Azərbaycan iqtisadiyyatında sənaye sektoru prioritet sahələrdəndir

 

2014-cü ilinSənaye ilielan edilməsi bu sahənin inkişafına böyük təkan verəcək

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2014-cü il ölkəmizdə “Sənaye ilielan edilib. Sərəncamda qeyd olunur ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsullarının istehsalının həcmi 2,7 dəfə artıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Belə ki, “Sənaye ili”ndə Azərbaycan sənayesinin inkişafının daha da sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçiriləcək. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyev bu barədə konkret istiqamətləri göstərib: “Bu il sənaye ilidir. Sənayenin inkişafına xüsusi diqqət göstəriləcəkdir və göstərilir. Texnoparkların yaradılması prosesi sürətlə gedir. Bölgələrdə – Gəncədə, Sumqayıtda, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hər bir sahədə xüsusi sənaye yerləri, sənaye zonaları yaradılmalıdır. Çünki iqtisadiyyatımız, sənaye potensialı, əhali artır”.

Xüsusi qeyd etməyə dəyər ki, Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini sənaye istehsalı tutur. Hazırda sənaye ölkə iqtisadiyyatının ən mühüminkişaf etməkdə olan istiqamətlərindən biridir. Yanacaqenergetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə müstəqil respublikamızda son illərdə daha sürətlə inkişaf etməyə başlayıb. Qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti və aparılan iqtisadi islahatlar ölkəmizdə sənayenin kompleks inkişafını təmin edib.

Azərbaycanda böyük sənaye potensialının yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Yaxın keçmişimizə nəzər salsaq, görərik ki, ulu öndər birinci dəfə hakimiyyətə gələnə qədər Azərbaycan keçmiş Sovetlər Birliyinin xammal bazası funksiyasını yerinə yetirirdi. Ötən əsrin 70-ci illərində isə ulu öndərin gərgin əməyi sayəsində respublikamızda nəhəng sənaye müəssisələri fəaliyyətə başladı. Bununla da Azərbaycan yerli xammaldan son məhsul istehsal edən sənaye respublikasına çevrildi. Ümummilli liderin bu uzaqgörən siyasəti Azərbaycanın sonrakı inkişafının bütün mərhələlərinə müsbət təsir göstərdi. Müstəqillik dövründə, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” neft kontraktının imzalanması böyük öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik sənayeləşmə siyasətinin nəticəsi idi.

Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident  İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsədlərdən biri Azərbaycanın inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılmasına nail olmaqdır. Sözsüz ki, bu istiqamətdə ən vacib məsələlərdən biri iqtisadi inkişafın təmin olunması və sürətləndirilməsidir.

Son 10 ildə əldə etdiyimiz çoxsaylı uğurlar fonunda özünü təsdiq edən reallıq statistik məlumatda da özünü aydın şəkildə göstərir. Belə ki, son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, sənaye məhsulları istehsalı 2,7 dəfə strateji valyuta ehtiyatları 31 dəfə, daxili mənbələr hesabına, əsas kapitala yönəldilən investisiyaların həcmi 18,4 dəfə, o cümlədən qeyri-neft sektoruna investisiyalar 21,6 dəfə artmışdır. Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Azərbaycanın bu uğuru dünyada ən yaxşı nəticələrdən biri kimi qeydə alınmışdır. Ümumi daxili məhsulun həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillə irəliləmiş və 2003-cü ildəki 106-cı yerdən 66-cı yerə yüksəlmişdir.

Sürətli inkişaf dövrünü yaşayan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan iqtisadiyyatı 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşdırılması ilə başa vurmuşdur. Belə ki, ötən il ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətli inkişafı ilə yadda qalıb. Azərbaycan davamlı inkişafa nail olan islahatçı dövlət kimi, ötən il öz reytinqini bir qədər də möhkəmləndirmiş və bütün bunlar tanınmış beynəlxalq qurumların hesabatlarında öz dolğun ifadəsini əks etdirir. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün bu gün Azərbaycan ən yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 39-cu, MDB məkanında isə 1-ci yerdədir. Güclü iqtisadiyyatımız möhkəm siyasi sabitlik sayəsində qurulmuşdur. Bundan qaynaqlanan infrastruktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətlər 2014-cü ildə də çox gözəl nəticələrə gətirib çıxaracaqdır.

