Azərbaycanda turizmin
inkişaf perspektivləri
Müsahibimiz Azərbaycan
Respublikası mədəniyyət və turizm nazirinin
müavini Nazim Səmədovdur
—Son illərdə Azərbaycanda turizm aktiv şəkildə inkişaf edir. Ölkəmizdə turizmin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?
—Sizin sualınıza cavabı şərti olaraq iki hissəyə ayırardım: turizm infrastrukturunun inkişafı və əhaliyə göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı vəziyyət.
Tamamilə haqlısınız. Biz, həqiqətən, turizmə məsul cavabdeh olan nazirliyin yaradılmasından hazırkı vəziyyətə gəlib çatanadək böyük yol keçmişik. Nəzərə almaq lazımdır ki, həmin illərdə bizim qarşımızda bir çox qonşularımızdan fərqli olaraq xeyli çətin vəzifə dayanırdı. Belə deyək ki, qonşu Gürcüstanda hələ sovet dövründən turizm infrastrukturunun inkişafı mövcud idi. Azərbaycanda da hələ sovet dövründən məşhur olan kifayət sayda turizm obyekti var idi. Misal olaraq, Naftalan və ya İstisunun özünü götürək. Lakin Gürcüstandan fərqli olaraq Azərbaycan Ümumittifaq əhəmiyyətli kurort yeri hesab edilmirdi və buna görə də respublikanın turizm infrastrukturunun inkisafına kifayət qədər vəsait ayrılmırdı. Vəziyyəti dəyişmək üçün hələ sovet hakimiyyəti illərində ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən, Azərbaycanda turizmin inkişafına dair proqramın işlənib hazırlanmasına başlanmışdı. Həmin proqramı reallaşdırmaq mümkün olsaydı, Azərbaycanın turizm infrastrukturu öz qonşularından heç nədə geri qalmayaraq daha çox inkişaf etmiş olardı. Lakin SSRİ-nin dağılması bu planları həyata keçirməyə imkan vermədi. Müstəqil Azərbaycanın Prezidenti olan zaman Heydər Əliyev turizmin ölkənin inkişafında mühüm rolu olduğu üçün Azərbaycanda bu sahədə məsul nazirliyin yaradılmasına qərar verdi.
Ötən illərdə ölkənin qarşısında bu sahədə kifayət qədər mürəkkəb vəzifə dayanmışdı — müasir inkişaf etmiş turizm infrastrukturunun yaradılması. Burada həlledici rolu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən, məqsədi ölkəmizi inkişaf etmiş infrastruktura malik turizm mərkəzinə çevirmək olan siyasət oynamışdır. Bununla əlaqədar olaraq, ilk öncə, Azərbaycanda ilk olan dağ turizm kompleksi Şahdağı, həmçinin Bakıda və Bakı ətrafında tikilmiş məşhur beynəlxalq brendlərin çoxsaylı iri otellərini qeyd etmək istərdim.
Başqa sözlə, son illərdə turizm infrastrukturunun yaradılmasında və inkişaf etdirilməsində böyk uğurlar əldə etmişik və hazırda səylərimizi istehlakçılara təqdim edilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində yönəltmişik.
Əlbəttə, burada çoxsaylı problemlər də vardır. Belə ki, mehmanxana tipli obyektiərin çoxu müvafiq lisenziya olmadan fəaliyyət göstərir ki, bu da minimum keyfiyyət standartlarının pozulmasına gətirib çıxarır. Bu cür obyektlərdə qalan turistlər çox vaxt öz sağlamlıqlarını riskə atırlar. Bununla əlaqədar, biz müntəzəm şəkildə əhaliyə müraciət edirik ki, mehmanxana tipli obyektlərdən lisenziyalarının olub-olmamasını soruşsunlar.
Həmçinin təqdim edilən xidmətlərin keyfiyyəti və turizm şirkətlərinin dairəsi ilə bağlı müəyyən problemlər də mövcuddur.
Vəziyyətin yaxşılaşdırılması məqsədilə biz lisenziyalı mehmanxana obyektlərinin və turizm şirkətlərinin müntəzəm monitorinqini həyata keçiririk. Təqdim edilən xidmətlərin keyfiyyəti minimal tələblərə cavab verməzsə, lisenziya verilməsindən imtina edilir. Lakin çox vaxt obyektlər bizim müvafiq instansiyalara müraciət etməyimizə baxmayaraq, hətta lisenziya verilməsindən imtina olunduqdan sonra da fəaliyyət göstərməyə davam edirlər.
