Azərbaycanın geoiqtisadi əhəmiyyəti artır

 

Ölkəmiz mühüm beynəlxalq tranzit mərkəz kimi tanınır

 

Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır və mövqeyi möhkəmlənir. Ölkəmiz bu gün regionun qüdrətli və nüfuzlu dövlətidir. Çox mürəkkəb coğrafi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycan müxtəlif qlobal əhəmiyyətli layihələr həyata keçirməklə Qərb ilə Şərqi, Şimal ilə Cənubu bağlayan bir ölkəyə çevrilmişdir. Bu uğura Azərbaycan özünün xüsusi düşünülmüşpraqmatik siyasəti ilə nail olmuşdur. Dünya iqtisadiyyatına uğurla inteqrasiya prosesində nəqliyyat sektorunun inkişafının beynəlxalq tələbləri ödəməsi və bu sahədə təhlükəsizliyin təmin edilməsi çox mühüm əhəmiyyətə malikdir. Çox əlverişli coğrafi mövqeyi olan Azərbaycanı artıq dünya miqyasında bir nəqliyyat mərkəzi kimi tanıyırlar. Azərbaycanda qlobal nəqliyyat layihələrinin icra edildiyini vurğulayan dövlət başçısı cənab İlham Əliyev bildirib ki, ölkəmizdə bu sahəyə böyük önəm verilir.

Bu gün ölkəmizdə nəqliyyat tranzit potensialının genişləndirilməsi məqsədilə regional yerli əhəmiyyətli iri infrastruktur layihələri reallaşdırılır. Regionun ən böyük nəqliyyat layihələrindən biri olaraq AvropaAsiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kiolmetr, dərinliyi 7 metreni 165 metr olan kanal açılmışdır. Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı cari ildə istismara hazır olacaqdır. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləndən sonra dünya miqyasında yeni bir dəhliz olacaqdır. BTQ dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası TransavropaTransasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə AvropaAsiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafının, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.

Bütövlükdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və təmir olunmuş, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpüyol ötürücüsü tikilmiş, 85 körpü əsaslı təmir olunmuşdur. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilmiş, 2 liman tam yenidən qurularaq istismara verilmiş, yeni hava gəmiləri alınmışdır. Bu dövr ərzində 16 avtovağzal tikilmiş, 9 avtovağzal yenidən qurulmuş, iriorta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilmişdir.

Regionların inkişafı ölkə əhalisinin sosial problemlərinin həlli, eyni zamanda bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə 2009-2013-cü illərə dair qəbul edilmiş Dövlət Proqramı çərçivəsində yol-nəqliyyat kompleksinin — dəmir yolu, avtomobil, hava, su nəqliyyatı və avtomobil yolları su sahələrində müasir infrastrukturların yaradılması istiqamətində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpüyol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunmuşdur.

Dəmir yolu nəqliyyatında struktur islahatları aparılmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Dəmir yolu infrastrukturunun yeniləşdirilməsi üzrə 318 kilometr yol, Saatlı-Becar  və Çarxı-Sarvan məntəqələrində 2 dəmir yolu körpüsü tam yenidən qurulmuş, Ağstafa rayonunda Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi, Yevlax rayonunun ərazisində isə mövcud körpünün bərpası yekunlaşmaq üzrədir. Həmçinin vağzal və stansiyaların təmiri, sərnişin vaqonlarının və lokomativlərin tərkibinin yeniləşdirilməsi, rabitə, işarəvermə və elektrik təchizatı sistemlərinin yenidən qurulması həyata keçirilir.

İnfrastrukturu daim yeniləşən nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2013-cü ildə 218 milyon tonya ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz çox yük daşınmış, qeyri-neft yüklərinin həcmi 7,0 faiz artmışdır. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 57,4 faizi avtonəqliyyat, 26,6 faizi boru kəməri, 10,7 faizi dəmir yolu, 5,3 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir. Ötən ildə qeyri-dövlət bölməsində yük daşınması 5,0 faiz artmış, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 75,0 faiz təşkil etmişdir.  İl ərzində nəqliyyatçılar 1746,1 milyon nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,0 faiz çox sərnişinə xidmət göstərmişlər.  Sərnişinlərin 87,9 faizi avtomobil, 11,8 faizi metro nəqliyyatının xidmətlərindən istifadə etmişlər.

