Nərimanov
rayonu: inkişaf tempi davam edir
Paytaxtın mərkəzində yerləşən və
geniş əraziyə malik olan Nərimanov rayonunda son illər
ayrı-ayrı sahələrdə müsbət dəyişikliklər
baş vermiş, müxtəlif ərazilərdə geniş
abadlıq və quruculuq işləri aparılmış və
insanların həyat tərzi maksimum səviyyəyə
çatdırılmışdır.
Bu günlərdə rayon icra hakimiyyətində
2013-cü ilin sosial-iqtisadi inkişafını yekunları və
qarşıda duran vəzifələrə həsr olunmuş tədbir
keçirildi.
Yığıncaqda rayon ictimaiyyətinin
nümayəndələri və qonaqlar iştirak edirdilər.
Tədbirdə hesabat məruzəsi
ilə çıxış edən rayon icra hakimiyyətinin
başçısı Aydın Fərzəliyev
vurğuladı ki, 2013-cü ilin yekunlarına görə rayon
iqtisadiyyatının əsasını təşkil edən sənayenin
dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində
xidmətlər də daxil olmaqla 1 milyard 951,9 milyon manatlıq
məhsul istehsal olunmuş, 2012-ci ilə nisbətən 100,6
faiz artım surəti əldə edilmişdir. 2013-cü ildə
istehlakçılara 1 milyard 965,3 milyon
manatlıq və ya bütün sənaye məhsulunun 104,4
faizi qədər sənaye məhsulu göndərilmişdir.
İstehsal olunmuş sənaye məhsulunun həcmində
dövlət sektorunun xüsusi çəkisi 83,7
faiz təşkil etmişdir.
Ötən
dövr ərzində sənaye kompleksində işləyənlərin
sayı 565 nəfər artaraq 9972 nəfər təşkil
etmiş, onların orta nominal əmək haqqı 7,4 faiz
artaraq 455,8 manata çatmışdır.
Yeni
müəssisələrin yaradılması, mövcud müəssisələrin
fəaliyyətinin bərpa edilməsi nəticəsində
2013-cü ildə 2911 daimi iş yerləri
yaradılmışdır.
Tikinti təşkilatları
tərəfindən öz gücləri ilə yerinə
yetirilmiş işlərin həcmi 943,1
milyon manat təşkil edərək əvvəlki ilə nisbətən
1,1 faiz artım əldə edilmişdir. Bu sahədə
işləyən işçilərin sayı 2097 nəfər
artaraq 13943 nəfərə çatmış və
onların orta aylıq əmək haqqı 4,7 faiz artaraq 502,2
manat təşkil etmişdir.
Click to
enlarge image narimanov01.JPGClick to open image!Click
to enlarge image narimanov02.JPGClick to open image!Click to enlarge image
narimanov03.JPGClick to open image!Click to enlarge image narimanov04.JPGClick
to open image!Click to enlarge image narimanov05.JPGClick to open image!Click
to enlarge image narimanov06.JPGClick to open image!Click to enlarge image
narimanov07.JPGClick to open image!
Əhalinin
həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən
biri olan pullu xidmətlərin həcmi 286,2
milyon manat təşkil etmişdir. Ticarət və
nəqliyyat sahələri də xeyli inkişaf etmişdir.
Belə ki, il ərzində ticarət üzrə pərakəndə
əmtəə dövriyyəsinin həcmi 945,3
milyon manat olmaqla 9,4 faiz, əhaliyə göstərilən
ictimai iaşə xidmətinin həcmi 78,8 milyon manat olmaqla
41,1 faiz artmışdır.
Əhaliyə göstərilən nəqliyyat və rabitə
xidmətinin həcmi də artmışdır.
2013-cü ilin “Rabitə və İnformasiya
texnologiyaları ili” elan edilməsi bu sahənin
inkişafına çox böyük təkan vermişdir. Belə ki, rabitə xidmətlərinin
həcminin 17,5 dəfə artması ilə yanaşı
işçilərin sayı təxminən 2 dəfə və
ya 935 nəfər artaraq 1834 nəfər təşkil
etmiş, onların orta aylıq əmək haqqı 3.3 dəfə
artaraq 1112.2 manata çatmışdır. Bu da
iqtisadiyyatın digər sahələrinə nisbətən ən
yüksək göstəricidir.