Beləliklə, bu məsələdə müsbət tendensiyanın müşahidə olunmasına baxmayaraq, qeyd edilən sahədə vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılması üçün hələ olduqca çox iş görülməlidir.
—Mehmanxana tipli obyektlərdə xidmətlər aşağı səviyyədə olarsa, hansı əlavə təsirli tədbirləri tövsiyə edərdiniz?
—Xidmətlərin keyfiyyətinə nəzarət məsələsində dövlətə əvəzsiz köməyi istehlakçılar özləri göstərə bilərlər. Vətəndaş nəzarəti sistemini nazirlik tərəfindən turizm sahəsində xidmətlərin keyfiyyətinə nəzarət sahəsində həyata keçirilən tədbirlər tamamlaya bilər. Bununla bağlı, istehlakçıların özlərinin öz əksini tapa biləcək müəyyən qeyri-rəsmi “qara siyahı”nın yaradılması yaxşı olardı ki, onlar özləri aşağı keyfiyyətli xidmətlər göstərən mehmanxana obyektlərini buraya daxil edə bilsinlər. Oxşar təşəbbüs sosial şəbəkələr vasitəsilə populyarlaşdırılarsa, o zaman siyahıya daxil edilən obyektlərə nəzərəçarpan maliyyə ziyanı dəyər. Beləliklə, onların öz gəlirlərini itirməmək üçün mümkün qədər tez bir müddətdə mövcud çatışmazlıqları aradan qaldırmaq üçün stimulu olacaqdır.
Hazırda isə bizim öz məzuniyyətlərini regionlarda keçirməyə qərar verən çoxsaylı əməkdaşlarımız minimal keyfiyyət meyarlarına cavab verməyən, nazirlik tərəfindən lisenziya verilməsindən imtina edilmiş obyektlərdə qalmağa davam edirlər.
—Hər il yay mövsümünün başlanmasından əvvəl Mədəniyyət və Turizm Nazirliyi mehmanxana tipli obyektlərdə xidmətlərin keyfiyyətinin monitorinqini aparır. Bu ilə olan nəticələr necədir? Nazirlik mehmanxana tipli obyektlərin sahiblərinə hansı tövsiyələri verir?
—Sizin də qeyd etdiyiniz kimi, Mədəniyyət və Turizm Nazirliyi hər il mehmanxana obyektlərinin monitorinqini aparır. Hər bir konkret obyektin monitorinqinə başlamazdan əvvəl monitorinq qrupunun üzvləri həmin obyektə dair ötən ilin nəticələrini öyrənir və onları mövcud vəziyyətlə müqayisə edirlər. Beləliklə, obyektin sahibinin ötən il ona verilmiş tövsiyələrdən nəticə çıxarıb-çıxarmadığı aydın olur. Ciddi pozuntular aşkarlanmadığı halda, həmin obyekt aşağı risk səviyyəsinə malik obyektlər kateqoriyasına daxil edilir. Belə obyektlər 3 ildən bir yoxlanılırlar.
Bu il həyata keçirilmiş monitorinqin nəticələrinə gəlincə, vəziyyətin müsbət yöndə inkişaf dinamikasına baxmayaraq, ilk növbədə, regionlarda mehmanxana tipli obyektlərin sahibləri ilə əlaqə qurmaq, tələb edilən bütün standartlara tam şəkildə cavab vermək ehtiyacı üçün qarşıda hələ olduqca böyük işlər durur. Çünki nionitorinqin məqsədi obyektin sahibinin cəzalandırılması deyil, ilk növbədə, maarifləndirmə işinin aparılmasıdır. Lakin obyektlərin sahiblərinin bütün çatışmazlıqları ən qısa zamanda aradan qaldırmalarına söz vermələrinə baxmayaraq, əgər əməkdaşlarımız ildə-ilə bu və ya digər pozuntuları diqqətə çatdırarlarsa, vəziyyət isə dəyişməzsə, o zaman lisenziyadan məhrum etməyədək cəza tədbirləri tətbiq edilir.
