Ömür vəfa etsəydi...

 

Dünyaya göz açan hər bir kəsin öz həyat yolu, tale yazısı var - deyirlər. Ömrü yaddaşlara naxış salan bir ömür yolu keçdiSvetlana.

Zirvəsində qış, ətəyində bahar olan dağları, yaylaqları, zümrüd meşələri, sıldırım qayaları, buz bulaqları, min bir dərdin dərmanı - havası, suyu, bir sözlə, zəngin təbiəti ilə məşhur olan qədim Naxçıvan diyarında dünyaya gəlmişdi Svetlana Məmmədova.

Uşaqlığı II Dünya müharibəsi illərinə düşüb. Həyatda aldığı amansız ilk zərbə atası Həmid kişininqara” kağızı olub.

Ailədə 4 uşaq Rübabə ananın qayğıkeşliyi sayəsində böyüyüb başa çatıb. Orta məktəbi Naxçıvanda bitirib, Bakıya gəlib. M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olub. Ali məktəbi 1962-ci ildə müvəffəqiyyətlə bitirib, təyinatını Sumqayıtdakı Sintetik kauçuk zavoduna alıb. Bir müddət işlədikdən sonra yerini dəyişərək Bakı “Azərelektrosvet” zavodunda laboratoriya mühəndisi işləyib. İşlədiyi müddətdə neçə-neçə səmərələşdirici təkliflərin müəllifi olub. Bir müddət sonra həyatını ömürlük elmə bağlamalı olub. Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda həm işləyib, həm də aspirantura təhsili alıb.

Svetlana Məmmədova neçə-neçə şöhrətli alimlərlə çiyin-çiyinə işləmiş, onlardan dəyərli, qiymətli məsləhətlər almışdır. 1973-cü ildə elmi işini müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb. Alimin namizədlik dissertasiyası elmi əhəmiyyətli, həm də çox böyük praktiki əhəmiyyətə malik olub. Görülən elmi işlərin nəticəsində böyük səmərələr əldə edilib, istehsalatda özü sabitləşən termo-işıq və odadavamlı qalay (xlor) tərkibli sopolomerlər istehsal olunmaqla çox böyük səmərə verib.

Svetlana Məmmədova elmi tədqiqat işlərini davam etdirməklə 1988-ci ildə M.Lomonosov adına Moskva Kimya-Texnologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

Svetlana Məmmədova yüksək molekullu birləşmələr sahəsində elmdə yeni cığır açan, bu mövzuda doktorluq işini müdafiə edən ilk azərbaycanlı qadın olub. Alim elmdə həmçinin “qalay” tərkibli polimerlərin tədqiqi sahəsində gərəkli nəticələr əldə edib. Bu nəticələr, yəni alimin elmi tövsiyələri çox böyük təcrübi və nəzəri əhəmiyyətə malik olmuşdur.

Elm fədaisi olan Svetlana Məmmədova 130 elmi məqalənin, 44 ixtiranın müəllifi olub. Alimin rəhbərliyi altında 4 nəfər elmlər namizədi alimlik dərəcəsi adı almışdır. Svetlana Məmmədovanın rəhbərlik etmiş olduğu müntəzəm quruluşlu polimer laboratoriyasında hidrotexniki qurğuların korroziyaya uğramasının qarşısını almaq üçün aparılan işlərin nəticələri hazırda istehsalatda tətbiq edilməklə çox böyük səmərə əldə edilir. Laboratoriyada alınan polimer birləşmələr, həmçinin elektron sənayesində işığa həssas rezistorların alınmasında istifadə olunur.

Tədqiqatçı alim Svetlana Məmmədovanın elmi təklifləri, məqalələri yalnız ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da bu gün Azərbaycan elminə şöhrət gətirir.

Svetlana Məmmədovanın elmi məqalələri Yaponiya, ABŞ, İspaniya, Almaniya, Fransa, Macarıstan kimi  xarici  ölkələrin  elmi jurnallarında dərc  edilmişdir.

