Cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımızın rolu

 

Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Bu mədəniyyət ocaqlarında çalışan, ömrünü kitaba həsr edən zəhmətsevər insanlar böyük hörmətə layiqdirlər. Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Kitabxanaların qarşısında duran əsas vəzifə kitabxana fondlarını latın nəşrlərilə komplektləşdirmək, mədəniyyət müəssisələrinə daha çox sayda oxucu cəlb etmək və xidmətin səviyyəsini artırmaqdan ibarətdir.

Kitabxana fondlarının zənginləşdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də mühüm işlər aparılır. Nazirliyin təşəbbüsü ilə hər il ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan və respublikanın şəhər və rayon kitabxanalarının təşkil etdiyiKitab bayramları”-nın keçirilməsi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən həyata keçirilən “Səyyar kitabxana” layihəsi təqdirəlayiq haldır.

Azərbaycan Respublikası yenidən öz dövlət müstəqilliyini təmin etdikdən sonra ölkədə kitabxana sisteminin dünya standartlarına cavab verəcək səviyyədə qurulması üçün mühüm addımlar atıldı. Bütün sahələrin inkişafına, xüsusilə elmin, təhsilin aparıcı qollarından biri olan kitabxanaların inkişafına xüsusi önəm verən ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra kitabxanaların inkişafına qayğı və diqqət artırıldı. 1998-ci ildə “Kitabxana işi haqqında” qanun qəbul edildi. Bu Qanunun qəbul edilməsi kitabxana sisteminə bütövlükdə diqqətin artırılmasına səbəb oldu. Hazırda müxtəlif nazirliklərin, idarə və komitələrin nəzdində 11 mindən çox kitabxana fəaliyyət göstərir ki, onların fondunda 35 milyondan çox kitab, qəzet, jurnal və digər informasiya daşıyıcısı saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşirlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixlisərancamları təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir.

2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları” ili olması haqqında Prezident İlham Əliyevin müvafiq sərancamına uyğun olaraq Xətai rayon MKS mühüm tədbirlər planı həyata keçirmişdir. Hələ ötən ildən kitabxanada kompyuter kursları təşkil olunmuş, treninqlər keçirilmişdir.

Kitabxana işçiləri göstərilən bu qayğıya öz layiqli işləri ilə cavab verməyə çalışırlar. Belə kitabxanalardan biri də Xətai rayon MKS-dir. Bizim MKS-də elektron kitabxana yaradılmışdır. MK və onun filialları bir çox mühüm tədbirlər həyata keçirir. Kitabxana işciləri oxucuların kitabxana xidmətindən istifadəsini daim yaxşılaşdırmağa çalışırlar. Kitabkitabxanaya olan məhəbbəti oxucuya qaytarmaq üçün kitab sərgiləri təşkil edilir, söhbətlər keçirilir.

Daim yeniləşməyə, inkişafa və tərəqqiyə can atan Xətai rayon MKS 1975-ci ildən fəaliyyətdədir. 1986-cı ildən isə dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyır.

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1975-ci ildə Bakı şəhərində ilk və yeganə sistem kimi eksperiment olaraq yaradılmışdır və fəaliyyət göstərdiyi müddətdə rayon əhalisinin kitabxana-informasiya tələbatının dolğun ödənilməsi üçün MKS-nin maddi-texniki bazasının formalaşdırılması, saxlanılması inkişaf etdirilməsi, fondlarının lazımi ədəbiyyatla komplektləşdirilməsi, kadrlarının seçilib yerləşdirilməsi, ixtisaslarının artırılması, yeni texnologiyaların tətbiqi, şəhərin və rayonun ictimai-siyasi həyatında fəal iştirakı və s. sahələrdə səmərəli fəaliyyəti ilə seçilmişdir.

1987-ci ildə mədəniyyət nazirinin əmrinə əsasən Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasına Bakı şəhər “Mərkəzi İncəsənət Kitabxanası” statusu verilmişburada İncəsənət və Fonoteka, videoteka və digər şöbələr yaradılmışdır.

Son illər Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana və 4 filial ilə birlikdə öz fəaliyyətini daha da gücləndirmiş, oxuculara səmərəli kitabxana-informasiya xidməti göstərməklə yanaşı, yeni metodları tətbiq etmiş, müxtəlif tədbirlər keçirməklə əhalini kitabxanalara cəlb etməyə səy göstərmişdir.