—Turizmin daha gəlirli sahələrindən biri işgizar turizm və ya MICE turizmi adlandırılan turizmdir, Azərbaycanda turizmin bu növünün inkişafı üçün perspektivləri necə qiymətləndirirsiniz?
—Bəli,
turizmin bu növü daha gəlirlidir. Belə
ki, orta hesabla, MICE turisti olduğu ölkədə adi turistlə
müqayisədə daha böyük məbləğdə pul
xərcləyir. Buradaca qeyd etmək istərdim
ki, MICE - ingilis abbreviaturasıdır, təşkilatların və
assosiasiyaların toplantıları, iri şirkətlərin
nümayəndələrinin öz əməkdaşları
üçün təşkil etdikləri təşviqedici
turlar, həmçinin konfranslar və işgüzar sərgilər
mənasını verir. Bu seqmentin
uğurlu inkişafı üçün, əlbəttə
ki, olduqca inkişaf etmiş turizm ifrastrukturuna, o cümlədən
böyük otellərin və zalların mövcudluğuna
ehtiyac vardır. Azərbaycanda bütün
bu ilkin şərait vardır. Bununla əlaqədar, 10
iyun 2013-cü il tarixdə Azərbaycanın
aparıcı brend otelləri, eləcə də Azərbaycanın
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın
Konqres Bürosunun yaradılmasına dair niyyət memorandumu
imzalamışlar. Bir faktı da qeyd etmək
vacibdir ki, yaradılmış Konqress-Büro dövlət
sektoru ilə özəl sektorun tərəfdaşlığının
nəticəsi olmuşdur.
Büronun yaradıldığı vaxtdan etibarən
böyük miqyasda işlər görülmüş,
hazırkı seqmentin inkişaf etdirilməsi üzrə
ixtisaslaşmış konsaltinq şirkəti cəlb
edilmişdır. Büronun direktoru təcrübəli
xarici mütəxəssis Florian Senqşmid təyin
edilmişdir. O, vaxtilə Avstriyanın Turizm
Administrasiyasında yüksək vəzifə tutmuş və
uzun illər turizmin inkişafı məsələləri
üzrə konsultant olmuşdur. Azərbaycanın
Konqres-Bürosunun rəsmi saytı www.azcb.com
yaradılmışdır. İstənilən
Konqres-Büronun məqsədi öz ölkəsinə
mümkün qədər çox biznes tədbirləri cəlb
etməkdir. Bununla əlaqədar, Azərbaycanın
Konqres Bürosu öz üzvləri (iri otellər və
tur-operatorlar) ilə birlikdə müntəzəm şəkildə
ixtisaslaşmış MICE sərgilərində, eləcə
də tədbirlərin təşkili üzrə tenderlərdə
iştirak edir, səmərəli MICE biznesinin aparılması
məqsədilə öz üzvləri üçün
treninqlər təşkil edir və bir çox digər
faydalı işlər həyata keçirir. Beləliklə,
hesab edirəm ki, biz düz yoldayıq və Azərbaycan
çox tezliklə regionda MICE turizminin liderinə çevriləcəkdir.
—2011, 2012
və 2013-cü illərdə Ümumdünya Turizm Təşkilatının
proqramı çərçivəsində və Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda “MDB
ölkələri və Gürcüstan üçün
turizm statistikası sahəsində bacarıqların
artırılması” mövzusunda seminarlar
keçirilmişdir. Bu seminarların turizmə
dair statistik məlumatların hazırlanması prosesində
rolu nədən ibarətdir?
—İlk
növbədə, Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə Ümumdünya Turizm Təşkilatı
(ÜTT) arasında əməkdaşlığın çox
yüksək səviyyədə olduğunu vurğulamaq istərdim.
Sizin qeyd etdiyiniz tədbirlər, sadəcə,
müasir layihələrin böyük olmayan bir hissəsidir
ki, bunlar da hazırkı əməkdaşlığın nəticəsidir.
Belə desək, aysberqin görünən tərəfidir.
