Sənaye ilinə yeni uğurlarla

 

Bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafında sənaye müəssisələrinin rolu böyükdür. Bu uğurlarda ARDNŞ-in Qaz Emalı Zavodunun da öz payı var. Müəssisə keçmiş Sovetlər İttifaqının “QİPROAZNEFT” İnstitutu tərəfindən 1958-ci ildə layihələndirilmişdir. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnikatexnologiyalara əsaslanaraq rəqabətədavamlı şəkildə emalını təşkil etməkdən ibarətdir. Qaz Emalı Zavodunun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılmışdır. I mərhələdə 3 N-li texnoloji sexin qazdan benzin ayıran qurğuları və 4 N-li texnoloji sexin qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması qurğusu əsas istehsalata xidmət edən bütün yardımçı sahələrlə birlikdə istismara verilmişdir. 1963-cü ildə tikintinin II mərhələsində 2 N-li texnoloji sexin qazdan benzin ayıran qurğuları, 1964-cü ildə isə 1 N-li texnoloji sexin qazdan benzin ayıran qurğuları tikilərək istismara buraxılmışdır. Zavodun ilkin layihə gücü il ərzində 4,5 mlrd. kubmetr təbii qazı emal etməyə imkan verirdi. 1986-cı ildə zavodun istehsal gücünün artırılması məqsədi ilə “ÖJNİİQİPROQAZ” (Donetsk) İnstitutunun layihəsi əsasında aparılmış rekonstruksiya işləri üzrə K-l birinci pillə absorberlərində “navalçaşəkilli” boşqablar əvəzinə “BNİPİQ az”-ın layihə etdiyi “hərəkət edən kürələrlə örtülü şəbəkə” boşqabları quraşdırılmış və zavodun illik emal gücü 6,5 mlrd. kubmetrə çatdırılmışdır. Rekonstruksiya layihəsi çərçivəsində zavod ərazisində yeraltı təbii qaz boru kəmərləri estakada üzərinə çəkilmiş, yeraltı su kəmərləri yerüstü kəmərlərlə əvəz edilmiş, iki qaz ölçü qovşağı tikilmişdir. 2003-2004-cü illərdə Qaz Emalı Zavodunda 2 ədəd hər biri iki xətli zavoddan qazın “yüksək təzyiqli çıxışı” və qazın “ümumi çıxışı” ölçü qovşaqları tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə ARDNŞ-in tabeliyinə və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanına dəyişiklik və əlavələr edilməsi haqqında 7 oktyabr 2009-cu il tarixli Fərmanına uyğun olaraq Qaz Emalı Zavodu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birbaşa tabeciliyində olan müəssisə kimi ARDNŞ-in strukturuna aid edilmişdir. Zavodun ARDNŞ-in tabeliyində olması rekonstruksiya, əsaslı tikinti, təmir və digər işlərin sürətlənməsinə təkan verib.

Ötən il olduğu kimi bu ilin birinci rübündə də müəssisə böyük uğurlara imza atıb. Zavoda emal edilmək üçün 903,3 milyon kubmetr xam qaz verilmişdir. Emaldan sonra təhvil verilmiş quru qazın həcmi 888,2 milyon kubmetr olmuşdur. 2014-cü ilin ilk 3 ayında zavoda daxil olan təbii qazın emalından 13531 ton qeyri-sabit qaz benzini istehsal edilmişdir. Bu dövr ərzində maye məhsulların istehsalı məqsədi ilə 13502 ton qeyri-sabit qaz benzini emala verilmiş, 5818 ton texniki butan və 7619 ton qaz benzini istehsal edilmişdir.

Ötən 3 ayda təbii qaz emalı üzrə faktiki istehsal gücündən 80,1 faiz istifadə edilmişdir. 2013-cü idə təbii qazın emalından alınan məhsulların çənlərdə saxlanılması zamanı 151.3 ton qaytarılmayan itki yaranmışdır ki, bu, normalara görə hesablanmış miqdardan 285,7 ton azdır.