MK və onun filialları yaxınlıqda yerləşən məktəblərlə, uşaq bağçaları ilə, digər idarə və müəssisələrlə əlaqəli şəkildə fəaliyyətini davam etdirir, onları lazımi ədəbiyyatlarla təmin edir, tədbirlərə dəvət edirlər. MKS-nin işçiləri yaxınlıqda yerləşən Xətai rayonundakı məktəblərin müəllim və şagirdləri ilə, tibb mərkəzlərinin işçiləri ilə sıx əlaqə saxlayırlar. Keçirilən tədbirlərdə kitabxanamızın işçiləri yaxından iştirak etməklə yanaşı, onlara lazımi köməklik göstərirlər.

MKS-də ölkəşünaslıq mövzusunun təbliğini xüsusi qeyd etmək lazımdır. MKS və onun fıliallarında Azərbaycanın tarixi, mədəniyyəti və dilinə dair sərgilər təşkil olunur, söhbətlər aparılır.

Mərkəzləşdirilmiş Kitabxana Sistemində bu şöbələr fəaliyyət göstərir: oxuculara xidmət şöbəsi, uşaq şöbəsi, komplektləşdirmə və kitabişləmə, metodikabiblioqrafiya, informasiya-resurskitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbələri.

Xətai rayon MKS-də əhaliyə kitabxana sisteminin yaxınlaşdırılmasında mövcud olan hüquqi bazaya əsaslanır. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul etdiyi Konstitusiya 1996-cı ildə Azərbaycan hökuməti “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onun yaxşılaşdırmaq tədbirləri haqqında qərarı”, “Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il 12 yanvar və “2005-2006-ci illərdə Azərbaycan dilində latın qrafikası” ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında 2004-cü il 27 dekabr tarixili sərəncamı, Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə dövlət proqramı, mədəniyyət haqqında 2013-cü il Azərbaycan Respublikasının qanunu və digər normativ hüquqi sənədləri əsas götürərək əhaliyə kitabxana xidmətini yaxşılaşdırmağa çalışır və bir çox tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev daima Azərbaycan mədəniyyətinin elmin, təhsilin, xüsusilə kitabxanaların inkişafına böyük qayğı göstərmişdir.

Onun layiqli davamçısı olan Prezidentimiz cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva daim mədəniyyətimizin, xüsusilə kitabxanaların inkişafına böyük qayğı göstərir.

MKS-in mərkəzı kıtabxanasının oxu zalında görüşlər, mühazirələr, dinləmələr təşkil edilir. Prezident təqaüdü və digər dövlət mükafatı almış adamlarla görüşlər təşkil edilir ki, bu da oxucuların kitablara olan marağını artırır.

Xətai MKS-də elektron kataloq yaradılır ki, bu da gələcəkdə oxuculara məsafədən xidmətin həyata keçirilməsinə kömək edəcək və kitabxananın yerli cəmiyyətin həyatına inteqrasiya edən bütün tədbirlərin həyata keçirilməsində fəaliyyətini genişləndirəcəkdir.

Oxuculara kitabxana xidmətinin məqsədi onları müntəzəm mütaliəyə və kitabxanadan istifadəyə cəlb etməkdən ibarətdir. Hər bir kitabxanaçı onun sərəncamına verilmiş kitabxana xidməti ərazisindəki uşaqların, gənclərin, müxtəlif oxucu təbəqələrinin kitabxanaya müntəzəm cəlb edilməsinin uçotunu aparır və bu vəzifənin verinə yetirilməsi üçün məsuliyyət daşıyır.

Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinə oxu zalı, abonoment və incəsənət bölməsi daxildir. Evə kitab verilişi abonoment vasitəsilə həyata keçirilir. Oxu zalında isə multimedia resurslarından, dövri nəşrlərdən, kitabkitabçalardan sərbəst şəkildə istifadə etmək imkanı vardır.

Mərkəzi Kitabxananın fondu 2013-cü ildə171436 təşkil etmişdir. Onlardan Azərbaycan dilində 86660, rus dilində 84153, digər dillərdə 620 nüsxə təşkil edir.

2013-cü ildə oxucuların Mərkəz

i Kitabxanaya gəlişi 22768 nəfər, kitab verilişi 87365 nüsxə təşkil etmişdir.

