Şəhərə bənzəyən kənd

 

Azərbaycanda bələdiyyələr demokratik prinsiplər əsasında yaradılan formalaşdırılan yerli özünüidarəetmə orqanlarıdır. Bu orqanların formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir. Bələdiyyələr yaranmamışdan hələ bir neçə il əvvəl bu orqanın mahiyyəti, vəzifəsi və hüquqlarının Konstitusiyamızda əks etdirilməsi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyinin və yerli özünüidarəetmə orqanlarına olan münasibətinin ifadəsi idi.

Ümummilli liderimiz bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi. Heydər Əliyev bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd edirdi ki, “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”.

Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, ölkəmizin bütün regionlarının tarazlı inkişafı bu gün ölkə rəhbərliyinin yürütdüyü siyasətin başlıca məqsədlərindəndir. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müəllifi olduğu milli dövlətçilik kursunu böyük əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyat sanki yenidən qurulur.  Hər yerdə abadlıq-quruculuq tədbirləri ardıcıl şəkildə davam etdirilir.

Abşeron rayonu da ölkəmizdə aparılan tikintiquruculuq işlərində qabaqcıl yerlərdən birini tutur. Kəndlər, qəsəbələr inkişaf edir. Yeni-yeni yollar, parklar salınır, infrastruktur layihələri icra edilir. Qəsəbələrin və kəndlərin görkəmi tanınmaz dərəcədə dəyişilir və müasirləşir. Bu işlərdə rayonun ərazisində yerləşən bələdiyyələrin də böyük rolu var. Son illər Abşeron rayonunun Masazır kənd bələdiyyəsi də bu sahədə xeyli uğurlar əldə etmişdir. 2013-cü il ərzində Masazırda çoxsaylı əsaslı tikinti işi aparılmışdır. İl ərzində “Qurtuluş-93” MTK tərəfindən hər biri 50 ailəlik,  beşmərtəbəli 4 ədəd, “Yeni Bakı” MTK tərəfindən 11 ədəd doqquz mərtəbəli, Masazır “Villa” MTK tərəfindən 42 ədəd müxtəlif mərtəbəli yaşayış evləri inşa edilmişdir.

Yol infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. İl ərzində Əliağa Vahid küçəsinə 54,0 min kv.metr, digər küçələrə isə 17,7 min kv.metr asfalt örtüyü çəkilmiş, kənddaxili yollara 6,620 kub.metr karbonat tökülərək yayılmış, 4500 metr uzunluğunda səki təmir edilmişdir.

Ağırtonnajlı yük avtomobillərinin hərəkəti üçün Əliağa Vahid küçəsini Mehdi Hüseyn küçəsi ilə birləşdirən 3,5 km uzunluğunda yeni alternativ yol çəkilmişdir.

Respublika Prezidenti cənab İlham Əliyev “Abşeron rayonunun Masazır-Saray-Novxanı” avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 6 dekabr 2013-cü il tarixdə sərəncam imzalamış və bu məqsədlə üç milyon manat vəsait ayrılmışdır. Sərəncamın icrası ilə əlaqədar həmin yolun genişləndirilərək yenidən qurulması işinə başlanmışdır.

Əliağa Vahid küçəsi boyunca kənddaxili tikililərin fasadları zövqlə üzlənilmiş, yolların mühafizə zonasında qazon örtüklər salınmış, müxtəlif tinglər, dekorativ ağackollar əkilmiş, onların suvarılmasını təmin edən şəbəkə yaradılmışdır.

Ötən il ərzində 160 kv. metr hasar tikilmiş, 225 kv. metr sahə suvanmış, yol kənarlarındakı müxtəlif tikililərin fasadlarının 350 kv.  metrlik sahəsi üzlük materiallarla üzlənmiş, 2,5 kubmetr torpaq tökməklə 11,0 min kv. metr qazon salınmış, 1474 ədəd ağac, 2100 ədəd dekorativ kol əkilmiş, burada suvarma şəbəkəsi qurulmuşdur.

