“Burda bir kənd vardı...”
Dünən “Aşıq Şəmşir”
Mədəniyyət Ocağı
İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban faciəsinin 22-ci ildönümü
ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində anım
tədbiri keçirilmişdir.
Kəlbəcərin tanınmış ziyalılarının, şair və yazıçıların, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açmış və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Həbib Misirov demişdir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir.
Uzun illər gizli saxlanılan, üzərində qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, barələrində açılmış cinayət işləri öz həqiqi dəyərini qazanır. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni quldurları xalqımızın başına növbəti bir faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi, 33 nəfər amansızlıqla qətlə yetirildi, qoca və körpələrə aman verilmədi. Bu bir kəndin sakinlərinə amansız və insanlıq adına sığmayan divan idi.
Erməni quldurları mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamı olaraq Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş Ağdabanlı şair Qurbanın və onun oğlu, klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandırıb məhv etdilər”.
Ağdabanın işğalı ilə bağlı film nümayiş etdirildi. Filmdə Aşıq Şəmşirin oğlu, tanınmış ictimai xadim Qəmbər Şəmşiroğlunun Ağdabanın işğalı barədə ürəkağrısı ilə söylədiyi xatirələr tədbir iştirakçılarında erməni vandalizminə qarşı bir daha nifrət oyatdı.
Sonra söz tanınmış şair
Məmməd Aslana verildi.
Məmməd Aslan qeyd etdi ki, Kəlbəcərin
Ağdaban kəndi erməni separatçıları
tərəfindən qətliama
uğradıqdan sonra istedadlı şair Cabir Umud bəşərin
görmədiyi müsibət
haqqında son dərəcə
təsirli “Burda bir kənd vardı”
adlı bayatı janrında poema yazmışdır. Bu gün eyni zamanda
bu kitabın da təqdimat mərasimi keçirilir.
Bu kitab istər
vətəndaş unutqanlığı
qarşısında bir
haraydı, istərsə
də dünyanın sülhsevər qüvvələrinin
fikir və düşüncələrinə xitab etmək cəhətdən gərəklidir.
Ədəbi tonqal mahiyyətində
bir yaddaş vasitəsidir.
Tədbirdə Moskvada yaşayan, əslən Kəlbəcərdən
olan şair Nəsib Nəbioğlu bildirmişdir ki, Kəlbəcərin işğalı
ilə bağlı qaranlıq səhifələr
vaxt gələcək
açılacaqdır. Biz Moskvada tez-tez mötəbər məclislərdə
Kəlbəcərin işğalı
ilə bağlı anım tədbirləri keçiririk.
“Burda bir kənd vardı...” kitabının müəllifi
şair Cabir Umud vurğulamışdır
ki, Ağdaban faciəsi bir millət tərəfindən
digər bir millətə qarşı
qətliamdır. Həkim-şair Nurəddin Ocaqlı
fikirlərini belə ifadə etdi ki, ağlamaq, sızlamaq daha yetər. İndi biz qəhrəman oğullarımızdan yazmalıyıq.
Gənclərimizdə ruh yüksəkliyi
yaratmalıyıq.
BDU-nun dekan müavini,
şair Ələmdar
Cabbarlı demişdir
ki, erməni işğalçıları maddi
sərvətlərimizlə yanaşı, mənəvi
sərvətlərimizi də
məhv etmişdir. Tədbirdə
Kəlbəcərin tanınmış
ziyalılarından Əli
Kazımov, Vəliyəddin
İsmayılov, Əlövsət
Ağalarov, Adil Cəmil və başqaları çıxışlarında
qeyd etmişlər ki, bu gün
Ağdaban faciəsi bəşəriyyətə qarşı
törədilmiş ən
böyük cinayətlərdən
biri kimi canlı şahidlərin yaddaşında silinməz
izlər qoymuşdur. Azərbaycanın gözəl guşəsi
Qarabağın qala qapısı Kəlbəcəri
ələ keçirmək
üçün erməni
separatçılarını “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi
dəhşətli soyqırımı
bu gün bütün dünya tanımalıdır. Çünki bu faciədə suçsuz qocaların, körpə və qadınların ən qəddarlıqla güllələnməsi,
əsir düşmüş
insanların başının
dərisinin soyulması,
dırnaqlarının qoparılması,
meyitlərin gözünün
çıxarılması, qulaqlarının kəsilməsi,
bir sözlə, insanlığın məhvinə
yönəlmiş hərəkətlərin
edilməsi faktları
vəhşiliyin ən
yüksək həddidir.
Dünya tarixində özünəməxsus
rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə
təqdim edilir. Azərbaycan xalqına
qarşı dəfələrlə
törədilmiş və
uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini
almamış soyqırım
əməlləri də
tarixin açılmamış
səhifələrindən biridir.
Keçmişini unudan gələcəyini qura bilməz deyib babalarımız. Bu mənada tariximizi öyrənmək və onu gənc nəslə
öyrətmək bizlərin
üzərinə düşən
ən böyük məsuliyyətdir. Bu tədbir gənclərimizin
Ağdaban faciəsinə
göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi
və bir dərs kimi baxması, belə hadisələrin dünya ictimaiyyətinə hərtərəfli
şəkildə çatdırılmasında
onlara yardımçı
olmaq missiyası daşıyır.
Rauf İLYASOĞLU,
Respublika.-2014.- 9 aprel.- S.8.