Nərimanov rayonunun qısa zanıan kəsiyində
geniş quruculuq məkanma çevrilməsinin ən ümdə
səbəblərindən biri ölkəmizin bütün
bölgələri kimi bu rayona da ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən xüsusi diqqət və
qayğı göstərilməsidir. Fərəhləndirici haldır ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev 2013-cü ildə 6 dəfə Nərimanov rayonunda
olmuş, obyektlərin açılış və təməlqoyma
mərasimlərində iştirak etmiş, əsaslı təmir
və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə,
habelə inşası davam edən obyektbrdə işlərin
gedişatı ilə tanış olmuşdur.
Hesabat dövründə rayonda genişmiqyaslı
abadlıq və quruculuq işləri həyata
keçirilmişdir.
İl ərzində metronun “Gənclik”
stansiyasının ətrafında yerləşən
binaların fasadlarının milli memarlıq üslubunda yenidən
qurulması, Vaqif prospektinin genişləndirilməsi,
Z.Bünyadov prospektinin yenidən qurulması, şəhərin
baş planına uyğun digər layihələrin həyata
keçirilməsi işləri davam etdirilmişdir.
Şəhərimizin
ümumi görkəminə xələl gətirən
H.Əliyev prospekti, Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov,
akademik H.Əliyev küçələrində istismar
müddətini keçmiş, yararsız hala
düşmüş yaşayış binalarının,
qeyri-yaşayış obyektlərinin sökülərək
başqa ərazilərə köçürülməsi
istiqamətində işlər davam etdirilirmişdir. Qeyd olunan
binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov
küçəsində 126 mənzilli, 7 mərtəbəli
yaşayış binasının və Heydər Əliyev
prospektində 167 mənzilli 7 mərtəbəli
yaşayış binasının tikintisi davam etdirilir və
yaxm müddətdə sakinlərin istifadəsinə veriləcəkdir.
H.Əliyev prospektinin yenidənqurulması ilə əlaqədar
olaraq istismar müddətini keçmiş 8 ədəd
yaşayış binalarının sökülərək
yerində müasir, milli memarlıq üslubunda 4 ədəd
yeni yaşayış binalarının tikintisi nəzərdə
tutulmuşdur.
Həmin binalarda yaşayan 320 nəfər sakin əvvəlcədən
kirayə haqqı ödənilməklə
köçürülmüş və söküntü
işləri başa çatdırılmışdır.
Binaların layihələndirilməsi işləri
həyata keçirilərək tikinti işlərinə
başlanılmışdır. Tikinti işləri
yaxın gələcəkdə tam başa
çatdırıldıqdan sonra sakinlərin əvvəlki mənzillərinin
sahəsindən 3,0-40 faiz artıq olmaqla
tam təmirli, geniş və yaraşıqlı mənzillər
onların istifadəsinə veriləcəkdir.
K.Rəhimov küçəsində
sökülmüş 7 ədəd yaşayış
binasının yerində rayon sakinlərinin mənalı
istirahət yerinə çevriləcək ən müasir
parkın salınması davam etdirilir, artıq parkın birinci
hissəsində işlər başa
çatdırılmışdır. Öz füsünkar
gözəlliyi ilə seçilən, Avropa istehsalı olan
tikinti materiallarından istifadə edilməklə
salınmış parkın birinci hissəsi artıq sakinlərin
istifadəsinə verilmişdir. Parkın
ikinci hissəsinin 2 mərətəbəli avtomobil
dayanacağı ilə birlikdə yaxın gələcəkdə
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan və Rusiya Federasiyasının Həştərxan
vilayəti arasında əməkdaşlıq əlaqələri
son zamanlar daha intensiv templə inkişaf edir. 2010-cu ildən
başlayaraq bu günə qədər Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
göstəriş və tapşırığı ilə, Həştərxan
şəhərində sosial sahəyə xeyli investiya cəlb
edən bir sıra genişmiqyaslı layihələr həyata
keçirilmişdir.