Svetlana Məmmədova həmişə elmdə yeniliyə doğru can atırdı. Səmərəli elmi axtarışlar aparmaqla, elmi nailiyyətlərini istehsalatla da sıx əlaqələndirirdi. Alimin apardığı elmi tədqiqatlar onun monoqrafiyalarında, elmi məqalələrində geniş şərh olunmuşdur. Svetlana Məmmədovanın kimya elminə verdiyi töhfələri mütəxəssislər çox yüksək qiymətləndirmişlər. Alim İspaniyanın Madrid, Almaniyanın Dortmund, Rumıniyanın Buxarest, Slovakiyanın Bratislav, Çexiyanın Praqa, Finlandiyanın Helsinki şəhərlərində keçirilən nüfuzlu forumlarda polimer kimya sahəsində geniş elmi məruzələrlə çıxış etmişdir. Xarici alimlər - alimin polimer kimya sahəsində apardığı elmi-tədqiqat işlərinin istehsalata tətbiqinə çox böyük maraq göstərmişlər.

Alimin elmdə apardığı elmi-tədqiqat işləri, istehsalata səmərələşdirici təklifləri yüz minlərlə səmərə vermişdir.

Svetlana Məmmədova bütün həyatını elmi-tədqiqat işlərinə həsr etmişdir. Bu yolda neçə-neçə çətinliklər görmüş, onlara mərdliklə sinə gərmiş və elmin sirlərini dərindən öyrənərək mütəxəssis kimi qiymətləndirilmişdir.

El məsəlidir - deyirlər elini sevəni el sevər. Torpağa, elə-obaya, Vətənə olan məhəbbətin səciyyəvi bir cəhəti var. İnsan yaşa dolduqca Torpaq - Vətən - Məhəbbət sevgisi coşub-daşır.

Svetlana Məmmədova Azərbaycan deyilən Vətəninə, torpağına, elinə-obasına bağlı bir insan idi.

Tarixi yaddaşımızı təzələmək üçün tez-tez tarixin səhifələrini vərəqləməli oluruq, dünənimizi dərk edək, bugünümüz haqqında təsəvvür oyadaq, gələcəyimizi düzgün müəyyənləşdirək.

XX əsr xalqımızın yaddaşına silinməz, dərin izlər buraxmışdır: ötən əsr ən qanlı fəlakətlərin, faciələrin, əzab-işgəncələrin, həm hünər, qəhrəmanlıq rəşadət dolu hadisələrin şahidi olduq.

1988-91-ci illərdə sovet dövləti başçılarının köməyi sayəsində Ermənistan hökuməti Qərbi Azərbaycan, (indiki Ermənistan) ərazisindən 250 mindən artıq azərbaycanlı deportasiya edildi, dədə-baba yurdlarından silah gücünə çıxarıldı.

XX əsrdə 2 milyondan çox azərbaycanlı bu ərazidə soyqırıma, deportasiyaya düçar oldu.

Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin yeni mərhələsi oldu.

Qanlı Yanvarhəmin gün sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakıya Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə o zamankı Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsinə etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutuldu. Öz Konstitusiya hüquqlarının bərqərar edilməsi tələbilə çıxış edən dinc, silahsız əhali gülləbaran edildi. Yüzlərlə günahsız insan yaralandı qətlə yetirildi.

20 Yanvar vəhşiliklərindən sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik, siyasi təslimçilik nümayişi idi desək, heç yanılmarıq.

Bakıda törədilən faciənin ertəsi günüyanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi. Dünyanın onlarca KİV təmsilçilərinin qarşısında sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pisləyərək bəyanat verdi bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi.

Bu bəyanatla ümummilli kider Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. 20 yanvar—Bakıda fövqəladə vəziyyət elan edildi. O günlər şəhərdə heç bir təşkilat, heç bir müəssisə işləmədi. Paytaxtın yolları bağlandı.

O gün yanvarın 24-ü idi. 20 Yanvar qırğını insanları elə sarsıtmışdı ki, haqqında düşünən belə yox idi. Sumqayıtda yerləşən Elmi-Tədqiqat, Xlor, Üzvi Sintez İnstitutunun əməkdaşı olan Svetlana Məmmədova həmkar yoldaşları ilə zəngləşib görüşdülər ki, Sumqayıta yerinə gedib, kollektivdən xəbər tutsunlar. Uzun illərin həmdəmi olan bu həmkar dostlar Bakıdan Sumqayıta professor İbrahim İbrahimovun maşınında getməli oldular. Ceyranbatan gölünün qurtaracağında maşının mühərriki sönür. Elə güman edirlər ki, yanacaq qurtarıb.

