətlər qırılmış və ticarət dövriyyəsi kəskin şəkildə aşağı düşmüşdü. Əlbəttə ki, bu proseslərdə Azərbaycan milli valyutasının dövriyyəyə buraxılması və onun sürətli devalvasiyası da mühüm rol oynamışdır.

Ulu öndər Heydər Əliyevin 1993– ildə xalqın təkidi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı nəticəsində mərkəzləşdirilmiş unitar dövlətin qurulduğu, Ermənistanla müharibənin dayandırıldığı və 1995–ci ildən etibarən bazar iqtisadiyyatına keçidyönümlü sistemli islahatların başlandığı dövr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Artıq 1994–1996–cı illər ərzində ölkənin xarici ticarət dövriyyəsinin inkişaf dinamikasında müsbət yönümlü dəyişikliklərin təzahür etdiyi müşahidə olunurdu.

1995–1998–ci illər beynəlxalq iqtisadi əlaqələr tarixində “Vaşinqton”və “Post Vaşinqton Konsesusuna” əsaslanmaqla sistemli islahatların həyata keçirilmə intensivliyinin artımı, makroiqtisadimakro maliyyə sabitliyinin qərarlaşması (1997–ci il), xarici ticarətin ardıcıl şəkildə liberallaşdığı bir dövr kimi səciyyələndirilir. Həmin illər ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin inkişaf dinamikası daha sabit və ardıcıl şəkildə yüksələn qrafiklə getmişdir. Sözsüz ki, bunun əsas səbəbi ölkədə düzgün inkişaf modelinin tətbiqi və Heydər Əliyev tərəfindən dünyada baş verən sosialiqtisadisiyasi prosesləri nəzərə alaraq yaranmış beynəlxalq vəziyyətdən Azərbaycanın iqtisadi mənafelərinə uyğun şəkildə məharətlə istifadə olunmasıdır.

2003– ildən başlayaraq respublikamız sosialiqtisadi inkişafın sürətləndiyi və genişləndiyi dövrə qədəm qoymuşdur. Heydər Əliyev siyasi ənənələrinin layiqli davamçısı cənab İlham Əliyev ölkədə müasir dövrün tələblərinə cavab verən hərtərəfli islahatların həyata keçirilməsini elan etdi. İqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, bu mərhələdə xarici ticarət dövriyyəsi sürətlə artmağa başlamış, onun coğrafiyası əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Başlanan yeni dövr sosialiqtisadi inkişafın dayanıqlı xarakter alması, bazar iqtisadiyyatına keçid dövrünün başa çatması və ölkənin beynəlxalq əmək bölgüsündə layiqli yer tutması kimi mühüm iqtisadisiyasi hadisələri özündə əks etdirir. Qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və iqtisadiyyatın şaxələndirilməsini təmin edən islahatlar nəticəsində Azərbaycanın xarici ticarət dövriyyəsi durmadan yüksəlmiş və onun coğrafi oriyentasiyasında açıq–aydın şəkildə müsbət təmayüllər üzə çıxmışdır.

Artıq qeyd etdiyimiz kimi Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla ilk növbədə rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanır. Keçid iqtisadiyyatı şəraitində xarici ticarət siyasətinin real gerçəkliyə adekvatlılığının təminatında mühüm məsələlərdən biriixrac siyasətinin ümumiqtisadi inkişafın tələblərinə uyğunlaşdırılması məsələsidir ki, bu da Azərbaycan Prezidentinin yeritdiyi iqtisadi siyasəti nəticəsində uğurla həyata keçirildi.

Məsələ bundan ibarətdir ki, ixrac potensialının sabit artımı gec ya tez investisiya siyasətinin həmin istiqamətdə təkmilləşdirilməsi zərurətini ortaya qoyacaqdır. Bu mənada ki, ixrac sferası investisiya siyasətinin prioritet istiqamətinə çevrilməklə ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq proteksionist tədbirlərə əl atmaq labüdlüyünü yaradacaqdır ki, bu da sonda beynəlxalq iqtisadi təşkilatlar, yaxud inkişaf etmiş ölkələr tərəfindən əks təsirlə qarşılaşacaqdır. Fərəhlə qeyd etməliyik ki, investisiya rejiminin liberallaşma dərəcəsindən asılı olmayaraq ölkəyə xarici investisiyaların axın intensivliyinin aşağı düşməsinin qarşısı qətiyyətlə alındı.

