Nizami rayonu: sosial-iqtisadi
inkişafın yeni mərhələsində
Dünən Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov açaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın qazandığı uğurlarından danışdı. Qeyd etdi ki, 2013-cü il ölkəmiz üçün uğurlu olmuş, böyük infrastruktur layihələr icra edilmiş, respublikamızın beynəlxalq nüfuzu artmışdır.
Sonra rayonun ötən ildəki sosial-iqtisadi inkişafını əks etdirən videofilm nümayiş olundu.
Ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verən rayon ərazisindəki müəssisələr tərəfindən 2013-cü ilin yanvar-dekabr aylarında 424,2 milyon manat dəyərində məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən ötən ilin müvafiq dövrünə nisbətən 5,0% çoxdur. Sənayedə istehsalın 34,7 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 277,2 milyon manatlıq və ya ümumi istehsalın 65,3 faizi qədər məhsul istehsal edilmiş, xidmətlər göstərilmişdir.
Ümumiyyətlə, 2012-ci ilə nisbətən 2013-cü ildə zeytun yağı istehsalı 42,3 faiz, kakao yağının istehsalı 29,7 faiz, müxtəlif içki istehsalı 37,2 faiz, sous məhsullarının istehsalı 15,9 faiz, beton, gips və sement məmulatlarının istehsalı 75,7 faiz, beton qarışığı 2 dəfə, duz istehsalı 13,5 faiz, kimyəvi məhsulların istehsalı 3,6 faiz, plastmas məmulatlarının istehsalı 5,7 faiz, müxtəlif polietilen kisələr istehsalı 68,9 faiz, qeyri-metal məhsulların istehsalı 24,1 faiz çox olmuşdur.
Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2013-cü ildə ümumi dəyəri 433,0 milyon manatlıq hazır məhsul istehlakçılara göndərilmişdir ki, bu da illik istehsal həcminin 102,1 faizini təşkil edir. 2014-cü ilin 1 yanvar vəziyyətinə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 1,3 milyon manat olmuşdur.
Hesabat ilində öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 552,0 milyon manat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 143,2 faiz təşkil etmişdir.
2013-cü ildə rayonda
iqtisadiyyatın və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələri
hesabına əsas kapitala 186,5 milyon manat həcmində
investisiya yönəldilmişdir ki, bu da ötən ilin
müvafiq dövrünə nisbətən 32,6 faiz
artmışdır. Əsas kapitala yönəldilmiş
investisiyaların 177,2 milyon manatı və ya 95,0 faizi
dövlət, 9,3 milyon manatı və ya 5,0 faizi qeyri-dövlət
müəssisələrinin payına düşür. Adambaşına düşən
investisiyaların həcmi il ərzində 97,0
manat olmuşdur.
Ötən
dövrdə bütün maliyyə mənbələri
hesabına 143,2 milyon manatlıq əsas
fondlar istifadəyə verilmişdir.
Hesabat
dövrü ərzində istifadə edilmiş
investisiyaların 100,6 milyon manatı və
ya 53,9 faizi tikinti-quraşdırma işlərinə sərf
edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə
nisbətən 34,1 faiz çoxdur.
2013-cü
ildə rayonda pərakəndə ticarət dövriyyəsinin
həcmi 2,3 faiz artaraq 1554,1 milyon manat
olmuşdur. Ümumi ticarət dövriyyəsinin 21,4 faizi ticarət fəaliyyəti ilə məşğul
olan hüquqi şəxslərin, 8,1 faizi fiziki şəxslərin,
70,5 faizi yarmarka və kənd təsərrüfatı məhsulları
bazarlarının payına düşür. İlin əvvəlindən
özəl müəssisələrin fəaliyyət dairəsi
daha çox genişlənmiş və rayon əhalisinin ərzaq və
qeyri-ərzaq mallara olan tələbatının ödənilməsində onlar müstəsna rol oynamışlar. Pərakəndə
ticarət
dövriyyəsinin, demək olar ki, 100 faizi onlar tərəfindən
aparılmışdır.
Hesabat
dövründə iaşə müəssisələrindən
24,9 milyon manatlıq və ya 0,6 faiz
çox xidmət göstərilmişdir.
