Şərəfli həyat yolu

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasının rəisi, mənalı ömrünün yarım əsrini milli təhlükəsizlik orqanlarında şərəfli xidmətə həsr etmiş görkəmli dövlət xadimi, müdrik insan, bütövlükdə böyük şəxsiyyət kimi cəmiyyətimiz tərəfindən yaxşı tanınan general-leytenant Ziya Yusif-zadənin 85 yaşı tamam olur. Bu yubiley Ziya müəllimi yaxından tanıyanlarla bərabər bütün milli ruhlu həmvətənlərimiz, doğma Azərbaycanımızı sevən, dövlətçilik və hərb tariximizi dərindən öyrənmək arzusunda olan hər bir soydaşımız üçün əlamətdardır. Çünki Ziya Yusif-zadənin mənalı ömür yolu bugünkü və gələcək nəsillər üçün əsl örnək, yorulmaz səmərəli fəaliyyəti fədakarlıq və peşəkarlıq, təşəbbüskarlıq və prinsipiallıq nümunəsidir.

Ziya Məmmədiyyə oğlu Yusif-zadə 1929-cu il fevral ayının 15-də Şəki şəhərində ziyalı ailəsində anadan olub. O, ilk dəfə sözün və səsin sehrinə anası Sitarə xanımın layla və oxşamalarında uşaq məsumluğu ilə aludə olmuş, elmi yaradıcılığın sirlərinə pedaqoji fəaliyyəti ilə yanaşı, nasirdramaturq kimi tanınan, bir neçə kitabın, pyesin müəllifi olan atası Məmmədiyyə müəllimdən bəhrələnərək yiyələnmiş, uşaqlıq və gəncliyin unudulmaz həyat dərslərini Şəki-Zaqatala mühitindən almışdır. Başqa sözlə, gənc Ziyanın ilk söz ustadı anası, ilk elm ustadı atası olmuşdursa, onu ictimai həyata Şəki-Zaqatala mühiti hazırlamışdır. Ziya müəllimin mənəvi tərcümeyi-halında atadan, anadan və şimali-qərb bölgəsinin füsunkar təbiətindən qaynaqlanan əmək və zəhmətə bağlılığı tədricən elmi işgüzarlıqla birləşir. Bu elmə sözün yaxşı mənasında aludəçilik onun orta məktəbi hərtərəfli, yetkin və istedadlı bir şagird kimi qızıl medalla bitirməsinə, ictimai həyata mükəmməl hazırlıqlı bir gənc kimi atılmasına səbəb olur.

Ziya Yusif-zadə həm də atasının II Dünya müharibəsindəki rəşadətli döyüş yolunu milli təhlükəsizlik orqanlarında 9 il nazir vəzifəsində çalışan general-leytenant rütbəli zabit, xüsusi təyinatlı ali hərbi təhsil müəssisəsinin rəisi, bütövlükdə 70 illik əmək fəaliyyətinin yarım əsrini hərbçi kimi davam etdirməklə Azərbaycan hərb tarixinə şanlı səhifələr yazmışdır. Ziya müəllim keçmiş SSRİ-nin, tərəfdaş xarici dövlətlərin və müstəqil Azərbaycanın 40-dan çox orden və medalı, fəxri titulları, saysız-hesabsız mükafatları, o cümlədən Vətən uğrunda medalı, “Azərbaycan bayrağı” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur. 

1947-ci ildə Ziya Yusif-zadə Moriz Torez adına I Moskva Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1952-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Bakı şəhərinə qayıdan gənc məzun bir il Elmi-Tədqiqat Pedaqogika İnstitutunda müəllim, sonra isə Maarif Nazirliyində müfəttiş kimi çalışmışdır.

Ziya Yusif-zadə 1956-cı ildə Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunur. O, əməliyyat müvəkkilindən DTK-nın sədri vəzifəsinədək yüksəlir. Bu vəzifəyə əldə etdiyi nailiyyətlərin, uğurlu əməliyyatların nəticəsi olaraq pillə-pillə, addım-addım irəliləyir. Bölmə rəisinin müavini, bölmə rəisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifələri o zamanlar hər bir xüsusi xidmət orqanı əməkdaşının arzuladığı vəzifələrdən sayılırdı. Buna baxmayaraq, Ziya Yusif-zadə hər bir işində daha çox çalışmaq, öyrənmək, təcrübə toplamaq, peşəkarlıq səviyyəsini artırmaq barədə düşünürdü.

