Azərbaycan qlobal iqtisadiyyata müvəffəqiyyətlə inteqrasiya olunur

 

Azərbaycan öz müstəqilliyini ümumdünya qlobal problemlər dəyişikliklər ərəfəsində qazanıb. Düşünülmüş iqtisadi siyasət və reallaşdırılan layihələr ölkəni davamlı inkişaf yoluna çıxarmışdır. Azərbaycanda istehsal olunan məhsullar dünya bazarlarında rəqabətədavamlılığı ilə seçilir. Həyata keçirilən səmərəli islahatlar, qazanılan uğurlar nüfuzlu beynəlxalq təşkilatların da hesabatlarında qeyd olunmaqdadır. Bu dəyərləndirmə hər il dünyanın ən nüfuzlu forumu tərəfindən də verildiyi üçün çox diqqətəlayiqdir. Əldə etdiyi nailiyyətlərin, artan beynəlxalq siyasi nüfuzunun səbəbidir ki, Davos İqtisadi Forumu regionda ilk dəfə olaraq Azərbaycanda keçirilmişdir. Nəzərə alsaq ki, bu forum nəinki iqtisadi, həm də siyasi forumdur, onda Azərbaycanın dünyada nüfuzunun yüksəkliyinin və geosiyasi mövqeyinin səviyyəsi aydın olar. Artıq təsdiq olunmuş reallıqdır ki, ümummilli lider Heydər Əliyevin müvəffəqiyyətli strategiyası və Prezident İlham Əliyevin beynəlxalq proseslərin çağırışlarına uyğun milli maraqlara söykənən taktikası bugünkü hərtərəfli inkişafı və dünya iqtisadiyyatına uğurlu inteqrasiyanı təmin etmişdir.

Ölkə Prezidenti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı giriş nitqində son on ildə davamlı, yüksək templi inkişafın əsas səbəbləri barədə demişdir: “Bu gün Azərbaycan dövləti güclü dövlətdir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Biz bu təhlükəsizliyi, ictimai asayişi təmin edirik. Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bizim hər bir məsələ ilə bağlı öz fikirlərimiz vardır. Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün, ilk növbədə daxildə bütün işlər lazımi səviyyədə təşkil edilməlidir. Əlbəttə ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə gücləndirmişdir”.

Belə ki, Azərbaycanın vaxtilə daxil olduğu dünya sosializm sisteminin flaqmanı SSRİ-nin dağılması, ilk növbədə planlı ictimai iqtisadiyyatın uğursuzluğu ilə bağlı idi. Bu da ölkədə sosial gərginliyə, cəmiyyətin ictimai dayaqlarının çürüməsinə, nəhayətdə sosial-iqtisadi tənəzzülün baş verməsinə və bu da öz növbəsində siyasi sistemin çökməsinə səbəb olmuşdur. Bəs həmin sistemə qalib gəlmiş xüsusi mülkiyyətə əsaslanan dünya dövlətlərinin sosial iqtisadiyyatı bu mürəkkəb dönəmdə hansı vəziyyətdə idi?

Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. 1992-ci ildə isə BMT-nin Braziliyanın paytaxtı Rio-de Janeyro şəhərində təşkil etdiyi ətraf mühitə və inkişafa dair konfransın qəbul etdiyi alternativ sabit inkişaf haqqında konsepsiyada dünya ictimaiyyətinin mövcud fəlsəfi görüşlərində tənəzzülün və həyatında neqativ halların təhlükəli artımı qeyd olunmuşdur. Ölkələrdə təbiətin nəzarətsiz istismarına və insan “mən”inə əsaslanan inkişafların XXI əsrin başlanğıcına yaxın, demək olar ki, özünün son seçim nöqtəsinə çatdığına diqqət çəkilmişdir. Atmosferə normadan dəfələrlə çox tullantıların buraxılması, Azon təbəqəsinin deşilməsi, buzlaqların əriməsi, qlobal istiləşmə, zəlzələlərin, daşqınların, torpaq sürüşmələrinin intensivləşməsi, kəskin hidrometeoroloji dəyişmələr, digər təbii fəlakətlərin artması, daha çox maddi sərvət qazanmaq üçün kəskin rəqabət, bazarlar uğrunda mübarizə, həddən artıq məhsul istehsalı və s. sübut etdi ki, dünyanı yenidən qurmaq, təbiəti ram etmək ideyası artıq nəinki lazımsız, hətta, əksinə bəşəriyyətin fəlakətli sonucu olan bir dünyagörüşünə çevrilib. Həmin konfransda ortaya qoyulmuş alternativ dünyagörüşü cəmiyyətlə təbiətin vəhdətinə nail olmağı, yeni insan yaratmaq əvəzinə, mövcud insanın daxili imkanlarını üzə çıxarmağı, onun yaradıcılığından və bacarığından çıxış etməyi tövsiyə etməkdədir. Bu dünyagörüşü bütün sosial qruplar, regionlar, ölkələr arasında siyasi, iqtisadi, intellektual bərabərsizliyi, dinlər və dövlətlər arasında ziddiyyətləri qarşılıqlı razılaşma və səmərə nəticəsində çözməyə və müasir dövrün qlobal ekolojiiqtisadi inkişaf problemlərini birlikdə həll etməyə yönələn gələcəyin ekoloji-iqtisadi-sosioloji modelini yaratmağa çağıran mühüm bir sənəddir.

Beləliklə, ulu öndər Heydər Əliyevin bu son dərəcə mühüm və həlledici bir dövrdə Azərbaycanda dövlətə rəhbərliyə gəldiyi aydın olur. Bu mərhələnin bəşəriyyət üçün yeni dünyagörüşünə keçidqloballaşma ideyasının həyata keçirilməsi dövrü olduğu da aşkarlanır. SSRİ-ninkeçmiş nəhəng imperiyanın ən tanınmış və təcrübəli dövlət xadimlərindən olan Heydər Əliyevin, təbii ki, bu prosesdən xəbəri var idi. Bu keçid dövründə Azərbaycan kimi müstəqilliyini yeni qazanmış, müharibəyə cəlb edilmiş, 20 faiz torpağı zəbt olunmuş, yeni iqtisadi sistemi qurulmamış bir dövləti maraqları olan dövlətlər işğalya ilhaq etməyə hazır idilər. Təcrübəli, mahir siyasətçi və dövlət xadimi olan Heydər Əliyev nəinki dövləti qoruduqurdu, həm də ölkənin mühüm geosiyasi mövqeyindən və zəngin sərvətlərindən bacarıqla istifadə edərək, onu regionda sabit iqtisadi, siyasi inkişaf yoluna çıxardı, gələcək strateji perspektivlərini təyin etdi. Bu dövrdə Azərbaycan Avrasiya məkanında mühüm strateji iqtisadi siyasi partnyora və Avropanın enerji təhlükəsizliyində beynəlxalq layihələrin təşəbbüsçüsünə, iştirakçısına və icrasında lider dövlətə çevrildi. Ulu öndərin ən layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin böyük səriştə, dövrün tələbinə və gələcəyə istiqamətlənmiş taktikası ilə Azərbaycan Avropanın nəhəng enerji layihələrində lider mövqeyinə çatmışdır. Göründüyü kimi, ölkəmiz bu qitənin enerji təhlükəsizliyində artıq çox mühüm və ən etibarlı tərəfdaşdır.