2013-cü
ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən
pullu xidmətlərin həcmi 7,3 faiz
artaraq 205,7 milyon manat olmuşdur. Pullu xidmətlərin 99,1 milyon manatı və ya 48,2 faizi hüquqi
şəxslərin, 106,6 milyon manatı və ya 51,8 faizi fiziki
şəxslərin fəaliyyəti hesabına
yaranmışdır. Hüquqi şəxslər tərəfindən
əhaliyə göstərilən pullu xidmətlərin həcmi
ötən ilin müvafiq dövrünə nisbətən 53,8 faiz artmışdır. Hesabat dövründə
məişət obyektlərində 53,7
milyon manatlıq müxtəlif xidmətlər göstərilmişdir
ki, bu da əhaliyə göstərilən pullu xidmətlərin
27,1 faizini təşkil etmişdir.
2013-cü
ildə Nizami rayonunda 1996 yeni iş yeri
açılmışdır ki, ondan 434-ü yeni
açılmış, 99-u mövcud müəssisə və
təşkilatlara, 1463-ü isə fiziki şəxslərə
aiddir.
Ümumilikdə
son on ildə 23460 yeni iş yeri açılmışdır ki, onun da 23363-ü daimi iş yerləridir.
H esabat
ilində orta aylıq əməkhaqqı 442,2 manat təşkil
etmiş və sənaye sahəsində 10,0 faiz, nəqliyyat
sahəsində 21,8 faiz, rabitə sahəsində 36,5 faiz,
maliyyədə 7,5 faiz, ticarət sahəsində 9,2 faiz, təhsildə
41,2 faiz, peşə, elm və texniki fəaliyyət sahəsində
7,3 faiz, ictimai-iaşədə 17,3 faiz artmışdır.
Ötən
il xüsusilə təhsil sahəsində
qazanılmış bir sıra nailiyyətlərlə yadda
qalmışdır. Belə ki, respublika fənn
olimpiadasının yekun turunun nəticələrinə
görə rayon üzrə 1 nəfər birinci yerə (kimya
fənni üzrə 145 №-li orta məktəbin XI sinif
şagirdi Ağayev Həsən Rövşən oğlu), 3 nəfər ikinci yerə
(fizika fənni üzrə “Dədə Qorqud”
özəl türk liseyinin X sinif şagirdi Mahmudzadə Rauf
Vüqar oğlu, biologiya fənni üzrə “Zəngi”
liseyinin XI sinif şagirdi Dəmiçibəyli Aytac Namiq
qızı və Kimya-biologiya təmayüllü liseyin XI
sinif şagirdi Əlizadə Nəzrin Habil qızı), 5 nəfər
üçüncü yerə (fizika
fənni üzrə “Dədə Qorqud” özəl
türk liseyinin IX sinif şagirdi Alıyev Tural İlham
oğlu, riyaziyyat fənni üzrə
“Zəngi” liseyinin XI sinif şagirdi Məmmədov Yusif
Mustafa oğlu və 242 №-li orta məktəbin X sinif şagirdi Mürsəlzadə Ayaz
İlham oğlu, biologiya fənni üzrə 250 №-li orta məktəbin
X sinif şagirdi Mirzəyeva Dürdanə İlham qızı
və 12 №-li orta məktəbin XI sinif şagirdi Əfəndiyeva
Nigar Namiq qızı), 7 nəfər
isə dördüncü yerə (“Zəngi” və kimya-biologiya təmayüllü
liseylərin hər birindən iki,
70 №-li məktəb-liseydən, 10 və 238 №-li orta məktəblərin
hər birindən bir nəfər) layiq görülmüşdür.
T ələbə
Qəbulu üzrə Dövlət Komissiyasının verdiyi rəsmi
məlumata görə, rayon üzrə ali məktəblərə
qəbul üçün sənəd verən 1606 nəfərdən
961 nəfəri, yəni 59,84 faizi tələbə
adını qazanmışdır (ötənilki qəbul
56,30% təşkil etmişdir).
Ali məktəblərə qəbul olunanlardan 98 nəfəri
600-dən yuxarı bal toplamış, onlardan 33 nəfəri
650 baldan yüksək nəticə göstərmişdir
(ötən il bu rəqəm müvafiq olaraq 82 və 17 nəfər
təşkil etmişdir).
600-dən
yuxarı bal toplayanlar ən çox “Zəngi” liseyinin (12 nəfər),
“Dədə Qorqud” türk liseyinin (9 nəfər),
Kimya-biologiya liseyi və 145 №-li məktəbin (hər birindən
8 nəfər), 251 №-li məktəbin (7 nəfər), 70 №-li məktəb-liseyin
(6 nəfər) məzunlarıdır.