Mərkəzi Kitabxananın oxu zalında bir sıra daimi dəyişən sərgilər vardır.

Ümumiyyətlə, MKS-nin kitabxana işçiləri öz işlərində bütün oxucu təbəqələrini əhatə edirlər. Kitabxanalarda açıq rəf üsulu təşkil olunur, bu isə oxucuların kitabxanadan düzgün şəkildə istifadə etmələrinə köməklik göstərir. Kitabxana sistemində qəzet və jurnallar da oxucuların ixtiyarına verilir. MKS-nin arxivi də fəaliyyət göstərir.

MKS-də müxtəlif mövzularda məqalələr əldə etmək mümkündür. Belə ki, vətənpərvərlik, qəhrəmanlıq, diyarşünaslıq, əməyə məhəbbət, ana dili, vətən sevgisi, narkomaniya ilə mübarizə, ulu öndərimiz Heydər Əliyev haqqında, digər görkəmli şəxsiyyətlər haqqında məqalələr, Qarabağ mövzusu, “20 Yanvar”, “Şəhidlər”, “Xocalı faciəsi”, “Novruz Bayramı”, “Soyqırımı Günü”,”Respublika Günü”, “Qurtuluş Günü”, “Silahlı Qüvvələr Günü”, “Bilik Günü”, “Ahıllar günü”, “Müstəqillik Günü”, “Konstitusiya günü” və s. mövzular da ön planda durur.

Oxucu kütləsinin çox hissəsini uşaqlar və gənclər təşkil edir. MKS-nın tərkibində uşaq şöbəsi fəaliyyət göstərir. Şöbənin əsas məqsədi uşaqları, şagirdləri kitabxanaya cəlb etmək, kitaba maraq oyatmaqdır. Uşaq şöbəsinin fəal oxucuları görkəmli şairlərin yubileyləri münasibəti ilə təşkil olunmuş respublika şeir müsabiqələrində iştirak edir, fəxri fərman və hədiyyələrlə təltif olunurlar.

2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə keçirilən yubiley tədbirində uşaq şöbəsinin oxucusuHumanitar Fənlər liseyinin şagirdi İlahə Yusifli müsabiqənin qalibi olmuşdur, həmçinin Məmməd Arazın —80 illiyi münasibəti ilə təşkil olunmuş Respublika şeir müsabiqəsində 261 saylı məktəbin 6-cı sinif şagirdi Səma Rzayeva həmin müsabiqənin qalibi olmuşdur. Ötən il MKS-nin uşaq şöbələrinin fondu 5668 nüsxə olmuşdur.

MKS-nin işinin günün tələbləri səviyyəsində qurulması və oxuculara daha yüksək kitabxana xidməti göstərmək üçün kitabişləmə və komplektləşdirmə şöbəsinin fəaliyyətinin də çox böyük rolu vardır. Belə ki, il ərzində kitabişləmə və komplektləşdirmə şöbəsi MKS-nin struktur bölmələrinin kitab fondunun tərkibinin zənginləşdirilməsində xeyli işlər görmüşdür. Oxucu tələbatının ödənilməsinə yönəldilmiş sorğuların nəticəsində oxucu marağına uyğun kitab sifarişi nəticəsində xeyli kitab alınmışdır. Hesabat ili dövründə kitabxanaya 214 adda 1024 nüsxə kitab, çoxlu sayda jurnal və digər dövrü mətbuat nəşrləri daxil olmuşdur.

Ümumiyyətlə, kitabişləmə və komplektləşdirmə şöbəsi kitab sifarişində oxucu marağına uyğun sorğu aparatı vasitəsi ilə aşkar olunan kitablarm alınmasını daim diqqət mərkəzində saxlayır.

İl ərzində 45 adda 405 nüsxə dünya ədəbiyyatı nümunəsi işlənərək kitab fondlarında yerləşdirilmişdir. Dünya ədəbiyyatı nümunələrinin toplanması, işlənməsi və fondlarda düzgün yerləşdirilməsi işidaim diqqət mərkəzində olmuşdur. Hesabat ili dövründə kitabxanaya 214 adda 1024 nüsxə sayda daxil olan ədəbiyyatın, 47 adda 423 nüsxəsi Mədəniyyət və Turizm idarəsi, 125 adda 522 nüsxə Kitab Kollektoru, 24 adda 65 nüsxəsi ayrı-ayrı müəlliflər tərəfindən daxil olmuşdur. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər müəssisələr və oxucular tərəfindən də xeyli sayda kitab daxil olmuşdur. Bütün bunlar oxuculara daim yüksək səviyyədə mədəni kitabxana xidməti göstərmək, informasiya vasitələrinin seçilməsi sahəsində kömək məqsədi daşıyir.

