Milli-mənəvi dəyərlərin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rolu

 

Taleyinə ulu öndər Heydər Əliyevin soyadını daşımaq, milli dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, tədqiqi  təbliği kimi müqəddəs vəzifələr yazılan Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya Tanrı üç müqəddəs soyun işığından pay verib. O, iki böyük müəllim və alimin, yazıçı Mir Cəlal Paşayevinjurnalist Nəsir İmanquliyevin ocağında dünyaya gəlib. Atası, AMEA-nın həqiqi üzvü Arif Paşayev fizika, texnikakosmonavtika sahəsində qüdrətli alim, Azərbaycanda ilk Milli Aviasiya Akademiyasının qurucusudur. AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmuş anası, görkəmli alim, pedaqoqictimai xadim Aida xanım İmanquliyeva ərəb-məhcər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısıdır.

Ustad dərsini Zərifə xanım Əliyevadan alan Mehriban xanımın həyat yoldaşı dünyanın tanınmış siyasətçisi və diplomatı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Üç övladı, üç nəvəsi var.

Bütün bunlar onun alın yazısı, Tanrıdan tale payı olsa da, həyat yolunu və fəaliyyət dairəsini o özü müəyyənləşdirib. İctimai-siyasi fəaliyyətinə və Birinci xanım kimi xidmətlərinə, qloballaşan dünyaya, ümumbəşəri dəyərlərə töhfələrinə görə o, Azərbaycanın və dünyanın bir sıra mükafatlarına layiq görülüb.

Sivilizasiyaları dialoqa, bəşəriyyəti birliyə, dostluğa çağıran, Şərqlə Qərbi İpək Yoluna səsləyən Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 1996-cı ildə Azərbaycan, ingilisrus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildə isə partiya sədrinin müavini seçilib. Mehriban xanım Əliyeva bu etimadlara böyük hörmət və məsuliyyətlə yanaşdığından, qısa zaman kəsiyində fəaliyyətinin  bütün istiqamətlərində çox böyük uğurlar və nailiyyətlər əldə edib.

2004-cü ildə Şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə UNESKO-nun, çoxşaxəli, genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə və islam dəyərlərinə verdiyi töhfələrə  görə isə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyeva 2005  və 2010-cu ildə  iki dəfə dalbadal 14 saylı Əzizbəyov seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2005-ci ildə müdafiə etdiyiEftanaziya və təbabətdə humanizm problemi”nə həsr olunan namizədlik dissertasiyası ilə elmi humanizmin əsasını qoyub.

Azərbaycanın Birinci xanımının dövlət və xalq qarşısında ən böyük xidməti 2004-cü ildə təsis etdiyi Heydər Əliyev Fondu ilə bağlıdır. Onun rəhbərlik etdiyi fond dünya şöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görür. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan-Amerika, Azərbaycan-Fransa  parlamentlərarası dostluq qrupunun rəhbəri, “Muğam” jurnalının təsisçisidir. 

H eydər Əliyev Fondunun xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva çağdaş Azərbaycandan əski çağlara cığır açdı. UNESKO-nun xətti ilə Azərbaycanın tarixi abidələri, muğamlar, qopuz yaddaşımızın nişanəsi olan saz, tar dünyanın maddi-mədəni inciləri sırasına yazıldı. Ötən əsrin 20-ci illərində “Oxuma, tar” qadağası ilə öz yaddaşına qənim kəsilənlər böyük Üzeyir bəy Hacıbəyovun, Müslüm Maqomayevin və Mikayıl Müşfiqin, 50-ci illərdə isə  Azərbaycanın Birinci xanımının babası, professor Nəsir İmanquliyevinOxu, tar, səni kim unudar” nidası, Sadıqcanın, Əhsən Dadaşovun dizinin üstündən ürəyinin başına qaldırdığı tarın yaddaş harayı ilə baş-başa qaldı. Tarın dünyanın maddi-mənəvi irs siyahısına yazılması, əsl sahibinin möhürünün vurulması faktı isə Heydər Əliyev Fondunun prezidentinin adına yazıldı. Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və UNESKO-nun Baş katibi Koişiro Matsuuranın xeyir-duası ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməlini qoydu. Muğamın inkişafı və təbliği istiqamətində atılan bu möhtəşəm addım “Azərbaycan muğamları” layihəsi ilə müşayiət olundu. Layihə çərçivəsində işıq üzü görən “Qarabağ xanəndələri” albomu ölməz muğam ifaçılarını yenidən dünyaya təqdim etdi. Cabbar Qaryağdıoğlu,  SeyidXan Şuşinski, Keçəçioğlu Məhəmməd, Zülfü Adığözəlov, Bülbül kimi qüdrətli  sənətkarlarla yanaşı, bu gün muğam dünyamızı zinətləndirən Şərqin bənzərsiz muğam ifaçıları Qarabağ həqiqətlərini muğamın dili, səsin sehri ilə dünyaya sübut edib yatmış ruhları oyatdı. “Muğam — Dəsgah” layihəsi çərçivəsində muğam dəsgahları birbaşa konsertlərdən lentə yazılır. Mehriban xanım “Muğam Ensiklopediyası” layihəsinin də gerçəkləşdirilməsinə, onun elektron variantının hazırlanmasına nail oldu. Muğam portalı”nın yaradılması, “Muğam İnternet” layihəsinin, muğamla bağlı beynəlxalq konfransların, festivalların, simpoziumların həyata keçirilməsini nəzərdə tutanMuğam dünyası” layihəsi, Beynəlxalq Muğam Festivalı, Televiziya Muğam müsabiqələri Heydər Əliyev Fondunun Azərbaycana, eyni zamanda sənətşünaslığa və musiqişünaslığa bəxş etdiyi ən möhtəşəm töhfələrdir.

