Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib

 

Dünən Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasında vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinin açılış mərasimi keçirilib. Nazirliyin Analitik-informasiya şöbəsinin məlumatına görə, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilib.

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov turnirin iştirakçılarını salamlayaraq bildirib ki, ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başlamasından sonra şahmatın inkişafına güclü təkan verilib. Həmin dövrdə idmanın bu növünə göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarca şahmat məktəbləri və klublar açılıb, Azərbaycan şahmat məktəbi formalaşmağa başlayıb.

S.Ələkbərov Prezident İlham Əliyev tərəfindən də bu siyasətin uğurla davam etdirildiyini, bu məqsədlə dövlət başçısının 2009-2012-ci illərdə respublikamızda şahmatın inkişaf etdirilməsi ilə bağlı ayrıca sərəncam imzaladığını və Dövlət Proqramının qəbul edildiyini vurğulayıb. Qeyd olunub ki, bütün bunların nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Bu sahədə əldə edilən uğurlar, dünyaAvropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 minə yaxın uşaq və yeniyetmə məşğul olur.

Turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 32 əməkdaş iştirak edir. Builki şahmat turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi mükafatdiplom təsis edilib. Həmin mükafat yarışda ən qısa vaxt ərzində qalib gələn iştirakçıya veriləcək. Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 3-də başa çatacaq.

 

Ülvi QARAYEV,

Respublika.-2014.- 13 aprel.- S.6.