Bu cür
dinamik inkişafın göstəriciləri və iki dövlətin
dostluq əlaqələrinin bariz nümunələri kimi, Həştərxan
vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi
olan parkda nümunəvi abadlıq işləri aparılaraq,
ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi
ucaldılmış, Bakı küçəsində yerləşən
11 nömrəli orta məktəbə ulu öndər Heydər
Əliyevin adı verilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə həmin məktəbin əsas
korpusu genişmiqyaslı rekonstruksiya olunmuş, müasir
standartlara uyğun iki yeni korpus inşa edilmiş və
şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil
edilməsi üçün bütün şərait
yaradılmış, mebel və texniki avadanlıqlarla təchiz
edilmişdir.
Həyata
keçirilən layihələrin davamı olaraq, 2012-ci ilin
sentyabrın 12-də Həştərxan şəhərində
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa
olunmuş Azərbaycan və Rusiya Dostluq
körpüsünün və Heydər Əliyev parkında
yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin
açılış, həmçinin Heydər Əliyev
Fondunun növbəti layihələrindən biri olan Müqəddəs
Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin
təməlqoyma mərasimləri keçirilmişdir.
Ötən
il dekabrın 20-də Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
iştirakı ilə Müqəddəs Vladimir məbədinin
önündəki meydanda Knyaz Vladimirin abidəsinin və abidənin
yerləşdiyi ərazidə salınmış parkın təntənəli
açılış mərasimi keçirilmişdir. Bundan
başqa, həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Rusiyanın Həştərxan şəhərində
tikilmiş “Meçta” uşaq kafesinin
açılışı olmuş, həmçinin Həştərxan
şəhərinin Bakinskaya küçəsində Heydər
Əliyev Fondunun dəstəyi ilə tikiləcək yeni
uşaq bağçasının təməlqoyma mərasimi
keçirilmişdir.
Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin
yaxşılaşdırılması sahəsində
2013-cü il ərzində müvafiq
işlər görülmüşdür.
2013-2014-cü illərin payız-qış
mövsümünə hazırlığı ilə əlaqədar
olaraq 9200 kv.m.
sahədə dam örtüyü təmir
edilmiş, 170 ədəd qapı, 181 ədəd pəncərə,
970 p.m. uzunluğunda yağış suyu axıdan borular dəyişdirilmiş,
yaxud təmir edilmiş, 470 kv.m. sahədə
şüşələnmə işləri
aparılmışdır.
Bakı Şəhər İcra Hakimiyyəti
başçısının “Su ilə dolu zirzəmilərin
qurudulması” haqqında müvafiq sərəncamının
icrası ilə bağlı bütün yaşayış
binalarının zirzəmiləri təftiş edilmiş və
su aşkar edilmiş 5 binanın zirzəmisindən suyun təmizlənməsi
istiqamətində zəruri işlər
aparılmışdır.
Rayon icra
hakimiyyətinin nəzdində, daimi fəaliyyət göstərən
“Qanunsuz tikililərə qarşı mübarizə
komissiyası”nın gördüyü tədbirlər
nəticəsində 4 ünvanda qanunsuz tikilmiş ev, 1
ünvanda 1 ədəd köşk, 3 ünvanda 20 kv.m. sahəsi olan çardaq və 320 p/m
uzunluğunda dəmir çəpər sökülərək
ləğv edilmişdir.
Nərimanov
rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən
2221 p.m. 0,4 kV-luq kabellər yenisi ilə əvəz olunmuş,
investisiya proqramına əsasən 7 ədəd Transformator Məntəqəsində
əsaslı təmir işləri aparılmış,
avadanlıqlar yenisi ilə əvəz olunmuşdur.
Rayon
Sukanal Departamentinin Su Şəbəkələri və
Qurğularının istismarı Xidməti tərəfindən
ötən il ərzində 188 ədəd nasos, 168 ədəd
mühərrik və 171 ədəd siyirtmə təmir olunmuş,
3187 p.m. boru dəyişdirilmiş, 6 ədəd nasos və 4 ədəd
elektrik mühərriki quraşdırılmış, 25 ədəd
siyirtmə dəyişdirilmiş, 29 ədəd su anbarı
yuyulmuşdur.