Təhlükəsizlik orqanlarında fəaliyyətə başladığı ilk illərdən yüksək intellekti, rəhbərlik bacarığı, zəhmətsevərliyi, işgüzarlığı, eyni zamanda bir neçə dildə mükəmməl danışması ilə Heydər Əliyevin nəzərində ucalan Ziya Yusif-zadə 1973-cü ildə Azərbaycan DTK-nın sədr müavini, 1976-cı ildə isə sədrin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. İşdə qüsursuz xidmətlərinə və qazandığı yüksək nailiyyətlərə görə ona 1977-ci ildə general-mayor, 1984-cü ildə isə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Müşahidələr göstərir ki, Heydər Əliyev və Ziya Yusif-zadəni məslək və əqidə birliyi, xarakter sabitliyi, vətən və dövlət sevgisi, peşə və sənət eyniyyəti, həm də cəsarət, sədaqət, təvazökarlıq, məsuliyyət hissi və peşəkarlıq birləşdirmişdir. Belə olmasaydı, ulu öndər öz məslək və əqidə silahdaşını DTK-da sədr kürsüsündə görmək iddiasında olmazdı.

Ümummilli lider Heydər Əliyev 1997-ci il iyun ayının 28-də MTN-in əməkdaşları ilə görüşündə deyirdi: “Nə çətinliklə mən özümdən sonra ənənə yaratdım ki, burada azərbaycanlı olsun. Bu heçasan olmadı. Mən bu vəzifədən respublikanın rəhbəri seçilən zaman, - bu, tarixdir, bu gün bunu da hamı bilməlidir, - Baş katib Brejnev mənə dedi ki, bilirsən nə var, sən bu orqanda bilavasitə işlədiyinə görə yaxşı olmaz ki, sənin yerinə yerli adamlardan qoyulsun, lazımdır ki, gərək Moskvadan ora gəlsin, bu, sənin üçün yaxşı olar”.

Məhz Heydər Əliyevin təşəbbüsü və təqdimatı ilə 1980-ci il iyun ayının 18-də Ziya Yusif-zadə Azərbaycan SSR DTK-nın sədri vəzifəsinə təyin edilir.

Həqiqətən də, Ziya müəllimə qədər (elə ondan sonra da) Azərbaycan təhlükəsizlik orqanlarına rəhbərlik edənlərin bir çoxu bu orqanlarda fəaliyyət göstərməyən, birbaşa partiya işindən belə bir ciddi quruma göndərilən, bu sahənin spesifik xüsusiyyətlərindən uzaq olan, partiyanın mövqeyini xalqın maraqlarından üstün tutan, yerli adət-ənənələri, milli mentaliteti nəzərə almayan, ən başlıcası isə qeyri-müsəlman millətin nümayəndəsi olan şəxslər təyin edilirdi. Bu stereotipi aradan qaldırmaq üçün Heydər Əliyev peşəkar bir əməliyyat işçisini təhlükəsizlik orqanlarına rəhbərliyə gətirmək istəyirdi. Belə bir şəxsiyyət isə yalnız peşəkarlığı və işgüzarlığı ilə yox, həm də milliliyi və vətənpərvərliyi ilə seçilən general Ziya Məmmədiyyə oğlu Yusif-zadə idi.

Sədr kimi fəaliyyətə başlayan Ziya Yusif-zadə əsası ulu öndər tərəfindən qoyulan milliləşmə siyasətinin həyata keçirilməsində həmişə olduğu kimi, yenə də dahi rəhbər Heydər Əliyevə dəstək oldu. Məlumdur ki, Azərbaycan xüsusi xidmət orqanlarında milliyyətcə azərbaycanlı olan kadrların yerləşdirilməsi prosesi Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olanda da davam etmişdir. Yeri gəlmişkən, bu məsələ ilə bağlı bir faktı xüsusilə qeyd etmək istərdik. Ulu öndərimiz Moskvaya, keçmiş SSRİ-nin yüksək vəzifə kürsüsünə təyin olunma ərəfəsində də milliləşməyə xüsusi fikir vermişdir. 1981-82-ci illərdə Heydər Əliyevin tövsiyəsi və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yusif-zadənin səyləri nəticəsində Azərbaycanın vilayət, şəhər, rayonlarından siyasiişgüzar keyfiyyətlərinə görə seçilən 70 gənc bu orqana işə götürülmuş, yaşı 23-ə qədər olan, ordu sıralarında xidmət etmiş 20 nəfər gənc isə oxumaq üçün SSRİ DTK-nın müxtəlif məktəblərinə göndərilmişdir.

