Sağlam ailənin təbliği və
qorunması
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində yüzlərlə həkimlərimiz, tibb işçilərimiz fəxri adlara layiq görülmüşdür. Mütəmadi olaraq həkimlərin sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar danılmazdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyeva ilə birlikdə səhiyyənin inkişafı Respublikada Dünya standartlarına uyğun yüksək səviyyədə inkişaf etmişdir. Son 3 il ərzində əhalinin sağlamlığının mühafizəsi sahəsində bəzi ağır xəstəliklərə düçar olmuş, şəxslərə dövlət qayğısını gücləndirmək məqsədilə müvafiq sərəncamlar vermiş, qanunlar qəbul edilmiş, Dövlət proqramı işlənib hazırlanmışdır. Belə ki, əhalinin həyat tərzinin yüksəldilməsi, onlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərdən aztəminatlı təbəqənin yararlanması üçün Azərbaycan Respublikasının Prezideti və onun xanımı, millət vəkili, çox hörmətli Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə dövlət tibb müəssisələri tərəfindən əhaliyə pulsuz tibbi xidmətin aparılması ilə əlaqədar olaraq 2008-ci ilin 10 yanvar tarixindən “Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konvensiyasının qəbul edilməsi haqqında sərəncam”ı imzalamışdır. Respublikada həkim briqadaları yaradılmışdır. Zəmanəmizin dəhşətli xəstəlikləri ilə xüsusi mübarizə tədbirləri aparılması tövsiyə edilmişdir. Azərbaycanda səhiyyənin inkişafı çox qədim zamanlardan inkişaf etmişdir. Bu inkişaf prosesləri zamanı onun özünəməxsus yüksək maddi ilə mənəvi mədəniyyəti formalaşmışdır. Azərbaycanda tibb elmi həmin konteksdə inkişaf etmişdir. Səhiyyə sistemində islahat aparılması həqiqi vacib şərtlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikasında 1995-ci il noyabrın 12-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Milli Məclisin 6 mart 1996-cı il tarixi qərarını rəhbər tutaraq, səhiyyə sistemində pullu xidmətin inkişaf etdirilməsi üçün bir sıra hüquqi normativ sənədlər hazırlanmış və mərhələ-mərhələ həyata keçirmişdir.
Gələcək ailənin sağlam qurulması və inkişafı üçün bir sıra şərtlərin və qanunla qəbul edilmiş qaydalarına ciddi riayət etməyi vacibdir. 2014-cü ildə bu yönəmdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasına təqdim edilən layihə ilə sağlam ailələrin inkişafına yol açdı və bir sıra məsləhətlərin verilməsinə və yeni qurulan ailələrin maarifləndirilməsinə şərait yaradıldı. Ən birincisi dövrün dəhşətli xəstəliklərindən, bəlalarından biri olan AİDS və QİÇS, hepatit B-C xəstəliklərinə qarşı müayinələr aparılır. Dünya tibb statistikası göstərir ki, yer üzərində çox geniş yayılmış xəstəliklərdən biri də vərəmdir. Vərəm xəstəliyi insanları çox qədim zamanlardan təqib edə-edə bu günə kimi gəlib çıxmışdır. Hazırda Respublikamızda səhiyyənin inkişafı ilə əlaqədar olaraq bu xəstəliklə mübarizə aparılır və tam müalicəsi əldə edilmişdir. İnsanların və gənc nəslin normal qidalanmasına çox fikir vermək lazımdır. Vaksin və digər profilaktik tədbirlərin aparılması, ekologiyanın təmizliyi, sanitariya qaydalarının qorunması belə infeksiyaların qarşısının alınması ən vacib məsələlərdən biridir. Ən vacib problemlərdən biri xəstə-həkim münasibəti problemidir. Hər bir xəstə ümidlə yaşayır və öz həkiminə ümidlə baxır. Sağalmaz dil yarası deyərək bilməliyik ki, bu ifadə düşünülmüş və dərin məna kəsb edən ifadədir. Şirin dillə ümidlə hər cür xəstəliyi müalicə etmək mümkün olur. İnsanlar arasında dostluğa meyillik, məhəbbət, möhkəm ailə qurmaq həvəsi və s. insan anadan olandan başlayan arzulardır. İnsan təbiətin məhsuludur, o digər məhsullardan yüksəkdə durur.
