Yasamal: ÖTƏN İLİN UĞURLARI

 

Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda geniş məruzə ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ötən ildə rayonun əldə etdiyi uğurlardan, bu il görüləcək işlərdən ətraflı söhbət açmış və demişdir:

—Ölkəmizin digər regionlarında olduğu kimi, ötən il Yasamal rayonu üçünuğurlu olmuşdur. Bütün iqtisadi göstəricilər sürətli inkişafdan xəbər verir.

Sənaye məhsulunun ümumi həcmi 205 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 491 milyon manat olmuşdur (bu da keçən illə müqayisədə müvafiq olaraq 116,3 % və 94,8 % təşkil edir). Rabitə xidmətlərinin həcmi 225 milyon manat, tikinti-quraşdırma işləri 587 milyon manat olmuşdur (bu da ötən ilə nisbətdə müvafiq olaraq 121,8 %, və 100,1 % deməkdir).

Əsas kapitala yönəldilən investisiyalar 1 milyard 8 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 1 milyard 236 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 660 milyon manat təşkil etmişdir (bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 110,1 % , 157,1 %, 100,5 % təşkil edir).

Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 9,6 % artaraq    532 manat olmuşdur.

2013-cü ildə rayonda 3503 yeni yeri açılmışdır ki, onlardan 111-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 640-ı mövcud və bərpa olunmuş müəssisələrdə, 2752-si isə fiziki şəxslərdən ibarət olmuşdur.

Paytaxtımızda konseptual layihələrin icrası rayonumuzun da inkişafına öz müsbət təsirini göstərməkdədir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 saylı sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın “Tədbirlər Planı” və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2302 saylı sərəncamı ilə təsdiq edilmiş “Əlavə Tədbirlər Planı” çərçivəsində həyata keçirilən irimiqyaslı işlər paytaxtımızın digər rayonları ilə bərabər, Yasamal rayonunun da iqtisadisosial sferalarında əsaslı dönüşə səbəb oldu.

Ötən ildə rayon ərazisində böyük vüsətlə aparılan tikinti-quraşdırma işləri ilə yanaşı, genişmiqyaslı abadlıq işləri də görülmüşdür. Ümid Əkbərov, 8-ci Keçid, A.Abbasov, 11-ci Xrebtovı, Vasif Əliyev, Şəhriyar, Seyfəddin Dağlı küçələrinə, H.Zərdabi, 87 saylı binanın həyətinə, 1-ci Alatava yaşayış massivinə 46500 kv.m asfalt örtüyü salınmışdır. Zahid Xəlilov küçəsində asfalt vurma işləri başa çatdırılmışdır. A.M.Şərifzadə küçəsində isə bu işlər davam etdirilir. Ümumilikdə 2011-2013-cü illərdə Yasamal rayonunda məhəllədaxili yollara 264 min. kv.m, magistral yollara isə 916 min. kv.m asfalt örtüyü salınmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şimal nöqtəsində, Moskva prospekti ilə Xarici Dairəvi yolun kəsişməsində 1,4 ha sahədə abadlıq və yenidənqurma işlərinə başlanılmış, paytaxtın ümumi görünüşündə öz müsbət rolunu oynayan bu irihəcmli işlər 2013-cü ilin may ayının əvvəlində yekunlaşdırılmışdır.

Yol qovşağının ətrafındakı yamaclarda kəskin relyef yaşıllaşdırma işlərini çətinləşdirdiyi üçün dəmir-betondan istinad divarlarının quraşdırılması və torpaq işlərinin aparılması zərurəti yaranmışdır. İstinad divarlarının uzunluğu 700 m-dir, hündürlüyü 4 m-dən 1 m-ə qədər dəyişir. 1150 kub.m dəmir-beton, 4000 kv.m torpaq işləri görülmüş, 2000 kv.m-dən çox istinad divarı aqlay daşı ilə üzlənmişdir. Ərazidə suvarmaelektrik xəttinin çəkilməsi, həmçinin, Beynəlxalq Avtovağzala gedən yüksək gərginlikli elektrik hava xəttinin asfalt yolun altından keçirilməsi kimi texniki məsələlər həll edilmişdir. Torpaq yayılıb planlaşdırıldıqdan sonra əraziyə 319 ədəd dekorativ ağackollar, 2500 ədəd aliandra ağacı, çoxlu sayda gül-çiçək əkilmiş, avtomatik suvarma və işıqlandırma sistemləri quraşdırılmışdır. Ümumi smeta dəyəri 700 min manat olan bu iri layihənin icrası uğurla başa çatdırılmışdır. Buradakı abadlıq işlərinin ümumi memarlıq kompozisiyasının baş elementi kimi ulu öndər Heydər Əliyevin möhtəşəm portreti quraşdırılmışdır. 6 x 4,5 m ölçüdə əla keyfiyyətli paslanmayan polad borulardan düzəldilmiş dekorativ çərçivənin içərisində ulu öndərin 16 kv.m yüksək səviyyədə hazırlanmış baner üzərində portreti yerləşdirilmişdir. Bu konstruksiyanın hazırlanmasında “Ozonzavodunun rəhbərliyi yaxından köməklik göstərmişdir.