Nərimanov
Rayon Qaz İstismar Sahəsi tərəfindən 2013-cü il ərzində rayon ərazisində qaz təchizatı
sistemində qazdan istifadə qaydalarının pozulması,
onları doğuran səbəblərin və
istehlakçılar tərəfindən və digər obyektlərdə
təbii qazdan düzgün istifadə edilməsi
qaydalarının gücləndirilməsi haqqında tədbirlər
planına uyğun olaraq müvafiq tədbirlər
görülmüşdür.
Nərimanov
rayonunda 13 işğal
olunmuş rayon və yaşayış məntəqəsindən
olan 19025 nəfər məcburi köçkün məskunlaşmışdır.
Məcburi köçkünlərin mövcud sosial
durumunun yaxşılaşdırılması ilə əlaqədar
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi tərəfindən
məcburi köçkün ailələrinin yeni mənzillərlə
təmin olunması davam etdirilmişdir.
Hesabat
dövründə Nərimanov rayonunda fəaliyyət göstərən
22 ümumi təhsil müəssisəsində 23747
şağird təhsil alıb, məktəbi bitirən 3634 nəfərdən
2037 nəfəri orta təhsil haqqında şəhadətnamə,
1597 nəfəri isə tam orta təhsil haqqında attestat
almışdır. Rayonda təhsilin
inkişafı sahəsində zəruri tədbirlər həyata
keçirilir.
Rayonun 27 məktəbəqədər tərbiyə
müəssisəsindən 19-u (1945 uşaq yerlik) əsaslı
təmir olunaraq lazımi avadanlıqlarla təchiz
olunmuşdur.
Vacib məqamlardan biri də təhsilin keyfiyyət
göstəricilərinin yüksəldilməsinə diqqətiin
artirilmasıdır. Bu məsələdə hər il
kecirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi”
və “Ən yaxşı müəllim” müsabiqələri
daha çox əhəmiyyət kəsb edir. Hər il olduğu kimi Nərimanov rayonundan bu il
müsabiqədə iştirak edən 1 məktəb (39
nömrəli tam orta məktəb) və 5 müəllim Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə
mükafatlandırılmışdır.
Hesabat dövründə Nərimanov Rayon Gənclər və
İdman İdarəsi tərəfindən bir sıra tədbirlər
həyata keçirilmişdir.
Dövlət Sosıal Müdafiə Fondunun rayon
şöbəsi sosial sahədə qəbul edilmiş dövlət
Proqramlarının icrasını həyata
keçirmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 30 dekabr 2008-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı”nda nəzərdə tutulan vəzifələrdən
biri əmək pensiyalarının mütərəqqi
üsullarla ödənilməsi sisteminin daha da inkişaf
etdirilməsi olmuşdur.
Qüvvədə
olan qanunvericiliyə uyğun olaraq vətəndaşların
pensiya təminatı ilə əlaqədar müraciətlərə
baxılması işi davam etdirilmiş, 2013-cü il ərzində
qeydiyyatda olan 25078 nəfər pensiyaçıya hər ay 4
milyon 784 min manat vəsait ödənilmişdir.
2013-cü
il ərzində Məşğulluq Mərkəzinə
467 nəfər qadın olmaqla 1322 nəfər işaxtaran vətəndaş
müraciət etmişdir ki, onlardan da 930 nəfəri müxtəlif
iş yerləri ilə təmin olunmuşdur. Bu dövr ərzində
115 nəfər işsiz və işaxtaran vətəndaşlar
peşə hazırlığı kurslarına cəlb
edilmiş, 98 nəfər işaxtaran vətəndaşa
işsiz statusu verilərək işsizlik müavinəti təyin
edilmiş, onlardan 3 nəfərinə təkrar müavinət
təyin olunmuşdur.
Nərimanov
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 2013-cü il ərzində Əhalinin Sosial Müdafiəsi
sahəsində bir sıra işlər
görmüşdür.
Yanvarın
15-dən Nərimanov rayonunda Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli
“ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət
göstərməyə başlamışdır.
Məlumat
üçün bildiririk ki, dövlət agentliyinin və onun
tabeliyində “ASAN xidmət” mərkəzlərinin
yaradılması Respublika Prezidenti cənab İlham Əliyevin
2012-ci il iyulun 13-də imzaladığı
fərmanla əsas vəzifə kimi qarşıya
qoyulmuşdur. Bu qurumun yaradılmasında məqsəd
vətəndaşlara birbaşa xidmət göstərəcək
“ASAN xidmət” mərkəzlərinin vahid şəkildə
idarə edilməsidir.