Azərbaycan təhlükəsizlik orqanlarının 60 illik yubileyi də Z.Yusif-zadənin sədrliyi dövrünə təsadüf edir. Bu münasibətlə Ziya Yusif-zadənin redaktorluğu ilə rus və Azərbaycan dillərində “Azərbaycan çekistləri” (1983) adlı kitab kütləvi tirajla işıq üzü görür. Bu kitabda Azərbaycan sovet təhlükəsizlik orqanlarının 60 ildə keçdiyi yola tarixi nöqteyi-nəzərdən diqqət yetirilir, əməyi və mənəvi haqqı olan bir çox çekistlərin fəaliyyəti işıqlandırılır, Azərbaycan çekistlərinin fəaliyyətindən bəhs oluqmaqla yanaşı, təhlükəsizlik orqanlarının açılması mümkün olan arxiv işləri oxucu kütləsinə çatdırılır. “Azərbaycan çekistləri” kitabı sovet dövrü təhlükəsizlik orqanlarının tarixini öyrənmək və tədqiq etmək baxımından bu gün də dəyərli bir mətbu mənbə rolunu oynayır.

Etiraf etməliyik ki, Z.Yusif-zadənin sədrlik dövrü heçasanhamar olmamış, kifayət qədər mürəkkəb bir dövrə təsadüf etmişdir. Belə ki, Qorbaçovun hakimiyyətə gəlişi və yeritdiyi perestroyka (yenidənqurma, daha doğrusu, köhnəni yıxıb yenisini qurmaq cəhdləri) siyasəti özünü doğrultmadı. Perestroykanın quruculuq meydançasında əli bellikülünglü fəhlə yerinə əli silahlı və dəyənəkli hərbçilər göründü. Yenidən qurmağa gələnlər yerindən dağıtmağa başladılar. Dağıtmağa mane olanların isə kadr mübadiləsi adı altında yeri və ünvanı dəyişdirildi, həm də hər sahədə, xüsusilə də təhlükəsizlik orqanlarında.

Heydər Əliyev haqlı olaraq göstərirdi ki, Qorbaçovun ortaya atdığı “perestroyka” hər yerdə olduğu kimi Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsindəki sağlam mühitə də öz mənfi təsirini göstərmişdir. Milli ruha və təfəkkürə malik olan azərbaycanlıları “kadr mübadiləsi” adı ilə vətəndən didərgin saldılar. Ulu öndərin dediyi kimi “...Azərbaycanın milli təhlükəsizlik orqanlarında çox acınacaqlı, çox dəhşətli proseslər getdi. Burada yaranmış bütün potensial, mənəviyyat, milli ruh dağılmağa başladı”. Qorbaçovun “perestroyka”sı keçmiş SSRİ məkanına milli münaqişə və milli fəlakət toxumu səpdi. Bütün bəşəriyyət Qorbaçovun əkdiyi milli münaqişə toxumunun beynəlmiləl Azərbaycanın fəhlə-gənclər şəhəri Sumqayıtda cücərdiyinin şahidi oldu.

Heç təsadüfi deyildir ki, Sumqayıt və Dağlıq Qarabağ hadisələri zamanı xalqın milli maraqlarından çıxış etdiyinə, bu münaqişənin ermənilər tərəfindən törədildiyi faktının aşkarlanmasında fəal mövqe tutduğunabu fikri bütün instansiyalarda dəstəklədiyinə görə Azərbaycan KP MK-nın büro üzvü, Azərbaycan SSR Ali Sovetinin (9-10-cu çağırış) və SSRİ Ali Sovetinin deputatı, Sov. İKP XXVI qurultayının nümayəndəsi, SSRİ dövlət təhlükəsizlik orqanlarının fəxri əməkdaşı Ziya Yusif-zadə 1988-ci ildə vəzifəsindən uzaqlaşdırıldı.

