Zirə Mədəniyyət Mərkəzi

 

Mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş 2008-ci il 10 may tarixdə kənd sakinlərinin istifadəsinə verilmişdir. Bu müddətdə mərkəz kənd əhalisinin, xüsusilə də gənc nəslin estetiketik tərbiyəsinin formalaşmasında mühüm rol oynamışdır. Əhalinin asudə vaxtının düzgün təşkilində də mərkəz əlindən gələni edir. Fəaliyyəti dövründə mərkəz bir çox tədbirlərlə kənd sakinlərinin yaddaşında qalmışdır. Məsələn, Novruz bayramı, Gül bayramı, el gəzintiləri, Qələbə günü, kəndin görkəmli neftçi-alimi Əbdülağa Cavadovun 90 illik yubileyi, şərqşünas alim Xəlil Hüseynovun 70 illik yubileyisair tədbirlər bu qəbildəndir.

Bu tədbirlərdə mərkəzin bədii özfəaliyyət kollektivləri, muğam üçlüyü daha yaxından iştirak etmişdir.

Mərkəzin əsas fəaliyyət dairəsindən biri hərbi hissələrə mədəni xidmətdən ibarətdir. Təsadüfi deyildir ki, hərbçilərə mədəni xidmət sahəsində yüksək fəaliyyətinə görə mərkəzin müdiri Xumara Hüseynağa qızı hərbçilərə xidmətə görə komandanlığın fəxri fərmanına layiq görülmüşdür.

Mərkəzin göstəricilərindən biriodur ki, mərkəzin kollektivi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Ana yurdum Azərbaycanım gənc rəssamların gözü ilə” rəsm sərgisinə görə diploma layiq görüldü.

“Bakıelektrikşəbəkə” ASC-nin 2013-cü ilin oktyabr ayında təşkil etdiyi “Bakının işıqları” rəsm müsabiqəsində mədəniyyət mərkəzinin rəsm dərnəyinin müəllim və şagird kollektivi iştirak etmiş və mərkəzin rəsm müəllimi həvəsləndirici diploma, dərnəyin üzvü Nərmin Qasımova isə 3-cü yerə layiq görülmüşdür.

Ümumiyyətlə, mərkəzdə 4 pullu kurs: rəsm, rəqs, rus dilikompyuter kursları, dərnəkləri fəaliyyət göstərir. Son zamanlar Zirə kəndinə göstərilən qayğının nəticəsidir ki, burada kənd əhalisinə xidməti yüksəltmək üçün idman kompleksi, uşaq bağçası, səhiyyə kompleksi tikilib istifadəyə verilmişdir. Burada 1941-45-ci il Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış naməlum əsgər abidəsi, mərkəzin xidmət sahəsi olan 241 və 120 saylı məktəblər əsaslı təmir olunub yerli şagirdlərin istifadəsinə verilmişdir.

Mərkəzin müdiri Xumara xanımla söhbət edərkən o bildirdi ki, mərkəz son zamanlar mədəni tədbirlərin sayını çoxaltmış, nəinki kəndin tədbirlərində, eyni zamanda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi mədəni tədbirlərdə də yaxından iştirak edir. Qeyd etmək lazımdır ki, idarənin təşkil etdiyi Bakı şəhər Xalq Teatrları Festivalında “Zaman axtarışında” tamaşası ilə III yerə layiq görülmüş, tamaşanın gənc aktyorları isə diplommükafatlara layiq bilinmişlər. Rəsm dərnəyinin üzvləri də respublika tədbirlərində yaxından iştirak edirlər. Gənc rəssamlar Şah İsmayıl Xətainin xatirəsinə həsr olunmuş rəsm müsabiqə-sərgisinin I və II dərəcəli diplomuna layiq görülmüşlər, 2011 və 2014-cü illərdə Şüvəlan gənclər mərkəzində təşkil olunmuş sərgidə də mədəniyyət mərkəzinin gənc rəssamları iştirak etmiş, diplom və qiymətli hədiyyələrə layiq görülmüşlər.

Mərkəzin rəqs kursu 2012-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində iştirakçıları həm dövlət, həm də qeyri-dövlət tədbirlərində yaxından iştirak etmiş, diplommükafatlara layiq görülmüşlər. Bundan başqa, mərkəz bir çox mədəni tədbirlərin təşkilinə də imza atmışdır.

Mədəniyyət mərkəzinin direktoru X.Əliyeva söhbət əsnasında bildirdi ki, mərkəz respublikada keçirilən bir çox tədbirlərdə də yaxında iştirak edir. Belə ki, “Xocalı faciəsi uşaqların gözü ilə”, “Savadlı ana gələcək deməkdir”, “Tarixə yazılmış qanlı gün”, “Ümumdünya kitab günü”, “Biz dünyanı tanıyırıq”, M.F.Axundzadənin 200 illiyinə həsr olunmuşMüasir dövrümüzdə Axundzadə yaradıcılığına açılan pəncərə” adlı bir çox mədəni-kütləvi tədbirlər bu qəbildəndir. Xüsusilə qeyd olunmalıdır ki, mərkəz xidmət sahəsində fəaliyyət göstərən orta məktəb və uşaq bağçaları ilə də əlbir qurur.

Məsələn, kənddə fəaliyyət göstərən məktəblərlə birgə təşkil etdiyi “Güllər bağçası” adlı sərgi, “20 il Şuşa həsrətilə” adlı mədəni tədbir, “Mən əlifbanı tanıyıram”, “Bu ölümdür, həyat deyil”, “İdman sağlamlığın rəhnidir” adlı siniflər arasında keçirilən intellektual-əyləncəli oyun bu baxımdan çox maraqlıdır. Mərkəz tez-tez uşaqların ekskursiyalarına da böyük diqqət yetirir. Belə ki, 120 və 241 saylı məktəb şagirdlərinin Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə təşkil olunmuş ekskursiyası bu baxımdan daha çox marağa səbəb olmuşdur.

Burada idmana, sağlamlıq təbdirlərinə də böyük diqqət yetirilir. “Gələcəyin olimpiadaçıları”, “Bu günün idmançıları sabahın olimpiadaçılarıdır” və sair tədbirlər daha çox marağa səbəb olmuşdur.

Cari ilin 6 ayında mərkəz daha çox tədbirlərə imza atmışdır. Belə ki, burada keçirilən “Tariximizin dəhşətli faciəsi”, “İnkişafın təməl daşı”, “Bahar sevincləri”, “Kosmik məkanın fəthi” kimi tədbirlər daha çox diqqətəlayiq olmuşdur.

Ümumiyyətlə, mərkəz zirəlilərin asudə vaxt mərkəzinə çevrilmiş və kənd əhalisinin əsl istirahət mərkəzi statusunu qazanmışdır.

 

Zabit CAVADOV

Respublika.-2014.- 23 avqust.- S.5.