Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”

 

Artıq bir neçə ildir ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-lər arasında elan etdiyi müsabiqələrdə iştirak edirəm. Yarandığı 5 il ərzində fondun fəaliyyəti tam təqdirəlayiqdir. Fond rəhbərliyinin hər bir mətbu orqanına, eləcə də onun əməkdaşına səmimi münasibətini hər zaman hiss edibbunun dəfələrlə şahidi olmuşam. Hansısa mətbu orqanı təmsil etməyindən asılı olmayaraq fondun icraçı direktoru ilə günün istənilən vaxtı görüşmək, məsləhət almaq, yaxud bu qurum ilə hansısa bir problemin varsa, yerindəcə həll etmək mümkündür.

Müxtəlif nazirliklərlə, fondlarla, komitələrlə, icra hakimiyyətləri ilə birgə təşkil olunan müsabiqələr olduqca əhəmiyyətlidir və bu, öz səmərəliliyini verir. Bu, qurumlarla kütləvi informasiya vasitələri arasında olan körpüləri bir daha möhkəmləndirir, əlaqələrin, münasibətlərin daha da sıx olmasına xidmət edir

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi növbəti müsabiqə isə paytaxtın Sabunçu rayonunun sosial-iqtisadi inkişafına və onun real vəziyyət və perspektivlərinə həsr olunmuşdur. Bu gün respublikamızın da bütün şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq və yüksəliş Sabunçu rayonunda da özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun əldə etdiyi uğurları şərtləndirən əsas məqamlar sırasındadır.

Respublikamızın, eləcə də paytaxtın sürətli inkişafının, yüksəlişinin, gündən-günə dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biriSabunçu rayonudur. Sabunçuda hərtərəfli inkişaf üçün böyük işlər görülübbu işlər hazırda yüksək əzmlə davam etdirilir. Son iki ildə görülən işlər sakinlər tərəfindən böyük razılıq hissi ilə qarşılanır. Son illərdə rayonda mühüm infrastruktur layihələri həyata keçirilib, mühüm əhəmiyyətli binaların isə təməli qoyulub. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri və yol qovşaqları, piyada keçidlər, inzibati binalar rayonun simasını başdan-ayağa dəyişib.

Yolumuz Bakıxanov qəsəbəsinədir. Aparılan abadlıq-quruculuq işləri böyük zəhmət və gərgin əməyin bəhrəsindən xəbər verir. Qəsəbəyə sanki yeni həyat bəxş edilib. Binalara verilən görkəm göz oxşayır. Səliqə-sahman, təmizlik isə öz yerində. Axşamüstü öz nəvəsi ilə gəzintiyə çıxan Paşa dayı ilə həmsöhbət oluruq. Paşa dayı deyir:

Rayonumuz yeni inkişaf dövrünü yaşayır. Şahidi olduğumuz kimi böyük işlər aparılır. Rayon tikinti meydanını xatırladır. Elə bir qəsəbəsi, kəndi, guşəsi yoxdur ki, orada gərgin getməsin. İnsanlar görülən işlərdən razılıq edirlər. Təki problem göstər rayon rəhbərliyinə. Elə mütəmadi görüşlər də bu amala xidmət edir. Bakıxanov qəsəbəsində 40 ildir yaşayan bir sakin kimi deyə bilərəm ki, indiki kimi heç vaxt burada belə quruculuq işləri görülməyib. Baxmayaraq ki, rayon rəhbərliyi bu işlərə çox qısa bir müddət—cəmi iki ilə yaxın bir vaxt sərf edib. İndi rayonumuzun, xüsusilə də Bakıxanov qəsəbəsinin gündüzü gecədən, gecəsi də gündüzündən gözəldir. Elə gün olmaz ki, bura gəzintiyə çıxmayım. Hiss olunur ki, rayon rəhbərliyi öz üzərinə düşən məsuliyyəti hiss edir və yığılıb qalmış problemlərin öhdəsindən layiqincə gəlir. Bir sözlə, dövlət başçısının qarşıya qoyduğu vəzifələr Sabunçu rayonunda uğurla icra olunur. Rayonumuzun üç-beş ildən sonrakı görkəmini təsəvvür etmək heç də çətin deyil. Düz 46 il inşaat, tikinti sahəsində çalışmışam. Görülən işlər, aparılan abadlıq-quruculuq tədbirləri mənə sovet dövrünü xatırladır. O vaxtlar respublikamızda müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyev rəhbərlik edirdi. Respublikamızda qaynar gedirdi. Bax, bu gün də həmin o illərin yadigar binaları şəhərimizə sanki bir gözəllik verir. İndiki dövrü ancaq o illərlə müqayisə etmək olar. Təcrübəli bir inşaatçı-mühəndis kimi deyə bilərəm ki, qısa bir zaman kəsiyində ölkəmiz, xüsusilə paytaxt Bakımız heç də hansısa inkişaf etmiş bir Avropa, yaxud dünya ölkələrinin paytaxt şəhərlərindən geridə qalmayacaqdır.

