“Neft
Daşları” NQÇİ uğurlarını artırır
“Neft Daşları” NQÇİ 2014-cü
ilin 3 ayı ərzində neft, qaz hasilatı və təhvili üzrə qarşıya qoyulmuş tapşırıqları
artıqlaması ilə
yerinə yetirmişdir.
Belə ki, neft hasilatı
üzrə 231800 ton plana
qarşı 231879 ton neft
hasil edilmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə
dəyişmə tempi 1,3
faiz və yaxud 2979 ton çox təşkil etmişdir.
Qazlift üsulu
ilə 167503 ton, keçən
ilin müvafiq dövrü ilə müqayisədə 4985 ton çox
neft çıxarılmışdır.
Neft təhvili tapşırığına
100,1 faiz əməl olunaraq (plan
229600 ton, fakt 229770 ton) dövlətə
170 ton çox neft təhvil verilmişdir. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə neft təhvili 2980 ton çox olmuşdur.
Neft satışı tapşırığına
100,0 faiz əməl olunaraq dövlətə 45 ton çox
neft təhvil verilmişdir. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə neft satışı 3005 ton çox
olmuşdur.
Qaz hasilatı
üzrə plan 100 faiz
yerinə yetirilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı eyni olmuşdur. Qaz satışı (əmtəəlik qaz) üzrə plan 100 faiz yerinə yetirilmişdir.
Keçən ilin müvafiq
dövrü ilə müqayisədə qaz satışı 50 min kubmetr
çox olmuşdur.
502 istismar quyu fondu olmuş, ondan da 461-i fəaliyyətdə olan quyu fondunu təşkil
etmişdir. Bu quyu
fondunun 398-i qazlift üsulu ilə, 60-ı fontan, 3-ü isə dərinlik nasosu üsulu ilə istismar olunur. Fəaliyyətsiz quyu fondu istismar fondunun 7,8 faizini,
yəni 39 quyu təşkil edir. Mənimsəmə quyu fondu 2 quyu təşkil edir.
NQÇİ üzrə qazımadan 5 quyu istismara daxil edilmişdir. Bu da
keçən ilin müvafiq dövrü ilə müqayisədə
4 quyu çox olmuşdur.
Qazımadan alınan quyulardan neft hasilatı faktiki olaraq 3591 ton olmuşdur. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə hasil edilən neftin miqdarı 3287 ton çox olmuşdur.
“Neft Daşları”
NQÇİ-nin yataqlarında
qalıq çıxarıla
bilən neft ehtiyatı 17296 min tondur. Neft Daşları
yatağında neft ehtiyatı 12526 min ton, Palçıq
Pilpiləsi yatağında
isə qalıq çıxarıla bilən
neft ehtiyatı 4770 min
tondur. Neft ehtiyatının çıxarılması məqsədilə
Neft Daşları yatağında qazıma gedən, tikintisi layihələndirilən və
tikilən 12 meydançadan
102 quyunun qazılması
nəzərdə tutulmuşdur.
2014-cü ilin I rübündə
Neft Daşları yatağında “Neft Daşları” DQİİ tərəfindən
5 özüldə cəmi
6 quyuda qazıma işləri aparılmışdır.
Fəaliyyətsiz fonddan 3 quyu plana qarşı 5 quyu bərpa edilib istismara daxil olmuşdur. Keçən
ilin müvafiq dövrü ilə müqayisədə fəaliyyətsiz
fonddan istismara 1 quyu az daxil olmuşdur. Fəaliyyətsiz fonddan alınan quyulardan 467 ton plana qarşı 1774 ton neft alınmışdır
ki, bu da
keçən ilin müvafiq dövrü ilə müqayisədə
1189 ton çoxdur.
İstismar quyularında hasilatı sabit saxlamaq üçün əsaslı
və cari təmirlər aparılmışdır. Bu baxımdan
2014-cü ilin əvvəlindən
NQÇİ-də 50 təmir
əvəzinə 60 əsaslı
və 155 əvəzinə
157 yeraltı (2013-cü ilin
3 ayı ərzində
153 təmir, keçən
ilin müvafiq dövrü ilə müqayisədə 4 təmir
çox olmuşdur) təmir işləri aparılmışdır. Hesabat
dövrü ərzində
əsaslı təmirdən
sonra 8591 ton (2013-cü ilin
3 ayı ərzində
6845 ton) neft hasil edilmişdir ki, bu da keçən
ilin müvafiq dövrü ilə müqayisədə 1746 ton çox
olmuşdur. Bir təmirin orta davametmə müddəti yeraltı təmirlər üzrə 96,3 saat, əsaslı təmirlər üzrə
162,6 saat təşkil
etmişdir.
Həmçinin hesabat dövrü
ərzində 30 tədbirə
qarşı 40 geoloji tədbir həyata keçirilmiş və bunun hesabına 4398 ton neft hasil olunmuşdur.
Köhnə quyularda neft hasilatını sabit saxlamaq məqsədilə
78 tədbirə qarşı
124 texniki tədbir həyata keçirilib və nəticədə 3615
ton neft hasil olunmuşdur.
Lay təzyiqini saxlamaq üçün NQÇİ-də
16 quyu vasitəsilə
64790 kubmetr həcmində
su vurulmuş və bunun hesabına
5018 ton neft hasil olunmuşdur.
2014-cü ilin I rübü
ərzində PXTQ-yə
əsasən 465 dəfə
texniki xidmət göstərilib və yağlanıb.