Həmkarlardan biriİdris Əhmədovun dediklərindən: “Mən maşından düşüb yanacaq bakını yoxlayanda gördüm hələ iki dəfə Sumqayıta gedib-gəlmək olar. Yoldan tırtıllı hərbi maşınlar keçirdi. Biz onların keçib getmələrini gözlədik. Svetlana xanım isə bu vəhşilərin törətdikləri əməlləri lənətləyirdi. Bu qan yerdə qalmayacaq, - deyə qəzəblənmişdi. Elə bu vaxt sıra ilə gedən ağır hərbi maşınlardan biri dəstədən ayrılıb yol kənarında dayandığımızJiqulimarkalı maşının üstünə yeridi. Qulağımızın dibində sanki top atıldı. Maşında 5 nəfər idik. Tərpənməyə macal tapmadıq. Gözlərimi açanda yoldaşlarımın hərəsini bir tərəfdə qan içində gördüm. Svetlana xanım İbrahim müəllim yerindəcə həlak olmuşdu. İsmayıl Mirsaqulov hadisədən bir neçə gün sonra gözlərini həyata əbədi yumdu. Başımıza gələn bu qanlı-qadalı düşmənin qisaslı hərəkətindən, törətdiyi hadisədə mən deyə bilərəm, mənim sağ-salamat qalmağım bəlkə alın yazısı idi. Parlaq Mustafayevanı xəstəxanaya aparmışdılar.

Parlaq xanım indi öz yaxın rəfiqəsinin — Svetlana xanımın vaxtsız ölümünə dözə bilmirəmdeyir. Onun yoxluğu bilsəniz ki, mənə qədər əzab verir”.

İş yoldaşları AMEA-nın müxbır üzvü, texnika elmləri doktoru, professor Yavuz Rüstəmov, kimya elmləri namizədi, dosent Oqtay Əsgərov, kimya elmləri doktoru Lyudmila Viktorovna ilə həmsöhbət olduqda bu sözləri dedilər: “Svetlana xanım əsl elm adamı idi. Yaxşı dost, qayğıkeş yoldaş, cəfakeş ana olmaqla yanaşı, həm kövrək qəlbli bir insan idi. Təşkilati işlərdə qədər ciddi, tələbkar idisə, insanlara münasibətdə bir o qədər mehriban həlim bir insan idi”.

Bakının ən yüksək nöqtələrindən birində, hər bir Azərbaycanlının müqəddəs and yerinə çevrilmiş, “Qara Yanvarqurbanlarının Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanı. Burada Vətənin azadlığı suverenliyi uğrunda canlarından keçmiş oğul qızların əziz xatirəsi həmişə ehtiramla yad edilir. Svetlana Məmmədova, onun həmkarları İbrahim İbrahimov İsmayıl Mursaqulov Vətən uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan bu məkanda əbədiyyətə qovuşmuşlar.

Vaxtilə yaşadığı ünvanın yerləşdiyi küçə indi Svetlana Məmmədovanın adını daşıyır.

Şəhid alimin vaxtilə işlədiyi AMEA-nın Polimer Materiallar İnstitutunda şəhid olmuş alimin adına muzey təşkil olunmuşdur. Onunla maraqlanan hər bir kəs Vətənin azadlığı, suverenliyi uğrunda erməni təcavüzünə tuş gəlmiş bu şəhid alimin gördüyü işlərlə tanış ola bilər.

Kimya elmləri doktoru, professor Svetlana Məmmədova qısa bir ömür yaşadı - cəmi 50 il. Ad gününü yoldaşları, ailə üzvləri ilə birlikdə qeyd etmişdilər. biləydi ki, düz 37 gün sonra erməni vandalizminin vəhşiliyi xalqına qarşı mənfur münasibətin qurbanı olacaq.

Ömrünün gözəl çağında əbədiyyətə qovuşaraq şəhidlik zirvəsinə ucaldı. Arzusu, qönçəli istəkləri köksündə qaldı. Şəhidliyi ilə gələcək nəsillərə nümunə oldu.

Svetlana Məmmədovanı amansız ölüm qəflətən haqlamasaydı, indi onun 75 yaşı tamam olacaqdı.

Omür vəfa etsəydi...

 

Rəfiqə MƏSUD,

kinossenarist, publisist, əməkdar mədəniyyət işçisi.

 Respublika.-2014.- 2 aprel.- S.7.