Qusar gözəl turizm məkanına çevrilir

 

Bu ilin 6 ayında da nəzərdə tutulmuş işlər Qusarda sürətlə davam etdirilmiş, müsbət nəticələr əldə olunmuşdur. Rayon icra hakimiyyəti başçısının 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda bu barədə ətraflı danışılmışdır. Rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzovun məruzəsində qeyd olunmuşdur ki, ötən illərdə olduğu kimi, cari ilin birinci  yarımilliyində də əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas iqtisadi göstəricilərdə artım qeydə alınmış, sənaye məhsullarının (xidmətlərin) həcmi 9,3, kənd təsərrüfatında ümumi məhsul istehsalı 48,9, pərakəndə əmtəə dövriyyəsi 4,3, əhaliyə göstərilən pullu xidmətlər 7,6, poçt və rabitə xidmətlərinin həcmi 20,3 faiz artmışdır. Hesabat dövründə rayonun yerli gəlirlər proqnozu 102,5 faiz  icra olunmuş, büdcəyə nəzərdə tutulduğundan 71,1 min manat çox vəsait daxil olmuşdur. Rayonun yerli xərclərinin məxaric hissəsi isə 9 milyon 546,7 min manat təyinata qarşı 8 milyon 459,7 min manatya  88,6 faiz icra olunmuşdur.

Rayonun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafının  dəstəklənməsi məqsədilə fermersahibkarlara güzəştli şərtlərlə 767,6 ton mineral gübrə verilmiş, 2014-cü ilin məhsulu üçün əkilmiş buğda sahələrinə görə 5658 nəfər kənd  təsərrüfatı məhsulları istehsalçısına 788,0 min manat subsidiya ödənilmişdir.

Cari ilin məhsulu üçün  rayonda keçən  ilin payızında 30489 hektar, o cümlədən 22151 hektar payızlıq buğda, 8092 hektar payızlıq arpa, 246 hektar sahədə yaşıl yem bitkisi, cari ilin yazında isə 1921 hektar yazlıq arpa sahələri əkilmişdir. Beləliklə, cari ildə təsərrüfatlar üzrə cəmi 32164 hektar, o cümlədən 22151 hektar buğda, 10013 hektar payızlıq və yazlıq arpa biçilmişdir. Cari ildə əvvəlki ilə nisbətən 32 hektar dən üçün qarğıdalı, 543 hektar çoxillik otlar, 4,3 hektar noxud, 2 hektar kartof, 38 hektar tərəvəz çox əkilmişdir.

Ümumilikdə cari ilin məhsulu üçün 362 hektar dən üçün qarğıdalı, 263 hektar yaşıl yem üçün qarğıdalı, 280 hektar lobya, 7 hektar mərci və noxud, 1989 hektar kartof, 1114 hektar tərəvəz və digər məhsullar əkilmişdir. Təsərrüfat ilinin ötən dövründə 31940 hektar taxıl sahəsi biçilmiş və həmin sahədən 552560 sentner taxıl götürülmüşdür. Orta hesabla hər hektardan məhsuldarlıq 17,3 sentner təşkil etmişdir.  Rayonda 910 ton meyvə, 718 ton tərəvəz məhsulları, 375 ton kartof yığılmışdır. Hazırda məhsul yığımı davam edir.

Hesabat dövründə əkin sahələrinin suvarma suyuna olan tələbatın daha dolğun və vaxtlı-vaxtında ödənilməsi məqsədilə də müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, suvarma sistemləri 276920 kubmetr lildən, 11074 kvadratmetr kol-kosdan təmizlənmiş və suvarma sistemləri üzərindəki 11 ədəd hidrotexniki qurğu cari təmir edilmişdir. Ötən ildən başlanılmış Gündüzqala arxının 8,7 kilometrlik, Bədişqala arxının  6 kilometrlik, Gədəzeyxur arxının 1,5 kilometrlik, Aşağı Ləyər arxının 0,5 kilometrlik hissələri beton örtük çəkilməklə yenidən qurulmuşdur. Hazırda Gündüzqala arxının Yasab kəndi ərazisindən keçən 1800 metrlik hissəsinin  boruya alınmaqla yeraltı qapalı şəbəkəyə keçirilməsi üçün boruların quraşdırılması, digər arxlarda beton örtüyün çəkilməsi işləri davam edir. Daşqın və selə qarşı mübarizə məqsədilə SamurQusarçay çaylarında 377000 kubmetr çay məcralarında tənzimləmə işləri aparılmışdır.

Təsərrüfat ilinin ötən dövründə  18683 hektar taxıl sahəsi biçilmiş və həmin sahədən 308520 sentner taxıl götürülmüşdür. Sahələrdə taxıl biçini davam edir. Qeyd olunan tarixə rayonda 910 ton meyvə, 718 ton  tərəvəz məhsulları, 375 ton kartof yığılmışdır. Hazırda məhsul yığımı davam etdirilir. Hesabat dövründə həmçinin 2350,9 ton ət, 14600 ton süd, 2 milyon 544 min ədəd yumurta və 117 ton yun istehsal edilmişdir. Rayonun iqtisadiyyatının yüksəldilməsi ilə bərabər, xidmət, tikinti, abadlıq-quruculuq işləri də genişləndirilmişdir.

Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində ötən altı ay ərzində rayon ərazisində ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. İnşasına  2013-cü ildə başlanılmış Atlıxan, Kufoba, Əniğoba, Hiloba, Aşağı İmamqulukənd və Çubuqlu kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilmiş və artıq bu məktəblərdə son tamamlama işləri aparılmaqdadır.

Maddi-texniki bazanın möhkəmləndirilməsi ilə yanaşı, məktəblərdə təlim-tərbiyyənin səviyyəsinin yüksəldilməsi istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. 2014-cü ilin fevral ayından başlayaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmişUlu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunmuşdur.

Səhiyyə sahəsində də bir sıra tədbirlər həyata keçirilmiş, Samur qəsəbə sahə xəstəxanası və Kuzunqışlaq həkim məntəqəsi 2013-cü ilin təmir planına əsasən əsaslı təmir olunmuş, yeni avadanlıq və inventarla təmin olunmuşdur. Hazırda 19 həkim və tibb məntəqələrinin 34-ü bələdiyyə və ya icra nümayəndəliklərinin binalarında, 10-u xüsusi evlərdə yerləşdirilmişdir. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü mərhələsində 2014-2018-ci illərdə Qusar rayonu ərazisində yeni tibb müəssisələrinin tikintisi planlaşdırılmışdır ki, bu zaman xüsusi diqqət evlərdə yerləşən məntəqələrə verilmişdir. Səhiyyə sahəsində ən mühüm tədbir əhalinin kütləvi tibbi müayinəsi ilə bağlı həyata keçirilən tədbirlərdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdu. Bununla əlaqədar Qusar Rayon İcra Hakimiyyəti başçısının 13 fevral 2014-cü il tarixli 11 saylı sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, xüsusi qrafik hazırlanmış və nəticədə rayon əhalisinin 82883 nəfəri ümumi tibbi müayinədən keçirilmişdir.

Hesabat dövründə rayonun 2014-cü il üçün rayon icra hakimiyyəti tərəfindən hazırlanmış “İnkişaf Planı”na uyğun olaraq digər sahələrdə, o cümlədən abadlıq-quruculuq sahəsində də bir sıra işlər görülmüşbu işlərin qarşıdakı aylarda davam etdirilməsi nəzərdə tutulur. Ötən 6 ayda şəhərin Heydər Əliyev prospektində 5 və 47 saylı, Füzuli küçəsində 1 saylı çoxmənzilli yaşayış binalarının dam və fasadlarının təmiri, şəhər küçələrində 850 kvadratmetr asfalt örtüyünün təmiri, Quxuroba kəndində mədəniyyət evinin və nümayəndəlik binasının dam örtüyünün, kəndin girişində arkanın, Kuzun kəndində mərasimlər evinin, Yuxarı Tahircal kəndində körpünün təmiri, Həsənqala kəndində klub binasının tikintisi, Düztahir kəndində mərasimlər evinin tikintisinin tamamlanması işləri görülmüşdür.

Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Ötən ildə başlanılmış  Samur qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılmış və iyun ayından qəsəbəyə qazın verilişinə başlanmışdır. Bundan başqa, Yeni Tahircal kəndinin qazlaşdırılması və İmamqulukənd kəndində qazlaşdırılmamış yeni yaşayış məhəllələrində 175 evə qaz xətlərinin çəkilişi başa çatdırılmışdır.

Kuzunqışlaq kənd EATS-nin birləşdirici xəttinin böyük bir hissəsi yeraltı xətlə əvəz edilmiş, əlavə avadanlıq quraşdırılmaqla Aşağı Ləyər, Avaran, Gündüzqala, Xuray, İmamqulukənd, Hil, Kirig, Yuxarı Zeyxur, PiralYasab kənd EATS-nin hər birində nömrə tutumu 24 nömrə artırılmış, avadanlıqları montaj olunaraq istifadəyə verilmişdir. 2014-cü ilin 6 ayında Qusar şəhərində 46 ədəd, kənd yerlərində  227 ədəd olmaqla cəmi  273 ədəd yeni telefon çəkilmişdir.

Qusar-İmamqulukənd-Quxuroba yolunun yenidən tikintisi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş 2 iyul 2014-cü il tarixli sərəncam 12 min nəfər əhalinin gündəlik qarşılaşdığı yol probleminin həllinə imkan verəcəkdir. Bu da cənab Prezidentin bölgələrdə yaşayan əhalinin qayğılarını daim diqqətdə saxlamasının, Qusara və qusarlılara olan hörmət və məhəbbətinin bariz nümunəsidir.

Əhalinin içməli su ilə təminatının və çirkab suların axıdılması xidmətinin yaxşılaşdırılması məqsədilə icrasına keçən ildə başlanılmış “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində şəhərin 4 yeni yaşayış massivində kanalizasiyasu xətlərinin çəkilməsi işləri davam etdirilmiş və ümumilikdə podratçı təşkilat tərəfindən 47 kilometr uzunluğunda küçə kanalizasiya və 9 km uzunluğunda su xətləri çəkilmişdir.

Bəli, rayonun iqtisadiyyatı yüksəlir, sosial quruculuq işləri getdikcə sürətlənir. Qusar gözəl turizm məkanına çevrilir.

 

Ziyafəddin BAYRAMOV

Respublika.-2014.- 2 avqust.- S.3.