İqtisadiyyat siyasət və sosiologiyanın bünövrəsidir. Düzgün, uğurlu gələcək inkişafa istiqamətlənmiş, iqtisadi-siyasi addımlar aparılan siyasət və sosial məsələlərin də həlli üçün əlverişli və möhkəm zəmin yaradır. Bu inkişaf dövrünün sürətinin və yüksək tempinin beynəlxalq miqyasda təsdiq edilməsi və daxili həyatda özünü qabarıq büruzə verməsi xarakterikdir. Düzgün siyasət və iqtisadi kurs ölkə başçısına imkan verir ki, siyasisosial siyasət paralel həyata keçirilsin. Artıq Azərbaycan regionda siyasi cəhətdən ən sabit ölkə, demokratikləşməni və hüquqi dövlət quruculuğunu getdikcə dərinləşdirən və inkişaf etdirən, sosial rifahı davamlı və uğurla həyata keçirən bir ölkə kimi tanınır. Həmin nüfuzun nəticəsidir ki, hər il keçirilən Davos Ümumdünya İqtisadi Forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı təminatçı, qlobal iqtisadi siyasətdə mühüm və zəruri tərəfdaş, dünyada ən islahatçı, perspektivli ölkə olması, iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin mütəmadi artması qeyd edilir, qiymətləndirilir. Heydər Əliyevin uğurluneft strategiyası” Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri layihələrinin bütün maneələri məharətlə dəf edərək gerçəkləşməsinə, qədim “İpək yolunun Avrasiya nəqliyyat yolu kimi bərpasına səbəb oldu. Bu uğurlu siyasət artıq ölkə üçün hər hansı bir təhlükəni nəinki geridə qoyub, əksinə getdikcə qloballaşan dünyada, yeni beynəlxalq siyasətdə Azərbaycanı öz sözünü qətiyyətlə deməyə qadir olan bir ölkəyə çevirib, müasir alternativ sabit inkişaf sistemi axtarışında, yəni qlobal prosesdə onun mühüm rolunuyerini göstərib. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin bu iqtisadi, siyasisosial kursuna sadiqliyi həmin uğuru daha da genişləndirdi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi və onu regionun qüdrətli, iqtisadi, siyasi və mədəniyyətlərarası dialoq mərkəzinə çevirdi. Əgər Azərbaycanın müstəqilliyinin Heydər Əliyev dövrü dövlətin yaradılması, qorunması, iqtisadi, siyasisosial kursun müəyyənləşməsi, tətbiqi dövrü idisə, İlham Əliyev dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi və innovasiyalı inkişaf mərhələsinə qədəm qoyması idi.

BTC və BTƏ transmilli layihələrinin icra olunması ölkənin real iqtisadiyyatını da inkişaf etdirməsinə lazımi maddi stimul olmaqla yanaşı, geniş beynəlxalq əməkdaşlıq üçün də möhkəm zəmin yaratdı və həm də regional sabitliyin əsası oldu. Təsadüfi deyil ki, məhz XX əsrin kontraktı əsasında inşa olunmuş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin müvəffəqiyyətlə istismara verilməsi ilə Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol XXI əsrin kontraktı Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərləri layihələrinin də tikintisinə əsas təməl olmuşdur. Ötən ilin dekabr ayında Bakıda imzalanmış “Şahdəniz-2” layihəsi gələcəkdə neft sektorunun inkişafında yeni, daha yüksək mərhələdir. TANAP və TAP layihələri Avropa qitəsində yeni enerji təhlükəsizliyi xəritəsini rellaşdıracaqdır. Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdirqaz ixracının şaxələndirilmiş nəqlinin də beynəlxalq bazarlara çıxarılması mühüm amildir. Belə ki, artıq “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Adriatik qaz kəməri (TAP) layihəsi konsorsiumu və Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin (İGB) hazırlanması, maliyyələşdirilməsi və tikintisi ilə məşğul olan İCGB şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində nəhəng transmilli layihələrdır, ölkəmiz qitənin 20 faiz təchizatında mühüm rol oynayacaqdır.

Məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda çoxşaxəlilik də təmin olunubbu proses getdikcə daha yüksək mərhələyə qalxır. Tətbiq olunan Azərbaycan iqtisadi modelinin əsasında dünyada gedən makromikroiqtisadi proseslərin inkişaf meyilləri, onun mahiyyəti, ölkənin iqtisadi potensialı və dünya bazarlarının təklifi, tələbatı və inteqrasiyada ümummilli məqsəd və mənafelər durur. Buna görə də öz iqtisadiyyatını dirçəltməyə başlamış, qısa müddətdə onun çoxşaxəliliyinə nail olmuş Azərbaycan beynəlxalq maliyyə və iqtisadi böhrandan zərər çəkməmiş, sürətli və davamlı geniş inkişaf yoluna çıxmışdır. Bu güclü prosesin təməlində müasir, rəqabətədavamlı iqtisadiyyat dayanır. İqtisadi qüdrətin davamlı surətdə artırılması üçün bütün potensiallar aşkara çıxarılır və müasir layihələr hazırlanaraq icra edilir.

