Azərbaycan beynəlxalq hüquq normalarının yerinə yetirilməsini
tələb edir
Azərbaycanın uğurlu xarici siyasət strategiyası bu gün ölkəmizin inkişafında, beynəlxalq nüfuzunun artmasında çox mühüm rol oynayır. Dövlətimiz bu strateji kursun hesabına Azərbaycanı dünya birliyinə üzv ölkələrlə mühüm tərəfdaşa çevirib. Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür. Xarici diplomatiyamız çox fəaldır, ikitərəfli format ölkəmizə böyük uğurlar gətirir. Ötən il ərzində keçirilən beynəlxalq tədbirlərin önəmini vurğulayan, Azərbaycanın mövqelərinin xeyli möhkəmləndiyini, eyni zamanda başqa ölkələrlə ikitərəfli formatda münasibətlərin inkişaf etdiyini bildirən dövlətimizin başçısı bu meylin 2014-cü ildə də davam edəcəyinə əminliyini ifadə edib.
Xarici siyasətin prioritet məsələsi olaraq qalan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyişin olmamasını təəssüflə bildirən cənab İlham Əliyev vurğulayıb ki, Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir: “Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin priortet məsələsi olaraq qalır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvasından qovulmuş qaçqın və məcburi köçkünlərimizin geri qaytarılması və ərazi bütövlüyünün təmin olunması, xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran müstəsna əhəmiyyətli birinci məsələdir.
Bu sahədə diplomatik
səylər davam etdirilir. Xarici ölkələrdəki Azərbaycan səfirliklərinin
bu istiqamətdə fəaliyyəti məqsədyönlü
xarakter daşıyır.
Qarabağ münaqişəsinə dair ədalətli, yəni Azərbaycanın maraqlarını təmin edən beynəlxalq təşkilatların kifayət
qədər qətnamə
və qərarları
var. Bu münaqişə ilə
bağlı Ermənistanın
mövqeləri Azərbaycanın
mövqeləri ilə
müqayisədə çox-çox
zəifdir. Azərbaycan regionda
lider dövlətdir, hər cəhətdən söz sahibidir. Biz heç vaxt
imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun.
Biz onları təcrid
etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz
davam etdirilməlidir.
Bu, öz bəhrəsini
verir, — deyən cənab İlham Əliyev bildirib ki, əgər məsələni sülh
yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən
tərəfdaşlar, doğrudan
da, istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks-təqdirdə məsələnin
başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç
vaxt istisna etməmişik. Beynəlxalq hüquq
bu haqqı bizə verir. Sadəcə
olaraq, Azərbaycanın
sülhsevər siyasəti,
bölgədə gedən
proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə
artıq sabitləşdirici
amil kimi çıxış etməsi
bizi bu radikal
addımlardan hələ
ki, çəkindirir.
Ona görə, məsələnin
tezliklə həlli hər tərəfin marağında olmalıdır.
Göründüyü kimi, Azərbaycan Ermənistan tərəfindən
beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının
qurbanıdır. Bu gün
Şərqi Avropada münaqişə ocağı
kimi qalan bölgələr onu göstərir ki, qitədə inkişaf edən geosiyasi vəziyyət fonunda beynəlxalq hüquq normaları prinsiplərinə
əsaslanan beynəlxalq
təhlükəsizlik sistemi
böhran vəziyyətindədir.
Ekspertlərin də fikrincə,
bu da beynəlxalq
hüququn təməl
prinsiplərini manipulyasiya
etmək meylinə ciddi təsir edir. Eyni zamanda, təcavüzkar
separatizmə, müstəqil
ölkələrin suverenliyinə
qəsd təhrikinə
gətirib çıxarır.
Məsələn, Ermənistan bu
yolla Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir.
Sülhsevər siyasət yeridən
Azərbaycan münaqişəsinin
dinc yolla həllinin tərəfdarıdır
və yenə də regionda sülhün və ədalətin bərqərar
olmasına ümidini itirmir. Lakin heç də
sirr deyildir ki, Ermənistan çalışır ki,
status-kvo pozulmasın,
danışıqlar nəticəsiz
qalsın. Status-kvonun qəbuledilməz olması haqqında həmsədr ölkələrin
prezidentlərinin bəyənatları
olub. Bundan sonra işğalçıya
daha ciddi xəbərdarlıqlar edilməlidir
və Azərbaycanın
məsələni başqa
yolla həll etmək imkanlarının
da yüksək olduğu diqqətə çatdırılmalıdır. Məsələnin daim sülh
yolu ilə həll edilməsi prioritetlərinin səslənməsi
Ermənistan üçün
yanlış mesaj deməkdir.
Yəni məsələ sülh yolu ilə həll
olunacaqdır, buna görə bu məsələni uzada bilərsiniz. Bunun yanlış yanaşma olduğunu bildirən cənab İlham Əliyev vurğulayıb ki, biz də sülh istəyirik, amma ilk növbədə işğal edilmiş torpaqlar geri qaytarılmalıdır: “Yəni
bu məsələ, bir daha demək
istəyirəm ki, bizim üçün əsas məsələdir,
milli məsələdir
və bundan sonra da biz səylərimizi
gücləndirəcəyik. Biz düzgün yoldayıq.
Biz hər gün
qələbəni yaxınlaşdırırıq.
Qələbənin yaxınlaşması üçün hər bir Azərbaycan vətəndaşı, xüsusilə
diplomatik fəaliyyətlə
məşğul olanlar
hər gün fəal çalışmalıdırlar”.
Azərbaycan bu münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır,
bunun üçün
hələ də şans və ümid vardır. Bu məsələ beynəlxalq
hüquq normaları çərçivəsində öz həllini tapa bilər. Azərbaycan
BMT Təhlükəsizlik Şurası
və Avropa Şurası Parlament Assambleyası tərəfindən
qəbul edilmiş qətnamələrə əməl
olunmasını tələb
edir.
Şükür ƏLİZADƏ
Respublika.-2014.-11 aprel.-S.2.