Təhsil və elm sistemində ekologiya

 

1988-1990-cı ildən başlayaraq Rusiyanın ali təhsil sistemində təhsil, elm istehsalatın ekoloji aspektdə dayanıqlı formada davam etdirildi, təcrübəli alimlər tərəfindən çoxlu sayda ekologiya dərslikləri hazırlandı. Bütün ali məktəblərdə, kollectexnikumlarda fakültəsindən və ixtisasından asılı olmayaraq ekologiya sərbəst fənn kimi tədris olundu. Xüsusilə humanitarpedaqoji fakültələrdə “Ümumi ekologiyanın əsasları”, “İnsan ekologiyası”, “Sosial ekologiya” və s. tədris olundubu sahədə kifayət qədər müvafiq ali məktəb dərslikləri hazırlandı. Bu dərsliklərin hamısında ixtisasın təmayülünə uyğun olaraq ekologiyanın müvafiq aspektləri (ekoloji pedaqogika, psixologiya, incəsənət, mədəniyyətşünaslıq, əxlaq, estetika, etika, fəlsəfə, hüquq, siyasət, jurnalistika, sivilizasiyas.) şərh olunubonlar müvafiq fakültələrdə tədris olunur. Dünyanın bütün inkişaf etmiş ölkələrində də bu təcrübə geniş və əsaslı surətdə tətbiq olunur. Çünki hər bir mütəxəssis ixtisasından asılı olmayaraq ekologiya, onun əsas, qlobal problemləri, müasir durumu və Davamlı İnsan İnkişafı (Dİİ) haqqında heç olmasa minimal bilgilərə malik olmalıdır. Əks təqdirdə o, nə idarə rəhbəri, nə də yüksək ixtisaslı mütəxəssis kimi özünü doğruldaekoloji cəmiyyətin fəal bir üzvü ola bilməz. Rusiyada qeyd edilən mövzular əsasən “Sosial ekologiya” adlı dərsliklərdə şərh olunmaqla bu fənnin tədrisi üçün 54 saat auditoriya məşgələsi (36 saat —mühazirə, 18 saatseminar) ayrılıb. Ölkəmizin pedaqoji, psixoloji, mədəniyyət, incəsənət, hüquq, jurnalistika, filologiya, tarix, dilçiliks. təmayüllü fakültə və ixtisaslarının heç birində “Sosial ekologiya” fənni tədris olunmurbu həyati vacib məsələ sanki tamamilə unudulub. Unutmaq olmaz ki, bu fənnin tədrisi tələbələrdə və gələcək mütəxəssislərdə ekoloji mədəniyyət, psixologiya, şüur, əxlaq, etikas. formalaşdırır, onların ekoloji sivilizasiyaya və Davamlı İnkişafa inteqrasiya prosesini stimullaşdırır, tənzimləyir, təbiət-cəmiyyət münasibətlərində pozitiv situasiya yaradır. Rusiyanın bütün tibb kolleclərində və universitetlərində ekologiyanın, xüsusilə də “Təbabət ekologiyası”nın tədrisinə çox önəmli yer verilir (A.A.Korolev, “Təbabət ekologiyası”, 2003 və s.). Tibb Universitetinin fakültələrində “Təbabət ekologiyası”, ADAU-nun Baytarlıq təbabəti fakültəsində isə “Baytarlıq təbabəti ekologiyası”nın tədrisi zərurəti də gündəmdə duran vacib məsələdir. Mədəniyyət və Turizm Nazirliyinin sərəncamında olan kollecali təhsil ocaqlarında “Sosial ekologiya” fənninin tədrisi mütləq surətdə vacib və zəruri məsələdir.

Ekologiya hazırda 100-dən çox elm sahəsinə və müxtəlif fənlərə inteqrasiya etdiyinə görə onsuz heç bir elmin davamlı inkişafı mümkün deyil. İnsan həyatının və fəaliyyətinin hazırda elə bir sferası (sosial-iqtisadi, ailə-məişət, sağlamlıq, təhsil, mədəniyyət, incəsənət, poeziya, təhlükəsizlik, İKT və s.) yoxdur ki, ekologiya ona nüfuz etməsin. Məhz buna görə də ölkə əhalisinin ekoloji maarifləndirilməsi, müəyyən bilgilər əldə etməsi və ekoloji cəmiyyətin fəal üzvünə çevrilməsi üçün təhsil sisteminin mütləq formada, tamamilə və əsaslı surətdə ekologizasiyası müasir dövrün ən təxirəsalınmaz problemi və aparıcı prioritetidir.