Yüksək
nəticə əldə edərək ali məktəblərə
qəbul olunan abituriyentlərdən 5 nəfəri (“Zəngi”
liseyindən 1 nəfər, 238
№-li məktəbdən 1 nəfər, 277 №-li məktəbdən 1 nəfər və 32 №-li məktəbdən
2 nəfər) Prezident təqaüdünə layiq
görülmüşdür.
2012/2013-cü
tədris ilində rayon üzrə
14 nəfər qızıl medala layiq
görülmüş (onlardan 8 nəfəri məktəblər,
7 nəfəri isə liseylər üzrədir) və
onların hamısı biliklərini doğruldaraq ali məktəblərə
qəbul olunmuşlar.
2011-2013-cü
illərdə “Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq 172 və 190 №-li uşaq bağçalarının, 251
№-li orta məktəbin, 17
saylı Uşaq poliklinikasının, 2 saylı Dəri-zöhrəvi
dispanserin əsaslı təmiri və yenidən qurulması,
145 №-li orta məktəbdə əlavə
tədris korpusunun (50 sinif) tikintisi başa
çatdırılmışdır,
125 və 175 saylı uşaq bağçalarının əsaslı
təmiri və yenidən qurulmasında, habelə 175 saylı
uşaq bağçasında əlavə 6 qrup
otağının tikintisində son tamamlama işləri
görülür.
Dövlət
Proqramına əsasən hazırda 12, 32, 238 və 272 №-li məktəblərdə,
sağlamlıq imkanları məhdud uşaqlar
üçün 3 №-li internat məktəbində,
103 №-li uşaq bağçasında əsaslı təmir
işləri aparılır və 11 saylı Birləşmiş
Şəhər Xəstəxanası isə yenidən inşa
olunur.
İl ərzində rayonda bir sıra yeni sosial obyektlər
tikilib istifadəyə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın iştirakı ilə yeni inşa edilmiş
“Qayğı” Uşaq Reabilitasiya və Daun Sindromlu Şəxslərin
Reabilitasiya Mərkəzlərinin, Çobanzadə
küçəsi 2405-ci məhəllədə inşa
edilmiş Valideyn hüququndan məhrum olan və Uşaq evlərində
böyüyən gənclər üçün
yaşayış evinin, həmçinin əsaslı təmir və
yenidənqurmadan sonra 172 və 190 №-li körpələr
evi-uşaq bağçalarının açılış mərasimləri
olmuşdur.
2013-cü ildə rayonun xidmət və təsərrüfat
idarələri tərəfindən tabeçiliklərində
olan ayrı-ayrı təsərrüfatlarda
aşağıdakı işlər
görülmüşdür.
Rayon
İstilik təsərrüfatı üzrə ötən
dövr ərzində ayrı-ayrı ünvanlarda 1330 p/m
istismara yararsız müxtəlif diametrli boru dəyişdirilmiş,
190 saylı qazanxanada yenidənqurma işləri
aparılmış, müasir tipli qazanlar
quraşdırılmış və həmin qazanxanalardan
qidalanan 14 binanın, 1 məktəbin məhəllədaxili
istilik xətləri əsaslı təmir olunmuşdur. 60, 61, 62, 66, 67 və 74 №-li
qazanxanalarda 14 ədəd qazan bərpa olunmuş, 16 ədəd
nasos, 8 ədəd mühərrik, 8 ədəd siyirtmə
quraşdırılmış, 33 qazanxanada və 1 istilik məntəqəsində əsaslı, 110 ədəd
müxtəlif markalı
qazanlarda, 175 ədəd nasoslarda, 25 ədəd istilik mübadiləedici
avadanlıqlarda, 1304 ədəd müxtəlif
ölçülü siyirtmələrdə təmir-bərpa
işləri aparılmışdır. 126 yaşayış
binasının aşağı paylayıcı istilik xətləri əsaslı
təmir olunmuş, 2 yeni qazanxana tikilmiş, avadanlıqlar
quraşdırılmış, həmin qazanxanalardan istilik alacaq binalara magistral və məhəllədaxili
istilik xətləri çəkilmişdir. 189
saylı qazanxanada yenidənqurma işləri davam etdirilir.
Hazırda Q.Qarayev prospekti 59 ünvanlarında
yeni qazanxananın tikintisi planlaşdırılır.
D övlət Proqramı çərçivəsində
məhəllədaxili və binadaxili 8180 p/m müxtəlif
diametrli istismara yararsız vəziyyətə
düşmüş borular yenisi ilə əvəz
edilmişdir.
C.Naxçıvanski küçəsi 15 ünvanında
yerləşən qazanxananı qazla təchiz etmək
üçün diametri 159 mm olmaqla 3338 p/m qaz xətti çəkilmişdir.
