Binəqədi rayonu: Milli Qəhrəman Fərhad Hümbətovun anım günü qeyd edilmişdir

 

Binəqədi rayonunda ölkəmizin suverenliyi ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respubliasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edənMilli Qəhrəmanları Tanıtmaİctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Füzuli Həsənov, Milli Qəhrəman Fərhad Hümbətovun müəllimi Sayad Rəfiyev, cəbhə yoldaşları Şahin Ağayev Mütəllim Səfərov, həmçinin müharibə veteranı İlham Qayıbzadə şəhidin qısa, lakin mənalı şərəfli ömür yolu barədə xatirələrini danışmışlar. Onlar Fərhad Hümbətovun bir şəxsiyyət kimi yüksək insani keyfiyyətlərindən bəhs etmişlər. Çıxış edənlər həmçinin, Vətən uğrunda canlarını qurban vermiş oğullarımızın ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin bu qəbildən olan tədbirlərin gənclərin vətənpərvərlik dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını iştirakçıların diqqətinə çatdırmışlar.

Daha sonra tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva çıxış etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, Milli qəhrəmanlarımızın cəsurluğu rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirmişdir. A.Əliyeva şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına diqqət çəkərək bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını bildirmişdir.

Anım tədbiri Binəqədi rayonu 26 saylı Uşaq Gənclərin Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən istedadlı yeniyetmə gənclərin ifasında təqdim olunan ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etmişdir.

Sonda Milli Qəhrəmanın anım günü ilə əlaqədar ehsan verilmişdir.

 

Ramiz YUSİFLİ,

Respublika.-2014.- 2 aprel.- S.6.