Ən ali canlı varlıq kimi qiymətləndirilir, çünki insan sonsuzluğu ilə bioloji və sosioloji münasibətləri nizama salmağa can atır. İnsan yarandığı gündən daima inkişafdadır. Onun reproduktiv nəsil artırma qabiliyyəti gündən-günə təkminləşir və son bəhrəsi olan nigah ilə nəticələnir. Gələcəyini düşünən hər bir gənc münasibətlərinin rəsmiləşdirilməsini vacibliyini bilməlidir. Zərərli vərdişlərin olması, spirtli içkilərin qəbul edilməsi, siqaret çəkilməsi, narkotik maddələrin qəbul edilməsi kimi vərdişləri nəzərdən keçirməlidir. Orqanizmin zəifləməsinə səbəb olan mənfi faktorlarla mübarizə aparmaq vacibdir. Streslərdən hər bir kəs özünü qorumalıdır. Belə vərdişlərdən uzaq olmaq sağlamlığın əsasını təşkil edir. Ailədə münasibət əsl məhəbbət və səmimiyyət üzərində qurulmalıdır. Ailənin sağlamlığına ən çox və ən əsas rol oynayan şəxsi gigiyenasının qorunmasından çox asılıdır. Şəxsi gigiyenanın qorunması insanın mikroblardan, xəstəliyi törədən amillərdən uzaq olmağının əsasını təşkil edir. Ailəni sağlam görmək və onu yaşatmaq üçün ailəni fiziki hərəkətlə maraqlandırmaq yerinə düşər. Fiziki tərbiyə orqanizmi inkişaf etdirir. Sağlam ailə qurmağı arzulayan hər bir kəs idmanla məşğul olmalıdır. Təbiətdə daim təmiz havada olmaq, təmiz suyun qəbulu sağlamlığın əsasını təşkil edir. Hər bir vətəndaş anonim olaraq könüllü müayinələrdən keçə bilər. Bu ən çox zöhrəvi xəstəliklərin qarşısını almaq məqsədilə aparılır. Bu xəstəliklər “əxlaq xəstəlikləri” adı ilə adlandırılır. Bu zaman yoluxma mənbəyi olan insan insani şəxsi taparaq dövlət müəssisəsində müalicəsinə başlamalı və tam sağalma gedənə qədər müalicəsini başa vurmalıdır. Belə hal olmasa gələcəkdə eybəcər uşaqların əmələ gəlməsinə təməl qoyulur və sonsuzluq kimi hallar baş verir. Pis vərdişlərdən biri də ailədə siqaretin qəbul edilməsidir. Çox zaman ailədə, xanım da siqaret aludəçisi olsa siqaret tüstüsündən buraxılan dəm qazı, sionid turşusu, ammonium formaldehid və s. konsergen (yəni xərçəngə səbəb olan) maddələr xüsusi ilə bensoprin qorxulu hal törədə bilər. Ailədə siqaret çəkən varsa, məktəb yaşlı uşaqların əmək və istirahət rejimini pozur və insanlarda papiros çəkmə meyilliyini yaradır.
Ailə qurarkən nigahın olması yaşı 18 yaşından müəyyənləşdirilir. Bu yaşın seçilməsində ailə quran gənclərin mənəvi yetkinliyə çatması anonim və doğulacaq körpənin sağlamlığının qorunmasıdır. Və toy mərasimi qabağı “Nigahın bağlanması haqqında” şəhadətnamənin təqdim olunması mütləq və vacibdir.
Ölkəmizdə ən çox pis adətlərdən biri də yaxın qohumlarla ailə qurmaqdır. Sağlam həyat tərzi sağlam uşaq doğulmasının əsas şərtlərindəndir. Bəzən irsi xəstəliklərin davam etdirilməsinin əsas şərtlərindən də elə budur. İki qan qohumluq zərərli nəticələr verir və gənc nəslin sağlamlığına xələl gətirən amillərdən biridir. Valideynlərin düşünülməz hərəkətlərinin əziyyətini uşaqlar çəkir. Hamımız bilirik ki, güclü dövlətin təməlində sağlam cəmiyyət, onun əsasında isə sağlam ailə dayanır. Belə bir əsasında layihələr götürülmüş və Azərbaycanın bir sıra rayonlarında bu layihəni həyata keçirməyə başlamışıq. Dünya Birliyinə uğurla inteqrasiya etməkdə olan Azərbaycanın bütün ailələrinin sağlam bünövrə üzərində qurulması və ailə dəyərinin qorunması sayəsində tədbir və nailiyyətləri (tədbirdən götürülən nailiyyətləri) yüksək qiymətləndirmək olar. Dövlətimiizn ailə, qadın və uşaq problemləri üzrə onların həlli istiqamətində mühüm işlər görülmüş və görülməkdədir.
Lətafət
ƏLİZADƏ,
“Səhiyyə və
sağlam həyat” İctimai
Birliyinin rəhbəri, “Tərəqqi
medallı”.
Respublika.-2014.-8
aprel.-S.9.