Kənd təsərrüfatı
məhsullarının keyfiyyətinə nəzarət gücləndirilir
Respublika
Nəzarət-Toksikologiya Laboratoriyası
Kənd Təsərrüfatı
Nazirliyinin 23.02.1974-cü il tarixli 33 saylı əmri ilə yaradılmışdır.
RNTL Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli sərəncamına uygun yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturuna daxildir.
Laboratoriyanın vəzifələri respublikaya gətirilən və ölkədə istehsal olunan bitki mühafizəsi vasitələrinin keyfiyyət göstəricilərini və kənd təsərrüfatı, qida və şərabçılıq məhsullarında, yemlərdə, torpaqda, suda, ətraf mühit obyektlərində, pestisidlərin, nitratın, nitritin və digər zəhərli maddələrin qalıq miqdarını təyin etməkdir. Həmçinin dərmanlanmış toxum və çiyidin faizlə miqdarını təyin etmək, işçi məhlulların, pestisidlə dərmanlanmış əkin və səpin materiallarının keyfiyyətini yoxlamaq və müəyyənləşdirilmiş neqativ halların nəticələri barədə aidi orqanlara məlumat vermək; pestisidlərin keyfiyyət analizlərini müvafiq dövlət standartlarına və texniki şərtə görə, bitkiçilik məhsullarında qalıq miqdarını isə xüsusi metodikalar üzrə aparmaq, qanunvericilikdə müəyyən olunmuş qaydada bitki və bitkiçilik məhsullarının saxlanması, dövriyyədən çıxarılması, zərərsizləşdirilməsi və ya məhv edilməsi üçün rəy verməkdir.
Dövlət qeydiyyatından keçməmiş, vaxtı keçmiş, istifadəsi qadağan edilmiş pestisidlərin satışı və istifadəsi aşkar olunduğu zaman neqativ hallar barədə aidi orqanlara məlumat vermək, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, aqrokimyəvi maddələrin bioloji preparatların və digər birləşmələrin, həmçinin istifadə olunmuş qabların mövcudluğunu yerində müəyyənləşdirmək və zərərsizləşdirmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və başqa aidi təşkilatların iştirakı ilə yaradılmış inventarlaşdırma komissiyasında iştirak etmək də bizim vəzifələrimizə daxildir.
Laboratoriyaya daxil olmuş nümunələr xüsusi jurnalda müəyyən edilmiş formada qeydiyyata alınır. Nümunələrin laboratoriyaya daxil olduğu andan etibarən 4 gün müddətində analizlərin nəticələrinə rəy verilir. Rəy 2 nüsxədə tərtib edilir, bir nüsxə sifarişçiyə verilir, digər nüsxə isə laboratoriyada saxlanılır. Tərkibində nitrat və pestisidlərin qalıq miqdarı normadan artıq olan məhsullara rəy verməklə bərabər, məhsullarda toksiki maddələrin qalıq miqdarının təhlükəsiz həddə qədər azaldılması və təkrar təhlili üçün nümunələrin yenidən laboratoriyaya təqdimedilmə vaxtı göstərilir. Yüksək toksiki-ekoloji təhlükəli preparatlarla iş müddəti yeddi saatdan artıq olmamaqla, işləməyə sağlamlığı barədə tibbi arayışı olan şəxslər buraxılır.
Respublika Nəzarət-Toksikologiya Laboratoriyasının məhsulun keyfiyyətinə nəzarət üzrə dövlətlərarası və digər normativ sənədlərə uygun respublikaya gətirilən və istifadə olunan bitki mühafizə vasitələrinin keyfiyyət göstəricilərinin yoxlanılması həyata keçirilir.
Pestisidlərin keyfiyyət analizi müvafiq DST və TŞ-yə görə aparılır, bitkiçilik məhsullarında qalıq miqdarı isə xüsüsi metodikalar üzrə təyin edilir.
