Azərbaycanın qüdrətli
ölkəyə çevrilməsi elmin inkişafına
böyük zəmin yaradır
Ölkəmizdə son illərdə görülən
işlər, baş verən inkişaf prosesləri
bütün dünyada heyrətlə qarşılanır. Qısa
müddət ərzində Azərbaycan iqtisadi cəhətdən
sürətlə inkişaf edib. Artıq
iqtisadi inkişafın Azərbaycan modeli özünü
dünyada təsdiq etməkdədir. Ümumilikdə
ötən son illəri ölkənin inkişafının
keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirmək
olar. Bu dövrdə dövlətimiz
özünü təsdiq etməklə beynəlxalq aləmdə
də mövqelərini gücləndirib. Azərbaycan
beynəlxalq iqtisadi münasibətlər sistemində də əhəmiyyətli
rol oynayır. Azərbaycan bu gün
bütün dünyada neft və qaz ölkəsi kimi
tanınır. Ölkə rəhbərinin həyata
geçirdiyi proqramlar isə ölkəmizdə mövcud
imkanlardan istifadə etməklə qeyri neft sektorunun
inkişafına nail olmaqdan ibarətdir. Yəni
Azərbaycanın neftdən əldə olunan gəlirləri
onun bütün sahələrinin inkişafına yönəldilir.
Nəticədə ölkənin imkanlarından
daha səmərəli istifadə edilir, respublikanın
bütün ərazisində inkişafa nail olunur.
2013-cü
il də ölkəmiz üçün
çox uğurlu olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2014-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında ölkə rəhbəri qeyd etmişdir ki,
2013-cü ildə ölkəmizin dinamik inkişafi təmin
edilmişdir. Azərbaycanda böyük
layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq
nüfuzu artmışdır. Ölkədə
apanlan islahatlar daha da dərinləşmişdir.
İl ərzində ölkə iqtisadiyyatına 28 milyard
dollar investisiya qoyulmuşdur. Onun 17,5 milyard
dolları daxili sərmayədir. Daxili sərmayə
xarici sərmayəni üstələyir.
Ümumi daxili məhsul təxminən 6 faiz
artmışdır. Qeyri-neft sektorumuz 9,8 faiz
artmışdır. Qeyri-neft sektorunun gələcək
illərdə də inkişafını təmin etmək
üçün indi ciddi proqramlar icra edilir.
Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi
2,4 faiz olmuşdur.
Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard
dollara çatmışdır. Bu da ümumi daxili məhsulun
70 faizini təşkil edir. Dünya miqyasmda
bu göstəriciyə görə Azərbaycan ən
qabaqcıl yerlərdədir.
Azərbaycanın döyüş qabiliyyəti də
artır.
Ölkə rəhbəri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunarkən
demişdir: “Bizim hərbi potensialımız, orduda aparılan
islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə
bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın
yaranmasına gətirib çıxarır. Nəzərə
alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə
silah-sursat, texnika almışdır, - ən müasir
texnikadır, - bizim döyüş qabiliyyətimiz
böyük dərəcədə artacaq, artır və bu, danışıqlar
prosesinə ancaq müsbət təsir göstərəcəkdir.
Bizim təbii hüququmuzdur, biz öz hərbi
potensialımızı artırırıq,
artıracağıq. Dağlıq
Qarabağ məsələsinin ədalətli, beynəlxalq
normalara uyğun şəkildə həll edilməsi
üçün bizim hərbi gücümüz həlledici
rol oynayacaqdır. Biz bu gün güclü
ordu yaradırıq. Bizim ordumuz
dünyanın ən güclü orduları
sırasındadır”.
Ötən
il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial
təyinatlı xərclərin (elm, təhsil, səhiyyə, mədəniyyət,
idman xərcləri) maliyyələşdirilməsinə
yönəldilmişdir.
Respublikamızda elmin inkişafına xüsusi fikir
verilir. Elm, mədəniyyət və incəsənətin
respublikanın inkişafında rolu ulu öndərimiz Heydər
Əliyev tərəfindən yüksək qiymətləndirilib
və son illərdə bu siyasəti yeni səviyyədə
uğurla həyata keçirən cənab İlham Əliyev tərəfindən
neft kapitalının intellektual, mənəvi kapitala
çevrilməsi istiqamətində xüsusi siyasət həyata
keçirilir.