Azərbaycan iqtisadiyyatı 2013-cü ildə də dinamik inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə, dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin reallaşması ilə başa vurmuşdur. Beləliklə, sənaye məhsulu istehsalı 2012-ci illə müqayisədə ötən il 1,8 faiz artaraq 33,7 milyard manata çatıb. Bunun 74 faiziya 24,9 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,8 milyard manatı emal bölməsində, 5,3 faiziya 1,8 milyard manatı elektrik enerjisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faiziya 218,7 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Ölkəmizin maliyyə imkanları da ildən-ilə artıb. Belə ki, 2014-cü ildə dövlət büdcəsi 20 milyard manat səviyyəsində müəyyən edilib. Hazırda respublikamızın ümumi valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir.

Son illər respublikamızda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına xidmət edən, qeyri-neft sektorunun inkişafı indi bir çox sahələrin tərəqqisi ilə müşayiət olunur. Dövlətimizin başçısı son nitqlərinin birində bu məsələyə toxunaraq bildirmişdi ki, növbəti 10 il ərzində ÜDM ən azı 2 dəfə artmalıdır. “Biz bunu qeyri-neft sektorunun inkişafı hesabına təmin etməliyik. Çünki neft sənayesində hazırkı istehsal bizi qane edir”, - deyə Prezident İlham Əliyev qeyd etmişdir.

Qeyri-neft sektoru dedikdə təkcə rabitə, ticarət, turizmotelçilik, ictimai-iaşə və digər kütləvi xidmət sahələri deyil, sənaye, xüsusən də onun yüngülyeyinti sahələri, həmçinin kənd təsərrüfatını nəzərə almaq gərəkdir. Ölkədə kiçikorta sahibkarlığın inkişaf səviyyəsi də iqtisadiyyatın qeyd edilən sahələrində istehsal olunan məhsulların həcmi, çeşidi, keyfiyyəti və rəqabətqabiliyyətliliyi ilə ölçülməlidir.

Azərbaycanda qeyri-neft sektorunun, eləcə də onun mühüm qolu olan sənayenin inkişafına yönəlmiş ardıcıl addımlar atılır. Ümumdaxili məhsul (ÜDM) istehsalında neft-qaz sektorunun dominantlığı ötən 10 illiyin ortalarında qalmışdır və zaman artıq qeyri-neft sektorunun inkişafını diktə edir.

2014-cü ilin Azərbaycanda “Sənaye ilielan edilməsi və bu sahənin daha da inkişafı ilə bağlı müvafiq sərəncamın imzalanması bu ilin respublikamızda sənayeləşmənin keçmiş şöhrətinin qaytarılması və yeni mərhələsinin başlanğıcına zəmanət verir. Bütövlükdə Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə etdikdə, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını görmək mümkündür. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 10 ildə tərəqqisinə daha da təkan verib.

Respublikamızda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyintiemal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.

Ölkənin sənayeləşməsində ən maraqlı cəhət innovasiyayönümlü yeni texnologiyalara üstünlük verilməsidir. Ötən ilinİnformasiya-kommunikasiya texnologiyalar ili” (İKT) elan edilməsi bunun əyani sübutudur. Yola saldığımız ildə ölkəmizdə İKT sektorunun artım tempi ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil etmişdir. Azərbaycan internet şəbəkəsinin sıxlığına görə MDB və Mərkəzi Asiyada liderdir. Həmçinin kosmik sənayenin inkişafı bu gün ölkənin qarşısında dayanan mühüm vəzifələrdəndir. “İKT ilinin ən böyük nailiyyəti isə “Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Bununla da Azərbaycan dünyada az sayda olan ölkələrin üzv olduğukosmik kluba daxil olub. Belə uğurlara yalnız iqtisadiyyatı güclü ölkələr imza ata bilər.

Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda və bölgələrdə dünyanın ən qabaqcıl texnika və texnologiyalarından istifadə olunaraq müasir istehsal müəssisələri yaradılıb. Təkcə bir neçə il ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan Avtomobil, Bərk məişət tullantıları zavodlarının yaradılması böyük nailiyyətdir. Həmçinin Qaradağ Metal Konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar, Qaradağ rayonunda Gəmiqayırma zavodları, Qaradağ Sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line” AZ MDF, “EMBAVOOD” mebel fabrikləri və digər müəssisələr də istifadəyə verilmişdir.

