Səbail rayonu: Uğurlu inkişaf tempi davam edir
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş geniş iclasındakı nitqindən
irəli gələn vəzifələr Səbail
Rayon İcra Hakimiyyəti
başçısı yanında
Şuranın rayonun sənaye müəssisələri,
təsərrüfat xidmətləri,
təhsil, səhiyyə
müəssisələri, hüquq-mühafizə
orqanları rəhbərlərinin,
bələdiyyələrin, gənclər təşkilatlarının
və rayon ictimaiyyətinin
nümayəndələrinin iştirakı ilə keçirilən iclasında
ətraflı müzakirə
olunmuşdur.
İclası giriş sözü
ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov
2014-cü ilin ilk üç
ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən
5.562,8 milyon manatlıq
sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri
tərəfindən 115.5 milyon
manatlıq, rabitə müəssisələri tərəfindən
101.7 milyon manatlıq xidmətlər göstərilmişdir.
Bütün maliyyə mənbələri
hesabına əsas kapitala investisiya 1203.9 milyon manat olmuşdur
ki, bu da
keçən ilin müvafiq dövrünə
nisbətən 16,0 faiz çoxdur. Tikinti quraşdırma işlərinə
yönəldilmiş investisiyanın
həcmi 553.7 milyon manat olmuşdur ki, bu da
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
54.7 faiz çoxdur.
2014-cü
ilin I rübündə
Səbail rayonu ərazisində 537 (ilkin məlumat) yeni iş yeri açılmışdır.
Bunların da hamısı daimi iş yerləridir.
2014-cü
ilin ilk 3 ayı ərzində 2 saylı şəhər poliklinikasında,
“Turac” uşaq bağçasında, Bibiheybət
qəsəbəsində Mədəniyyət
evi və qəsəbə kitabxanasında
aparılan əsaslı
təmir-yenidənqurma işləri
başa çatdırılmış,
20-ci sahə ərazisində
109 saylı 35 kilovoltluq
yeni yarımstansiyanın
və Badamdar qəsəbəsində yeni
İdman Kompleksinin və 3 ədəd yeni su anbarının
tikintisi davam etdirilir.
Hazırda rayon ərazisində Su İdmanı sarayının,
Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Alov qüllələri” kompleksinin,
Oksford məktəbi üçün yeni tədris korpusunun, “Cənub” mehmanxanasının
sökülərək yerində
7 mərtəbəli yeni
mehmanxananın, Qurban Abbasov küçəsində
yeni İş mərkəzinin, 20-ci sahədə
Səbail Rayon Prokurorluğunun
yeni inzibati binasının, Əhəd
Yaqubov küçəsində
Müasir İstedadlar
məktəbi üçün
yeni idman və yataqxana komplekslərinin, 9 saylı
Xəzinədarlıq İdarəsi
üçün yeni binanın, Badamdar qəsəbəsində yeni
Xəstəxananın, Əhəd
Yaqubov küçəsində
kütləvi informasiya
vasitələri işçiləri
üçün daha bir yeni binanın
tikintisi, Bayıl dairəsində genişmiqyaslı
abadlıq işləri,
Dövlət başçısının
tapşırıqlarına əsasən Dənizkənarı
Milli Parkın Bibiheybət qəsəbəsinə
kimi yolun genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması,
Neftçilər prospektində
İdman Oyunları Sarayının (Əl Oyunları sarayı) əsaslı təmiri davam edir.
Səbail
rayonunun Elektrik Təchizatı və Satış İdarəsi,
Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən
sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının
yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş,
bu istiqamətlərdə
narazılığa səbəb
ola bilən hallara yol verilməmişdir.
2014-cü
ilin ilk 3 ayı ərzində Səbail
rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə
ünvanlı Sosial Yardım almaq üçün 398 ailə
(1578 ailə üzvü)
müraciət etmiş,
onların sənədlərinə
müvafiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım
təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə
Fondu Səbail rayon şöbəsində qeydiyyatda
olan 13116 nəfər təqaüdçülərə ilin ilk 3 ayı ərzində 9.651,7 min manat
təqaüd və müavinət ödənilmiş,
ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Səbail
rayon Məşğulluq Mərkəzinə
ilin ilk 3 ayı ərzində müraciət
edən 225 nəfər
işaxtaran vətəndaş
daimi işlə təmin olunmuşdur, “Ərazi Məşğulluq
Proqramı”na əsasən
cari ilin birinci rübü ərzində 20 nəfər
iş axtaran vətəndaş üçün
Mərkəzdə “İngilis
dili” üzrə, 16 nəfər üçün
“Kompyuterçi dizayner”
peşə kursları
açılmış, Əmək
yarmarkasında 4 nəfər
daimi işlər təmin olunmuşdur.
İclasda RİH başçısının
müavini Eldar Ağayev, Səbail Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin
direktoru Sara Həsənova,
Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov,
236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev, Səbail Rayon Qaz İstismarı sahəsinin
rəisi Sadıx Rəhimov və başqaları çıxış
etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı,
həm də həllini gözləyən
problemlər, çatışmazlıqlar
və onların aradan qaldırılması
yolları da müzakirə olunmuşdur.
Məhəmməd VƏLİYEV,
Respublika.-2014.-17 aprel.-S.-6.