Görülmüş tədbirlərin nəticəsidir
ki, rayon üzrə mərkəzləşdirilmiş istilik
sisteminə qoşulması nəzərdə tutulan 492 binadan
2012-2013-cü illərin payız-qış
mövsümündə 337 binaya istilik verilirdisə,
2013-2014-cü illərin payız-qış
mövsümündə onların sayı 379-a
çatdırılmışdır.
Rayon əhalisinin qaz təchizatının
yaxşılaşdırılması üçün Qaz
istismar sahəsi tərəfindən 5546 p/m müxtəlif
diametrli qaz xətti çəkilmişdir.
Dövlət
Proqramı çərçivəsində 30-cu sahə QPS-dən
çıxan və Keşlə qəsəbəsinə gedən
“Nizami-Keşlə” qaz kəmərindən
M.H.Kazımov küçəsinə ayrılan 3138 p/m küçə xətti,
4085-ci məhəllədə müxtəlif diametrli 2544 p/m
yeni qaz xətti çəkilmişdir.
Bütövlükdə
Azərbaycan Respublikası regionlarının “2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na və “2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na
uyğun olaraq rayon ərazisində xeyli işlər
görülmüşdür.
B elə
ki, 640 şagird yerlik 1 tam orta məktəb tikilmiş, 8 tam
orta məktəb, 1 idman məktəbi, 4 körpələr
evi-uşaq bağçası, 2 poliklinika, 1 Köməkçi
Yardım Stansiyası, 1 poliklinika və 1 dispanser əsaslı
təmir edilmiş, şagird kontingentinin
sıxlığını nəzərə alaraq 2 məktəbdə
92 sinif otaqlı əlavə tədris korpusları, 1
bağçada 6 qrup otaqlı əlavə korpus tikilərək
istifadəyə verilmişdir. Hazırda 4 məktəbdə,
1 xüsusi internat məktəbində, 3 körpələr
evi-uşaq bağçasında əsaslı təmir və
yenidənqurma işləri aparılır. Keşlə qəsəbəsində isə bir xəstəxana
sökülərək yerində müasir tipli xəstəxananın
inşasına başlanılmışdır. ATS-421/422-nin NGN texnologiyası əsasında rekonstruksiya
işləri yekunlaşdırılmışdır.
Qaz təchizatının
yaxşılaşdırılması məqsədilə 8-ci
km yaşayış sahəsində və Keşlə qəsəbəsində
ayrı-ayrı ünvanlarda olmaqla müxtəlif diametrli 9041
p/m qaz xətti dəyişdirilmiş, 14314 p/m yeni qaz xətti
çəkilmiş, 73 ədəd qaztənzimləyici şkaf yenisi ilə, 49196 ədəd mexaniki qaz
sayğacı isə smart-kart tipli sayğacla əvəz
edilmiş, yeni çəkilmiş qaz xətləri üzərində
9 ədəd qaztənzimləyici şkaf
quraşdırılmış, 23132 p/m uzunluğunda qaz xətləri
həyətlərdən küçəyə
çıxarılmışdır.
Elektrik
enerjisi təchizatı sahəsində 4 ədəd 110/35/6
kV-lıq yarımstansiya və 15 ədəd yeni TM tikilmiş,
23 ədəd yeni KTM quraşdırılmış, 25 ədəd
TM təmir edilmiş, 32 ədəd zəif transformatorlar daha
güclüsü ilə, 57000 metr hava xətləri isə
yeni SİP kabel xətləri ilə əvəz edilmiş,
10/6 kV-lıq 44000 metr, 0,4 kV-lıq 17200
metr yeni kabel xətləri çəkilmiş, 1250 ədəd
köhnəlmiş ağac dirəklər dəyişdirilmiş,
binadaxili 210000 metr elektrik xətləri yeniləşdirilmişdir.
Rayon əhalisinin
istiliklə təchizatının
yaxşılaşdırılması məqsədilə 10
müasir tipli yeni qazanxana tikilmiş, 18643 p/m magistral və məhəllədaxili
istilik xətləri dəyişdirilmiş, 128
yaşayış binasının aşağı paylama istilik
sistemləri yenidən qurulmuş, 15153 mənzilin yerləşdiyi
370 yaşayış binası, 22 məktəb, 15 uşaq
bağçası, 15 səhiyyə müəssisəsi
istiliklə təmin olunmuşdur.