Mövcud səki, küçə və yolların təmiz saxlanılması işinə qayğı artırılmışdır. Bu məqsədlə yerli bələdiyyənin maliyyə vəsaiti hesabına məişət tullantıları və yaşıllıqların suvarılmasını təmin edən üç ədəd avtomaşın alınmış, onlardan səmərəli istifadə işi təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2016-2018-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Həmin proqrama əsasən Abşeron yarımadasında yerləşən doqquz gölünonun ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri hər bir abşeronlu kimi masazırlıların da ürəyincə olmuşdur.

Hazırda Masazır kəndində doqquz mindən artıq təsərrüfat vardır ki, həmin təsərrüfatlarda 36 min nəfərdən artıq əhali yaşayır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi sahəsində 2013-cü ildə bir sıra tədbirlər görülmüşdür.

Belə ki, “Azərenerji” ASC-nin sifarişi əsasında Masazırda elektrik şəbəkəsinin yenidən qurulması işi aparılmış, il ərzində beş ədəd 100, 250 və 400 kva-lıq ölçüyə malik transformatorlar qurulmuş, 80 ədəd yüksək gərginlikli və 0,4 kva-lıq dirəklər basdırılmış, Əliağa Vahid küçəsindəki küçə işıqları təmir edilmişdir.

2013-cü ildə kənddə qazlaşma işi davam etdirilmiş, müxtəlif diametrli poladpolietilen borularla daşıyıcı və küçədaxili qaz xətləri çəkilmiş, 772 ədəd “Smart-karttipli sayğac quraşdırılmışdır.

Kənddəki üç orta məktəb, iki məktəbəqədər uşaq müəssisəsi və bir tibb məntəqəsinin istilik sisteminin qaydaya salınması istiqamətində də müvafiq tədbirlər görülmüşdür.

“Azərsu” ASC-nin sifarişi əsasında iki podrat təşkilat tərəfindən kəndin Abşeron, Xaqani, Səməd Vurğun, Zərifə Əliyeva və digər küçələrində müxtəlif diametrli borularla 20,1 km yeni su xətti çəkilmişdir.

Yeni istedadların üzə çıxarılması, bacarıqlı idmançıların yetişdirilməsi məqsədilə 10 min tamaşaçı yeri olan stadion tikilərək onların ixtiyarına verilmişdir.

Məktəbli, ikinci sinif şagirdi Aslanov Ümüd Fuad oğlu həmyaşıdları arasında Serbiya Respublikasında keçirilən şahmat yarışmasının qalibi olmuşAvropa çempionu titulunu qazanmışdır.

Ötən il əhaliyə ticarət və iaşə xidməti şəbəkəsi də xeyli genişləndirilmiş, “Şok”, “Araz” və “Dəniz” adlı supermarketlər, eləcə də ikimərtəbəli “Brilliant” şadlıq sarayı tikilərək əhalinin istifadəsinə verilmişdir. Ötən ilQurtuluş 93” MTK tərəfindən tikintisinə başlanılmış üçmərtəbəli şadlıq sarayında hazırda son tamamlama işləri aparılır.

Təhsil müəssisələrinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğıya pedaqoji kollektivlər öz səmərəli fəaliyyətləri ilə cavab vermiş, 225 nəfər müəllimin çalışdığı, 2692 şagirdin təhsil aldığı həmin tam orta məktəbləri ötən il 124 nəfər bitirmiş, onlardan 64 nəfəri ali məktəbə və kolleclərə qəbul olunmuşdur.

Masazır kənd 3 saylı tam orta məktəbi üçün 400 şagird yerlik əlavə tədris korpusu tikilmiş, 4 saylı uşaq bağçasının dam örtüyü əsaslı təmir olunmuş, altı qrupluq uşaq bağçası-körpələr evinin inşasına başlanılmışdır.

Gülhüseyn KAZIMLI,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 Respublika.-2014.- 3 aprel.- S.9.