Respublikaya gətirilən yeni bitki mühafizəsi vasitələrinin sınaq və qeydiyyata alınması üçün laboratoriya tərəfindən pestisidlərin keyfiyyəti analiz edilir, firma, şirkət, hüquqi və fiziki şəxslərə müvafiq toksikoloji rəy verilir.
2008-2014-cü illərdə Respublika Nəzarət Toksikologiya Laboratoriyasına qabaqcıl, inkişaf etmiş xarici dövlətlərin istehsalı olan müasir cihaz və avadanlıqlar alınmışdır.
Respublika Nəzarət Toksikologiya Laboratoriyasında vaxtı keçmiş pestisidlərin təsiredici maddəsinin miqdarı təyin edildikdən sonra, həmin pestisiddən istifadə olunub-olunmaması barədə fermer və sahibkarlara məlumat verilir, onlardan hektara düşən norma miqdarında istifadə edilməsi məsləhət görülür. Əgər təsiredici maddənin miqdarı normativ sənəddə nəzərdə tutulandan aşağı olarsa, onda müvafiq pestisidin istifadəsi qadağan edilir, verilən laboratoriya rəyi əsasında həmin pestisid müsadirə olunaraq Abşeron rayonunun Cəngi qəsəbəsində yerləşən pestisid qəbiristanlığındakı yeraltı bunkerlərdə basdırılır və gün ərzində həmin qəbiristanlıq qorunur.
Respublikaya gətirilən yeni bitki mühafizəsi vasitələrinin sınaq və qeydiyyata alınması üçün laboratoriya tərəfindən pestisidlərin keyfiyyəti analiz edilir, firma, şirkət, hüquqi və fiziki şəxslərə müvafiq toksikoloji rəy verilir.
Mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə seminar kursları və treninqlər təşkil etmək üçün elmi-metodik tədris siniflərinin təşkili və onların müasir avadanlıqlarla təminatı zəruridir.
Respublika Nəzarət-Toksikologiya Laboratoriyasının İSO / İES 17025 tələblərinə uyğun akkreditasiyası üçün sanitar gigiyenik norma və standartlara cavab verən laboratoriya binası tikilməli, müasir avadanlıq və cihazlarla təmin edilməli, eyni zamanda mütəxəssisləri xarici ölkələrdə təkmilləşdirilmə kurslarına göndərilməli, seminar və treninqlər keçirilməsi yolu ilə təkmilləşdirilməlidir.
Toksikologiya laboratoriyasının əsaslı inkişafı üçün investisiyaların cəlb olunması üzrə prioritet sahələr aşağıdakılardır:
- Beynəlxalq standartlara uyğun laboratoriya binasının tikilməsi;
- Laboratoriyanın İSO/İEC17025 tələblərinə uyğun
olaraq beynəlxalq akkreditasiyadan keçməsi
üçün tələb
olunan sənədlərin
alınıb Azərbaycan
dilinə tərcümə
edilməsi, seminarlar və treninqlərin keçirilməsi;
-
İSO/İEC17025 tələblərinə
uyğun laboratoriyanın
beynəlxalq akkreditasiyadan
keçməsi üçün
zəruri olan avadanlıqların alınması;
- Laboratoriyanın təcrübəliliyinin
yoxlanılması üzrə
Beynəlxalq Layihələrdə
(PTS) iştirak etmək.
Toksikologiya eksperizası sahəsində
milli standartların hazırlanması, Respublika
Nəzarət-Toksikologiya Laboratoriyasının
regional referent laboratoriyalarının yaradılması, laboratoriyanın
beynəlxalq standartlara
uyğun avadanlıqlarla
təchiz edilməsi üçün əlavə
məsləhət və
zəruri xidmətlərin
göstərilməsi də
bizim qarşıda duran vəzifələrdəndir.