XII-XVI yüzillərdə dəyərli sənət əsərləri və risalələr yaradan Səfiyəddin Ürməvi və Fətullah Şirvani kimi qüdrətli sənətşünasların kitablarının “Muğam Antologiyası” layihəsi çərçivəsində işıq üzü görməsi Azərbaycan muğamlarının himayədarının nüfuzunu təkcə vətənində deyil, dünyada artırır. Gənc istedadlara, muğam ifaçılarına daim diqqətlə yanaşan Azərbaycanın Birinci xanımı müxtəlif muğam müsabiqələrini dəstəkləməklə onların dostuna çevrilir.

Şərqin, türk dünyasının və Azərbaycanın ən qüdrətli şəxsiyyətləri, sərkərdə-xaqanları pirlərə, övliyalara, Tanrı evlərinə, üləmalara ehtiram göstərib. Saraylarında fikir və düşüncə sahiblərini himayə etdikləri kimi, onların şərəfinə türbələr, məqbərələr ucaldıb. Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox abidələrin, dini məbədlərin bərpa olunması da məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi hökmdarlarının, Əfşar sülaləsinin, Osmanlı sultanlarının, Şirvan şahlarının dinlərin dialoquna göstərdiyi ehtiram hissi Mehriban xanım Əliyevanın əməli fəaliyyətində gerçəyə çevrilir.

R aşidi xəlifəsi Ömərin Fələstin torpağına ayaq basarkən Süleyman peyğəmbərin məşhur məbədinin xarabalığında namaz qılması, Əmir Teymurun kilsələrə Tanrı evi kimi baxması yüz illər sonra Heydər Əliyevin dövlətçilik ideologiyasında yaşadı. İkinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin kompleks inkişafı üçün islahatlar proqramı müəyyənləşdirən ulu öndər 1934-cü ildə Şura hökumətinin yerlə-yeksan etdiyi Bibiheybət ziyarətgahını xalqa qaytarmaqla, Əhli-Beyt nişanəsi Həkimə xanımın və onun doğmalarının, xidmətində dayananların məzarı üzərində ziyarətgah kompleksini ucaltmaqla adını islam tarixinə qızıl hərflərlə yazdı. Ulu öndərin müqəddəs yerləri, müqəddəs şəxsiyyətləri ziyarəti zaman-zaman dininə, imanına qarşı Səlib yürüşü olunmuş xalqı yaddaşına qaytardı. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə dinimizə, islam dəyərlərinə münasibət də varislik xarakteri aldı. Hörmətli Mehriban xanımın rəhbərlik etdiyi fondun bir çox layihələri də bu istiqamətə yönəldi. Müqəddəs yerlər, ziyarətgahlar, məscidlər təmir, bərpa olunaraq dindarların ixtiyarına verildi.