Xarici ticarət siyasətində mühüm əhəmiyyət kəsb edən vasitələrdən biri —ixracın stimullaşdırılması keçid iqtisadiyyatlı ölkələrdə elə bir rol oynaya bilmir. Belə ki, əvvəla, bu ölkələr qrupuna ixracın stimullaşdırılması üçün zəruri olan iqtisadisiyasi resurslar kifayət edici səviyyədə deyildir. İkincisi, Ümumdünya Ticarət Təşkilatının normaları ixracın stimullaşdırılmasını rədd edir. Bu təşkilata üzv olmaq istəyən keçid iqtisadiyyatlı ölkələr sözsüz ki, qeyd olunan halı mütləq nəzərə almalı idi, Azərbaycan da bu baxımdan istisna təşkil etmir. Keçid dövrünün ilkin vaxtlarında mövcud və yaranmış problemlərin kəskinlik dərəcəsini azaltmaq üçün sözügedən ölkələr qrupu ixracın artımına çalışır və bu artım əsasən və başlıca olaraq onun fiziki həcminin yüksəldilməsi çərçivəsində həyata keçirilir, ixracın orta qiymətlərinin aşağı düşməsi və ölkənin ticarət şəraitinin pisləşməsinə isə fikir verilmirdi. Lakin bu situasiya Azərbaycan Respublikasında fərqli məzmun daşıyırdı. Qeyd edək ki, ölkəmizdə ardıcıl həyata keçirilən sistemli tədbirlər nəticəsində makroiqtisadi sabitliyə nail olunduqdan sonra xarici ticarət əlaqələrinin dəyərcə həcminin artımı, onun coğrafiyasının genişlənməsi müşahidə olundu. Xarici ticarətin coğrafiyası əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənmişdir. Qeyd edək ki, Azərbaycanın xarici ticarət əlaqələrində Avropa ölkələrinin rolu həddən artıq yüksəkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Bizim planlarımız çoxdur. …Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə çox səmərəli münasibətlər mövcuddur, səmərəli əməkdaşlıq aparılır… Xarici tərəfdaşlarla bu məsələlərlə bağlı ciddi müzakirələr aparılır”.

Əminliklə söyləyə bilərik ki, Azərbaycanın müstəqillik dövründə 1995–ci ildən başlayaraq xarici ticarət əlaqələrinin dinamikası əhəmiyyətli dərəcədə inkişaf etmişdir, coğrafiyasi getdikcə genişlənməkdədir. Bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən müasir xarici ticarət siyasəti əslində bütövlükdə beynəlxalq iqtisadi münasibətlər kompleksində baş verən proseslərin daxili məntiqinə uyğun şəkildə milli iqtisadisiyasi amillərin qarşılıqlı təsirindən formalaşan mürəkkəb bir sistemdir. Xarici ticarət əməliyyatları ölkəmizin milli maraqlarına uyğun şəkildə həyata keçirilir. Xarici ticarət dövriyyəsinin inkişaf dinamikasında aşkara çıxarılmış meyil və təmayüllərin qərarlaşması prosesi demək olar ki, bütünlükdə idxal və ixracatın əmtəə strukturunda baş verən müsbət dəyişikliklərə söykənir.

Ümumiyyətlə ixracidxal potensialından tam şəkildə və səmərəli istifadə edildiyi, habelə iqtisadiyyatın birbaşa dünya bazarının tələbinin ödənilməsinə yönəldiyi üçün respublikamızda milli təsərrüfat çox dinamik inkişaf edir. Həmçinin dünya bazarında kəskin rəqabətin təsiri ilə milli müəssisələrin istehlak texnologiyalarının keyfiyyəti yüksəlir, əmtəə və xidmətlərin qiyməti aşağı düşür, beləliklə də əhalinin rifah halı yüksəlir. Buna görə də respublikamızda ümumən xarici ticarətin, o cümlədən sahə iqtisadiyyatının genişləndirilməsinə milli iqtisadiyyatın inkişaf etdirilməsinin mühüm amillərdən biri kimi baxılır. Azərbaycan təkcə özünü təmin edəcək səviyyədə deyil, həm də Avropadünya təchizat sistemində səmərəli şəkildə iştirak edə biləcək miqdarda istehsalresurs ehtiyatlarına malikdir.

Sirr deyil ki, iqtisadi inkişafı şərtləndirən və əhəmiyyətli dərəcədə sürətləndirən əsas amillərdən biri də dövlətlərarası ticarət əlaqələrinin genişləndirilməsi, uğurlu idxalixrac əməliyyatlarının həyata keçirilməsi, onlar arasında nisbətin milli maraqlara uyğun olaraq düzgün qurulmasıdır. Ulu öndər Heydər Əliyevin təkrarsız və unikal dövlət idarəçilik məktəbinin davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət milli maraqlarımızın qorunmasını təmin etmişdir. Digər sahələrdə olduğu kimi xariciiqtisadi fəaliyyət sferasında da daim inkişaf nəzərə çarpır, xarici–ticarət dövriyyəsinin həcmi böyük sürətlə artır.

 

 

Emin QASIMOV

 

Respublika.- 2013.- 29 yanvar.- S.1, 3.