Təhsildə uğurlar ürəkaçandır

 

Respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda təhsil son illər ərzində yüksələn xətt üzrə inkişaf etmiş, nəticədə digər sahələrdə olduğu kimi, təhsildə xeyli uğurlar əldə edilmişdir.

Bu barədə məlumat verən Balakən Rayon Təhsil Şöbəsinin müdiri Mahir Dibirov bizimlə söhbətində bildirdi ki, Balakən rayon təhsil şöbəsinin tabeliyində 54 tədris müəssisəsi, o cümlədən 49 ümumtəhsil məktəbi və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Məktəblərdən 35-i tam orta, 10-u ümumi orta və 4-ü ibtidai məktəbdir. Rayonun ümumtəhsil məktəblərində şagirdlərin sayı 11749 nəfərdir. Məktəbdənkənar tədris müəssisələrində 154 qrupa 1956 nəfər ümumtəhsil məktəbinin şagirdi cəlb edilmişdir.

Əvvəlki illərdə məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətindəki işlər bu ildavam etdirilmişdir. 2013-cü ilin yanvar ayında Qarahacıllı kənd tam orta məktəbi üçün 300, may ayında isə Qaracabinə kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik yeni binalar istifadəyə verilmişdir. Hənifə məktəbi üçün 480, Qazbinə tam orta məktəbi üçün 220, Şambul kənd tam orta məktəbi üçün 220, Qullar 2 saylı kənd tam orta məktəbi üçün 220 şagird yerlik məktəb binalarının, rayon təhsil şöbəsi üçün inzibati idarə binasının tikintisində işlər yüksək ahənglə aparılmış, həmin binalar da 2013-2014-cü tədris ilinin başlanğıcında istifadəyə verilmişdir.

Rayonda məktəb tikintisi və təmiri ilə yanaşı, məktəblərin müasir avadanlıq, tədris vəsaitləri, istilik sistemlərı ilə təchizatına da böyük diqqət yetirilmişdir.

Yeni dərs ilinə hazırlıq işləri planauyğun şəkildə aparılmışdır. Rayonun tədris müəssisələrində yeni dərs ilinə hazırlıqla bağlı aparılan təmir işləri vaxtında tamamlanmış, tədris müəssisələrində yüksək keyfiyyətli təmir işləri aparılmışdır.

Müasir cəmiyyətdə təhsilin vacib komponentlərindən birinə çevrilmiş informasiyakommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı xeyli görülmüşdür. Hazırda rayonun 47 məktəbində 612 ədəd müasir tipli kompyuter vardır. Rayonda ümumtəhsil məktəblərində hər 19 nəfər şagirdə 1 kompyuter düşür. 11 məktəbdə 226 kompyuter sürətli internet şəbəkəsinə qoşulmuşdur.

Təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi, xüsusi qabiliyyətli şagirdləri aşkar etmək və onlarla aparılan işlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə əhəmiyyətli tədbirlər keçirilmişdir.

Fənn olimpiadalarının rayon turunun qaliblərindən 16 nəfəri 2013-cü ilin mart ayında Bakı şəhərində keçirilən Respublika turunun iştirakçısı olmuşdur. Olimpiadanın nəticələrinə əsasən 12 nəfər məktəblimiz I-IV yerləri tutaraq Təhsil Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

Məktəbdənkənar uşaq tərbiyə müəssisələrində məktəblilərin asudə vaxtlarının məzmunlu təşkili məqsədilə bir sıra maraqlı tədbirlər həyata keçirilmişdir Uşaq Gənclər İdman Məktəbinin xətti ilə 20.01.2013-cü il tarixində şəhidlərin xatirəsinə həsr olunan sərbəst güləş, 26 fevralda Xocalı soyqırımına həsr edilmiş yunan-Roma güləşi keçirilmişdir. 5 mart 2013-cü il tarixində Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş voleybolyunan-Roma güləşi üzrə rayon birincilikləri keçirilmişdir.

14 fevral 2013-cü il tarixində Uşaq Texniki Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.01.2013-cü il tarixli 134 saylı əmrinə əsasən məktəblilərin elmi-texniki yaradıcılıq potensialının üzə çıxarılması, istedad bankının zənginləşdirilməsi məqsədilə uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıqlarının respublika baxış-müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Orada dərnək üzvlərinin 52 işi nümayiş etdirilmişdir. 29 mart 2013-cü il tarixində Zaqatala şəhərində keçirilən zona mərhələsində dərnək üzvləri C.Şirinov və Ə.Qarayev kənd təsərrüfatı və hərbi maşınlar texnikası üzrə I və II dərəcəli diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Uşaq Yaradıcılıq Mərkəzinin xətti ilə 18 yanvar 2013-cü il tarixində “Şəhidlər ölmürlər” adlı ədəbi-bədii kompozisiya, 26.02.2013-cü il tarixində “Xocalıya ədalət” adlı “dəyirmi masa”, xalq oyunlarının təbliği məqsədilə “Bənövşə, bəndə düşər” adlı tədbir keçirilmişdir.

2013-cü il ərzində şahmat üzrə Uşaq Gənclər İdman Məktəbinin xətti ilə də rayonda bir sıra maraqlı tədbir keçirilmiş, dərnək üzvləri zonarespublika miqyaslı tədbirlərdə fəallıq göstərmişlər.