Heydər Əliyev ideyalarının carçısı və davamçısı olan, məscidlər, minarələr ucaldan Mehriban xanım kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır. Onlarca türbələrin, məscidlərin təməli qoyulub. Azərbaycanın bütövlük və azadlıq rəmzi olan Cavad xanın məzarı üstə məqbərənin ucaldılması, adı deyil də, müqəddəs adı əməlində yaşayan Comərd Qəssabın məzarı üzərində “Comərdi Qəssab” türbəsinin yapılması, Peyğəmbər əleyhissəlamın əsahabəsinin uyuduğu Gəncə İmamzadəsinin və Gəncənin maddi-mədəniyyət incilərinin bərpa etdirilməsi, Gəncə Qalasının darvazasının yaddaşlara qaytarılması, Gəncənin 2500 illiyinin təntənə ilə qeyd edilməsi, Gəncə xanlığının bayrağının yenidən dalğalandırılması, “Cavad xanfilminin yaradıcı heyətinə dəstək verilməsi Mehriban xanım Əliyevanın milli dövlətçilik tariximizin qızıl səhifələrinə yazılmış xidmətlərindəndir. Bu, həm də sinəsinə Sisianovun oğul və ər dağı çəkdiyi Bəyim xanımın ruhuna ehtiramdır.

Zamanı gələndə silahları kitabların, hərbçiləri alimlərin əvəz edəcəyinə inanan Mehriban xanım xalqın mənəvi zənginliyini onun tarixi keçmişi, milli-mənəvi dəyərləri ilə bağladığındandır ki, sənətin və mədəniyyətin himayədarına çevrilir. 2006-cı ildə Azərbaycan-ABŞ parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Amerikaya səfəri zamanı Vaşinqton Tekstil Muzeyində Azərbaycanın maddi-mədəniyyət incilərindən olan, lakin İran xalçası kimi təqdim edilən Şeyx Səfi xalısının yaranma tarixindən, onun Azərbaycan xalqı və dövlətçilik tarixi ilə bağlı məqamlarından muzey əməkdaşına məlumat verən Mehriban xanım həqiqət carçısı, mənəviyyat elçisi kimi yaddaşlara yazıldı. Onun etiraz səsi əslində “Gülüstan” və “Türkmənçay” müqaviləsi ilə ikiyə parçalanan Azərbaycanın haqq səsi idi. Bu səs 500 illik tarixi dövlətçilik ənənəsi olan Səfəvilər dövlətinin səsi, inciləri Sankt-Peterburqa, Ermitaja və dünyanın bir çox muzeylərinə sürgün edilən Şeyx Səfi kitabxanasının,  Səfəvilər sarayının gileyi idi.

Bu gileyə birdəfəlik  son qoymaq, dünyaya fars, erməni xalıları adında təqdim olunan sənət incilərimizin xalı deyil də, analarımızın, nənələrimizin hana üzərindən gələcəyə ünvanladıqları “sevgi məktubları” olduğunu, bu incilərin sahiblərininsə Azərbaycanlılığını sübut, onu intizardan xilas üçün Xəzərin ətəyində, Muğam Mərkəzi ilə üzbəüz  Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin təməlini qoydu. Bu həm də Birinci xanımın Təbrizdən, Ərdəbildən, Savalandan qopub Bakıya gələn “Bir gəncin manifesti” romanı ilə Azərbaycan xalçasına, “Yusif Züleyxaya baş qəhrəmanının, Sonanın diliylə sahib çıxan “itə ataram, yada satmaram”, deyib haray qoparan babası, yazıçı Mir Cəlala övlad, nəvə borcu, mənsub olduğu xalqın yaddaşına sədaqət hissi idi.   Muzeyə bütün həyatını Azərbaycan incilərinə həsr edən xalçaçı-rəssam professor Lətif Kərimovun adının verilməsi isə həyatını milli-mənəvi dəyərlərimizin tədqiqinə və təbliğinə həsr edən onlarca  istedadlı alimə və sənətkara ehtiram idi.

Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycanın,  Şərqin və türk     dünyasının bir parçası olan Mehriban   xanım bəşəri ideallara  sədaqət hissi ilə dünya insanı,  dünya vətəndaşıdır! Dinlərə və sivilizasiyalararası dialoqa töhfələri, fikir və düşüncə azadlığına, insan şəxsiyyətinə, milli-mənəvi dəyərlərə ehtiramı ilə o, həm də yeni minillikdə əski dəyərlərin hamisi, klassika ilə müasirliyin körpüsüdür! Sivilizasiyalararası dialoqda gənclərin, elminelm adamlarının, sənətin, mədəniyyətin  rolunu dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti Şərqlə Qərbin qovuşduğu Azərbaycanda beynəlxalq konfranslar, forum, sammit, simpoziumfestivallar  təşkil edir.

“UNESKO—Azərbaycan: gələcəyə körpü”, “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişibugünü”, “Orta əsr əlyazmalarında tibb və əczaçılıq”, “Gənclər sivilizasiyaların alyansı”, “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək”, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuşSeyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” konfransları, “Muğam aləmi” Beynəlxalq Festivalı çərçivəsində elmi simpozium, “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqumövzusunda forum, Heydər Əliyevin milli dövlətçilik təliminin, beynəlxalq aləmə inteqrasiya istiqamətində  tutduğu əsas prinsiplərin davam etdiyini bir daha təsdiq edir.