Bu dövrdə zavodda heç bir bədbəxt hadisə və qəza halları baş verməmişdir. Əmək şəraitinin yaxşılaşdırılmasına, texniki təhlükəsizlik qaydalarına nəzarətin artırılmasına, avadanlıqların qəzasız və təhlükəsiz işləməsinə, bütün texniki təhlükəsizlik işlərinin “Vahid sistemin tələblərinə uyğun qurulmasına, istehsalat sahələrinin, binaların, yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulmasına ciddi fikir verilmişdir. Bədbəxt hadisələrə qarşı xəbərdarlıq tədbirlərinə, istehsalatda xəsarətlərə qarşı xəbərdarlıq tədbirlərinə, əmək şəraitinin ümumi vəziyyətinin yaxşılaşdırılmasına, xüsusi geyim, ayaqqabı və digər qoruyucu vasitələrin alınmasına, zərərli əmək şəraitində işləyənlərin süd ilə təminatına dair nəzərdə tutulan işlər yerinə yetirilmişdir.

Tədbirlər planına uyğun olaraq zavodda istismar edilən texnoloji qurğular, avadanlıqlar, otaqlarının texniki vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə planlaşdırılan əsaslı təmir, tikinti və quraşdırma işlərinin yerinə yetirilməsinə ciddi nəzarət olunmaqdadır. Cari ilin 3 ayı ərzində əsaslı tikinti proqramı üzrə 130 min manat vəsait sərf edilmişdir. Əsaslı tikinti proqramı üzrə “Soyutma sistemini su ilə təchiz etmək üçün nasosxana tikintisi (mövcüd dənizkənarı nasosxananın yeni əraziyə köçürülməsi) layihəsinin tikintisi qrafikə müvafiq davam etdirilir. Ətraf mühitin mühafizəsi tədbirləri çərçivəsində köhnəlmiş və korroziyaya uğramış metal konstruksiyalar və köhnə söküntülərin tullantıları ərazinin təkrar çirklənmə mənbələrinə çevrilməməsi üçün xüsusi ayrılan yerlərə yığılaraq sonradan təhvil verilir. Texnoloji sobaların, qazanxananın tüstü borularından, ventilyasiya qurğularından, məşəl şamından, qoruyucu qapaqların, texnoloji kommunikasiyaların birləşmələrində buraxıla bilən sızıntılardan karbohidrogen qazlarının atmosferə tullantılarının miqdarını azaltmaq məqsədi ilə zəruri tədbirlər həyata keçirilir. Zavodda istehsalat prosesi zamanı yaranan çirklənmə mənbələrinin ləğv edilməsi, cirklənmiş ərazilərin təmizlənməsi və həmin ərazilərdə abadlaşdırma işləri həyata keçirilir. İstehsalat prosesi nəticəsində zavodun ərazisində yaranan tullantıların ətraf mühiti çirkləndirməməsi üçün vaxtaşırı bütün istehsalat sahələrində tullantıların çeşidlənməsi həyata keçirilir və onların yerləşdirilməsi üçün xüsusi (bağlı) sahələr ayrılmışdır. Çeşidlənmiş tullantılar müqavilə əsasında utilizə üçün ARDNŞ-in Ekologiya İdarəsinin “Tullantı mərkəzinə” təhvil verilir.

Zavod işçilərinin sosial rifahının yaxşılaşdırılması, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.

Qaz Emalı Zavodu üzrə 2014-cü ilin I rübü ərzində yerinə yetirilmiş sosial məsələlər üzrə hesabat da nikbin proqnozlara əsas verir.

Belə ki, 2014-cü ilin I rübü ərzində ARDNŞ-in Qaz Emalı zavodunun işçilərinin sosial rifahının yaxşılaşdırılması üçün ARDNŞ-in işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamənin bəndlərinə uyğun olaraq işçilərə maddi yardımlar verilmişdir. İşçilərin yerində qidalanması qənaətbəxş olmuş və hər gün isti yeməklə təmin olunmuşlar. ARDNŞ tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq talassemiyalı uşaqlara yardım məqsədi ilə 17 yanvar 2014-cü il tarixində zavoddaDonor günükeçirilmiş, tədbirdə zavodun 49 nəfər işçisi tərəfindən qan verilmişdir.