Dəmir yolu nəqliyyatı ilə yük daşınması 2013-cü ildə 23,2 milyon ton olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artmışdır. Orta hesabla sutkada 662 vaqon yüklənmiş, 585 vaqon boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 25,0 min ton, Qərb istiqaməti üzrə 6,4 min ton və Cənub istiqaməti üzrə 5,8 min ton yüklənmə işi yerinə yetirilmişdir.

Dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 11,5 milyon ton təşkil etmişdir. Yüklərin 56,4 faizini neft yükləri, 43,6 faizini isə quru yüklər təşkil etmişbütün daşımalar xarici əlaqə üzrə həyata keçirilmişdir. Dəniz limanlarında 12,4 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmişdir. İşlənmiş yüklərin 85,0 faizini beynəlxalq tranzit yüklər təşkil etmişdir.

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtamobil nəqliyyatı ilə 125,2 milyon ton yük, 1535,2 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,0 faiz və 8,3 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişlər. Yük dövriyyəsi 6,1 faiz, sərnişin dövriyyəsi isə 9,2 faiz artmışdır. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 206,7 milyon nəfər olmaqla 5,6 faiz artmışdır. Hava nəqliyyatı ilə 1665,5 minya 4,2 faiz çox sərnişin daşınmış, daşınmanın 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilmişdir. Bu nəqliyyat növü ilə yükdaşıma 1,5 dəfə artaraq 121,9 min tona çatmışdır.

Magistral neft kəmərləri ilə 43,5 milyon ton neft nəql edilmişdir. Nəqletmənin dörtdə üç hissəsi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş ötən il ərzində bu kəmər vasitəsilə 33,0 milyon ton neft ötürülmüşdür. Həmin dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,3 milyon ton tranzit Türkmənistan nefti nəql edilmişdir.

Magistral qaz kəmərləri ilə 20,0 milyard kubmetr qaz nəql edilmiş 3,9 faiz artım qeydə alınmışdır. Nəql edilmiş qazın 23,6 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş 4,7 milyard kubmetr qaz ötürülmüşdür.

2013-cü ilin yanvar-noyabr aylarındaİpək yolunəqliyyat dəhlizinin Azərbaycan ərazisində 54,1 milyon ton ya 4,2 faiz çox yük, 260,0 milyon nəfər ya 9,4 faiz çox sərnişin daşınmışdır. Yüklərin 24,9 milyon tonu ya 46,1 faizi avtomobil nəqliyyatı, 19,7 milyon tonu ya 36,4 faizi dəmir yolu nəqliyyatı, 9,5 milyon tonu ya 17,5 faizi dəmir nəqliyyatı ilə daşınmışdır. Yük daşımaları fəaliyyətindən 421,0 milyon manat, sərnişin daşımasında isə 86,6 milyon manat gəlir əldə olunmuş müvafiq olaraq 7,3 faiz 15,8 faiz artmışdır.

Bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycan iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektoru dayanıqlı inkişaf edir.

Hazırda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə magistral yolların, körpülərin, dəmir yollarının, yeni metro stansiyalarının, hava dəniz limanlarının tikintisi davam etdirilir. Məsələn, Xəzər dənizində ən böyük dəniz limanı Bakıda olacaqdır. Bu gün qədim İpək yolunun bir hissəsi kimi avtomobil nəqliyyatının infrastrukturu ölkəmizin iqtisadiyyatına böyük səmərə verir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi böyük tarixi naliyyətdir. Yaxın zamanlarda bu magistral xəttin istifadəyə verilməsi ilə bölgədə tamamilə yeni vəziyyət yaranacaq Azərbaycan beynəlxalq tranzit mərkəzi kimi daha da möhkəmlənəcəkdir. Bu magistral xətt Asiya ilə Avropanı birləşdirən çox mühüm nəqliyyat arteriyası olacaqdır. BTQ-nin reallaşması Avrasiya kimi nəhəng məkanda yerləşən onlarca ölkənin iqtisadi sosial həyatına yeni nəfəs verəcəkdir.

 

Şükür ƏLİZADƏ,

Respublika .-2014.- 16 fevral.- S.1.