Ümumtəhsil məktəblərində şagirdlərlə aparılan hərbi-vətənpərvərlik işinin, onların fiziki tərbiyəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlərin keçirilməsinə xüsusi önəm verilmişdir. Mart ayında ümumtəhsil məktəbləri arasında “Cəsurlar” hərbi idman oyununun zona turu keçirilmiş, humanitartexniki təmayüllü liseyin komandası III yeri tutmuşdur.

“Sərhəd” hərbi-idman oyununun rayon finalı mart ayında keçirilmiş, həmin finalda Qaysa, Poştbinə 1 saylı və Yeni Şərif kənd 2 saylı tam orta məktəblərinin komandaları mübarizə aparmışdır. 17 may 2013-cü il tarixində Zaqatalada keçirilən zona turnirində Qaysa məktəbinin məktəbliləri iştirak etmişlər.

04 iyun 2013-cü il tarixində akademik Z.Əliyeva adına şəhər 3 saylı tam orta məktəbinin “Gənc xilasedici və yanğınsöndürənlər”i komandası Qəbələ şəhərində keçirilən zona yarışının iştirakçısı olmuşdur.

İmtahan nəticələrinin təhlili göstərmişdir ki, tədris ili boyu şagirdlərlə səmərəli aparıldığından Nizami adına şəhər 1 saylı, Nəsimi adına şəhər 2 saylı, şəhər 3 saylı, Qazma 2 saylı, Meşəşambul tam orta məktəblərində, TexnikiHumanitar Təmayüllü Liseydə şagirdlərin müvəffəqiyyəti digərləri ilə müqayisədə daha yüksək olmuşdur.

2013-cü ildə tam orta məktəb pilləsini bitirənlərin 338 nəfəri ali məktəblərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında güclərini sınamışlar. Cari tədris ilinin məzunlarından 215, ötən ilin məzunlarından 25 nəfəri şərəfli tələbə adını qazanmışdır. 5 nəfər məzunumuz 600, 25 nəfəri isə 500-dən yuxarı bal toplayaraq respublikamızın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşdur. 2012-ci il həmin ilin məzunlarından 148, əvvəlki illərin məzunlarından 44 nəfəri tələbə adını qazanıb, 3 nəfər məzunumuz 600, 16 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Təhsil şöbəsinin müdiri daha sonra vurğuladı ki, liseyinNizami adına şəhər tam orta məktəblərin hər birindən 3 nəfər XI sinif məzunu təhsildə qazandıqları xüsusi nailiyyətlərə görə qızıl medalla təltif olunmuşdur. Hazırda rayonun ümumtəhsil məktəblərinin 8 nəfər qızıl medallı məzunu vardır. Onların hər biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda yüksək nəticə göstərərək dövlət sifarişli ixtisaslara qəbul olunmuşlar.

Rayon təhsil şöbəsi pedaqoji kollektivlərə rəhbərlik və nəzarəti təmin etmək məqsədilə fəaliyyət planına uyğun məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Rayon təhsil şöbəsinin təhsilyanı şura yığıncaqları fəaliyyət planına uyğun keçirilmişdir. Rayon təhsil şöbəsinin metodistləri vaxtaşırı məktəblərdə olmuş, müəllimlərə əməli-metodiki köməklik etmişlər. Müxtəlif ixtisaslardan olan 145 nəfər müəllim, 2 nəfər məktəb direktoru, 2 nəfər direktor müavini Azərbaycan Müəllimlər İnstitutunda və həmin institutun Zaqatala filialında ixtisasartırma kurslarından keçmişlər. İyun-avqust aylarında kurikulumla bağlı müxtəlif fənn müəllimlərindən 516 nəfəri rayonda təşkil edilmiş kurslardan keçmişlər.

Balakən Rayon Təhsil Şöbəsində və tədris müəssisələrində milli bayramlar, tarixi əlamətdar günlərin keçirilməsinə diqqət yetirilmişdir. 20 Yanvar, 26 fevral – Xocalı soyqırımı, 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbirlər və s. keçirilmiş, məktəblərin pedaqoji kollektivlərinin üzvləri rayon tədbirlərində iştirak etmiş, məktəblərdə 19 yanvarda, 26 fevralda keçirilmiş ilk dərslərdə həmin acı həqiqətlər şagirdlərə bir daha yada salınmışdır. 16 sentyabr 2013-cü ildə ilk dərslər “Doğma yurdum–Azərbaycanım mənimmövzusunda keçirilmişorada rayonumuzda və respublikamızda gedən iqtisadisosial sahələrdəki davamlı inkişafla bağlı həqiqətlər şagirdlərə izah edilmiş, onlara rayonumuzun tarixi haqqında biliklər verilmişdir. Məktəblilər arasında 20 Yanvar və Xocalı soyqırımı, Mart qırğını ilə bağlı inşa müsabiqəsi və digər tədbirlər keçirilmişdir. Yeni ilNovruz bayramlarında bütün ümumtəhsil məktəblərində bayram şənlikləri keçirilmişdir.

Təhsil innovasiyalarını, müasir təhsilin prioritet istiqamətlərini və mahiyyətini hərtərəfli mənimsəyən, müasir təlim strategiyalarını və qiymətləndirmə mexanizmlərini tətbiq edən Balakən rayonunun təhsil işçilərinin uğurlarının bundan sonra da yüksək olacağı şəksizdir.

 

İlham PƏNAHOV,

Respublika.-2014.-9 aprel.-S.7.