SOSİAL MÜDAFİƏ DÖVLƏTİMİZİN DAXİLİ SİYASƏTİNİN ƏSAS PRİORİTETLƏRİNDƏNDİR

 

Son illər ərzində Azərbaycanın sürətli inkişafı ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olmasını şərtləndirmişdir. Bu da, öz növbəsində, sosial  islahatların daha da gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi üçün şərait  yaratdı. Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən modern sosial siyasətin qloballığı və əhəmiyyəti bundan ibarətdir ki, onun düşünülmüş, konkret hədəflərə yönəlmiş mövcud  istiqamətləri var.  Burada sosial müavinətlər  sisteminin  sığorta  sistemindən ayrılması, regional  idarəetməyə  xüsusi önəm  verilməsi, istiqamət məqsədli  dövlət  proqramları  ilə  inkişafın təmin olunması,  sosial problemləri  yaradan  səbəblərin aşkarlanması və  aradan qaldırılması, qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial  müdafiəyə  cəlb olunması, insanlarda xeyriyyəçilik ruhunun tərbiyə olunması kimi istiqamətləri xüsusilə qeyd etmək lazımdır.  Əlbəttə, sosial sahədə əldə olunmuş nailiyyətlərdə ölkəmizin inkişafının təməl daşı olan neft strategiyasının böyük rolu vardır, ancaq son zamanlar bu sahədə qazandığımız uğurların böyük bir hissəsi məhz qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.

Cənab Prezident qeyd etmişdir ki, beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadisosial sahələrdə aparılan islahatları çox yüksək qiymətləndirir, Azərbaycanın kredit reytinqləri artır: “Böhranlı illərdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri artmaqdadır... Bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan birinci yerdədir, liderdir. Bu liderliyi saxlayır və əminəm ki, saxlayacaqdır. Çünki uğurlarımızın təməlində düşünülmüş islahatlar, düzgün siyasət, müstəqil siyasət dayanır. Uğurlarımızın təməlində enerji amili artıq əsas rol oynamır. Bildiyiniz kimi, son illərdə enerji amilindən asılılığımızı azaltmaq üçün biz çox böyük işlər görmüşük. Baxmayaraq ki, bu gün də, gələcəkdə də neft-qaz potensialımız həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edəcəkdir”.

Son illər ərzində sosial sahədə yaddaqalan hadisələr baş vermişdir. Bu hadisələr, eləcə də sosial sferanın inkişafının təmin olunmasına istiqamətləndirilmiş addımlar bir daha bunu göstərir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət məhz sosialyönümlüdür. Ölkəmiz bazar iqtisadiyyatı prinsiplərinə sadiqdir, lakin, bununla yanaşı, aztəminatlı təbəqəni sosial cəhətdən daha da yaxşı müdafiə etmək üçün konkret xarakter daşıyan proqramlar həyata keçirilir. Ölkə başçısı vurğulamışdır ki, təkcə ötən il ərzində sosial məsələlərin həlli işində önəmli addımlar atılmışdır: “İlk növbədə, sovet vaxtından qalan əmanətlərin qaytarılması, daha doğrusu, kompensasiya şəklində əhaliyə verilməsi prosesi başa çatmışdır. Deyə bilərəm ki, MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir. Biz bunu ən qısa müddətdə—iki il ərzində təmin etmişik. Biz bu vəsaiti əhaliyə ən böyük əmsalla çatdırmışıq. Baxmayaraq ki, müstəqil Azərbaycan dövləti bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırdı—nə hüquqi, nə mənəvi məsuliyyət.  Ancaq siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün biz bunu etdik. Böyük vəsait ayırdıq və qısa müddət ərzində bu məsələni həll edə bildik. Keçən il maaşlarpensiyalar qaldırılmışdır. Bu da müsbət haldır. Biz yaxşı bilirik ki, bəzi ölkələrdə pensiyalar, maaşlar kəsilir, yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç bir sosial proqrama toxunulmadı, əksinə biz insanların rifah halının yaxşılaşması üçün əlavə tədbirlər gördük. Həm sosial yönümlü, həm investisiya yönümlü. Əlbəttə ki, bu, özünü real həyatda da göstərir”.

Əlbəttə, əhalinin  sosial  müdafiəsi  sahəsində  görülən işlər gələcəkdə də davam etdiriləcəkdir, çünki bu  işləri  birdən həyata  keçirmək  mümkün  deyildir. Sosial sahə həddən artıq həssasdır, o, radikal dəyişikliklərə dayanıqlı təsir  göstərməyə bilər. Hazırda pensiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi, sosial sistemdə sığorta münasibətlərində  könüllü  sosial  sığorta, tibbi sığorta, istehsalat  qəzası    peşə xəstəliklərindən  sığorta  sahəsində  görülən işlər, sosial  siyasətin ən vacib istiqamətlərindən olan əhalinin sağlamlığının qorunmasının  daha da güclü mexanizmlərinin təmin edilməsi istiqamətində islahatlar uğurla davam etdirilir. Həyata keçirilən sosialyönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Təkcə 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onların 56-sı artıq istifadəyə verilib. 2014-cü ilin əvvəlində isə Bakı Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi xüsusilə qeyd edilməlidir. Bu möhtəşəm çoxprofilli klinika ən müasir səviyyədə inşa edilib və qabaqcıl tibbi avadanlıqlarla təchiz olunub. Əlamətdardır ki, son illərdə istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür. İndi