İcra hakimiyyətinin köməkliyi ilə Yasamal bələdiyyəsi tərəfindən A.M.Şərifzadə küçəsi, 108, 110, 112, 114 saylı evlərin və rayon bələdiyyəsinin mərasim evinin ətrafında nümunəvi həyət salınaraq abadlıq işləri aparılmışdır. Burada bir çox avadanlıqlar quraşdırılaraq sakinlərin istirahəti üçün zəruri olan bütün şəraitlə təmin edilmişdir.

Nizami küçəsində, Respublika Prokurorluğunun ətrafındakı ərazidə bərpa və abadlıq işləri aparılmışdır. 500 metr məsafədə yolboyu smeta dəyəri 100 min manat olan zövqoxşayan bir layihə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində Yeni Yasamal-1, 1 və 2 saylı evlərin həyətində 4000 kv.m sahədə nümunəvi məhəllə yaradılmışdır. Həyətdə abadlıq işlərinə mane olan 24 kv.m ölçüdə daş qaraj, 9 kv.m ölçüdə tikili sökülmüş, iki ədəd metal konteyner götürülmüş, 700 kv.m zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar sökülmüşdür. Nümunəvi məhəlləyə 4 ədəd günlük, 12 ədəd oturacaq, 10 ədəd işıq dirəkləri quraşdırılmış, 1100 poqonmetr bordür, 100 kv.m tamet, 4400 kv.m asfalt örtüyü vurulmuş, 60 ədəd ağac əkilmişdir.

Hazırda 2 böyük məhəllədə: Mətbuat prospekti 22, 24, 24 A saylı və Talıblı küçəsi, 40, 42 saylı evlərin ətrafında nümunəvi həyətlərin yaradılması məqsədilə böyükhəcmli işlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial problemlərinin həlli istiqamətində verdiyi tapşırıqların icrası daim rayon icra hakimiyyətinin nəzarətində olmuşdur. Təsərrüfat sahələrinin işinin rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, rayon ərazisinin abadlaşdırılması, mənzil fondunun qorunub saxlanılması, mənzil fondu, təhsil, səhiyyə, kommunal xidmət sahələrinin payız-qış mövsümünə hazırlığı ön plana çəkilmişdir. Əhali, hüquqifiziki şəxslər tərəfindən enerji daşıyıcılarına görə ödəmələrin vəziyyəti, əhalinin fasiləsiz olaraq işıq, qaz, su və digər xidmətlərlə təmin edilməsi sahəsində xeyli görülmüşdür.

Rayon ərazisində yerləşən idarə və müəssisələrin, mənzil fondunun, kommunal xidmət sahələrinin, təhsil, səhiyyə və digər təsərrüfatların 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi və yaranmış problemlərin operativ surətdə aradan qaldırılması məqsədilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 oktyabr 2013-cü il tarixli 404 saylı sərəncamı ilə rayon qərargahı yaradılmış, tədbirlər planı təsdiq edilmişdir. Bu tədbirlərin həyata keçirilməsi üçün “Azəristiliktəchizat” ASC-nin 8 və 14 saylı istilik sahələri tərəfindən xeyli görülmüşdür. Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq mənzil fondunun qorunub saxlanması və qışa hazırlığı ilə əlaqədar ötən ildə rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin yaşayış binalarının istilik xətlərində cari təmir işləri aparılmışdır. Mərkəzi istilik sisteminə qoşulmuş 274 yaşayış binasından 190 yaşayış binası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə istiliklə təchiz edilir.

