Azərbaycanda böyük sosialinfrastruktur layihələri icra edilir

 

Bu, iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir

 

Son on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi əldə edilmiş, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı giriş nitqində bu proqramların son on ildə ölkənin yüksək templi davamlı inkişafında çox əhəmiyyətli rol oynadığını vurğulayıb: “Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir. Əlbəttə ki, sabitlik düşünülmüş siyasət iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki istiqamət arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa ölkələr üçün maraqlı ola bilər. İki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir”.

Bu sahədə həyata keçirilən siyasətin nəticələri ona görə uğurludur ki, Azərbaycanda çox böyük sosial infrastruktur layihələri icra edilir. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan Dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına müasir müəssisələrin açılmasına səbəb oldu. Azərbaycanı dinamik tərəqqi edən ölkəyə çevirdi.

Cənab İlham Əliyev 10 il ərzində ölkənin bölgələrinə səfərləri çərçivəsində 1300-dən artıq müxtəlif təyinatlı infrastruktur obyektlərinin yeni müəssisələrin açılış təməlqoyma mərasimlərində şəxsən iştirak edib, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub. Bu zaman ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə dövlət başçısının imzaladığı 240 sərəncam regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.

Ölkənin inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə 10 ildə yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz su təchizatının yenilənməsi işləri aparılıb. Bundan əlavə, 10 ildə su anbarları, hidroqovşaqlar, kanallar, dremey şəbəkələri yüzlərlə subartezian quyusu inşa edilib ya əsaslı təmir olunub. Bu obyektlər aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirib, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə yol açıb.

Bu illər ərzində enerji təchizatının daha da yaxşılaşması sahibkarlığın, kiçik biznesin, ümumiyyətlə, bütün iqtisadiyyatın davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. 10 ildə Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilib. 10 min kilometrdən çox elektrik verilişi xətləri 1500-dən çox yarımstansiya inşa edilib ya yenidən qurulub. 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Belə ki, 2006-cı ildə Astarada, Şəkidə, Xaçmazda Naxçıvanda hər birinin gücü 87 Mvt, 2007-ci ildə Bakıda 105 Mvt, 2008-ci ildə Sənqəçalda 300 Mvt, 2009-cu ildə Şahdağda 105 Mvt, Sumqayıtda 525 Mvt, 2013-cü ildə Şirvanda 780 Mvt gücündə istilik elektrik stansiyaları işə salınıb.

Bölgələrdə 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar tekstil parkları, Naxçıvanda sement, mərmər avtomobil, Qazaxda sement, Gəncədə alüminium,  Goranboyda gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı qlükoza, İmişlidə şəkər, bitki yağları qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, emal, çörək digər müasir müəssisələr istifadəyə verilib.

10 ildə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı emalı layihələrinə ayrılıb. Belə ki, illik istehsal gücü 55 min ton quş əti, 84 milyon damazlıq 164 milyon əmtəəlik yumurta olan 39 quşçuluq müəssisəsinə 100 milyon manat kredit verilib. Sənaye quşçuluğunun istehsal gücü 100 min tona çatdırılıb. Quş əti istehsalı 51 faiz artaraq 97 min ton, o cümlədən sənaye üsulu ilə 2,6 dəfə artaraq 55 min ton olub. Bu tədbirlər nəticəsində quş əti idxalı 73 faiz azalıb.

Bununla yanaşı, 20 min başlıq 16 cins heyvandarlıq kompleksinin, illik gücü 175 min ton olan 7 süd, illik gücü 81 min ton olan 7 ət istehsalı müəssisənin açılması nəticəsində ət süd istehsalı artıb, ölkənin ərzaqla özünütəminetmə səviyyəsi yüksəlib. Eyni zamanda 28 intensiv bağçılıq üzümçülük təsərrüfatının, 30 müasir istixana kompleksinin illik gücü 120 min ton olan 15 meyvə-tərəvəz emalı müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bu sahədə istehsal ixrac imkanları xeyli artıb.

Kənd təsərrüfatı məhsullarının təcarükü, saxlanması satışı üzrə ümumi tutumu 203 min ton olan 40 logistik mərkəzin ümumi tutumu 342 min ton olan 21 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında istehsal olunan meyvə-tərəvəzin taxılın tədarükündə, ixracın artmasında, qiymətlərin sabitliyinin təmin edilməsində mühüm rol oynayır.

Hazırda yeni ixrac bazarlarının müəyyənləşdirilməsi ərzaq məhsullarının ixracının artırılması məqsədilə ixrac qabiliyyətli müəssisələrin yaradılması, qloballaşdırma, saxlanma, daşınma imkanlarının artırılması üzrə layihələr həyata keçirilir.

Müasir infrastruktur layihələrinin icrasının müsbət nəticəsidir ki, 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə o cümlədən meyvə-tərəvəzin emalı məhsullarının ixracı 2,5 dəfə ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə ixrac ölkələrinin sayı isə 20 vahid artıb.

Yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması ixrac yönümlü məhsulların yetişdirilməsinin prioritet olduğunu bildirən cənab İlham Əliyev vurğulayıb ki, aqroparkların logistika məkəzlərinin yaradılması məsələlərinə diqqət yetirilməlidir: “Həm Azərbaycanda, həm başqa ölkələrdə logistika mərkəzləri yaradılmalıdır biz yeni istehlak bazarlarına çıxmalıyıq. Bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir gələcəkdə bu daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Ona görə, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir”.

 

Şükür ƏLİZADƏ,

Respublika.-2014.- 19 fevral.- S.1.