Nəsimi rayonu: investisiya proqramı icra edilir

 

Paytaxtımızın Nəsimi rayonunda infrastruktur layihələri proqram üzrə aparılır inkişaf tempi uğurla davam etdirilir. Bu günlərdə rayon icra hakimiyyətində keçirilən toplantıda 2014-cü ilin birinci rübünün yekunları geniş müzakirə olundu. Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Nəsimi rayonunun liderlik mövqeyini qoruyub saxladığını vurğuladı.

Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyevin cari ilin birinci rübünün yekunlarına dair məruzəsi dinlənildi. O qeyd etdi ki, 2014-cü ilin I rübü rayonumuz üçün uğurlu olmuşdur. Bir sıra əhəmiyyətli nəticələr əldə edilmişdir.

2014-cü ilin yanvar-mart aylarında rayonun sənayesində 88.5 mln. 529 min manatlıq sənaye məhsulu istehsal edilmiş xidmətlər göstərilmişdir. Bu da əvvəki il ilə müqayisədə 10.5 faiz artım deməkdir. Sənaye istehsahnın 25 faizi, məhsul istehsalının 75 faizi isə sənaye xarakterli xidmətlərin payına düşür.

Sənayenin dövlət sektorunda 42 mln. 352 min manatlıq ya ümumi istehsahn 52.3 faizi qədər, qeyri dövlət sektorunda isə 42 mln. 177 min manatlıq ya ümumi istehsalın 47.7 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş xidmətlər göstərilmişdir. 2014-cü ilin yanvar-mart aylarında istehlakçılara 40 mln. 420 min manathq ya bütün sənaye istehsalının 45.6%-i qədər sənaye məhsulu göndərilmişdir. 2014-cü ilin aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 2 mln. 727.4 min manat olmuşdur.

Bu ilin I rübündə rayonda rabitə müəssisələri tərəfindən hüquqi Fıziki şəxslərə göstərilən rabitə xidmətinin həcmi 8 mln. 960 min manat olmuşdur.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfındən görülən xidmətlərin həcmi isə 18.2 % artaraq 129 mln. 791 min manat olmuşdur.

Cari ilin I rübündə rayonda iqtisadi sosial sahələrın ınkışafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 108 mln. 294 min manat məbləğində investisiya yönəldilmişdir, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə çoxdur. Yönəldilmiş investisiyanın 107 mln. 312 min manatı tikinti-quraşdırmaya, 982.0 min manatı cair işlərə sərf olunmuşdur.

2014-cü ilin yanvar-mart aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 79 mln. 467 min manat olmuşdur.

Cari ilin I rübündə 595 yeni yeri açılmışdır ki, bunun da 21-i yeni yaradılan, 2-si mövcud təşkilatlar, 572-si isə fiziki şəxslər üzrə olmuşdur.

İlin 3 ayı ərzində rayon məşğulluq mərkəzinə 907 nəfər müraciət etmişdir. Müraciət edənlərdən 186 nəfəri daimi işlə təmin edilmişdir ki, bu da proqramda nəzərdə tutulduğundan 21 nəfər çoxdur.

Bu ildən etibarən, “2014-2016-cı illərdə Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına başlanılmışdır.

Hazırda rayonun 46 54 saylı tam orta məktəblərində, Bakı Slavyan Universiteti nəzdindəki Məktəb-Lisey Kompleksində, 147 174 saylı körpələr evi-uşaq bağçalarında, 46 saylı Məktəbdən Kənar Tərbiyə işi mərkəzində, Heydər Əliyev adına İdman Konsert Kompleksində proqrama uyğun olaraq əsaslı təmir işləri davam etdirilir.

Rayonun mikrorayon ərazisində yeni mini idman meydançaları tikilmişdir.

Rayon qaz istismarı idarəsi 2014-cü ilin 3 ayı ərzində istehlakçılara 3 mln. 787 min 87 manat, o cümlədən, əhaliyə 2 mln. 320 min 15 manatlıq təbii qaz satmışdır. Ümumi satışın 86,0 faiz, əhaliyə satılmış təbii qazın dəyəri isə 103,0 faiz ödənilmişdir.

2014-cü ilin yanvar-mart ayları ərzində Nəsimi rayon Enerji Təchizatı Satışı İdarəsi üzrə 73 min 331 istehlakçı (o cümlədən: əhali - 65 min 211, q/əhali - 8 min 120 abonent) elektrik enerjisi ilə təchiz edilmişdir. Rüb ərzində həmin istehlakçılara 169,43 mln. kvts ya 10,16 mln. manatlıq elektrik enerjisi satılmış, 9,75 mln. manat vəsait toplanmışdır ki, bu da satılmış elektrik enerjisinin dəyərinin 96,0 % təşkil etmişdir.

Nəsimi rayon Sukanal Departamenti 2014-ci ilin 3 ayı ərzində 65 min 944 abonentə, o cümlədən, əhali üzrə 63 min 339, qeyri-əhali üzrə 2 min 605 abonentə xidmət etmişdir.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekunlaşdıraraq əminliklə bildirdi ki, 2014-cü ildə Nəsimi rayonunda Dövlət İnvestisiya Proqramına uyğun olaraq bütün sahələrdə mühüm irəliləyişə nail olunacaq, xüsusilə sənayedə müsbət dəyişikliklər baş verəcəkdir.

Toplantıda Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev rayon Enerji Təchizatı Satışı idarəsinin rəisi Ramil Yusifov, Rayon Qaz İstismar Sahəsinin rəisi Məcid Kərimli, Rayon Gənclər İdman İdarəsinin rəisi Elbrus Abdullayev, Rayon Sukanal Sahəsinin rəisi Həmidulla Əliyev çıxış etdilər.

 

Qədir ASLAN,

Respublika.-2014.-17 aprel.-S.6.