Fitosanitar
nəzarəti sahəsində
aparılan analiz və ekspertizaların operativliyini, obyektivliyini və səmərəliliyini
yüksəltmək məqsədilə
mobil səyyar avtolaboratoriyaların və
digər texniki vasitələrin alınması,
mütəxəssislərin təkmilləşdirilməsi məqsədilə
müvafiq sahə üzrə seminar kursları
və treninqlər təşkil etmək, toksikoloji analizlərin aparılması və müayinəsi üçün
yeni metodların işlənib hazırlanması
və mövcud olanların təkmilləşdirilməsi
və toksikoloji analizlərin təyin olunması üzrə respublika və regional əhəmiyyətli texnoloji
reqlamentlərin, layihələrin,
proqramların hazırlanması
və həyata keçirilməsi bizim üçün önəm
daşıyır.
Ötən il kollektivimiz bu istiqamətdə uğurla
çalışmışlar. Belə ki, 2013-cü ildə respublikaya idxal və ixrac
olunan bütün kənd təsərrüfatı
məhsullarında, o cümlədən
meyvə, tərəvəz,
mürəbbələr, kompotlar,
şirələrdə 5456 nitrat nümunəsi, 2920 pestisid qalığı nümunəsi, bundan əlavə isə bioloji preparatlarda, aqrokimyəvi maddələrdə
1100 ədəd, pestisidlərdə
346 ədəd nümunə
analiz edilmişdir.
Bu ilin ilk yarımilliyində
də kollektivimiz səylə işləmişdir. Belə
ki, 2014-cü ilin yarımilliyində respublikaya
idxal və ixrac olunan bütün
kənd təsərrüfatı
məhsullarında, o cümlədən
meyvə, tərəvəz,
mürəbbələr, kompotlar,
şirələrdə 1181 nitrat nümunəsi, 1563 pestisid qalığı nümunəsi, bundan əlavə isə bioloji preparatlar və aqrokimyəvi maddələrdə 707 ədəd,
pestisidlərdə 210 ədəd
nümunə analiz edilmişdir.
Kənd təsərrüfatı nazirinin
müvafiq əmrinə
əsasən yarmarkalarda
satılan hər bir məhsulun tərkibi laborator yoxlamalardan keçirilir. Biz yoxlamalar keçirir, burda ərzaq təhlükəsizliyi baxımından
onların tərkibini
öyrənirik, normada
nəzərdə tutulan
miqdardan artıq qalıq təyin olunduqda, onların yarmarkalarda satışı
dayandırılır və
yığışdırılır.
Kənd Təsərrüfatı Nazirliyinin
rəhbərliyi laboratoriyalarımızın
maddi-texniki bazasının
gücləndirilməsini həmişə
diqqət mərkəzində
saxlayır və hər cür qayğı göstərir. Belə
ki, Azərbaycan Respublikası Prezidentinin
14 aprel 2009-cu il tarixli 80 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı” üzrə
2013-cü ildə Kənd
Təsərrüfatı Nazirliyi
yanında Dövlət
Fitosanitar Nəzarəti
Xidmətinin maddi-texniki
bazasının gücləndirilməsi
üçün nəzərdə
tutulmuş 8 regionda Nəzarət-Toksikologiya və
Ekspertiza Laboratoriya inşasından artıq ikisi (Şirvan və Yevlax şəhərləri) tikilmiş
və istifadəyə
verilmişdir. Həmin laboratoriyanın
Xaçmazda da tikintisinə başlanmış
və işlər davam edir.
Texniki təminatın
gücləndirilməsindən danışarkən qeyd etmək lazımdır ki, bizə verilmiş
müasir maşınlar
- səyyar laboratoriyalar
hesabına ölkənin
istənilən yerində
(hətta sahələrdə,
tarlalarda belə) analizlər aparmaq mümkündür.
Bu diqqət və
qayğıdan bəhrələnən
kollektivimiz bundan sonra da üzərinə
düşən vəzifələri
ləyaqətlə yerinə
yetirməyə çalışacaqdır.
Yaqub İBRAHİMOV,
Respublika Nəzarət-Toksikologiya Laboratoriyasının müdiri,
kimya elmləri namizədi.
Respublika.-2014.- 23
avqust.- S.5.