Heydər Əliyev tərəfindən Azərbaycanın
milli sərvəti kimi qiymətləndirilən Azərbaycan
Milli Elmlər Akademiyası son illərdə özünün
yeni inkişaf mərhələsini yaşayır. Belə ki, Azərbaycan
Milli Elmlər Akademiyasının elmin idarəetmə sistemi,
struktur dəyişiklikləri, institututların elmi istiqamətləri
və maddi-texniki durumlarının yeniləşməsi istiqamətli
işlər həyata keçirilir. Azərbaycan
Milli Elmlər Akademiyası infrastrukturlarının laboratoriya
və ofis binaları təmir olunur, yeni müasir elmi qurumlar təşkil
edilir. AMEA-nın kadr potensialının
yeniləşməsi və onların elmi səviyyələrinin
yüksəldilməsi sahəsində də böyük
miqyaslı işlər aparılır. Akademiyanın
Universitetlərlə əlaqəsi daha da inkişaf etdirilir,
akademiya institutlarında müxtəlif elmi istiqamətlərdə
baza kafedraları açılmış və onların əsasında
birgə kadr hazırlığı həyata keçirilir.
Aparılmış elmi-tədqiqat işlərinin
nəticələrinin düzgün qiymətləndirilməsi
sistemi də yenidən qurulub və bu məqsədli meyarlar
müəyyənləşdirilib, onların əsasında
ilkin qiymətləndirilmə aparılıb.
Respublikada və AMEA-da aparılan yeniləşmə və
inkişaf xətti Radiasiya Problemləri İnstitutundan da yan
keçməyib. Belə ki, Radiasiya Problemləri
İnstitutunun elmi istiqaməti və mövzuları beynəlxalq
və respublika daxili aktual fundamental elmi-texniki problemlərlə
uzlaşdırılıb, bütün mövzular üzrə
innovasiya proqramları hazırlanıb.
AMEA-nın
Radiasiya Problemləri İnstitutunda Elmin İnkişafı
üzrə Milli Strategiyaya müvafiq olaraq nüvə
fızika və kimyası, radiasiya
materialşünaslığı, radiasion texnologiyalar, nüvə
və radiasiya təhlükəsizliyinin elmi əsasları
üzrə elmi-tədqiqat işlərini beynəlxalq miqyasda
prioritet istiqamətlərə uyğun olan, ölkəmizin
mövcud və perspektiv tələbatları baxımından əhəmiyyətli
fundamental və təcrübi-praktiki elmi istiqamətlərə
uyğun inkişaf etdirilir.
Müasir dövrdə elm və texnikanın
inkişafı yeni və yüksək keyfiyyətli material və
maddələrin tətbiqi ilə bağlıdır. Belə ki, son
illərdə nanomateriallar, onların əsasında
nano-texnologiyalar, yüksək texniki və davamlılıq
göstəricilərinə malik yeni material və maddələrin
alınmasına yönəlmiş elmi-texniki proqramlar
böyük əhəmiyyət kəsb edir. Odur ki, Radiasiya Problemləri İnstitutunun elmi istiqamətlərindən
biri də nanomaterialların radiasion alınması, radiasion
proseslərin nanomaterialların iştirakı ilə
aparılması və son nəticədə isə
nano-radiasion texnologiyaların yaradılmasıdır.
Elm və texnikanın mövcud və perspektiv tələbatlarına
uyğun olan materiallar real istismar şəraitlərində
radiasiya daxil olmaqla aqressiv faktorların təsirinə məruz
qalır. Odur ki, yuxarıda göstərilən istiqamətlər
üçün əhəmiyyətli maddə və
materiallarda ionlaşdırıcı şüaların təsiri
altında gedən proseslərin qanunauyğunluqlarının,
onların davamlılıqlarının artırılması
yolları və tərkibini dəyişmədən xassələrinin
yaxşılaşdırılması aktual elmi və
elmi-texniki problemdir.
Radiasiya Problemləri İnstitutunda əsas elmi istiqamətlərdən
biri də elektronikada, texnoloji proseslərdə, neft-qaz
istehsalı sahələrində geniş istifadə olunan maddə
və materiallara ionlaşdırıcı şüaların təsirinin
tədqiqi, aqressiv mühitə davamlı halların
alınması və keyfiyyətlərinin köklü şəkildə
dəyişilməsi imkanlarını aşkar etmək məqsədli
elmi-tədqiqat işləridir.