Biz ÜTT ilə digər istiqamətlərdə
fəal şəkildə əməkdaşlıq edirik,
xüsusilə, “Turizm haqqında” yeni qanun layihəsinin qiymətləndirilməsi
üçün Ümumdünya Turizm Təşkilatının
hüquqşünas ekspertini cəlb etmişik. Ölkəmiz ÜTT-nin rəhbər orqanı olan
İcraiyyə Şurasına seçkilərdə Avropada
birinci yeri tutmuşdur. Biz
vaxtaşırı olaraq, ölkəmizdə həmin təşkilatın
Avropa Komissiyasının toplantılarını, ÜTT-nin
çoxsaylı digər tədbirlərini keçirmişik.
Sizin adlarını çəkdiyiniz seminarlara gəlincə,
qeyd etmək istərdim ki, həmin seminarlarda yalnız turizm
üzrə dövlət orqanlarının nümayəndələri
deyil, statistika idarələrinin, mərkəzi bankların və
digər təşkilatiarın təmsilçiləri də
iştirak etmişlər. Bütün tədbirlərdə
turizmdən gələn birbaşa və dolayı gəlirlərin
hesablanması üçün Yardımçı Turizm
Hesabı adlandırılan hesabdan istifadənin əhəmiyyəti
vurğulanmışdır. Hazırda 3 seminarın
yekunlarına əsasən, Azərbaycanda oxşar
metodikanın tətbiqi üzərində iş gedir.
—Ümumdünya
Turizm Təşkilatının “İpək Yolu”
Proqramının rəhbəri Alla Peressolova Bakıda olarkən
jurnalistlərə müsahibəsində bildirmişdir ki,
Ümumdünya Turizm Təşkilatı İpək Yolu
ölkələrində vahid sadələşdirilmiş
vizanın yaradılması üzrə iş aparır. Bu istiqamətdə hansı işlər
görülür və oxşar sistemin nə zaman praktik şəkildə
tətbiq ediləcəyini gözləmək olar? Hazırkı sistem Azərbaycanın turizm sənayesinə
nə kimi təsir edə bilər?
—Bəli,
Siz haqlısınız. ÜTT “İpək Yolu”
Proqramı çərçivəsində dövri olaraq
iştirakçı ölkələr üçün sadələşdirilmiş
viza rejiminin yaradılması məsələsini müzakirə
edir. Bir tərəfdən, qeyd etmək
lazımdır ki, Azərbaycan və bir çox İpək
Yolu ölkələri arasında, ilk növbədə, Mərkəzi
Asiya ölkələri ilə viza məhdudiyyəti yoxdur.
Digər tərəfdən, bir çox “İpək
Yolu” ölkələri arasında viza rejimi mövcuddur ki, bu
da, əlbəttə ki, regionda turist mübadiləsinin
inkişafına mənfi təsir göstərir. ÜTT
“İpək Yolu” Proqramı çərçivəsində
viza rejiminin sadələşdirilməsinə yönəlmiş
iş aparır, lakin hələlik hər hansı praktik nəticələrə
nail olunmamışdır.
Əgər
viza məhdudiyyəti probleminə Azərbaycana turist
axınının artmasına təsir kontekstində baxsaq, o
zaman birbaşa belə deyə bilərik: əgər biz
yaxın dövrdə bu məsələdə irəliləyiş
əldə edə bilməsək, o zaman Avropa, Amerika və Cənub-Şərqi
Asiya ölkələrindən olan turistlərin artımı
problematik olacaqdır. Artıq indidən belə
bir situasiya müşahidə olunur ki, bu ölkələrdən
olan turistlər, yeri gəlmişkən, Azərbaycana deyil,
onlarla viza rejimini ləğv etmiş qonşu Gurcüstana səfər
etməyə üstünlük verirlər. Bununla yanaşı, həmin turistlərin əksəriyyəti
bizim ölkəmizi ziyarət etməyə əsas maneə
qismində məhz viza alınması prosedurlarının
mürəkkəbliyini qeyd edirlər. 2013-cü
ilin martında Azərbaycan Respublikası Prezidentinin fərmanı
ilə vəziyyət dəyişdirilmişdir. Fərmana əsasən Azərbaycanda elektron turist
vizalarının tətbiqinə başlanmışdır.
—Elektron
turist vizalarının rəsmiləşdirilməsi prosesi haqqında
ətraflı danışa bilərdinizmi?