Azərbaycanın bütün bölgələrində müasir, yaraşıqlı tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait yaradılıb, tələb olunan təchizat yüksək səviyyədə təmin olunur. Regionların sosial-iqtisadi inkişafına toxunan cənab İlham Əliyev əldə olunan nailiyyətlərin əsasında qəbul edilən müvafiq dövlət proqramlarının əhəmiyyətini xüsusilə qeyd edir: “Bu il biz üçüncü regional İnkişaf Proqramını qəbul edəcəyik. Keçən il ikinci proqram icra edilmişdir. Artıq onun icrası başa çatmışdır. Bu iki proqramın icrası, onların qəbul edilməsi, deyə bilərəm ki, bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Biz bunu həm statistik göstəricilərdə, həm də həyatda əyani görürük. Bölgələr canlandı, abadlaşdı, müasir infrastruktur yaradıldı. O cümlədən sosial infrastruktur obyektlərinin tikintisi geniş vüsət almışdır. Bölgələrdə yerləri açılmışdır. Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni yeri açılmışdır. Onların böyük hissəsi bölgələrin payına düşür. Bu, həm bölgələrdə gedən canlanmaya müsbət təsir göstərir, şəhərlərə miqrasiya meyillərinin qabağını alır, yerli istehsalın artımına imkan yaradır, həm də idxaldan asılılığımızı azaldır. Bir sözlə, bu sahədəki fəaliyyət cari ildə də davam etdiriləcəkdir. Konkret layihələr vardır və sahibkarlara kömək dövlət tərəfindən davam etdiriləcəkdir”.

Heydər  Əliyev  Fondunun  ölkə  miqyasında    ölkəmizin  hüdudlarından  kənarda  həyata  keçirdiyi  layihə və  proqramlar  günümüzün  ritmi  ilə  səsləşən  ən həssas məsələlərə həsr olunmuş, öz səmərəli fəaliyyəti ilə sosial problemlərin  həllinə vətəndaş cəmiyyətinin gözəl nümunəsini bəxş etmişdir. Heydər Əliyev  Fondunun  şəkərli diabet xəstəliyi olan uşaqlara yardım edilməsi, irsi qan  xəstəliklərindən olan talassemiyahemofiliya xəstəliklərinin müalicəsi, qan təminatının yaradılması, habelə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ilə bağlı fəaliyyəti həyatımızda özünün ciddi nəticələrini göstərməkdədir.

Dövlətimizin sosial siyasətinin prioritetlərindən biri də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsidir. Son illərdə olduğu kimi, ötən il ərzində də dövlətin sosial siyasətinin mərkəzində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması məsələləri durmuşdur ki, bu məqsədlərə dövlət büdcəsindən və Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilmişdir. Məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, sus.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılmışdır. Ümumiyyətlə, son on il ərzində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə yerləşdirilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Sirr deyil ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı vətəndaşların nə ilə məşğul olmalarından, ictimai və şəxsi mənafe baxımından onların əməyinin necə təşkil edilməsindən və malik olduqları əmək qabiliyyətindən sosial-iqtisadi cəhətdən nə dərəcədə səmərəli istifadə olunmasından çox asılıdır.

Bu baxımdan da Azərbaycanda əhalinin səmərəli məşğulluğunun təmin edilməsi dövlət səviyyəsində həll edilməsi zəruri olan ən mühüm sosial-iqtisadi və həm də çox mühüm siyasi vəzifələrdən biridir. Təsadüfi deyil ki, hazırda respublikamızda səmərəli məşğulluq siyasəti tədbirlərinin həyata keçirilməsinə böyük önəm verilir. Çünki bazar münasibətlərinə keçid başa çatdıqdan sonra ölkəmizdə iqtisadi, sosialsiyasi şəraitə uyğun gələn səmərəli məşğulluq, fəal əmək bazarı siyasəti və əhalinin mühafizəsi sisteminin formalaşdırılaraq həyata keçirilməsi obyektiv zərurətə çevrilmişdir. Bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsi nəticəsində son illər ərzində özəl sektorun məşğulluqda payı 68 faizdən 74 faizə, vergi daxilolmalarında 42 faizdən 72,5 faizə qalxmış, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, nəticədə ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür. Bu istiqamətdə əldə olunmuş nailiyyətlərə nəzər salan cənab İlham Əliyev qeyd etmişdir ki, işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır, təkcə son bir ildə 110 min yeni yeri açılmışdır ki, onlardan 80 mini daimi yeridir: “İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir”.

Dövlət tərəfindən həyata keçirilən məşğulluq siyasətinin uğurlu olmasında yeni yerlərinin yaradılması üçün nəzərdə tutulan vəsaitlərdən tam surətdə istifadə olunmasının, xərclərin quruluşunda isə yeni yerlərinin saxlanılması və əlavə yerlərinin yaradılmasının, təşkilatlara xüsusi işlərinə görə subsidiyaların verilməsinin, peşə hazırlığına, yenidən hazırlığa və peşə yönümünə sərf edilən vəsaitlərin xüsusi çəkisinin üstünlük təşkil etməsinin rolu böyükdür. Bu hal ölkəmizdə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və onun quruluşunun təkmilləşdirilməsinə xeyli köməklik göstərir.

 

Emin QASIMOV

 Respublika.-2014.-8 aprel.-S.8.