Azərbaycan tarix elminə xidmətin keşiyində

 

Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, elm təhsil təşkilatçısı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan MEA-nın müxbir üzvü, Əməkdar Elm xadimi, tarix elmləri doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mikayıl oğlu Mahmudovun 75 yaşı tamam olur.

 Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu mürəkkəb inkişaf yolu keçmişdir. Onun formalaşması XX yüzilliyin 20-30-cu illərinə aiddir. Məhz bu dövrdən Azərbaycan tarixi müstəqil elmi-tədqiqat obyekti olmuşdur. İnstitutun yaranması elmi-tədqiqat müəssisələrinin olmadığı, tarixçi kadrların çatışmadığı çətin şəraitdə baş vermişdir. Azərbaycan tarixinin 20-ci illərinin dərin tədqiqi mənbəşünaslıq bazasının aşkarlanmasının məhdudluğu ilə çətinləşirdi.

Sovet tarixçilərinin birinci nəsli elmi-tədqiqat və pedaqoji fəaliyyətinə mənfi təsir göstərmiş öz dövrünün bütün çətinliklərini—kommunist partiyasının diktəsini, marksist-leninçi ideologiyanın təzyiqlərini, əsassız repressiyalarını öz üzərində hiss etmişdir.

Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət (1923-cü il), Azərbaycan Elmi-Tədqiqat İnstitutu (1929-cu il), Zaqafqaziya Elmlər Akademiyasının Azərbaycan şöbəsi (1932-ci il), SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı (1935-ci il) Tarix İnstitutunun formalaşmasında mühüm mərhələ olmuşdur. Azərbaycan Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu 1936-cı ildə yaranmışdır.

İnstituta Azərbaycanda tarix elminin inkişafında böyük əməyi olan respublikanın görkəmli alimləri rəhbərlik etmişdir. Onların səyi ilə ilk dəfə XX əsrin 60-cı illərində Azərbaycan xalqının kompleks öyrənilməsinə həsr olunmuş üçcildlik, XX əsrin sonları—XXI əsrin əvvəllərində yeddicildlik “Azərbaycan tarixi” yazılmışdır.

2004-cü ildən instituta əməkdar elm xadimi, t.e.d., prof. Yaqub Mahmudov rəhbərlik edir. Müdrik elmi-pedaqoji, elmi-təşkilatı təcrübəsi ilə (uzun illər BDU tarix fakültəsinin dekanı olmuş, hazırda həm də qədim və orta əsrlər tarixi kafedrasına rəhbərlik edir) respublikanın aparıcı tarixçisi orta əsrlər tarixinə dair Qaraqoyunlu, Ağqoyunlu, Azərbaycan diplomatiyasının tarixi, ilk Azərbaycan diplomat qadınları kimi maraqlı monoqrafiyaların, “Azərbaycan tarixi” üzrə dərs vəsaitlərinin və proqramlarının müəllifidir.

O, instituta rəhbərliyə mürəkkəb dövrdə—Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi, ermənilərin Azərbaycan ərazilərinə iddiaları olduğu, dünyanın müxtəlif guşələrində ermənilərin antiazərbaycan təbliğatı apardığı şəraitdə gəlmişdir.

Yaqub Mahmudov ermənilərin saxta ərazi iddialarına qarşı mübarizədə alim-tarixçilərin rol və əhəmiyyətini yaxşı başa düşürdü. Bütün bunlar dövrün tələbinə uyğun yeni tədqiqat istiqamətini axtarmağı diktə edirdi. Bu, Azərbaycanda tarix elminə yeni münasibətin formalaşmasına səbəb oldu. Bu məqsədlə, hər şeydən əvvəl, elmi inkişafın təşkilati prinsiplərinin təkmilləşdirilməsi, yeni strukturunun formalaşdırılması istiqamətində aparıldı. Artıq 2004-cü ilin dekabrında AMEA-nın Rəyasət Heyətində Yaqub Mahmudovun təqdim etdiyi tarix elminin aktual elmi problemlərinin tədqiqinə dair proqram təsdiq edildi. İnstitutun strukturunda müəyyən dəyişiklik edildi. Yeni şöbələr yarandı. “Heydər Əliyev irsini öyrənən” şöbə, “İnformasiya və tərcümə mərkəzi”, “Azərbaycanlıların deportasiya və soyqırımı”, “Mətbəə” şöbəsi yaradıldı. Tədqiqat işinin əsas istiqamətlərindən biri ərazi probleminin yaranması ilə əlaqədar Azərbaycanın şimal-qərb regionlarının öyrənilməsi oldu. Qısa müddət ərzində “Borçalı tarixi (qədim dövrdən hazırkı dövrə qədər)”, “Azərbaycanın şimal-qərb tarixi”, “Azərbaycan SSR regionları (inzibati ərazi bölgüsü, siyasət, iqtisadiyyat, mədəniyyət)” adlı ciddi tədqiqatlar ortaya qoyuldu. İnstitutda nəşr işinə xüsusi diqqət yetirildi.