—Hazırkı
sistem bütün viza prosedurlarının elektron formatda
aparılması məqsədilə işlənib
hazırlanmışdır ki, bu da ölkəyə daha
çox sayda turistin cəlb edilməsinə imkan verir. Beləliklə, turistlər elektron viza vermək
hüququ olan milli turizm şirkətlərindən birinə və
ya onların xarici tərəfdaşlarına bütün
lazımi informasiyaları təqdim etməlidirlər. Bundan sonra milli şirkətlər müvafiq sənədləri
hazırlayır və Xarici İşlər Nazirliyinə
(XİN) müraciət edirlər. Elektron
vizanın XİN tərəfindən təsdiq edilməsindən
sonra (bu proses 15 günə qədər vaxt apara bilər) o,
elektron formatda turistə göndərilir. Azərbaycana
gəlmək üçün turistin yalnız həmin sənədi
çap etməsi və onu sərhəddə göstərməsi
tələb olunur. Elektron vizalar 30 gün ərzində
etibarlıdır. Elektron vizanın məbləği
20 ABŞ dolları təşkil edir. Hazırkı
sistem təqribən bir ildir fəaliyyət göstərir və
ilk növbədə, qrup şəklində turizm şirkətləri
vasitəsilə gəlməyə üstünlük verən
mütəşəkkil turistlər adlandırılan turistlər
üçün artıq öz effektivliyini sübuta
yetirmişdir.
Lakin burda müəyyən çətinliklər də
mövcuddur. Məsələ burasındadır ki, istənilən
digər ölkədə olduğu kimi, mütəşəkkil
turistlər gələn turistlərin ümumi sayının
kiçik faizini təşkil edirlər. Məsələn,
qonşu Gürcüstanda bütün turistlərin sadəcə
1,5 faiz turizm şirkətlərinin xidmətlərindən
istifadə etmişlər. Digərləri - “fərdi”
turistlər adlandırılan turistlərdir.
İnformasiya texnologiyalarının inkişaf etməsi ilə
bir çox turistlər getdikcə daha az
hallarda turizm şirkətlərinə müraciət edirlər.
Belə ki, onlar öz istirahətlərini
internet vasitəsilə müstəqil şəkildə təşkil
etməyə üstünlük verirlər.
Digər tərəfdən, əvvəldə də qeyd
etdiyim kimi, Azərbaycanda elektron turist vizasını rəsmiləşdirmək
üçün turist turizm şirkətlərindən birinə
müraciət etməlidir. Orada turistə
vizanı digər xidmətlərlə birlikdə paket şəklində
rəsmiləşdirmək təklif edilir. Müvafiq vizanı rəsmiləşdirən
şirkətin öz üzərinə turistə görə
müəyyən cavabdehlik götürməsi ilə əlaqədar
olaraq, turistə həmçinin şirkət vasitəsilə
digər xidmətlər satın alınması da təklif
edilir. Bura çox vaxt otel və nəqliyyat
da daxil olur. Bu, təbii ki, bir qədər
daha baha başa gəlir. Bundan başqa, bir
çox turistin qəbul etmədiyi elektron turist
vizasının sənədləşdirilməsi müddətidir.
Çünki prosedur 15 günədək davam edə
bilər ki, bu da istirahətlə əlaqədar qərarların
qəbul edilməsində hər cür spontanlığı tam
şəkildə istisna edir. Məhz buna
görə turistlər çox vaxt digər ölkələri
seçirlər.
Bizim bu istiqamətdə əsas məqsədimiz elektron
viza üçün yalnız turizm şirkətləri vasitəsilə
deyil, həmçinin birbaşa internetdən müraciət
etmək imkanına və rəsmiləşdirmə müddətinin
3 günü keçməməsinə nail olmaqdır. Məhz bu məqsədlə
biz Xarici İşlər Nazirliyinin elektron vizaların verilməsi
prosedurunu koordinasiya edən Konsulluq şöbəsi ilə
müntəzəm danışıqlar aparır və məsləhətləşmələr
həyata keçiririk.
—Siz
artıq viza məhdudiyyətini Azərbaycana gəliş
turizminin inkişafının qarşısını alan faktorlardan biri kimi qeyd etdiniz. Ölkədə
turizmin inkişafına mənfi təsir edən başqa
hansı amillər vardır?