Yüksək
enerjitutumlu kimyəvi, neft-kimyəvi proseslərin
radioizotopların parçalanması və müxtəlif hissəciklərin
enerjisi əsasında aşağı temperaturlarda, yüksək
selektivliklə həyata keçirilməsi, xüsusən də,
respublikamızın iqtisadiyyatında aparıcı rol oynayan
neft kimyası, neft-qaz emalı, metallurgiya və bu istiqamətlərlə
əlaqəli ekoloji problemlərin həlli məqsədli
proseslərin enerji təminatının həyata keçirilməsi
müasir dövrün mühüm aktual problemlərindən
biridir. Məhz odur ki, Radiasiya Problemləri
İnstitutunda neftin, onun tərkib fraksiyalarının
radiasion-kimyəvi çevrilmələri, onların nəticəsində
neftin tərkibinin dəyişməsi və məqsədəuyğun
məhsulların aşağı enerji sərfı ilə
alınmasının həyata keçirilməsi məqsədli
elmi-tədqiqat işləri gücləndirilir. Bundan başqa, neft-qaz istehsalı və neft-kimya
prosesləri nəticəsində ətraf mühitə
atılan zərərli bərk, maye və qaz halında
tullantıların radiasion texnoloji üsullarla emalı və
son nəticədə utilizasiyalarına imkan verən proseslərin
elmi əsaslarının işlənməsi üzrə də
elmi işlər həyata keçirilir.
Nüvə energetikası və texnologiyalarının
inkişafı və onlarda baş verən qəzalar, sənaye
və digər istehsalat proseslərini əhatə edən
texnogen fəaliyyətlər nəticəsində yaranan
nüvə və radiasiya təhlükəsizliyi müasir
dövrün vacib elmi-texniki problemlərindəndir. Nüvə və radiasiya təhlükəsizliyi
istiqamətində tədqiqat metodlarının həssaslığı
artdıqca, bu istiqamətdə mövcud standart və normalar
da dəyişilir, radioizotop, nüvə materialları,
tullantıları və ayrılan radiasiyanın hər bir
ölkədə durumunun və ətraf mühitə təsirinin
qiymətləndirilməsi, onların təsirindən qorunma və
təsirlərin aradan qaldırılması istiqamətli elmi-tədqiqat
işləri həmişə aktualdır. Son dörd
ildə dünya ölkə başçılarının
iştirakı ilə keçirilən Vaşinqton və Seul
sammitləri və onların qərarları bu problemin bu
gün də bəşəri aktual olmasının təzahürüdür.
Azərbaycanda
coğrafı mövqeyinə görə nüvə energetik və
nüvə texnologiyalarına malik ölkələrlə
qonşu, qərb-şərq nəqliyyat qapısı olaraq
xarici Respublikaların sürətli inkişaf xəttinə
malik sənaye, neft-qaz, dağ-mədən istehsalı, dəyişən
iqlim və təbii proseslər nəticəsində daxili
nüvə və radiasiya təhlükəsi
faktorlarının təsirinə məruz qalmaq ehtimalı
vardır. Odur ki, Radiasiya Problemləri İnstitutunda
Respublikamızın ərazisinin, istehsal sahələrinin, su
ehtiyatlarının, atmosferin radioekoloji durumunun tədqiqi, model
sistemlər üzrə ətraf mühitə təsirinin qiymətləndirilməsi,
bu təsir faktorlarının aradan qaldırılması
istiqamətli elmi-tədqiqat işlərinə də xüsusi
yer verilir. Burada həmçinin aşkar
olunmuş radioaktiv mənbələrin təmizlənməsi,
yararlı izotopların ayrılıb izolə edilməsi
istiqamətli elmi-tədqiqat işləri də
aparılır.
Müasir dövrün aktual və strateji əhəmiyyətli
elmi istiqamətlərindən biri də nüvə, xüsusən
də praktiki nüvə elmləridir. Radiasiya Problemləri İnstitutu
nüvə elmləri üzrə təcrübi bazalara malik
dövlətlərin müvafiq qurumları ilə iki tərəfli
kontraktlar və Atom enerjisi üzrə Beynəlxalq Agentliyin
(AEBA) layihə və proqramları əsasında müxtəlif
ölkələrin nüvə mərkəzlərində
nüvə reaktor fizikası, nüvə materialları,
nüvə və yüksək enerjili hissəciklər
fizikası istiqamətində elmi işlər həyata
keçirir. Bu əlaqələr həmçinin
gənc mütəxəssis bazasının yaradılmasına
və onun əsasında gələcəkdə
Respublikamızda nüvə və yüksək enerjilər
fizikasının təcrübi bazasının
yaradılmasına və praktiki nüvə elmləri istiqamətinin
inkişaf etdirilməsinə imkan yaradacaqdır.
