Məqsədimiz müştərilərin etimadını qazanmaqdır

 

Azərbaycan iqtisadi inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur. Milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsi, sahibkarlığın inkişafı bu mərhələnin əsas səciyyəvi cəhətidir. Ölkə iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun xüsusi çəkisi yüksəlmişdir. Dinamik inkişafı getdikcə daha sürətli xarakter alan müasir Azərbaycan artıq dünyada güclü bir dövlətə çevrilmişdir. Həyata keçirilən layihələrə, görülən işlərə nəzər saldıqda respublikamızın sürətli iqtisadi inkişafının bir daha şahidi oluruq. Ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır.

Bu gün respublikamızda özəl sektor yeni yüksəliş dövrünə qədəm qoymuşdur. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosialyönlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ölkə Prezidenti cənab İlham Əliyev özəl sektorun inkişafına toxunaraq demişdir: “Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu sadəcə olaraq sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlığın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi olaraq görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır. Sahibkarlığın normal biznes mühitində fəaliyyəti ölkəmizin gələcək inkişafını təmin edəcəkdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bu gün iqtisadiyyatımızın böyük hissəsi—80 faizdən çoxu özəl sektorda formalaşır. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir”.

Müasir Azərbaycanımızın daha da qüdrətlənməsinə töhfəsini verən, memarlıq və tikinti üzrə ixtisaslaşan şirkətimiz—“Kənan-İnşaat və Ticarət” Birgə Müəssisəsi 1996-cı ildə yaradılmışdır. Şirkətin əsas fəaliyyət istiqaməti inzibati, mülki və sənaye obyektlərinin tikintisi üzrə kompleks xidmətlərin, o cümlədən təmir-bərpa işlərinin yerinə yetirilməsindən və konstruktiv həll yollarının işlənib hazırlanmasından ibarətdir. Həmçinin, şirkətimiz topoqrafik və mühəndis-geoloji axtarış işlərinin, bərpa, müasirləşdirmə, yenidən təchiz etmə və təkrar planlaşdırma kimi işlərin yerinə yetirilməsi üçün əlavə xidmətlər təklif edir. Müəssisəmiz həm yerli, həm də beynəlxalq miqyasda ABŞ və Britaniya səfirliklərinin inşası ilə özü haqda müsbət rəy yaratmışdır. Şirkətimiz İSO 9001: 2008, OHSAS 18001: 2007 kimi beynəlxalq standartlar üzrə uyğunluq şəhadətnamələrinə malikdir. Bu şəhadətnamələr keyfiyyətin idarə olunması sisteminin səmərəliliyini və şirkətin öz imkanlarını genişləndirmək və daha geniş istehlakçı kütləsinin tələbatına cavab vermək məqsədi üçün çalışdığını göstərir.

Şirkətimiz tərəfindən xidmətləri keyfiyyətlə və vaxtında yerinə yetirməklə təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstanda, Orta Asiyada, İsveçrədə, Rusiyada, İsveçdə və Estoniyada etibarlı tərəfdaş kimi tanınmışdır. 2008-ci ildən etibarən şirkətimiz özünün Gürcüstanda ilk filialını açmışdır. Belə ki, “Kənan-İnşaat və Ticarət” Birgə Müəssisəsi Gürcüstanda öz məhsullarının yüksək keyfiyyətinə zəmanət verən, ən müasir və yüksək təcrübəli tikinti şirkəti qismində fəaliyyətə başlamışdır. Şirkətimiz həmçinin inzibati, mülki və sənaye obyektlərinin tikintisi, təmir-bərpa işləri, topoqrafik, mühəndis-geoloji axtarış işləri, konstruktiv həll yollarının işlənib hazırlanması kimi kompleks xidmətlər göstərir.

Ötən il şirkətimiz üçün çox uğurlu olmuşdur. Şirkətin fəaliyyətində sifarişinin sayı artmış, həcmi genişləndirilmişdir. Layihəçilərimizin böyük təcrübəyə malik olması nəticəsində bir sıra əhəmiyyətli layihələri həyata keçirmişik. Bütün hesablama və layihə işləri avtomatlaşdırılmışdır ki, bu da materialların daha səmərəli istifadəsi ilə binanın daşıyıcı konstruksiyalarını layihələndirməyə imkan verir. Bütün bunlar inşaat konstruksiyalarının maya dəyərinin aşağı düşməsini, keyfiyyətinin artırılmasını və tikinti müddətinin azaldılmasını təmin edir. Həmçinin şirkətimiz müxtəlif təyinatlı sənaye obyektlərinin layihələndirilməsi üzrə tam xidmət kompleksini təklif edir. Sənaye layihələndirilməsində yerinə yetirilən layihə işlərinin dəqiqliyinə və keyfiyyətinə dair xüsusi tələblər müəyyən edilir.

Şirkətimiz “Bank Techniquenin əsas binasının tikintisini başa çatdırmış, Azərbaycan Beynəlxalq Bankının 14 mərtəbəli əsas binasının tikintisinin isə 2014-cü ilin avqsut ayında başa çatdırılmasını planlaşdırır.

“Kənan-İnşaat və Ticarət” Birgə Müəssisəsi “UNIFLAIR”, “BINI”, “CARRER”, “EVR”, “REMARK” məhsullarının və avadanlıqlarının satış üçün tanıdılması sahəsində “TNERMOCOOL” şirkətinin tərəfdaşı, rəsmi distribütoruekskluziv nümayəndəsidir. Şirkət respublika ərasizində məhsulların satışı, quraşdırılması, işə salınması, sazlanması və təmiri ilə əlaqədar işləri həyata keçirir.

Kollektivimiz bir-biri ilə həmfikir olan mütəxəssislərdən ibarətdir ki, onlar da problemlərin həllində böyük tədcrübəyə malikdirlər. Peşəkar icraçılarının nəzarəti sayəsində şirkət inşaat prosesinin istənilən mərhələsində hər hansı bir təşkilinin operativ şəkildə yerinə yertirir. Bizim işimizin hədəfi müştərilərimizdir. Əsas məqsəd müştərilərin etimadını qazanmaqdır. Şirkətimiz bu gün inşaat-memarlıq sahəsində öz sözünü demiş və müxtəlif yerli, beynəlxalq mükafatlara layiq görülmüş bir şirkətdir.

Artıq 5-ci ildir ki, ölkə inşaatçıları öz peşə bayramlarını qeyd edirlər. Dövlət başçımızın belə bir günün təsis etməsi biz inşaatçıların əməyini qiymətləndirməklə bərabər həm də qarşımıza böyük məsuliyyət qoyur.

Bütün həmkarlarımı inşaatçı günü münasibətilə təbrik edir, şərəfli və məsuliyyətli işlərində onlara müvəffəqiyyətlər arzulayıram.

 

Əlihüseyn ƏSGƏROV,

“Kənan İnşaat və Ticarət” Birgə Müəssisəsinin baş direktoru.

 Respublika.-2014.-9 aprel.-S.6.