1989-cu ilin fevralından Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası Münasibətlər Xüsusi Şöbəsinin müdiri vəzifəsinə təyin edilən Ziya Yusif-zadə 1992-ci ilin avqust ayında məlum məsələlərlə əlaqədar təqaüdə çıxır.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycana sabitliyin, dirçəlişin, inkişafın, nizam-intizamın, əqidə və məsləkin, milliliyin və bəşəriliyin, bir sözlə, müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və qüdrətləndirilməsi ilə bağlı bütün ideya və amalların qayıdışı oldu. Sözsüz ki, belə zamanda müstəqillik yolunda kövrək addımlarını atan Azərbaycana Vətən naminə ən böyük fədakarlıqlara hazır olan insanlar gərəkli idi.

Azərbaycanda ilk xüsusi təyinatlı ali təhsil ocağının Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının yaradılması ideyasını irəli sürən, onu yaradan və gələcək perspektivlərini müəyyənləşdirən ulu öndər Akademiyaya rəhbərlik edəcək namizəd kimi də məhz uzun illər bir yerdə çalışdığı, işgüzarlığına və idarəetmə bacarığına yaxından bələd olduğu, ən əsası isə tam inandığı və etibar etdiyi Ziya Yusif-zadəni görürdü. Ötən 15 il sübut etdi ki, dahi lider həmişə olduğu kimi bu dəfə də ən doğrudüzgün seçim etmişdir.

Ümummilli lider Heydər Əliyevin 1999-cu il iyunun 28-də imzaladığı sərəncama əsasən Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının rəisi təyin olunan general-leytenant Z.Yusif-zadə bu xüsusi təyinatlı ali hərbi təhsil ocağının inkişafı naminə uzun müddət ardıcıl və səmərəli fəaliyyəti ilə əldə etdiyi bilik və bacarıqlarını əsirgəmir. Məhz bu can yanğısının, təşkilatçılıq bacarığının nəticəsi olaraq, xüsusən dövlət başçısı möhtərəm İlham Əliyevin hərtərəfli qayğısı, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun daimi diqqəti və nəzarəti sayəsində Akademiya nümunəvi təhsil ocağı kimi böyük nüfuz qazanmışdır.

Ziya müəllimin tabeçiliyində olanlara tələbkarlığı özünə tələbkarlığından doğur. O, yaşının hansı zirvəsində olmasına baxmayaraq, gənclik şövqü ilə xalqına, millətinə, eləcə də ulu öndərimizin əbədiliyinə zəmanət verdiyi müstəqil Azərbaycana sədaqət və ləyaqətlə xidmət edir. O, tabeçiliyində olanlardan, eləcə də kursant və dinləyicilərdən yalnız yüksək mədəniyyətə malik olmaqla, müasir elmi biliklərə yiyələnməklə kifayətlənməyi məqbul hesab etmir, bütün bunlarla yanaşı, müasir təhsilin əsas məqsədi kimi Azərbaycançılıq ideologiyasına, xalqa, dövlətə və dövlətçiliyə sədaqətli kamil və mütəfəkkir vətəndaş kimi yetişməyi tələb edir.

Şəxsiyyətin bütövlüyünü hər şeydən uca tutan Ziya müəllim bu sahədə özü bir örnəkdir. O, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevlə bağlı çıxış və məruzələrində, eləcə də mətbuatda dərc etdirdiyi məqalə və müsahibələrində ulu öndərin Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqətini dərindən aşılayır, böyük şəxsiyyətin xarakter bütövlüyündən söz açaraq bu əbədiyaşar insanı, onun xalqı və Vətəni üçün etdiyi əvəzolunmaz xidmətlərini böyük həvəslə gənc nəslin diqqətinə çatdırır.

Heydər Əliyev ideyalarının tərənnümü ulu öndərin adını şərəflə daşıyan Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının 15 illik fəaliyyətində mühüm yer tutur. Ümummilli liderin yaxın silahdaşlarından olmuş Ziya Yusif-zadənin rəhbərliyi ilə bu xüsusi təyinatlı ali təhsil ocağında hər bir vəzifə sahibi, hər bir müəllim, dinləyici və kursant Heydər Əliyevin milli təəssübkeşlik və dövlətçilik ənənələrinin, xalqa və Vətənə sədaqətlə xidmət etmək irsinin mübariz və qətiyyətli davamçılarıdırlar.