N.Nərimanov prospekti, 5 ünvanında daşınan karkas tipli qazanxana quraşdırılaraq 4 yaşayış binası istiliklə təmin olunmuşdur. H.Məcidov küçəsi, 5 ünvanında yeni qazanxana tikilmiş, 17 yaşayış binasının məhəllədaxili və aşağı paylayıcı istilik xətləri yenidən quraşdırılaraq istifadəyə verilmişdir. Mətbuat prospekti, 36-da yeni qazanxanalar tikilmiş, 300 poqonmetr məhəllədaxili istilik xətləri yenisi ilə əvəz edilmiş, 20 yaşayış binasının aşağı paylayıcı istilik xətləri əsaslı təmir edilmişdir. 300 poqonmetr magistral istilik xətti təmir edilərək, H.Zərdabi küçəsi, 61, 63, 65 saylı binalara yeni istilik xətti çəkilmiş, aşağı paylayıcı xətlər əsaslı təmir edilmişdir.

Bildiyiniz kimi, ötən ilin ən mühüm hadisəsi Azərbaycan Respublikası Prezidentinin seçkiləri oldu. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdə qələbə qazanması respublikamızda, o cümlədən rayonumuzda həyata keçirilən Dövlət proqramlarının, infrastruktursosial layihələrin, geniş abadlıq-quruculuq işlərinin məntiqi nəticəsidir. Xeyli sayda fərdi yaşayış evləri təmir edilmişdir. İşıqlandırma, qaz, elektrik enerjisi, su təminatı, kanalizasiyalift xidmətləri sahəsindəki problemlərin aradan qaldırılması üçün rayon icra hakimiyyətinin rəhbərliyi ilə xeyli vəsait və əmək sərf olunmuşdur. Bu problemlərin həllində Bakı Metropoliteninin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, İctimai-Siyasi Universitetin, Bakı Biznes Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin, “Metrotikinti”, “Aqrotikinti” təşkilatlarının rəhbərliyi yaxından iştirak etmişlər.

Ötən ildə əhalinin sosial müdafiəsi istiq

amətində işlər davam etdirilmiş, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4332 nəfərə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Halbuki, 2012-ci ildə 4673 nəfər sosial yardım alırdı. Bu da yoxsulluğun azalmasının göstəricisidir.

Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsi tərəfindən 33825 nəfər təqaüdçüyə xidmət göstərilmiş, pensiyaların ödənməsində gecikmələrə yol verilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 saylı Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində işlər uğurla davam etdirilmişdir. Bakı Dövlət Universitetinin tələbə şəhərciyində məskunlaşmış 5508 nəfər üzvü olan 767 ailə Müşfiqabad qəsəbəsində inşa edilmiş müasir tipli və hər bir məişət təminatı olan mənzillərə köçürülmüşlər.

2013-cü il rayonumuzun təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrində baş verən hadisələrlə də əlamətdar oldu. Bu il rayonumuzun xeyli müəssisəsi əsaslı təmir və yenidənqurma işlərindən sonra artıq yeni nəfəslə öz fəaliyyətini davam etdirməyə başladı. Belə müəssisələrdən 7-sinin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, onların bir çoxunda isə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər. Belə bir diqqət həmin müəssisələrin kollektivləri ilə yanaşı, bizim hamımızda böyük ruh yüksəkliyinə səbəb olur, daha yaxşı çalışmağa stimul yaradır.

Hesab edirəm ki, nailiyyətlərdən danışarkən rayonumuzda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrini də xüsusi qeyd etmək lazımdır. Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin uğurları ilbəil artır, bu ali təhsil müəssisələri artıq dünyanın inkişaf etmiş ölkələrində tanınır və qəbul edilir. Onların beynəlxalq əlaqələri getdikcə daha da genişlənir, dünyanın qabaqcıl ali təhsil şəbəkəsinin üzvlərinə çevrilirlər. Onların xidmətləri sayəsində artıq inkişaf etmiş ölkələrin vətəndaşları bizim ali təhsil ocaqlarımıza üz tuturlar.