B eynəlxalq münasibətlərin, sivilizasiyalı cəmiyyətin  qurulmasında ziyalıya, dünyəvi dəyərlər tarixini yaradan şəxsiyyətlərə daima ehtiram bəsləyən, onlara milli, dini, siyasi mənsubiyyətinə görə deyil, istedadına görə dəyər verən Heydər Əliyev “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir” nidası ilə bəşəri dəyərlərə xidmətdə bulunan hər bir tarixi şəxsiyyətə, ziyalıya, sənətkara ehtiram nümayiş etdirdi. İllərlə yaranan, formalaşan, yaddaşdan yaddaşa ötürülən sənət incilərinə diqqətlə yanaşan Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi genişmiqyaslı layihələr içərisində sənət, mədəniyyət, incəsənət faktına özəl münasibət də, şübhəsiz ki, fondun adını daşıdığı şəxsiyyətə, onun duyğu və düşüncələrinə diqqət, ehtiram əlamətidir.

Sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, mənəvi dəyərlərin dialoquna bu gün daha çox ehtiyac duyan dünya sanki yenidən xeyirlə şərin, yaxşı ilə pisin, işıqla qaranlığın mücadiləsindədir. “Soyuq” və “isti” müharibənin yer üzünü cənginə aldığı bir dövrdə, qloballaşan dünyada indi təkcə silahlar döyüşmür. Mədəniyyətlər, sivilizasiyalar üz-üzə gəlir. Qılıncını qınından sıyıran dünyanı isə ancaq düşünən beyinlər, ədalətə tapınan ictimai-siyasi xadimlər, silahların dil açdığı masalarda kitabların, sənətin və sənətkarların dili ilə düşünüb danışmaq istedadı olan liderlər qalib gələcək.

D ünyada qüdrətli şəxsiyyətlərin adını daşıyan fondlar çoxdur. Onların vasitəsilə xeyriyyə aksiyaları keçirilir, sənət, mədəniyyət himayə olunur. Osmanlı sultanlarının, xatunlarının qurduğu vəqflər, Nobel fondu, Tereza Ana fondu, İhsan Doğramacı fondu məşhur fondlardandır. Və bunların hər biri bəlli bir  müddət, daha doğrusu, uzun illər ərzindəki fəaliyyətləri ilə cahanda sülhə, sabitliyə, əmin-amanlığa, xeyriyyəçilik məqsədləri ilə təşkil olunan tədbirlərə töhfələr veriblər.

Görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafını, sivilizasiyalı cəmiyyətə inteqrasiyası, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı dəyərlərin qorunması, maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, ölkənin tərəqqisi naminə milli liderin zəngin irsindən bəhrələnərək genişmiqyaslı proqram və layihələrin gerçəkləşməsinə çalışan, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya ilə bağlı silsilə tədbirlər reallaşdıran, xüsusi qayğıya ehtiyacı olan insanlara əl tutan, “insanların yaradıcı” potensialının, bilik və bacarığının nümayişinə, inkişafına, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı atılan hər bir addıma, görülən hər bir uğurlu layihəyə dəstək verən, uşaq və gənclərin maariflənməsi, mükəmməl bir şəxsiyyət, vətəndaş kimi formalaşmasına, Vətənimizin beynəlxalq nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, respublikamızın elm, təhsil, mədəniyyət xadimlərinin, ziyalıların xarici ölkələrin təhsil və elmi  mərkəzləri ilə əlaqələrinin möhkəmlənməsinə, uşaq  müəssisələrinin, səhiyyə obyektlərinin infrastrukturunun qurulmasına, ekologiya sahəsində mühüm tədqiqatların və layihələrin dəstəklənməsinə, ölkəmizdə və ondan kənarda aktual mövzulara dair konfrans və simpoziumların, yaradıcı gənclərin və incəsənət xadimlərinin sərgilərinin təşkilinə, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına dəstək vermək kimi müqəddəs missiyanı öz üzərinə götürən Heydər Əliyev Fonduonun hörmətli rəhbəri, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tarix üçün o qədər də böyük olmayan on ildə sübut etdi ki, qısa vaxt, zaman kəsiyində də milli və bəşəri dəyərlərə misilsiz töhfələr vermək, bu yolda möhtəşəm uğurlar, nailiyyətlər əldə etmək mümkündür!

 

Vasim MƏmmƏdƏliyev,

Akademik

Respublika.-2014.- 26 avqust.- S.2.