1 nömrəli
“ASAN xidmət” mərkəzi pilot layihə olduğu
üçün ilkin mərhələdə paytaxtın Nəsimi
və Nərimanov rayonlarının sakinlərinə xidmət
göstərir. Vətəndaşlar mərkəzin
xidmətlərindən şəxsən, telefon və ya
internet vasitəsilə ünvanladıqları müraciətlər
əsasında istifadə edirlər.
“ASAN xidmət” mərkəzi Bakı şəhəri,
akademik Həsən Əliyev küçəsi, 36
ünvanında yerləşir. “ASAN xidmət” mərkəzində 9
dövlət orqanı —Ədliyyə, Daxili İşlər,
Vergilər nazirlikləri, Əmlak Məsələləri
Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi,
Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli
Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət
həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin gənclərin həqiqi
hərbi xidmətə çağırışı barədə
sərəncamlarına müvafıq olaraq 759 nəfər gənc
həqiqi hərbi xidmətə çağırılaraq ordu
sıralarına yola salınmışdır.
2013-cü ildə rayonun müəssisə və təşkilatları
sahibkarları tərəfindən könüllü olaraq 3854
manat məbləğində Silahlı Qüvvələrin
Yardım Fonduna vəsait
köçürülmüşdür.
Nərimanov bələdiyyəsi yerli əhəmiyyətli
məsələlərin həllində “Bir bələdiyyə-azı
bir layihə” çərçivəsində rayonun sosial
iqtisadi inkişafında və əhalinin maddi rifah
halının yüksəldilməsi istiqamətində bir
sıra zəruri işlər həyata keçirmişdir.
Belə
ki, 2013-cü ildə Nərimanov bələdiyyəsi tərəfindən
32 ailə himayəyə götürülmüş və 90
ailəyə birdəfəlik maddi yardım edilmiş, daxil
olmuş ərizələrə əsasən imkansız 8 ailəyə
yas mərasiminin keçirilməsinə köməklik
edilmişdir.
Nərimanov
bələdiyyəsi tərəfindən 20 Yanvar Ümumxalıq
Hüzn Günü münasibətilə 40 nəfər əlill
və şəhid ailələrinin üzvlərinə maddi
yardım edilmiş, xalqımızm milli bayramı Novruz
Bayramı ilə əlaqədar 170 ailəyə bayram
sovqatı paylanmış, alman faşizmi üzərində Qələbənin
68-ci ildönümü münasibətilə 12 nəfər
Böyük Vətən Müharibəsi veteranına maddi
yardım edilmişdir.
Nərimanov bələdiyyəsi rayonun abadlıq işlərində
yaxından iştirak etmişdir. Rayonun ayrı-ayrı
ünvanlarında məhəllədaxili ərazilərə
7679 kv.m asfalt örtüyü salınmışdır.
2013-cü ilin noyabr ayının 25-dən dekabr
ayının 1-dək keçirilən yerli demokratiya həftəsi
çərçivəsində rayonumuzun ayrı-ayrı məhəllələrində
sakinlərlə bələdiyyə üzvlərinin
görüşü keçirilmiş, sakinlərlə
birbaşa canlı təmas qurulmuş, onların yerlərdəki
problem və qayğıları öyrənilmiş, imkan
daxilində mümkün olanları yerində həll
edilmişdir.
Rayon rəhbərliyi tərəfindən 2013-cü ildə
yerlərdə keçiriləcək qəbulların təsdiq
olunmuş qrafikinə əsasən 25 səyyar qəbul və
görüş keçirilmişdir. Qəbullar müəssisə və
təşkilatlarda, məcburi köçkünlərin məskunlaşdığı
yataqxanalarda, inzibati və inşası yarımçıq
qalmış binalarda, habelə rayonun ayrı-ayrı
yaşayış sahələrində, əhalinin mədəni-kütləvi
tədbirlər otağında və s. yerlərdə
keçirilmişdir. Keçirilmiş qəbullarda
rayon sakinləri, əmək kollektivlərinin üzvləri, məcburi
köçkünlər rayon rəhbərliyi tərəfindən
qəbul edilmişlər. Ötən
dövr ərzində keçirilmiş 25 səyyar
görüş və qəbullarda 1919 nəfər vətəndaş
iştirak etmişdir.