Azərbaycan sosial-iqtisadi inkişafda yeni uğurlara nail olmaqla daha yüksək inkişaf pilləsinə qədəm qoymuşdur. Bu yüksəlişdə ölkənin xarici siyasətinin də uğurluluğu rolu mühüm rola malikdir. Belə ki, Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası, multikulturalizmə malik dövlət, mədəniyyətlərarası mərkəz kimi imicinin möhkəmlənməsi, beynəlxalq aləmdə birmənalı qəbul olunması bir reallıqdır və nəticədə nüfuzunu daha da artırmış və dostlarının sayını çoxaltmışdır. Qlobalizm şəraiti və prosesində bunlar çox önəmli amillərdir. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün müddəti başa çatmışdır. Bu ikiillik fəaliyyət dövründə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır.

Düzgün iqtisadi kurs ölkə başçısına imkan verdi ki, siyasət və sosial rifah da paralel həyata keçirilsin. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin davamlı innovativ inkişaf edəcəyi və gələcək yüksək mərhələ barədə demişdir: “Biz artıq öz iqtisadisiyasi potensialımızla region çərçivələrindən çoxdan çıxmışıq. Bizim əsas hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Burada təkcə iqtisadi islahatlar kifayət etməyəcəkdir. Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır”. Təsadüfi deyil ki, Azərbaycanın davamlı innovativ inkişafı dünya KİV-lərinin və nüfuzlu qurumlarının da diqqət mətkəzindədir. Dünyanın bir nömrəli iqtisadi təşkilatı Dünya Davos Forumunun 2013-cü ilə dair hesabatında Azərbaycan iqtisadiyyatı davamlılığına görə dünya ölkələri arasında 39-cu yerdədir. ABŞ-ın “HeritageFondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi-2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 bal toplayaraq 186 ölkə arasında 81-ci yeri tutaraq ötən illə müqayisədə 6 pillə irəliləmişdir. Ölkəmiz 42 Asiya-Sakit Okean ölkələri arasında 13-cü yerdədir. Ardıcıl reallaşdırılan silsilə islahatlar nəticəsində iqtisadi azadlıqlar kifayət qədər genişlənmişdir. Nəticədə Azərbaycan orta azad ölkələr sırasına daxil olmuşdur. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayılan nəticə göstərmişdir. Hesabatda Avropanın Rusiya qazından asılılığını azaldacaq TANAP layihəsinə də diqqət yetirilir. Bundan başqa, ölkədə əlverişli biznesinvestisiya mühitinin mövcudluğu da qeyd edilir. Dünya iqtisadiyyatında aparıcı mövqe innovatov inkişafa malik sənayesi olan dövlətlərə məxsusdur. Ölkəmiz sürətlə sənayeləşir. İnnovativ sənayeyə malik olmaq isə ixracatçı və siyasi nüfuzlu, qüdrətli, müstəqilliyin ən möhkəm, həlledici təməlinə malik olmaq deməkdir. Azərbaycan rəhbərliyi bu siyasətə sadiqdirmüvafiq kursu uğurla reallaşdırır. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışında bu ilin “Sənaye iliolduğunu elan etmiş, qarşıda duran mühüm planlar barədə demişdir: “Azərbaycan dinamik inkişaf edir. Əhali artır, iqtisadiyyat inkişaf edir. Bizim gələcək sənaye inkişafımızla bağlı böyük planlarımız vardır. Azərbaycan yüksək texnologiyaları ilə özünü göstərəcəkdir. Azərbaycan müasir industrial ölkəyə çevriləcəkdir”.

 

Ataş CƏBRAYILOV

Respublika.-2014.- 18 fevral.- S.2.