Qısa müddətdə institutdaQarabağ tarixi” (altı dildə), “Naxçıvan tarixi” (iki dildə), “İrəvan xanlığı” (üç dildə), “Quba xanlığı”, “Ermənilərin Azərbaycan ərazisində törətdiyi əməllər haqqında tarixi faktlar” (yeni nəşr), “Azərbaycanın tarixi atlası”, ikicildlik “Azərbaycan Demokratik Respublikasının Ensiklopediyası”, “Venesiyalılar I şah Təhmasibin sarayında”, “Azərbaycan Həmkarlar İttifaqı inzibati-amirlik sistemi şəraitində (XX əsrin 20-30-cu illəri)”, “Almanlar Qafqazda”, “Azərbaycan Respublikasında xalq təhsili”, “Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələsi” (şimal-qərb bölgəsinin materialları əsasında. 1917-1930-cu illər), “Azərbaycan mədəniyyəti orta əsrlərdə”, “Tarixi adlara qarşı vandalizm: soyqırımı”, “Azərbaycan SSR qadınlarının dövlət hakimiyyəti orqanlarına cəlb edilməsi (XX əsrin 20-30-cu illəri)” kimi sanballı əsərlər işıq üzü gördü.

Yaqub Mahmudovun böyük xidmətlərindən biri onun səyi ilə institutunElmi əsərlər”inin yenidən nəşrə başlamasıdır. Qeyd etmək lazımdır ki, əsərlərin sonuncu, 18-ci sayı 1970-ci ildə çıxmışdı. 1970-ci ildən 2004-cü ilədək, faktiki olaraq, əsərlər çap olunmamışdı ki, bu da institutun işinə ciddi çətinlik yaradırdı. Bu istiqamətdə onun fəal işi 2004-cü ildə müvəffəqiyyətlə nəticələndi, 2004-cü ildən bu vaxtadək hər ilElmi əsərlər” çap olunmağa başladı.

“Kürəkçay müqaviləsi” kitabının nəşri də böyük əhəmiyyət kəsb edir və ermənilərin Azərbaycanın tarixi ərazilərinə olan iddialarına tutarlı cavabdır. İnstitut təcrübəsində ilk dəfə olaraq bu tarixə xüsusi elmi sessiya həsr edilmişdi.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə əsərlərinin ikicildliyi hazırlanıb çap olunmuş, Tarix İnstitutunda təntənəli təqdimat mərasimi keçirilmişdir.

Yaqub Mahmudovun fəaliyyətinin əsas istiqamətlərindən biri respublikanın bölgələrində səyyar konfransların keçirilməsi təcrübəsi olmuşdur.

Prezident İlham Əliyev tərəfindən regionların inkişaf proqramının həyata keçirilməsinin elan edildiyi şəraitdə bu tədbirlərin reallaşdırılmasının böyük rolu və əhəmiyyəti var. Qısa müddət ərzində Şəkidə, Qubada, Lənkəranda, Gəncədə, Zaqatalada, Balakəndə elmi konfranslar keçirilmiş, institut əməkdaşları konkret bölgələrə aid məruzələrlə çıxış etmişlər. Bu konfransların, şübhəsiz, böyük ictimai-siyasi, elmi əhəmiyyəti var. Bunlar region bölgələri ilə, buya digər ölkənin tarixi, tarixi abidələri, əhalisi, elmi, mədəni nailiyyətləri ilə yaxından tanış olmağa imkan verir.

Yaqub Mahmudov vətən və ümumi tarix üzrə namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə birləşmiş Elmi Şurasının sədri kimiböyük aparır. Əgər nəzərə alsaq ki, AMEA-nın Tarix İnstitutu respublikada tarix üzrə yeganə tədqiqat mərkəzidir, onda demək olar ki, Yaqub Mahmudov elmi təsadüfi perspektivi olmayan işlərdən qoruyur, Azərbaycan tarixşünaslığına böyük fayda verən dissertasiyalara yaşıl işıq yandırır. Şura onun rəhbərlik etdiyi dövrdə bir çox istedadlı gənc tədqiqatçılara elmi vəsiqə vermişdir. İnstitutun nəzdində respublikanın görkəmli tarixçilərindən təşkil olunmuş Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Mövzuların daha yaxşı seçilməsi üçün tədqiqə ehtiyacı olan problem mövzular tərtib edilmişdir.