Digər bir fərəhləndirici hal odur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən rayonumuzun 20 və 308 saylı tam orta məktəbləri “İlin ən yaxşı məktəbi” adına layiq görülmüş, 20 saylı məktəbin ingilis dili müəllimi Təranə Əliyeva, həmin məktəbin kimya fənni üzrə müəllimi Fatma Mustafazadə, 60 saylı məktəbin ibtidai sinif müəllimi Gülçöhrə Məmmədova və 158 saylı məktəbin ibtidai sinif müəllimi Mahuzər Əliyeva “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi elan edilmişlər. Adıçəkilən məktəb və müəllimlərin bu uğuru Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə dəyərləndirilmişdir.

Əlbəttə, rayonumuzun inkişafında respublika və şəhər əhəmiyyətli qurumların da özünəməxsus payları vardır. Onlardan Bakı Metropoliteninin nailiyyətlərini qeyd edərək bu qurumun rayonumuzun sosial-iqtisadi sahələri ilə yanaşı, ictimai-siyasi həyatında da xüsusi önəm kəsb etdiyini vurğulayıram. Hazırda hörmətli Tağı müəllimin rəhbərliyi ilə Bakı Metropoliteni sürətli inkişaf dövrünü yaşayır.

Rayonumuzun hüquq-mühafizə orqanları rəhbərlərinin və onların əməkdaşlarının gərgin əməklərini də xüsusi olaraq qeyd etmək istəyirəm. Həqiqətən, rayonumuzun kriminogen baxımdan ağır və spesifik xüsusiyyətləri vardır. Ona görə də istər ictimai-siyasi sabitliyin qorunması, istər cinayətkarlığa qarşı mübarizə və onun profilaktikası, istərsə də əməliyyat tədbirləri ilə əlaqədar hüquq-mühafizə orqanları əməkdaşlarından xüsusi hazırlıq, peşəkarlıq və cəsarət tələb olunur. Rayon icra hakimiyyətinin həyata keçirdiyi bütün tədbirlər, eləcə də qanunçuluğun təmin olunması sahəsində, məsələn, özbaşına tikililərə qarşı mübarizə, küçə ticarətinin qarşısının alınması, həmçinin, mədəni-kütləvi və s. tədbirlər rayonun polis idarəsinin yaxından dəstəyi ilə həyata keçirilir. Ötən ilin ən böyük siyasi tədbiri kimi Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində rayonun hüquq-mühafizə orqanlarının fəaliyyəti sayəsində seçki komissiyalarının mühafizə məsələlərində heç bir çətinliklə qarşılaşmadıq. Müxalifətin əksər kütləvi tədbirlərinin rayonumuzun ərazisində keçirilməsinə baxmayaraq, heç bir insident qeydə alınmadı. Dini məsələlərlə, xüsusilə qeyri-ənənəvi təriqətlərin fəaliyyətləri ilə bağlı situasiya tam nəzarətdə saxlanılır. Beləliklə, rayonun hüquq-mühafizə orqanlarının müsbət göstəricilərindən və nailiyyətlərindən çox danışmaq olar. Əminliklə bildirirəm ki, rayonumuzun hüquq-mühafizə orqanları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

2013-cü ildə rayon icra hakimiyyətinə vətəndaşlardan 3592 müraciət daxil olmuşdur. Halbuki, 2012-ci ildə bu müraciətlərin sayı 2837 olmuşdu. Onlardan 1861-i yuxarı dövlət orqanlarından, o cümlədən 118-i nəzarətə göndərilmişdir. Rayon icra hakimiyyəti başçısının qəbulunda 573 nəfər, ümumilikdə aparatda 3319 nəfər qəbul edilmişdir. Rayon icra hakimiyyəti başçısının 20 səyyar qəbul-görüşündə 11246 nəfər rayon sakini iştirak etmişdir. Müxtəlif sosial-məişət problemlərilə bağlı 232 müraciət bütünlüklə öz müsbət həllini tapmışdır.

2013-cü il rayonumuzda keçirilən tədbirlərin mütəşəkkilliyi və zənginliyi ilə də yaddaqalan oldu. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar konfranslar, “dəyirmi masalar, sərgilər, açıq dərslər, seminar-müşavirələr, inşa yazı müsabiqələri, idman yarışları, konsert proqramı və digər mədəni-kütləvi tədbirlər keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyiGül bayramı”nda rayonumuz layiqincə təmsil olunmuş, Yasamal istirahət parkında “Gül bayramı” təşkil edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi Akademik Milli Dram Teatrında təntənəli surətdə qeyd edilmiş, ulu öndərin məzarı ziyarət olunmuşdur.