Ümummilli lider, fenomenaltarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu çox böyük uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərlik fəaliyyəti dövründə olduqca böyük, dinamik sürətlə iqtisadi inkişafa nail olan Azərbaycan, artıq bu gün bütün dünya ictimaiyyətinin diqqətini özünə cəlb edib. Ekoloji problemlər həmişə ölkə prezidentinin fəaliyyətində ən öncül məsələ kimi dəyərləndirilib, əsas prioritet olub və təhsil sistemində dünya standartına uyğun olaraq islahatların aparılması ön plana çəkilib. 2008-ci il 31 yanvar tarixli “Azərbaycan Respublikasının Ali Təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam da ölkə təhsilinin Avratlantik inteqrasiyası baxımından xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan ölkəmizdə təhsil sisteminin dünya standartına uyğun ekologiyalaşması sahəsində müvafiq mütərəqqi islahatların aparılmasına böyük ehtiyac vardır. Düzdür, ölkəmizin bəzi ali məktəblərində ekologiya sərbəst fənn kimi tədris olunurbu sahədə müvafiq dərsliklər də hazırlanıb. BDU-daİnsan, ətraf mühit və davamlı inkişaf”, “Coğrafi ekologiya”, “Ümumi ekologiya”, “Biosferin ekoloji xüsusiyyətləri və mühafizəsi”, “Hidrosferin ekoloji xüsusiyyətləri və mühafizəsi”,”Atmosferin ekoloji xüsusiyyətləri”, “Biomüxtəliflik və onun qorunması”, “Mikroorqanizmlərin

ekologiyası”, “İnsan ekologiyası”, “Heyvanların ekologiyası” və s. tədris olunması təqdirəlayiq haldır. Az.MİU-nun və Gəncədə fəaliyyət göstərən ADAU-nun bütün fakültələrində ekologiya əsas baza fənni kimi tədris olunur. Lakin təəssüflə qeyd etməliyik ki, ekologiya fənni hazırda ali təhsil ocaqlarının bütün humanitar, idarəçilik, siyasi, pedaqogika, psixologiya, fəlsəfə, filologiya, jurnalistika, dilçilik, ədəbiyyat, tarix, hüquq, politologiya, diplomatiya, ilahiyyət, fizika, riyaziyyat, informatikas. fakültə və ixtisaslarında tədris olunmur. Xatırladırıq ki, Avropa və Qərb ölkələrində, o cümlədən Rusiyada həmin ixtisasların təmayülünə müvafiq olaraq ekologiya aparıcı fənn kimi tədris olunur (ekoloji pedaqogika, psixologiya, fəlsəfə, incəsənət, mədəniyyətşünaslıq, hüquq, idarəçilik, siyasət, riyaziyyat, informatika, ekspertiza, jurnalistikas.). Narahatlıq törədən haldır ki, bəzi ali məktəblərin (Azərbaycan, Asiya, Mədəniyyət və İncəsənət, Slavyan, Qafqaz, Dillər, İslams. universitetləri, Milli Konservatoriya, Musiqi Akademiyası və s.) heç bir fakültə və ixtisasında ekologiya tamamilə tədris olunmur. Qabaqcıl dünya təhsil sisteminə istinadən unutmaq olmaz ki, ekoloji bilgilərə malik olmayan mütəxəssis istehsalatda, müəllimlər isə məktəbdə öz fəaliyyəti ilə heç bir vaxt özünü doğrulda bilməz. Bu həyati vacib məsələ ixtisasından asılı olmayaraq bütün müəllimlərə və mütəxəssislərə aiddir, onların ekoloji bilgilər əldə etməsi mütləqdir, zamanın əsas tələbidir. Real faktdır ki, bu gün ölkəmizdəki heç bir kollectexnikumlarda ekologiya tədris olunmur. Bu məsələ də mütləq formada tezliklə öz müsbət həllini tapmalıdır. Çünki bu, dünya təhsil sisteminə inteqrasiya prosesinin bir növü sayılır. AMEA-da elmin başqa sahələri üzrə müvafiq institutlarla bərabər, sərbəst Ekologiya İnstitutunun yaradılması da günün ümdə problemidir. QHT-lərə Dövlət Dəstəyi Şurasının hesabına həyata keçirilən qrant layihələri respublikamızda əhalinin ekoloji maarifləndirilməsinə və məlumatlandırılmasına çox böyük zəmin yaradır.

Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə həyata keçirilən layihələr ətraf mühitin tullantılarla çirklənməsinin qarşısının alınması, havanın, suyun, torpaqların və biomüxtəlifliyin mühafizəsi prosesinə nəzərəçarpacaq dərəcədə təsir effekti göstərib. Lakin Şura bölgələrdə də bu missiyanın həyata keçirilməsinə daha önəmli yer verməlidir. Bölgələrdə səriştəli və təcrübəli ekoloq alimlərin iştirakı ilə müşavirələrin, görüşlərin, seminarların, forumların davamlı olaraq keçirilməsi üçün Şuranın dəstəyinə çox böyük ehtiyac vardır. Real faktdır ki, inkişaf etmiş ölkələrin televiziya kanalları əhalinin bütün sahələrdə, o cümlədən ekoloji maarifləndirilməsində aparıcı amil sayılır. Lakin milli televiziya kanallarının bu sahədəki fəaliyyəti tamamilə qeyri-qənaətbəxşdir.

Ölkəmizin televiziya kanallarında isə bu aktual məsələ sanki unudulub. Onun əvəzinə, AzTV kanalı istisna olmaqla, kanallarda yersiz, lüzumsuz, bayağı, gənclərə və hamıya neqativ təsir edən, məzmunsuz “verilişlər”, “şou proqramları” dönə-dönə təkrar olunuronlar hökmranlıq edir. “Müğənnilərin” toy mərasimi və restoranlarının reklam edilməsi bütün xalqı zinhara gətirib, bezdirib. Lakin unutmaq olmaz ki, biz Yer planetində yaşayırıq və təbiət hamının ümumi evidir, məkanıdır. Təbii fəlakət baş verdikdə isə qeyd edilənlərin hamısı unudulur və fəlakətin qurbanı olur. Ona görə də təkrarlanan və televiziyanı zəbt edən həmin “verilişlər” ekoloji, təbiət verilişləri ilə əvəz olunmalıdır. Televiziya kanallarının hamısında tanınmış, təcrübəli, səriştəli alimlərin iştirakı ilə ekoloji güşələr, dəyirmi masalar, verilişlər, görüşlər təşkil olunmalı və bu proses davamlı xarakter almalıdır. Bu həyati vacib məsələ daimi olaraq dövlət nəzarətində saxlanmalı və dövlət səviyyəsində həyata keçirilməlidir.

Ölkəmizdə təhsilin ekologiyalaşmasına tormozlayıcı təsir edən əsas amillərdən biriali məktəb dərsliklərinin nəşri problemidir. Alim-pedaqoq çox böyük insan kapitalı, gərgin əməyi, yuxusuz gecələri hesabına əzab-əziyyətlə dərslik hazırlayır (xatırladaq ki, dərslik yazmaq təhsil sistemində ən çox vaxt aparan, yüksək elmi elita, bilik, intellektual səviyyə, gərgin əmək tələb edən, mürəkkəb bir prosesdir), ancaq onun nəşri üçün keçilməz bir qayaya rast gəlir, uzun müddət sponsor axtarır. Bu barədə ali distansiyalara müraciət etdikdə isə cavab birmənalı olur: “Məktubunuz araşdırılmaq üçün Təhsil Nazirliyinə göndərilib”. “Sabiq nazirinin” cavabı da birmənalı idi: “Ali məktəb dərsliklərinin nəşri ilə nazirlik məşğul olmur”. Maraqlı bir məntiqdir: bəs onda biz müəlliflər kimə müraciət etməliyik və imdad diləməliyik? Bu situasiya müəllifləri mənəvi cəhətdən sarsıdır, ruhdan salır və dərsliyin keyfiyyətinə güclü neqativ təsir göstərir. Yəqin ki, bu aktual məsələnin həlli mexanizmi də tezliklə reallaşacaq. Ekologiyaya dair fundamental dərsliklərin müəlliflərinin mükafatlandırılması, təltif olunması, ilin ən yaxşı dərslik müəllifi kimi dəyərləndirilməsi və digər sosial qayğıların göstərilməsi də gündəmə gətirilməlidir. Bu, çox vacibxüsusi əhəmiyyətə malik bir məsələdir.

