Dəyərli dərs vəsaiti

 

Yasəmən Əliyeva Azərbaycan Kooperasiya Universitetinin iqtisadiyyatmenecment kafedrasının müdiri vəzifəsində çalışır. İstedadlı alim Qərbi Azərbaycanın Qarakilsə rayonunun Arcut kəndində dünyaya gəlib, ərsəyə çatmışdır. Y.Əliyeva 30 elmi məqalənin, 1 monoqrafiyanın, 2 dərs vəsaitinin və 8 fənn proqramının müəllifidir.

Bu yaxınlarda Yasəmən Əliyevanın “Kooperasiya” nəşriyyatında “Menecmentin əsasları” adlı dərs vəsaiti işıq üzü görmüşdür. Dərs vəsaitində menecmentin mahiyyəti, prinsipləri, funksiyaları, metodları və idarəetmə üslubları barədə məlumat verilmiş, menecmentinmenecerin xarakterik xüsusiyyətləri şərh edilmişdir.

Kitabın ilk fəslində “Menecment fənninin mahiyyəti, məqsəd və vəzifələri”ndən bəhs olunur. Azərbaycan iqtisadiyyatının idarə edilməsinin qarşısında duran ən mühüm istiqamət müəssisələr, birliklər, şirkətlər səviyyəsində menecmentin nəzəri və metodoloji problemlərini işləyib hazırlamaq və həyata keçirməkdir. Menecmentin müasirliyi iki nöqteyi–nəzərdən mühüm əhəmiyyət kəsb edir. Əvvəla, ölkənin bazar münasibətlərinə keçid əsas təsərrüfat sahələrində idarəetmənin mütərəqqi forma və metodlarını tətbiq etməyi, ikincisi, müəssisənin dünya bazarına çıxması və xarici iqtisadi əlaqələrin genişləndirilməsi üçün menecment təcrübəsini dərindən mənimsəmək tələb olunur. Bu baxımdan idarəetmə mexanizmini elə təkmilləşdirmək lazımdır ki, onlar bir adamın yüksək bacarığını aşkara çıxarsın, onu stimullaşdırsın, bütün müəssisənin ümumi mənafeyinə uyğun gəlsin.

İdarəetmə—özünün bütövlüyünü, tamlığını, quruluş vahidliyini saxlamaqla müəssisədə və son məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir.

Menecmentin məqsədi istehsal prosesinin səmərəli təşkili yolu ilə yüksək mənfəət əldə etməkdən ibarətdir.

Kitabın ikinci fəslində “Menecment nəzəriyyəsi və praktikasının inkişafı”ndan söhbət açılır.

“İdarəetmə prosesinin və təşkilinin elementləri” fəslində qeyd olunur ki, menecmentin səmərəli fəaliyyəti üçün menecerin fəaliyyətinin həyata keçirildiyi təşkilat yaradılmalıdır. Təşkilat məfhumu vaxt keçdikcə bir sıra ciddi dəyişikliyə uğramışdır. Başlanğıc mərhələsində təşkilat istənilən sistemin strukturu kimi təqdim edilirdi. Menecment bir elm kimi biliyin müstəqil sahəsinə ayrıldıqda “təşkilat” sözü məna aldı. İndi təşkilat adı ilə müəssisə, firma, idarə və digər əmək qrupları başa düşülür.

Kitabın digər fəsilləri də mühümaktual məsələlərə həsr olunmuşdur.

Menecmentin əsasları” kitabının son fəsli belə adlanır: “Menecment mədəniyyəti və etikası”. Bu fəsildə menecment mədəniyyətinin zəruriliyi, menecment mədəniyyətini formalaşdıran amillər, menecment mədəniyyətinin əsas elementləri, menecment etikasından söhbət açılır.

Yasəmən Əliyevanın zəhməti və gərgin əməyi sayəsində XXII fəsildən ibarət hazırlanmış “Menecmentin əsasları” adlı mühazirə toplusuali məktəb tələbələri üçün dəyərli dərs vəsaitidir.

 

 

Qədir ASLAN

 

Respublika.- 2013.-31 yanvar.- S. 7.