Kitabişləmə və komplektləşdirmə şöbəsi kitab fondunun zənginləşdirilməsi üzrə mütəmadi olaraq aparır.

Hazırda MKS-də elektron kataloqun işlənməsi ilə əlaqədar şöbənin üzərinə düşən işlər vaxtında yerinə yetirilir. Şöbənin işini yüksək səviyyədə qurmaq üçün növbəti ildə də səmərəli fəaliyyət göstərməyə çalışacağıq. Müntəzəm olaraq oxucu tələbatının ödənilməsi və kitab fondlarının zənginləşdirilməsi məqsədilə Yeni Nəşrlər kataloq- jurnalı əsasında lazımi ədəbiyyatın alınması işi aparılmışdır.

Hazırda MKS-in fondunda 171436 nüsxə kitab fondu oxucuların istifadəsindədir.

2013-cü il ərzində MKS-də soraq-biblioqrafiya və məlimat işi də yüksək səviyyədə aparılmışdır.

Kitabxana sistemini müasir standartlara uyğunlaşdırmaq məqsədilə respublikamızda xeyli işlər görülüb. Ölkə Prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 2007-ci il 20 aprel tarixli sərəncamına və “Azərbaycan Respublikasında ktabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq bu sahədə bir sıra layihələr həyata keçirilir. Hazırda kitabxanalarda elektron kataloq, elektron kitabxana, habelə veb-saytların yaradılması işləri həyata keçirilir. ALİSA sistemi bu istiqamətdə görülən işlərin bariz göstəricilərindəndir. ALİSA sistemi pilot layihə kimi olaraq artıq Bakı şəhərinin Xətai rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində tətbiq olunmağa başlanıb.

Oxuculara kitab verilişinin tam avtomatlaşdırılması məqsədilə kitabxananın fondlarında və kitab verilişi məntəqələrində, oxu zallarında yeni kompyuterlər quraşdırılmışdır. Bu kompyuterlər kitab verilişi sisteminin daha da sürətlənməsi üçün lazımi proqramlarla təmin olunmuşdur. Ötən dövr ərzində oxuculara xidmətin keyfiyyətini yüksəltmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən layihə üzrə oxuculara kitab verilişi prosesinin tam olaraq avtomatlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Onu da qeyd edim ki, ötən dövr ərzində Xətai rayon MKS-nin gördüyü işlərdə, qazandığı uğurlarda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinin kollektivimizə göstərdikləri diqqət və qayğı, hərtərəfli köməklik əsas rol oynamışdır ki, buna cavab olaraq kollektivimiz 2014-cü ildə də uğurlarının sırasını daha da artıracaqdır. Bunun üçün Xətai rayon MKS-nin 2014-cü il üçün planı hazırlanmışdır. Geniş və əhatəli hazırlanmış planında MKS-in əsas vəzifələri, kitabxanaların kompyuterinformasiya-proqram təminatı, oxuculara xidmət və ədəbiyyatın təbliği, tarixi günlər, bayramlar, yubileylər və mədəni-kütləvi tədbirlər, fondun formalaşdırılması və biblioqrafiya xidməti, MKS-in metodiki işi, kadrlarla və onların ixtisaslarının artırılması, MKS-ın KİV-lə əlaqəsi və MKS-in maddi-texniki bazasının möhkəmləndirilməsi daxildir. İş planında görüləcək işin məzmunu, icra vaxtı, yeri və digər məqamlar dəqiq olaraq öz əksini tapmışdır. Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin xüsusi dəstəyini hiss edən MKS-nin bütün işçiləri nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi üçün qüvvələrin səfərbər edərək 2014-cü ildə xidmətin keyfiyyətini daha da yüksəltmək əzmindədirlər.

 

Oruc QULİYEV,

Xətai rayon MKS-nin direktoru.

Respublika.-2014.- 18 fevral.- S.6.