KƏND TƏSƏRRÜFATI ÖLKƏ İQTİSADİYYATININ PRİORİTET SAHƏSİ KİMİ DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR

 

Azərbaycanın kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaq üzərində xüsusi mülkiyyət münasibətləri formalaşmış kənd təsərrüfatında köklü dəyişikliklər baş vermişdir.

Qloballaşma prosesinin getdikcə dərinləşməsi, ölkəmizin beynəlxalq aləmə inteqrasiya prosesinin, o cümlədən ÜTT-yə və Avropa İttifaqına üzvlük təşəbbüsü, beynəlxalq konvensiyalara qoşulması, aqrar islahatların hazırkı mərhələsi qarşımızda kəndin sosial-iqtisadi simasının dəyişdirilməsi, ərzaq təhlükəsizliyinin daha dolğun təmin edilməsi, dünya bazarında rəqabətədavamlı aqrar məhsulların istehsalı, qabaqcıl texnologiyalarabazar iqtisadiyyatı mühitində idarəetmə prinsipinə yiyələnmış kəndli sahibkarların hazırlanması, bitkiheyvan mənşəli ərzaq məhsullarının istehsalı və emalı zamanı Avropa standartlarına uyğunlaşma, Azərbaycanın Qida Məcəlləsinə qoşulması, istehlakçılar üçün ərzaq təhlükəsizliyinin artırılması və aqrar siyasətin əsasını təşkil edən digər üstün istiqamətli tədbirlərin həyata keçirilməsi kimi bir sıra məsul vəzifələr qoyur.

Məlum olduğu kimi, kənd təsərrüfatı və bütövlükdə aqrar sahə iqtisadiyyatın ən mühümstrateji əhəmiyyətli sahələrindən biri hesab olunur. Təhlil göstərir ki, hətta ən inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da, Almaniyada, Hollandiyada kənd təsərrüfatının 7-8 faizlik illik artımı ümumi iqtisadiyyatda ən yüksək makroiqtisadi nəticə kimi xarekterizə edilir. Xüsusilə qlobal maliyyə böhranı şəraitində respublika iqtisadiyyatının aqrar sektorunda bu göstəriciyə nail olunması dövlətin aqrar siyasətinin müvəffəqiyyətini şərtləndirən ən mühüm amillərdən biridir.

Bu baxımdan son illər kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir ki, bu da öz müsbət bəhrəsini verməkdədir. Ümumiyyətlə, hazırkı şəraitdə kənd təsərrüfatı əmtəə istehsalçılarına büdcə yardımlarının göstərilməsi dövlətin aqrar siyasətinin prioritet istiqamətinə çevrilməkdədir. Bu prosesə kifayət qədər qısa müddət ərzində start verilsə də, qeyd etmək lazımdır ki, artıq respublikamızda kənd təsərrüfatı əmtəə istehsalçılarına müxtəlif formalarda yardım göstərilməsi ilə bağlı müəyyən təcrübə toplanmışdır. İlk növbədə qeyd etmək yerinə düşərdi ki, kənd təsərrüfatına dəstək göstərilməsi ilə bağlı ilkin təcrübənin əsası Azərbaycan Respublikası PrezidentininAqrar sahədə islahatların sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 mart 1999-cu il tarixli sərəncamından sonra qoyulmuşdur. Həmin sərəncama müvafiq olaraq, kənd təsərrüfatı əmtəə istehsalçıları, torpaq vergisi istisna olmaqla, qalan bütün növ vergilərdən azad edilmişdir.

Kənd təsərrüfatının dövlət tənzimlənməsinin maliyyə mexanizminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də kənd təsərrüfatı əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsidir. Kənd təsərrüfatının əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsi onların yanacaqmotor yağlarından istifadəyə görə sərf etdikləri xərclərin kompensasiya edilməsinə yönəlmişdir. Kənd təsərrüfatının əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsi aqrar sahənin dövlət tənzimlənməsinin maliyyə mexanizminin mühüm tərkib elementi olmaqla hazırkı şəraitdə kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə imkanlarının genişləndirilməsinə və bütövlükdə aqrar sahəyə dövlət qayğısının gücləndirilməsinə xidmət edir.

Emal sənayesi, prinsip etbarilə, bazar konyukturuna nisbətən çevik reaksiya verə bilən bir sahədir və emal sənayesində istehsal digər sahələrlə müqayisədə daha çox təşkilati və təmərküzləşmiş prinsiplərə əsaslanır. Araşdırmalar göstərir ki, kənd təsərrüfatı və onunla qarşılıqlı əlaqəyə malik emal sənayesinin maddi-texniki bazasının inkişafına istiqamətlənmiş dövlətin maliyyə resurslarından səmərəli istifadə edilməsi üçün, nəticə etibarilə, həmin vəsaitlərin xüsusi fondlarda təmərküzləşməsi zəruridir. Dövlətin lizinq fondlarından vəsaitlərin maddi-texniki resurslara olan ehtiyacların ödənilməsinə ayrılması, nəticə etbarilə, xüsusi maliyyə resurslarının cəlb edilməsi üçünmühüm stimul yaradır.

Qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı dövlət tərəfindən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli,  kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Əkin sahəsinin becərilməsində istifadə olunan yanacaqmotor yağlarına görə istehsalçılara hər hektar üçün 40 manat, buğda və çəltik istehsalçılarına isə hər hektar səpilmiş sahəyə görə əlavə olaraq 40 manat subsidiya verilir. Fermersahibkarlar güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər.

2013-cü ildə ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında yeni yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında, qlobalregional layihələrin həyata keçirilməsində böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı çoxsaylı fərman və sərəncamların icrası 2013-cü ildə kənd təsərrüfatında məhsul istehsalının dinamik inkişafına zəmin yaratmışdır.

Aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində daxili istehsal hesabına əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində əhəmiyyətli nəticələrə nail olunmuş, 2013-cü ildə kənd təsərrüfatında ümumi məhsulun həcmi keçən ilin müvafiq dövrünə nisbətən 4,9 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 4,2 faiz, heyvandarlıq məhsulları üzrə isə 5,6 faiz artmışdır.

2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1684,5 min hektar (çoxillik əkmələrsiz) sahə istifadə edilmişdir. Əkin sahələrinin 1074,1 min hektarını və ya 63,8 faizini payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilər, 171,2 min hektarını və ya 10,2 faizini kartof, tərəvəz və bostan bitkiləri, 42,2 min hektarını və ya 2,5 faizini texniki (pambıq, tütün, şəkər çuğunduru, günəbaxan və s.) bitkilər, 396,6 min hektarını və ya 23,5 faizini yem bitkiləri təşkil etmişdir.

2013-cü ildə 134,1 min hektarda meyvə, 16,4 min hektarda üzüm məhsulu və 972 hektarda çay plantasiyaları becərilmişdir.

2013-cü ilin yekununa əsasən 1073,7 min hektar sahədən dənli və dənli-paxlalıların məhsulu yığılmış, hər hektardan 27,6 sentner olmaqla cəmi 2961,9 min ton məhsul istehsal olunmuşdur. Yığılmış taxıl sahəsinin 689,1 min hektarını buğda təşkil etmiş, 1898,1 min tonya hər hektardan 27,5 sentner buğda toplanmışdır. Eyni zamanda, qarğıdalı istehsalı 208,2 min tona çatmışdır. 65,3 min hektardan 992,7 min tonya hər hektardan 152,0 sentner kartof, 77,2 min hektardan 1218,1 min tonya hər hektardan 153,6 sentner tərəvəz, 28,5 min hektardan 429,7 minya hər hektardan 150,7 sentner bostan, 9,35 min hektardan 18,1 min tonya hər hektardan 19,4 sentner günəbaxan, 1,2 min hektardan 3,5 min tonya hər hektardan 28,4 sentner tütün yarpağı, habelə 5,4 min hektardan 181,4 min tonya hər hektardan 334,2 sentner şəkər çuğunduru və 23,4 min hektardan 44,8 min tonya hər hektardan 19,2 sentner pambıq yığılmışdır.

Daxili istehsal hesabına adambaşına orta hesabla 140,0 kq ərzaq buğdası, 73,8 kq kartof, 164,8 kq tərəvəz və bostan, 85,3 kq meyvə və giləmeyvə məhsulları istehsal edilmişdir. Minimum istehlak normasına görə buğda 22,2 faiz az, kartof 66,5 faiz, tərəvəz-bostan, meyvə və giləmeyvə 82,3 faiz çoxdur.

Bitkilərin əkinində toxum və tinglərin əsasən yerli sortlarından istifadə edilmiş, mineral gübrələrdən və pestisidlərdən istifadənin səmərəsi artmışdır. 2012-ci ilə nisbətən 2013-cü ildə məhsuldarlıq müvafiq olaraq buğda üzrə 0,6 sentner, dən üçün qarğıdalı üzrə 2,9 sentner, kartof üzrə 5,3 sentner, tərəvəz üzrə 3,3 sentner, bostan bitkiləri üzrə isə 8,0 sentner artmışdır.

2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqifiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına görə dövlət təqribən 40 manat yardımın verilməsi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqifiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi məhsul istehsalına müsbət təsir göstərmişdir. 93,6 min tondan çox mineral gübrələr kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə satılmış və bu məqsədlə dövlət büdcəsindən satıcı təşkilatlara 24,9 milyon manat subsidiya ödənilmişdir. Respublika üzrə satılmış gübrələrin 68,8 faizini azotlu, 14,5 faizini fosforlu, 1,0 fazini kaliumlu və 15,7 faizini digər gübrələr təşkil etmişdir.

Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli, 221 nömrəli sərəncamında əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Sərəncamında kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi, özəl tədarük-satış bazalarının, ticarət (treyder) şirkətlərinin, logistik mərkəzlərin, qablaşdırma və tara təsərrüfatının, kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına xidmət edən xüsusi nəqliyyat vasitələri, o cümlədən avtorefrijerator parkının yaradılmasının dövlət tərəfindən dəstəklənməsi, kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirləri və antiinhisar nəzarətini gücləndirilməsi və digər məsələlər öz əksini tapmışdır. Vaxtında verilmiş bu sərəncam kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir.

Hazırda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun 2014-cü ilin məhsulu üçün mühüm tədbirlər həyata keçirilməkdədir. 2013-cü il dekabr ayının 1-i vəziyyətinə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl səpilməsi məqsədilə 1050,5 min hektar sahədə şum qaldırılmış, 918,3 min hektarda dən üçün payızlıq taxıl səpilmiş, onun da 616,7 min hektarını buğda və 301,6 min hektarını arpa təşkil etmişdir. 2012-ci il dekabr ayının 1-i ilə müqayisədə 2013-cü ilin həmin dövrünə şum qaldırılması 5,2 faiz, dən üçün taxıl səpini 3,2 faiz artırılmışdır.

2013-cü ildə respublikada mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı sahəsində inkişaf əldə edilmiş, 2013-cü ildə heyvandarlıqda ümumi məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artmışdır.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident demişdir ki, kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Ancaq potensial daha da böyükdür.

Azərbaycanda əhalinin yarıya qədəri aqrar sektorla bağlıdır. Bu o deməkdir ki, həmin əhalinin dolanışığı aqrar sektordakı vəziyyətdən asılıdır. Odur ki, dövlət daim aqrar sektorun inkişafını dəstəkləyir, yeni aqrar komplekslərin yaradılması üçün maddi dəstək göstərir və bu dəstəkdən maksimum yararlanmaq üçün ölkədə ərzaq təhlükəsizliyinin təminatına yönələn tədbirlər görülür.

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda kənd təsərrüfatı sahəsində genişmiqyaslı islahatlar proqramını bəyan etdi. Onun çıxışı aqrar islahatlar proqramı idi.

Dövlət başçısı demişdir: “Kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir”.

Konfransda daha sonra cənab Prezident bildirmişdir: “Məhsuldarlıq artmalıdır və artırılacaqdır. Böyük imkanlar vardır. Burada məruzədə səsləndi ki, taxılçılıq üzrə fermer təsərrüfatlarında məhsuldarlıq 55 sentnerə qalxmışdır. Ölkə üzrə bu rəqəm 27,5 sentnerdir, yəni 2 dəfə çoxdur. Bu təcrübə hər yerdə tətbiq edilməlidir”.

Nəhayət, Prezident kənd təsərrüfatı məhsulu istehsalında milli strategiyanı bir daha bəyan etdi: Azərbaycan təbii və keyfiyyətli məhsullar istehsalına üstünlük verməlidir.

Beləliklə, Prezident artıq qeyd etdiyimiz kimi, aqrar islahatlar proqramını açıqlamış oldu. Bu, kənd təsərrüfatı sahəsində islahatlar paketi olaraq təşkilati-struktur istiqamətindən başlamış istehsalın təşkili, dövlət dəstəyinin formaları, bazarın təmin edilməsi, bu sahədə xarici siyasət strategiyasına qədər bütün istiqamətləri nəzərdə tutan bir proqramdır.

Kənd yerlərində kiçik emal müəssisələrinin, xüsusilə ət, süd, meyvə-tərəvəz emalı və aqrar-informasiya xidməti şəbəkələrinin yaradılması, aqrar təmayüllü elmi-tədqiqat müəssələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, aqrar sahənin emal və maşınqayırma sənayesinin qurulmasına dövlət maliyyə resurslarının və xarici investisiyaların cəlb olunmasının dəstəklənməsi istiqamətlərində də görəcəyimiz işlər yetərincədir.

Möhtərəm Prezidentimizin ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, aqrar-sənaye kompleksinin, kənd yerlərinin davamlı və kompleks inkişaf etdirilməsinə, kənd əhalisinin rifahının daha da yaxşılaşdırılmasına göstərdiyi qayğı, uğurla realaşdırılan tədbirlər bizdə bir daha böyük ümid və əminlik yaradır ki, cənab İlham Əliyev öz ömrünü Azərbaycanın müstəqilliyi və tərəqqisinə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısıdır.

 

Aslan Aslanov,

YAP Siyasi Şurasının

İqtisadi Məsələlər üzrə Komissiyasının üzvü,

biologiya elmləri üzrə fəlsəfə doktoru.

Respublika.-2014.- 13 fevral.- S.10.