97 və 1741 saylı
meydançalara 2 ədəd
damcıtutan və 5 kubmetrlik çən hazırlanmış və
quraşdırılmışdır. 741 saylı meydançanın
helikopter meydançasına
1 dəst köpük
əmələgətirici generator və köpük məhlulu verilmiş, sistem işçi vəziyyətə gətirilmişdir.
2150 saylı meydançada
HAK-250 tipli platforma kranı quraşdırılıb
və sınaqdan keçirilərək istismara
verilib. Özülün helikopter meydançasındakı
köpük əmələgətirici
sistem işçi vəziyyətə gətirildi. 2 saylı
İNYM-də təhlükəli
hissədən 3 ədəd
SNS 180x175 tipli mərkəzdənqaçma
nasosları çıxarılaraq
təmir olunmuş hissəyə quraşdırılıb
və istismara verilmişdir. 1 ədəd “Tornado” 230/1500 markalı
dəzgahı QKS-nin mexaniki emalatxanasında quraşdırılıb.
Baza-1-də
1 ədəd texnoloji blok təmir
olunaraq quraşdırılması
üçün 418 saylı
meydançaya verildi,
1304 saylı meydançada
yerləşən texnoloji
blok təmir olundu. 1 ədəd texnoloji blok
təmir olunaraq 2150
SDÖ-də quraşdırılıb
və istismara verilib. 2150 SDÖ-də 1 ədəd 800x88 tipli separator quraşdırılıb.
Bundan əlavə, 2 ədəd
balansdan silinmiş porşenli NB-32 nasosu
İATS-də təmir
olunaraq 1645 və 418 saylı meydançaya verilib.
2014-cü
ilin 3 ayı ərzində 0.470 kilometrə
qədər estakadada
3 ədəd meydançada
təmir işləri
görülmüşdür, 1.732 kilometrə qədər müxtəlif təyinatlı
və müxtəlif diametrli boru kəmərlərində əsaslı
təmir işləri
aparılmışdır.
10395 kvadratmetr korroziyaya qarşı mühafizə
işləri, 5650 kvadratmetr
asfalt-beton işləri
yerinə yetirilmiş,
bir çox estakada və meydançalarda küçə
işıqlandırıcıları quraşdırılmış, 1,3 və 4 saylı KS-nın “Qaz-Su” soyutma sistemləri təmir edilərək yeniləri quraşdırılıb,
sualtı elektrik kabelləri təmir olunaraq istismara verilmişdir. 3 ay ərzində 2 ədəd
gəmi yanalma meydançası quraşdırılıb.
2014-cü ilin 3 ayı
ərzində NQÇİ-də əmək şəraiti vəziyyətinin
yaxşılaşdırılması və istehsalat zədələnmələrinin qarşısının alınması
sahəsində müəyyən
işlər görülmüşdür.
2014-cü ilin 3 ayı
ərzində ətraf
mühitin mühafizəsi
sahəsində də
xeyli işlər görülmüşdür. Belə
ki, 95890 kubmetr lay suyu utilizasiya
olunmuş, geoloji tədbirlər nəticəsində
lay sularının hasilatı
959 kubmetr azalmış,
22520 kubmetr dəniz suyu Əks Osmos
qurğusunda şirinləşdirilmişdir.
950 min kubmetr səmt
qazı kompressorlar vasitəsilə tutularaq sistemə qaytarılmışdır.
35600 kubmetr məişət
çirkab suları
“Biomass” tipli təmizləyici
qurğu vasitəsilə
təmizlənmişdir. Mütəmadi olaraq NQÇİ-nin ərazilərində monitorinqlər keçirilmişdir.
2014-cü ilin 3 ayı
ərzində sosial-məişət
şəraitinin yaxşılaşdırılması
istiqamətində “Neft
Daşları” NQÇİ-də müəyyən işlər görülmüşdür.
Yataqxana korpuslarında, çay evində, vertolyot meydançasında, qəsəbə və park ərazisində təmizlik işləri aparılmış, yollar təmizlənmiş, parkda qazon sulanmış, biçilmiş, ağaclar budanmış və bu işlər mütəmadi olaraq davam etdirilir.
Yataqxana korpuslarının dəhlizlərində cari təmir işləri aparılmışdır. Quyuların əsaslı və yeraltı təmir sexinin emalatxanasında təmir işləri aparılmış, 4 ədəd plastik qapı verilmiş, DQİİ-nin yeməkxanasında cari təmir işləri, 1, 2, 4, 5 saylı NQÇS-nin inzibati binalarında sanitar qovşaqlarda təmir-bərpa, Çay Evinin 1-ci mərtəbəsində mətbəxin tavanına lambir vurulmuş, ağartma işləri aparılmışdır.
Sexlərdə, yataqxana korpuslarında dezinfeksiya tədbirləri görülmüşdür.
Üç ay ərzində işçilərin dəniz və hava nəqliyyatı vasitələri ilə gətirilib aparılmaları, içməli suyun və ərzaq məhsullarının gətirilməsi təşkil edilmişdir.
“Neft Daşları” NQÇİ-nin kollektivi qarşısında bu il çox gərgin və məsul vəzifələr dayanır. Bu vəzifələrin yerinə yetirilməsi üçün neftçilərimiz bundan sonra da qüvvə və bacarıqlarını əsirgəməyəcək, neft və qaz hasilatını daha da artırmaq üçün səylərini səfərbər edəcəklər.
Qoçalı
MAHMUDOV,
Azneft İB-nin “Neft Daşları” NQÇİ-nin
rəisi.
Respublika.-2014.- 25 aprel.- S.7.