—Bu, ilk növbədə əlbəttə ki, ölkədə turizm xidmətlərinin qiymətləri məsələsidir. Çünki sirr deyil ki, Azərbaycanda istirahət bir çox qonşu ölkələrdə istirahətdən baha başa gəlir. Belə situasiya nə üçün yaranır? Məsələ ondadır ki, sahibkarın turizm məhsulu yaratması üçün Azərbaycanda bir çox qonşu ölkələrdə olduğundan daha çox vəsait sərf olunur. Bunun bir sıra səbəbləri var. Məsələn, Azərbaycanda həyat səviyyəsi qonşu Gürcüstanda olduğundan yüksəkdir, əhali daha çox qazanır, buna görə də sahibkarın muzdlu əməkdən istifadəyə daha çox xərci çıxır.
Digər vacib faktor vergiqoyma sistemidir. Bir çox
ölkələrdə turizm sahəsi üçün vergi
güzəştləri tətbiq edilir ki, bu da sahibkarların
xərclərini azaldır və xidmətlərin qiymətlərinin
azaldılmasına imkan yaradır. Nəticədə,
daha çox müştəri cəlb edilir ki, bununla da
müvafiq xidmətlər daha münasib olur.
Biz hazırda nazirliyin daxilində bu məsələ
üzərində işləyirik ki, nəticədə, Vergilər
Nazirliyi ilə müzakirəyə başlaya bilək.
Maneə yaradan, həmçinin Azərbaycana gəlişin bahalaşmasına təsir göstərən digər bir faktor aviabiletlərin qiymətinin baha olmasıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, milli aviadaşıyıcı AZAL-ın aviabiletlərin qiyməti eyni kateqoriyadan olan digər aviaşirkətlərin aviabiletlərindən baha deyil. Fərq ondadır ki, Azərbaycana loukosterlər adlandırılan büdcə aviaşirkətləri çox az sayda uçur. Bu aviaşirkətlərdə biletlərin qiyməti əhəmiyyətli dərəcədə aşağıdır. Avropa qitəsi daxilində uzaq olmayan məsafələrə uçuşlar çox vaxt bir neçə onluq avroya bərabər olur. Belə qiymətlərə təqdim edilən xidmətlərin sayının azaldılması vasitəsilə nail olunur. Məsələn, loukosterlərdə qidalanma ödənişlidir və ya ümumiyyətlə yoxdur, baqaj üçün ayrıca haqq ödəmək lazımdır, ikinci dərəcəli kiçik hava limanlarında xidmət göstərilən kiçik təyyarələrdən istifadə edilir və s. Belə büdcə aviaşirkətləri şərti olaraq 2-3 ulduzlu otellərlə müqayisə etmək olar. Onlarda xidmət səviyyəsi daha yuxarı kateqoriyaya daxil olan aviaşirkətlərlə müqayisədə aşağıdır. Lakin onların öz müştəri təbəqəsi vardır və onlar konkret olaraq lazımlıdır. Beləliklə, görürük ki, Azərbaycana, əsasən, standart aviaşirkətlərin reysləri ilə uçmaq mümkündür. Belə biletlərin qiyməti bir neçə yüz avroya çatır. O halda, qonşu Gürcüstan və Türkiyədə olduğu kimi, Avropadan büdcə aviaşirkətləri ilə bir neçə onluq avroya uçmaq olar. Biz artıq milli aviadaşıyıcı AZAL-la və Mülki Aviasiya Administrasiyası ilə bu məsələni müzakirə etmişik. Məsləhətləşmələrin nəticələri göstərmişdir ki, təəssüf ki, biz hələlik büdcə aviaşirkətləri üçün öz milli hava nəqliyyatımızı açmağa hazır deyilik, çünki bu, milli aviadaşıyıcının maraqlarına ciddi zərbə vurar. Bununla belə, biz gələcəkdə bunun mümkünləşəcəyinə və beləliklə, Azərbaycanda turistlərin sayının artırılmasına əsas maneələrdən biri olan bu problemin aradan qaldırılacağına olan inamımızı itirmirik.
—Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm potensialının xaricdə tanıtdırılması məqsədilə hansı tədbirləri tətbiq edir?