Su təchizatı
və kanalizasiya sahəsində 16793 p/m su xətti, 2782 p/m
kanalizasiya və yağış xətti dəyişdirilmiş,
94602 p/m su xətti və 2416 p/m kanalizasiya xətti yenidən
çəkilmiş, 124 ədəd siyirtmə
quraşdırılmışdır. Görülmüş
işlərin sayəsində rayon əhalisinin 69,7 faizi 24 saat fasiləsiz su ilə təmin
olunur.
Lift xidmətinin
yaxşılaşdırılması məqsədilə
istismar müddətini başa vurmuş 73 ədəd lift
yenisi ilə əvəz edilmiş, 93 ədəd lift, 150 ədəd
3,5 kV-lıq və 200 ədəd 0,18
kV-lıq elektrik mühərriki əsaslı təmir
olunmuş, 9500 metr buraz xətti dəyişdirilmişdir.
2009-2013-cü
illərdə rayon ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü
ilə uşaq evlərində tərbiyə almış,
yaşı 18-dən yuxarı olan qızlar üçün
50 mənzilli 100 yerlik, Nəsimi küçəsi, 2405-ci məhəllədə
valideyn himayəsindən məhrum olan və uşaq evlərində
böyüyən gənclər üçün 63 mənzilli
yaşayış evləri, E.Süleymanov küçəsi
120a ünvanında Daun Sindromlu Şəxslərin Reabilitasiya
Mərkəzinin, Enerji Təchizatı və Satışı
İdarəsinin, Qaz İstismar Sahəsinin, 6 saylı Xəzinədarlıq
İdarəsinin, MTN-in Nizami Rayon İdarəsinin və 1, 2, 3
nömrəli sahə inzibati ərazi dairələrinin inzibati
binaları, Babək prospekti, Məhəmməd Hadi və
M.Əliyev küçələrinin kəsişməsində
yeni yol qovşağı kompleksi, Heydər Əliyev və Ziya
Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif
səviyyəli Böyükşor yol qovşağı
kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin
kəsişməsində, Keşlə qəsəbəsi, Babək
prospekti, 2269-cu məhəllədə, Q.Qarayev prospekti ilə
Naxçıvanski küçəsinin kəsişməsində
yeni yeraltı keçidlər, “Koroğlu”
metrostansiyasının qarşısında yeni park və Alov Fəvvarələr
Kompleksi, C.Naxçıvanski küçəsi 18
ünvanında yeni “8 km Stadionu” və 5 ünvanda mini
stadion inşa edilmişdir.
Keşlə qəsəbəsindəki 1941-1945-ci illərdə
həlak olmuş Vətən oğullarının Xatirə
memorial kompleksi və onun yerləşdiyi park, B.Nuriyev
küçəsində yerləşən “Heydər
bağı” park-bulvarı, Q.Qarayev prospekti 81, R.Rüstəmov
və A.Manafov küçələrindəki istirahət
parkları yenidənqurmadan sonra sakinlərin istifadəsinə
verilmişdir.
A zərbaycan
Respublikasının
Prezidenti cənab İlham Əliyevin qarşıya
qoyduğu vəzifələrə uyğun olaraq vətəndaşların
problemləri daim diqqət mərkəzində
saxlanılmış, onların müraciətlərinə
baxılması vəziyyəti vaxtaşırı rayon icra
hakimiyyətinin başçısı yanında Şurada və
rayon aktivinin geniş iclaslarında müzakirə
edilmişdir.
2013-cü
ildə rayon icra hakimiyyətinə daxil olmuş 1982 müraciətdən 1592-si ərizə, 383-ü
şikayət, 7-si isə təkliflərdən ibarət olmuşdur. 536
müraciətə nəzarət qaydasında
baxılmışdır. Əvvəlki ilə nisbətən
2013-cü ildə nəzarətə götürülən müraciətlərin sayı
4,0% artmışdır.
Hesabat
yığıncağında Prezident Administrasiyasının məsul
işçisi Tağı Tağıyev, Milli Məclisin
üzvləri Sədaqət Vəliyeva, Flora Qasımova,
Rüfət Quliyev, Rasim Musabəyov çıxış etdilər.
Yığıncaqda həmçinin Azərbaycan
Respublikası Prezidenti yanında Kütləfi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun rayon icra hakimiyyəti ilə birgə təşkil
etdikləri “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət
və perspektivlər” mövzusunda yazı müsabiqəsinin
qalibləri mükafatlandırıldı.
Tədbirə yekun vuran RİH başçısı
Tahir Budaqov qarşıda duran vəzifələrdən söz
açdı.
Müşfiq
MİRZƏ,
Respublika.-2014.- 14
fevral.- S.9.