Qaz Emalı Zavodu İSO 14001 Ekologiya İdarəetmə Sistemi Beynəlxalq Standartında tətbiqinə başlamışdır. Zavodun qarşısında duran vəzifələrdən biri təsdiq edilmiş Ekoloji Siyasətə uyğun olaraq nəzərdə tutulmuş kompleks tədbirlər daxilində ekoloji maarifləndirmə işinin təşkil edilməsidir.

Zavodun sifarişi əsasında tərtib edilmiş kadr hazırlığı planına uyğun olaraq Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə zavodun 1 mütəxəssisi ekologiya üzrə təlim kurslarına göndərilmişdir.

Ağaclara vaxtlı-vaxtında aqrotexniki qulluğu təmin etmək üçünEkol Mühəndislik Xidmətləri” QSC ilə müqavilə bağlanmışdır.

İstehsalat prosesi nəticəsində zavodun ərazisində yaranan tullantılar çeşidlənərək müqavilə əsasında utilləşdirilməsi, zərərsizləşdirilməsi üçün ARDNŞ-in Ekologiya İdarəsinin “Tullantı Mərkəzinə” təhvil verilmişdir.

Müəssisədə əmələ gələn bərk məişət tullantılarının daşınması uğurla yerinə yetirilir.

ARDNŞ-in Qaz Emalı Zavodu ərazisində və zavod ətrafında hazırda 25000 ədəd ağackollara aqrotexniki qulluq edilir. Mütəmadi olaraq alaq otlarından təmizlənir, qolları budanır, dibləri bellənlir, ağardılır. Bundan əlavə, zavod ərazisində, yol ətraflarında və zavodun inzibati binalarında təmizlik və abadlıq işləri də yüksək şəkildə təşkil olunmuşdur.

İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə hər ilin əvvəlində cari il üçün əməyin mühafizəsi üzrə nomenklatur tədbirlər planı hazırlanır və tərtib edilmiş proqrama əsasən sahələrdə yerinə yetirilməsinə il ərzində nəzarət edilir.

Sex və sahələrdə işçilərin təhlükəsiz işləmələri üçün xüsusi geyimlər, xüsusi ayaqqabılar və digər fərdi mühafizə vasitələri verilir və qış aylarında əlavə olaraq isti gödəkcə ilə təmin olunurlar. Müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq sahələrdə təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi təlimatların əsasında işlər görülmüşdür. Hər il işçilər dövri tibbi müayinədən keçirilir.

Zavodun sahələri əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər mühafizə vasitələri ilə təmin olunur.

İşçilər, əməyin mühafizəsi üzrə bilik səviyyələrinin artırılması və ikinci peşəyə sahiblənmək məqsədilə kurslara göndərilir. Sahələrin məişət otaqlarında sanitar-gigiyenik normaların tələblərinə riayət olunur.

Sahələrdə baş verə biləcək qəzaların aradan qaldırılması planlarına uyğun olaraq təlim-məşqlər keçirilir.

Heç şübhəsiz ki, həyata keçirilən bu tədbirlər gələcək uğurlarımıza təminat verir və Sənaye ilində daha yüksək göstəricilərə nail olmaq üçün səylərimizi səfərbər edir.

Bu gün əldə etdiyimiz hər bir uğurda ARDNŞ-in rəhbərliyinin xüsusi diqqəti və qayğısı öz rolunu oynayır. İstehsalatla bağlı qaldırılan hər bir məsələ operativ həll edilir, icraya yönəldilir.

Müəssisəmizin kollektivi bu diqqət və qayğıya əməli işlə cavab verir, işin keyfiyyətini artırır, istehsalat tapşırıqlarını artıqlaması ilə yerinə yetirir.

 

Aqşin PAŞAYEV,

ARDNŞ-in Qaz Emalı

Zavodunun direktoru.

 Respublika.-2014.-18 aprel.-S.4.