Ziya Yusif-zadə Heydər Əliyevlə bağlı çıxış və məruzələrində olduğu kimi, mətbu orqanlarda mütəmadi dərc olunan məqalə və müsahibələrində də xatirələrə deyil, daha çox elmi-siyasi təhlilə üstünlük verir. Onun təxminən yarım əsrlik dövrdə yaxından tanıdığı, xüsusi təmkin və qürurla çiyin-çiyinə işlədiyi dahi bir şəxsiyyət haqqında xatirəyə deyil, elmi-siyasi təhlilə üstünlük verməsi, bizcə, iki mühüm amillə bağlıdır. Birinci amil Heydər Əliyevin ölməzliyi və həmişəyaşarlığı ilə bağlıdırsa, ikinci amildahi siyasətçinin klassik irsinin xatirəyə deyil, elmi-nəzəri və siyasi-fəlsəfi təhlilə ehtiyacı ilə bağlıdır. Hesab edirik ki, Heydər Əliyevin klassik və ölməz irsini mükəmməl, faktlı, predmetli, eyni zamanda konseptual şəkildə təhlil və təqdir edənlərdən biri də Z.Yusif-zadədir. Çünki onun məqalələrində tarix, politologiya və siyasət vəhdətdə verilir. Z.Yusif-zadə öz təhlillərində Heydər Əliyevi düşdüyü mühitdən təcrid edərək təqdim etmir, əksinə, mühit özüonun baxışlarında metaforik obraza çevrilir. Yalnız bu zaman Heydər Əliyevin hansı mühitdə və hansı situasiyada gördüyü əvəzsiz işlərin miqyas böyüklüyü və çətinliyi aydın görünür.

Yaxın günlərdə Ziya Yusif-zadənin oxucuların ixtiyarına veriləcək “Böyük İnsan” kitabında Heydər Əliyev və Zaman, Heydər Əliyev və Yaddaş, Heydər Əliyev və ədəbi-mədəni irs, Heydər Əliyev və dövlətçilik ənənələri, Heydər Əliyev və Azərbaycançılıq ideologiyası, Heydər Əliyev və milli maraqlar, Heydər Əliyev və milli təhlükəsizlik məsələləri... kimi aktual problemlər gündəmə gətirilir.

Akademiya rəisi Ziya Yusif-zadə göstərir ki, “Ulu öndərimiz Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə sərəncam imzalayaraq, Azərbaycanda ilk dəfə xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin təməlini qoymuşdur”. Ziya müəllimin bu fikirlərinə onu da əlavə etmək olar ki, ümummilli lider Heydər Əliyev uzaqgörənlik göstərərək bu sağlam təməlin daha da güclənməsi və etibarlılığı işini Ziya Yusif-zadəyə həvalə etmiş və təhlükəsizlik orqanlarının Akademiyasının tarixinə ilk rəis kimi onun adını yazmışdır.

Heç təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 mart 2006-cı ildə MTN-in Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağını təqdim etmə mərasimində bu xüsusi təyinatlı ali hərbi təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirərək, ulu öndərin adını daşıyan Akademiyanın dünya standartlarına cavab verdiyiniburada kursantların təhsil almaları üçün hərtərəfli şəraitin yaradıldığını məmnunluq hissi ilə vurğulamışdır. Dövlət başçısının bu fikirləri Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə, eyni zamanda Ziya Yusif-zadəyə dərin inam və ehtiramın ifadəsi kimi dəyərləndirilməlidir.

Bütün bunlar göstərir ki, görkəmli ictimai-siyasi xadim kimi fəaliyyəti çoxsahəli və çoxşaxəli olan Ziya müəllim tək özü üçün yaşayan şəxsiyyət deyil, o, başqalarının qayğısını çəkən, problemlərinə şərik olan, mənəvi bütövlüyünü həmişə və hər yerdə qoruyub saxlamağı bacaran, ömrün mənasını yaratmaqqurmaqda görən nəcib, eyni zamanda nüfuzlu və tanınmış bir insandır. Tərəddüd etmədən böyük inam hissi ilə deyə bilərik ki, Ziya Yusif-zadənin müasirləri kimi xələfləri də onun yalnız ictimai-siyasi baxışları ilə deyil, həm də işıqlı şəxsiyyətinin əxlaqi təmizliyi və estetik gözəlliyi ilə tərbiyə olunacaqdır.

 

Cəlal Qasımov,

Mahir Cavadov.

 Respublika.-2014.- 14 fevral.- S.10.