Yaqub Mahmudovun xüsusi qayğı obyekti bizim yaradıcı gənclərdir. Təsadüfi deyil ki, institutun nəzdində aspiranturaya böyük diqqət yetirilir.Tədris sahəsində gənclərlə uzunillik təcrübəsi ilə əlaqədar və onların tələb və ehtiyaclarını yaxşı bildiyindən elmə yeni gələn kadrların vəziyyətinin yüngülləşdirilməsinə, vaxtında elmi işini başa çatdırmış aspirantların növbədənkənar müdafiəyə buraxılmasına çalışır. İnstitutun direktoru kimi 2005-ci ildən institutun nəzdində fəaliyyət göstərən gənc alimlər şurasına böyük diqqət yetirir.

Yaqub Mahmudovun səyi və AMEA-nın rəhbərlərinin yardımı ilə instituta qəbul olunan aspirantların və gənc mütəxəssislərin sayı əhəmiyyətli dərəcədə artırılır. Təkcə bunu demək kifayətdir ki, bu il instituta doktorantlığa 24 nəfər qəbul olunub.

Yaqub Mahmudov institutun arxivini müasirləşdirmişdir. Onun səyi ilə arxiv materiallarını yerləşdirmək üçün xüsusi yer ayrılmış, maddi-texniki baza xeyli yaxşılaşdırılmışdır. İnstitutun arxiv fondunu Türkiyə, Fransa, İngiltərə, Rusiya, Hindistan, Almaniya arxiv materialları ilə zənginləşdirmişdir.

Sənəd mənbələrin toplanıb nəşr olunması tarix elminin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Sənəd mənbələrin aşkarlanması real tarixin yazılmasında əvəzsiz əhəmiyyətə malikdir.

Doğrudur, bəzən tarixi tədqiqatlarda ictimai-siyasi mühitdə siyasi-ideoloji təsirdən qaçmaq mümkün olmur, ancaq sənəd mənbələr gec-tez tarixi reallığın şərhinə dayaq olur. Bu baxımdan Yaqub Mahmudovun rəhbərliyi səyi ilə Tarix İnstitutunun nəşr etdiyi sənədlər külliyyatlarının misilsiz əhəmiyyəti vardır.

Yaqub Mahmudov öz fəaliyyətində xüsusi səriştəsi olan müəyyən əməkdaşların xarici dilləri, xüsusilə qədim dilləri öyrənməsinə ciddi əhəmiyyət verir.

Latın qədim italyan dillərini öyrənən qrupların təşkili planlaşdırılır ki, əməkdaşlar Azərbaycanın qədim tarixinə dair xeyli sənədlər toplanan indiyədək heç kim tərəfindən öyrənilməyən Genuya, Milan, Venesiya, Florensiya, Vatikan arxivlərində işləyə bilsinlər.

Yaqub Mahmudov vətənini həqiqətən sevən vətənpərvərdir. Milli Məclisin deputatı səlahiyyətindən istifadə edərək regionda baş verən hadisələr haqqında həqiqəti, qloballaşma şəraitində Azərbaycan xalqının zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmağa çalışır. Buna görə beynəlxalq elmi əlaqələrin yaradılmasına, möhkəmləndirilməsinə böyük diqqət göstərir. Tarix İnstitutu bir çox ölkələrin tarix mərkəzləri ilə—Türkiyə, Yaponiya, Hollandiya, Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Gürcüstanla əlaqələr saxlayır. Sıx əlaqələr Budapeşt elmi ictimaiyyəti ilə yaradılmışdır, orada iki elmi konfrans keçirilmişdir.

Yaqub Mahmudov İsveçrədə—Bern Cenevrədə Azərbaycan diasporunun nümayəndələri ilə görüşərkən Qarabağ hadisələri, BerlindəXocalıfaciəsi haqqında məlumatlarla çıxış etmişdir. Bu şəhərlərdəQarabağ”, “Azərbaycanın tarixi Atlasıkitablarının təqdimatını keçirmişdir.

Bu gün Yaqub Mahmudov özünün elmi-yaradıcı təşkilati fəaliyyətinin yüksəliş mərhələsini yaşayır. Onun institutun fəaliyyətini daha da təkmilləşdirmək istiqamətində maraqlı planları var. O, zəngin, çoxəsrlik tariximizin daha dərindən tədqiq edilməsi, Azərbaycan tarixinin əsas məsələləri üzrə—mənşə, Azərbaycan mədəniyyətinin qədim dövrlərdən bugünə kimi problemləri üzrə beynəlxalq konfransların keçirilməsi, tarixi mənbələrlə işin forma metodlarının təkmilləşdirilməsi, telekommunikasiya vasitələrindən geniş istifadə olunması, istedadlı gənclərin elmə cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Milli Akademiyanın Tarix İnstitutu özünün əsaslı inkişaf mərhələsini yaşayır. Yeni demokratik cəmiyyət quruculuğu şəraitində institut kollektivi müstəqil Azərbaycan tarix elminin inkişafında öz salnaməsini yaradır.

 

Adil MƏmmƏdov,

tarix elmləri doktoru, professor.

 Respublika.-2014.- 8 fevral.- S.5.