Təhsil sistemində stimullaşdırıcı effektə malik, vacib, lakin unudulmuş bir məsələ uzun müddət ali məktəblərdə elmi-pedaqoji fəaliyyət göstərən, çoxlu sayda dərsliklərin müəllifləri olan dosentlərə professor elmi adının verilməməsidir. Hazırda ölkəmizdə bu ad yalnız mədəniyyət, incəsənət, idmanturizm sahəsində çalışan, fəlsəfə doktoru elmi dərəcəsi və dosent diplomu olmayan müəllimlərə şamil olmaqla, digər sahənin dosentləri istisnalıq təşkil edir. Axı onlar ömrünün əsas hissəsini pedaqoji fəaliyyətə və dəsrliklərin hazırlanmasına həsr ediblər. Onlara heç olmasa, ömrünün ahıl çağında professor elmi adının verilməsi də təhsil sisteminə stimullaşdırıcı təsir göstərə bilər. Bu praktika həm sabiq SSRİ məkanında mövcud olub, həm də hazırda MDB dövlətlərində tətbiq olunur. Ümidvarıq ki, bu məsələ də tezliklə müsbət həllini tapacaq.

Ekologiya fənninin ixtisasından asılı olmayaraq bütün kollec, texnikum, universitetakademiyalarda tədris olunması heç şübhəsiz ki, ölkəmizin Davamlı İnkişafında çox pozitiv, aparıcı rol oynayacaq, onun əsas təminatçısı olacaq. Bu reallıqla hesablaşmaq lazımdır və labüddür. Çünki XXI əsr Davamlı İnkişafa keçid əsridir. Davamlı İnkişafın ən aparıcı prioriteti isə ekologiya və Davamlı İnsan İnkişafının tədris olunmasıdır. Ümumiyyətlə, iki planetar və bəşəri əhəmiyyətli fənnin—ekologiya və onunla birlikdə dialektik vəhdətdə və qırılmaz surətdə bağlı olan Dİİ-nin tədrisi labüddür, təhsil sisteminin ən aparıcı prioriteti kimi gündəmə gətirilməli və bu prosesdə heç bir ixtisas məhdudiyyəti, fərqi olmamalıdır. Bu, beynəlxalq təhsil sisteminin bir saylı standartı, tərkib hissəsi, parametriatributu kimi qəbul olunan aksiomadır. Bütün qeyd olunanları yekunlaşdıraraq, biz müəlliflər uzun müddət ali məktəblərdə elmi-pedaqoji fəaliyyət göstərən, təcrübəli, səriştəli, çoxlu sayda ali məktəb dərsliklərinin müəllifi kimi ölkəmizdə təhsil sisteminin ekologizasiyasının əsas prinsiplərini və müddəalarını açıqlayaraq öz mənəvi və vətəndaşlıq borcumuzu yerinə yetirdik.

 

Fəqan Əliyev,

Azərbaycan Memarlıq və İnşaat UniversitetininEkologiya Mühəndisliyi” kafedrasının müdiri, professor.

Eldar Hüseynov, Ekologiya Mükafatı Laureatı, professor.

Sakit Hüseynov, AMEA-nın fəlsəfə, Sosiologiya Hüquq İnstitutununDinşünaslıq mədəniyyətin fəlsəfəsişöbəsinin müdiri, fəlsəfə elmləri doktoru.

 Respublika.-2014.- 2 fevral.- S.5.