Bəli, son illərin real mənzərəsi Sabunçu rayonunun əsl tikinti meydanına çevrildiyini göstərir. Hər bir ölkənin, şəhərin, qəsəbənin inkişafı makroiqtisadi göstəricilərdən daha aydın görünür. Sabunçu rayonunda ötən ildə rayonun sənaye müəssisələri və idarələri tərəfindən istehsal olunmuş sənaye məhsullarının, yerinə yetirilmiş işlərin ümumi həcmi 396,5 min manat təşkil etmişdir ki, bu da 2012-ci ildəkindən 80,3 milyon manat çoxdur. Rayonda əhaliyə göstərilən

pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 610,6 milyon manat təşkil etmişdir. Rayonda yeni yerlərinin açılması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, ötən il rayonda 2395 daimi yeni yerləri yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və bu proqrama “Əlavə Tədbirlər Planı”nın icra müddəti çərçivəsində ötən il rayon ərazisində çox mühüm iqtisadi sosial əhəmiyyətli obyektlər tikilmiş, yollar salınmışdır. Əhalinin elektrik enerjisi, qaz, su, istilik təchizatının yaxşılaşdırılması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılmasına dair çox böyük işlər görülmüşdür. Rayonda bu proqram çərçivəsində 1 məktəb və 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilmiş, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə müəssisəsində əsaslı təmir işləri görülərək hamısı müasir avadanlıqlarla təchiz edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Sayca 3-cü olan bu Dövlət Proqramında da təkliflər əsasında Sabunçu rayonunda bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhz həmin bəndlərin həyata keçməsindən, uğurla icrasından sonra müəyyən problemlər öz həllini tapacaqdır. Abadlıq və yaşıllaşdırma işləri rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Rayonun mərkəzi və daxili yolların kənarlarında ötən il ərzində 8500 kvadratmetrə yaxın sahəyə həmişəyaşıl örtük (qazon), 3 minə yaxın müxtəlif növ ağackol əkilmiş, Zabrat-Maştağa və Zabrat-Pirşağı mərkəzi yollarının açılışı zamanı burada böyük həcmli abadlıq işləri aparılmışdır. Həmçinin Bakıxanov dəmiryolu keçidindən Sabunçu qəsəbəsi istiqamətində körpüyə qədər yolun hər iki tərəfində ərazi tam abadlaşdırılaraq böyük həcmli yaşıllaşdırma işləri görülmüşdür. Bu günlərdə isə Balaxanı qəsəbəsində yerləşən parkda iməcilik keçirilmişdir. Parkda abadlıq və yaşıllaşdırma işləri görülmüş, yüzlərlə ağac əkilmişdir. Görülən bütün bu işlər onu göstərir ki, rayonda son dövrlər mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilmişdir.

Bu ilin sonuna kimi Bakıxanov qəsəbəsinin Sülh küçəsinin, Gənclik, R.Qənbərov və s. mərkəzi küçələrinin, yollarının genişləndirilməsi, yeni səkilərin salınması, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması və digər abadlıq işlərinin aparılması nəticəsində qəsəbənin həmin mərkəzi küçələrinin görkəmi əsaslı surətdə dəyişəcəkdir.

Rayonun bütün ərazisi rayon rəhbərliyinin diqqət mərkəzindədir. Bunu ötən müddətdə görülən işlər bir daha sübut edir. Ötən il həmçinin köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılması davam etdirilmişdir. Yeni RamanaSabunçu qəsəbələri arasında köhnə Yod zavodunun tikililəri sökülərək orada təmizlik işləri aparılmış, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınmışdır. Eləcə də burada abadlıq və təmir-bərpa işləri aparılmış, yeni asfalt örtüyü vurulmuşdur.

Rayon ərazisində məskunlaşan qaçqınlar da daim diqqət mərkəzində saxlanılmışdır. 50-dək müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilmiş, onlara enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətə götürülmüşdür.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2014-cü il fevralın 17-dən başlayaraq respublikamızın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam edir. Bununla əlaqədar olaraq RİH başçısının sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmışdır. Tibbi müayinənin mütəşəkkil qaydada keçirilməsi və başa çatdırılması məqsədilə əvvəlcədən ciddi hazırlıq görülmüş, rayonun bütün tibb müəssisələrində lazımi şərait yaradılmışdır. Fevralın 17-dən aprelin 4-nə kimi rayon üzrə 122820 nəfər sakin müayinələrdən keçmişdir. Saylı günlər qalsa da bu kampaniyanın uğurla başa çatdırılması rayon rəhbərliyinin nəzarətindədir.

Bir sözlə, bu gün dövlət başçısının rayon rəhbərliyinin qarşısında qoyduğu vəzifələr böyük ümidlə doğruldulur, yerinə yetirilir. Rayonda aparılan məqsədyönlü siyasət, böyük abadlıq-quruculuq işləri isə Sabunçu rayonunun işıqlı gələcəyindən xəbər verir.

 

Müşfiq CƏFƏROV,

Respublika.-2014.-17 aprel.-S.6.