—İlk növbədə, Euronews, CNN, TV 5 Mond kimi məşhur beynəlxalq kanallarda, həmçinin Rusiyanın 1-ci, Rossiya 1, CTC və s. kanallarında reklamları göstərə bilərəm. Düşünürəm ki, bir çoxlarının artıq Azərbaycana həsr olunmuş, bizim həmin kanallarla əməkdaşlığımız çərçivəsində hazırlanmış reklam çarxlarını və verilişləri görmək imkanı olmuşdur. Növbədə türk kanallarında reklamların yerləşdirilməsi dayanır.
Nazirliyimiz çox da uzaq olmayan dövrdən bəridir ki, iri bazarlarda praktik olaraq Azərbaycanın turizm nümayəndəliklərini açmağa başlamışdır. Bu il Almaniya və Rusiyada nümayəndəliklər açılmışdır. Daha əvvəl Dubayda nümayəndəlik açılmışdır. Həmin nümayəndəlik Fars körfəzi ölkələrinin bazarlarında fəaliyyət göstərmək üçündür. Nümayəndəliklərin funksiyalarını həmin ölkələrdə fəaliyyət göstərən şirkətlər yerinə yetirir. Bu şirkətlər Tədbirlər Planında cəmləşmiş təqdimatların keçirilməsi, öz ölkələrində turizm sənayesi ilə danışıqlar, elektron marketinq, müxtəlif reklam tipli fəaliyyətlər və digər aksiyalar vasitəsilə turistlərin hərəkətinin yönləndirilməsi sahəsində ixtisaslaşmışlar. Bütün bu tədbirlərin hamısı əvvəlcədən bizimlə razılaşdırılır. Bu praktikadan bir çox ölkələr prioritet bazarlarda qarşılarında duran məqsədlərə nail olmaq üçün aktiv şəkildə istifadə edirlər.
Bundan başqa, artıq bir neçə ildir ki, Mədəniyyət və Turizm Nazirliyi ixtisaslaşmış turizm sərgilərində iştirak edir. Milli stenddə yalnız bizim nazirliyimiz deyil, həmçinin iri otellər və turizm şirkətlərinin təqdimatı olmuşdur. Həmin otel və şirkətlər sərginin gedişatı zamanı öz xidmətlərini təqdim etmək və tərəfdaşları ilə əlaqələrini inkişaf etdirmək üçün unikal imkanlar əldə edirlər.
Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin ölkənin turizm potensialının onlayn marketinqinə yönəlmiş fəaliyyətini də vurğulamaq istərdim. Burada rəsmi turizm portalımız olan www.azerbaijan.travel portalını xüsusi qeyd etmək istərdim. Portal qısa bir müddətdə ölkədəki ən müvəffəqiyyətli və populyar turizm portallarından birinə çevrilmişdir. Sayt artıq Azərbaycan, rus, ingilis, Çin və fransız dillərində fəaliyyət göstərir. Növbədə, saytın alman və türk dillərində olan versiyalarının təqdim edilməsi dayanır. Həmçinin hazırda biz prioritet bazarlara elektron təsir planı işləyib hazırlayırıq. Bura bizim turizm portalımızın linki daxil olmaqla bu və ya digər ölkənin daha populyar saytlarında reklam bannerlərinin yerləşdirilməsi, ixtisaslaşmış saytlarda reklam xarakterli materialların yerləşdirilməsi və bir çox başqa fəaliyyətlər daxil olacaqdır.
Ölkəmizin turizm potensialını təşviq etmək məqsədilə, nazirlik müntəzəm şəkildə xarici jurnalistlər və sənaye sahəsinin təmsilçiləri üçün famtriplər adlandırılan tanışlıq turları həyata keçirir. Bu çərçivədə əlaqələrin yaradılması üçün seminarlar və Azərbaycının turizm sənayesinin təmsilçiləri ilə görüşlər keçilir.
Həmçinin turizm potensialının xaricdə tanıtdırılması məqsədilə nazirlik tərəfindən həyata keçirilən çoxsaylı marketinq tədbirlərini də sadalamaq olar. Lakin yadda saxlamaq lazımdır ki, bu tədbirlərin daha effektiv olması üçün onları Azərbaycana gəliş turizminin inkişafının qarşısında duran, daha əvvəldə haqqında danışdığımız əsas maneələrin aradan qaldırılması istiqamətində əlavə tədbirlər tamamlamalıdır.
Müsahibəni apardı:
Ramiz
YUSİFLİ
Respublika.-2014.- 21
avqust.- S.3.