Azərbaycanın zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Gəncə-Daşkəsən zonasında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin, texnoparkların yaradılmasına əlverişli şərait yaradıb. Ölkədə sənaye parklarının yaradılmasında məqsəd də yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Sumqayıt Texnologiyalar Parkının, Kimya Texnologiya Parkının fəaliyyətə başlaması və gələcəkdə Mingəçevir, eyni zamanda Balaxanı texnoparklarının yaradılması tezliklə sənayenin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Son 10 ildə Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuş, 10 min kilometrə yaxın avtomobil yolları inşa edilmişdir. Ölkədə müasir nəqliyyat infrastrukturu yaradılmışdır. Bu baxımdan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə avtomobil, dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri limanın inşası layihələri xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın sosial-iqtisadi inkişafında məqsədli dövlət proqramlarının icrası böyük əhəmiyyətə malikdir. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayır. Xüsusən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə daxili istehsal dəfələrlə artmış, yeni sənaye sahələri yaradılmış, zəruri infrastruktur qurulmuş, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Ötən illər ərzində dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.

İki Dövlət Proqramının icrası nəticəsində regionlarda istifadəyə verilən müəssisələrin istehsal gücünün artırılması və yeni rəqabətqabiliyyətli məhsulların buraxılışı sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olub. Ümumiyyətlə, qarşıdakı 10 ildə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla iqtisadiyyatın inkişafında xüsusi rol oynayacaqdır. Xüsusilə də sənaye texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin əsas profili ixracyönümlü iqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcək və ölkəmiz beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli sənaye məhsullarını dünya bazarlarına ixrac etməklə valyuta gəlirlərini daha da artırmış olacaq.

Qeyri-neft sektorunun inkişafına dəstək məqsədilə ölkəmizdə müvafiq institusional qurumlar, hüquqi bazainfrastrukturlar yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətinin toxunulmazlığı, yerlixarici investorlara bərabər şəraitin yaradılması üçünİnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlar qəbul edilmiş, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xidmət edən “Azərbaycan İnvestisiya Şirkəti”, Azərbaycanda İnvestisiyaların Təşviqi və İxracat Agentliyi, Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır. Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlanma prosedurlarının sadələşdirilməsi üçün Azərbaycan Prezidenti tərəfindən “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” sərəncam imzalanmışdır və hazırda həmin işlər bu yeni qaydalara uyğun olaraq həyata keçirilməkdədir. Təbii ki, bütün bunlar sənayenin inkişafına, bu sektorda müsbət göstəricilər əldə edilməsinə şərait yaratmışdır.

Ölkə iqtisadiyyatında son dövrlər əldə olunmuş makroiqtisadi sabitlik, dinamik artım, habelə yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsində qazanılmış uğurlar Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətləri üzrə həyata keçirdiyi sistemli və ardıcıl fəaliyyətinin nəticəsidir.

2014-cü ilin “Sənaye ilielan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq, ixracatı çoxaltmaqdan ibarətdir. Prezident İlham Əliyev builki Novruz bayramı şənliyində bu məsələlərə toxunaraq demişdir: “İqtisadi potensialımızın artırılması üçün daha da gözəl imkanlar vardır. Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin 2 ayında təxminən 9 faiz artmışdır. Yəni bu, göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcəkdir. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaqdır. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcəkdir. Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir”.

“Sənaye ili”ndə yeni müasir sənaye sahələri yaradılacaq ki, bu da ölkəmizdə sənayenin və ümumən iqtisadiyyatın yüksəlişinə böyük təkan verəcəkdir. Xüsusən sənayenin inkişafına dair “2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması və icrası “Sənaye ilinin başlıca yekunu olacaqdır. Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsində sənayenin daha da inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin mühüm prioritetlərindəndir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu güc, bu uğur bir daha onu təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın getdiyi yol düzgün yoldurbu yol ölkəmizə yalnız uğur, inkişafrifah bəxş edəcək.

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

Respublika.-2014.- 16 aprel.- S.4.