AMEA-nın Radiasiya Problemləri İnstitutu
Respublikamızın aparıcı təhsil qurumları ilə
birgə elmi və kadr hazırhğı üzrə işlər
aparır.
Radiasiya Problemləri İnstitutunun Bakı Dövlət
Universiteti, Texniki Universitet və Pedaqoji Universitet ilə birgə
elmi-tədqiqat və kadr hazırlığına dair işlərin
icrası üzrə memorandum, niyyət protokolları
bağlanılıb. Hər üç qurumun tələbələri
Radiasiya Problemləri İnstitutunda hər il
uzunmüddətli təcrübi tədris kursları keçir
(təqribən 100-150 tələbə), müəllimlər
üçün isə əlavə təcrübə
kursları təşkil olunur.
Bakı Dövlət Universitetinin fizika, kimya və
biologiya fakültələri ilə birgə nanomaddə və
materialların fizikası və kimyası, radiasiya
materialşünaslığı və radiobiologiya üzrə
birgə elmi işlər aparılır. Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı
Fondunun kimya fakültəsi ilə birgə layihəsi icra
olunur.
Respublikanm
ekoloji durumunun sağlamlaşdırılması və
dayanıqlı inkişafı üzrə dövlətimizin
proqram və strateji xəttinə müvafiq olaraq Bakı
Dövlət Universitetinin kimya fakultəsi ilə Lay
sularından radium izotoplarının ayrılması
üçün yeni effektiv sorbentlər və pilot qurğu
hazırlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
qurumları ilə radioekoloji vəziyyətin monitorinqi və
bu sahədəki durumu əks etdirən təkliflər işlənilib.
Respublikamızın radioekoloji durumu, nüvə və
radiasiya təhlükəsizliyinin, radiasiyalı
texnologiyaların yaradılması üzrə milli və beynəlxalq
proqramlarda iştirak edilir. Belə ki, nüvə
və radiasiya təhlükəsizliyi üzrə sərhəd
keçid məntəqələrindəki monitorinq
avadanlıqlarının istismarı və nəzarəti
üzrə uzunmüddətli proqram icra olunur.
Radioaktiv çirklənmələrin aradan
qaldırılması üzrə AR FHN-nin apardığı
layihələrdə elmi tutumlu işlər icra olunur. Respublikanın
bütün icraedici və digər xarakterli qurumlarının
radioaktiv, kimyəvi və nüvə materialları ilə
bağlı layihə və proqramlarda analiz və nəticələrin
şərhi üzrə işlər icra olunur.
Azərbaycanın
regionlarının su və torpaq örtüyündə təbii
radioaktiv elementlərin paylanmasının tədqiqi üzrə
hər il çöl ekspedisiyaları
aparılır. Lakin ekspedisiyaların lazımi səviyyədə
aparılması üçün nəqliyyat vasitələrinin
olmaması və maliyyə problemlərinin varlığı
böyük maneçilik göstərir.
Radiasiya Problemləri İnstitutu Azərbaycanda
radiasiyalı texnologiyaların imkanlarının genişləndirilməsi
üzrə beynəlxalq layihə icra edir. Yaradılacaq
güclü qamma şüalanma mərkəzinin
qurğularında xüsusi məqsədli radiasion proseslərin,
tibbi material, qida maddələrin radiasion sterilizasiya proseslərinin
həyata keçirilməsinə imkan olacaqdır.
Nüfuzlu jurnallarda çap olunan elmi əsərlərin
sayını və keyfiyyətini artırmaq məqsədi ilə
elmi işçi və qurumların illik fəaliyyətinin,
qiymətləndirilməsində bu məsələ əsas
meyarlardan biri kimi nəzərə alınır. Ötən il
RPİ-nin alimləri tərəfindən çap olunmuş
106 elmi məqalənin 60-ı yüksək indeksli xarici
jurnallarda çap olunub, 10 patent alınıb, müxtəlif
konfrans və seminarlarda 100-dən çox elmi məruzələr
edilib.
2013-cü ilin yekunları və ondan əvvəlki illərdə
görülən işlər onu göstərir ki, Azərbaycan
yaxın zamanda çox qüdrətli bir ölkəyə
çevriləcək, vətəndaşlarımız
güclü, azad, sivil, gözəl və müasir ölkədə
yaşayacaqlar.
Adil QƏRİBOV,
AMEA-nın müxbir
üzvü, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru.
Respublika.-2014.- 3 aprel.- S.9.