Ölkəmizdə gənclər böyük qüvvədir

 

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə—istər Sovet dönəmində, istərsə müstəqillik illərində daim gənclərə qayğı göstərmiş, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir. Bu baxımdan qeyd etməyə dəyər ki, əgər böyük öndər hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqillik illərində isə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Məhz 1993-2003-cü illərdə gənclərin himayədarı kimi çıxış edən dahi şəxsiyyət, təcrübəli dövlət başçısı sağlam düşüncəli yeni nəslin yetişdirilməsində misilsiz işlər görmüşbu istiqaməti dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Onun potensial güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimaisosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olmuşdur. Həmişə gənclərə böyük ümidlər bəsləyən ümummilli lider dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndərin ən böyük xidmətlərindən biribu idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmiş, gənclərin imkanı və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli ist iqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.

1994-cü il iyulun 26-da Gənclər, İdmanTurizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilibulu öndər tədbirdə şəxsən iştirak edib. Təcrübəli dövlət xadiminin həmin forumdakı çıxışı gənclər üçün bir çağırış rolunu oynamışdır: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”. Təsadüfi deyil ki, 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər “2 fevral —Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Həmin vaxtdan etibarən ümummilli liderin şəxsi təşəbbüsü ilə hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkili, gənclərin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu, onların dövlət quruculuğu prosesinə cəlb olunması reallığa çevrilmişdir. Buna “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamları, həmçinin “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadisair problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və sairlər çərçivəsində yaradılmış fundamental bazanı misal göstərmək olar.

2003-cü ilin oktyabrından ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə də xüsusi diqqətlə yanaşır. Dövlət gənclər siyasəti ölkə başçımızın rəhbərliyi altında bu gün daha da inkişaf etməklə yeni mərhələyə qədəm qoyub. Hazırda gənclər ölkəmizdə (ölkə əhalisinin 65 faizi gənclərdir) aparıcı qüvvədir. Onlara sağlam və fəal həyat mövqeyi aşılanması, geniş fəaliyyət şəraiti yaradılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan ilk öncə gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixdə imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təcdiq edilməsi haqqında” sərəncamı və ölkə rəhbərinin təşəbbüsü ilə 2007-ci ilin “Gənclər ilielan edilməsi xüsusi diqqət çəkir. Daha sonra 16 aprel 2007-ci il tarixli sərəncamla təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” isə Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib ölkəmizdə tətbiqinə, eyni zamanda yeni texnologiyaların mənimsənilməsinə xidmət edir. Həmçinin 7 iyul 2011-ci tarixdə “Azərbaycan gəncliypi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında” sərəncam imzalanmışdır. Bu sənəd artıq uğurla icra olunur. Bu proqram gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edir. Onun müddəalarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi qarşıya qoyulan məqsədlərə çatmaq üçün stimul olacaq.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gənclərlə bağlı müddəa öz əksini tapıb.

Eyni zamanda ölkəmizdə gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması da bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır. Burada məqsəd gənclərin hərtərəfli inkişafını, müxtəlif layihələrdə yaxından iştirakını təmin etməkdir. Fəaliyyət göstərdiyi 2 il müddətində fond artıq 5 qrant layihəsi həyata keçirmişdir.

Elmin İnkişaf Fondunun da əhəmiyyəti böyükdür. Gənclər, gənc alimlər bu fondun xətti ilə müxtəlif proqramların icrasında fəal iştirak edirlər.

Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın gördüyü işlər gənclərimiz üçün bir örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması prioritet istiqamətlərdəndir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, gənclərin potensialından səmərəli istifadə etmək gərəkdir. Gənclər böyük qüvvədir. Bu baxımdan deyə bilərik ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artırılmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

 

Fərhad HACIYEV,

Azərbaycan Respublikasının

Prezidenti Yanında Gənclər Fondunun icraçı direktoru.

 Respublika.-2014.- 2 fevral.- S.4.