Keçirilən
səyyar görüş və qəbullarda qaldırılan məsələlər
küçə və məhəllədaxili yolların təmiri,
maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin
abadlaşdırılması, işə düzəlmə,
kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin
təmiri və tikintisi, mənzil şəraitinin
yaxşılaşdırılması və sosial
yönümlü məsələlərlə bağlı
olmuşdur.
Ötən
il rayon icra hakimiyyəti
başçısı yanında şuranın
keçirilmiş 30 iclasında 32 məsələ müzakirə
olunmuş və məsələlərin icrası ilə əlaqədar
aidiyyəti üzrə qərar və tapşırıqlar
verilmişdir. Şura iclaslarında müzakirə
olunmuş məsələlərlə bağlı irəli
sürülmüş təklif və tövsiyələr əsasında
qərarlar qəbul edilmişdir.
“Azərbaycan Respublikasının bəzi şəhər
və rayonlarının inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər edilməsi haqqında” qanuna əsasən
Nərimanov rayonu inzibati ərazi vahidi tərkibində
İHB-nın 1, 2 və 3 nömrəli Sahə İnzibati
Ərazi Dairələri üzrə nümayəndilikləri
yaradılmışdır. RİHB-nin müvafiq Sərəncamına
əsasən sahə inzibati ərazi dairəsi üzrə
nümayəndələr təyin edilmişlər:
Nümayəndəliklərin fəaliyyəti
üçün lazımi şəraitin yaradılması,
onların maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində müvafiq işlər həyata
keçirilmişdir. Hazırda nümayəndəliklər
kirayə tutulmuş ofislərdə yerləşdirilmişdir.
Nümayəndəliklər üçün daimi inzibati
binaların tikilməsi üçün yerlər müəyyənləşdirilmiş,
binaların layihələri hazırlanmış və təsdiq
edilməsi üçün Bakı Şəhər İcra
Hakimiyyətinə göndərilmişdir.
9 oktyabr
2013-cü il tarixdə ölkəmizdə
müstəqil Azərbaycan Respublikasımn gələcəyi
üçün böyük önəm kəsb edən
Prezident Seçkiləri keçirilmişdir. Əvvəlki
seçkilərdə olduğu kimi, bu seçkilərdə də
Nərimanov rayonu seçiciləri fəallığı və
mütəşəkilliyi ilə seçilmişlər.
Nərimanov rayonu üzrə 108937 nəfər seçicinin
69601 nəfəri, yəni 63,89 faizi
seçkilərdə iştirak etmişlər. Tarixi bir
seçim edən Azərbaycan xalqının müəyyən
bir hissəsi olaraq Nərimanov rayon sakinləri həmin gün
üzərinə düşən müqəddəs
missiyanı şərəflə yerinə yetirərək,
sülhə, tərəqqiyə və sivil dünyaya
inteasiyaınn tərəfdarı olduğunu təsdiqləyərək
böyük səs çoxluğu ilə görkəmli və
səriştəli dövlət xadiminə, liderə —cənab
İlham Əliyevə səs verdi.
Ötən
ilin yekunlarına həsr olunmuş yığıncaqda Azərbaycan
Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
sədri İnam Kərimov, Prezident Adminstrasiyasının məsul
işçisi Tağı Tağıyev, Milli Məclisin
deputatı Rasim Musabəyov, rayon icra hakimiyyətinin
başçısının 3 nömrəli sahə inzibati ərazi
dairəsi üzrə nümayəndəsi Namiq Babayev, rayon
gigiyena və epidemologiya mərkəzinin direktoru Nurulla Məmmədov
və rayon gənclər və idman idarəsinin rəisi Nəcəf
Novruzov çıxış etdilər.
Toplantını
yekunlaşdıran icra hakimiyyətinin başçısı
Abdin Fərzəliyev əminliklə qeyd etdi ki, rayonda
inkişaf tempi uğurla davam etdiriləcək, sənaye ili olan 2014-cü ildə uğurlu nəticələrə
imza atılacaqdır.
Qədir ASLAN,
Foto S.MƏmmƏdindir.
Respublika.-2014.- 13
fevral.- S.9.