Ulu öndərin vəfatının 10 illiyi ilə əlaqədar rayonumuzda bir sıra tədbirlər keçirilmişdir. “İdeal”, “Karvan”, “Elit”, “Qismət” və “Şahdağ” şadlıq evlərində təşkil olunmuş anım tədbirlərində 1200 nəfərdən cox rayon sakini iştirak edərək ulu öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı ziyarət olunmuşdur.

Bu və digər mövzularda tədbirlərin keçirilməsində rayon Heydər Əliyev Mərkəzi də fəal iştirak etmişdir. Ötən ildə Heydər Əliyev Mərkəzini 9800 nəfər ziyarət etmişdir.

Rayon bələdiyyəsinin “Demokratiya həftəsi”nə həsr olunmuş konfransları rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Rayon gənclər və idman idarəsi tərəfindən “Gənclər siyasəti” Dövlət Proqramının icrası, idmanın kütləviliyinin təmin olunması və digər sahələrlə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.

Göründüyü kimi, bu il ölkə rəhbərliyi tərəfindən qarşımızda daha böyük sferaları əhatə edən yeni hədəflər müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında rayonumuzun qaz, elektrik enerjisi, su, istilik təchizatının, kanalizasiya sisteminin yaxşılaşdırılması, küçə və yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də öz əksini tapmışdır. Sevindirici haldır ki, Dövlət Proqramı çərçivəsində Fizika, Riyaziyyatİnformatika Təmayüllü Lisey, Bakı Avropa Liseyi, 2 nömrəli qadın məsləhətxanası, 1 nömrəli Vərəm Əleyhinə Dispanser, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi və V.Mustafayev adına 2 nömrəli incəsənət məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılacaqdır. Yeni Yasamal yaşayış massivində 7-ci Alatava küçəsində yeni uşaq bağçası yaradılacaqdır. Həmçinin, rayon icra hakimiyyətinin təşəbbüsü ilə Bakı kənar dairəvi yoldakı “StompeyKanada şirkətindən A.M.Şərifzadə küçəsinədək yeni yolun açılması da Dövlət Proqramına daxil edilmişdir.

Bundan başqa, “Bakı şəhərinin Baş Planı”na uyğun olaraq yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri ilə əlaqədar rayon icra hakimiyyətinin üzərinə mühüm vəzifələr qoyulmuşdur. Vergilər Nazirliyinin arxa tərəfindən N.Nərimanovun heykəlinədək yolun çəkiləcəyi və Azərbaycan prospektindən N.Nərimanov prospektinədək ərazidən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi nəzərdə tutulur. Qlobal xarakter daşıyan və ağır zəhmət tələb edən bu işlərin icrası məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən artıq 5 komissiya fəaliyyətə başlamışdır. İlin sonunadək 4 mərhələdə köçürülmə planı başa çatdırılacaqdır.

İldən-ilə qazandığımız uğurlar artdıqca ölkənin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişləndirilir. Biz ilbəil ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi siyasi, iqtisadi, sosial strategiyanın təzahürlərinin şahidi oluruq. Bu siyasət yeni dövrün xarakterinə uyğun olaraq fenomenal bir uğurla davam etdirilir. Ölkə rəhbərliyinin müəyyən etdiyi vəzifələr, verdiyi tapşırıqlar bütün dövlət qurumları ilə bərabər bizim də üzərimizə böyük məsuliyyət yükü qoyur. Yasamal Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir Fərman və Sərəncamının, tapşırıq və göstərişlərinin vaxtında və yüksək keyfiyyətlə icrasının təmin olunması üçün bundan sonra da bütün imkanlardan istifadə edəcək və əlindən gələni əsirgəməyəcəkdir.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, “Ozonzavodunun direktoru Çingiz Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının  1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cumar Əliyev, rayon bələdiyyəsinin sədr müavini Əli Əkbərli, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin məsləhətçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Etibar Hüseynov hesabat yığıncağında çıxış etmiş, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin hesabat məruzəsinə münasibətlərini bildirmişlər.

Yığıncağın sonunda qərar layihəsi oxunmuş və səs çoxduğu ilə qəbul edilmişdir.

 

Zülfüqar ŞAHSEVƏNLİ,

Respublika.-2014.- 7 fevral.- S.4.