Xocalı
soyqırımı—XX əsrin vəhşəti
Azərbaycan dövlətinin çoxəsrlik tarixi dövründə başına gələn ən böyük fəlakətlərdən biri—XX əsrin sonlarında erməni silahlı quldurları tərəfindən törədilmiş Xocalıvəhşəti, Xocalı müsibətidir... Bu müsibət Azərbaycanın qədim diyarı Qarabağ torpağında 1992-ci ilin soyuq, şaxtalı, dəhşətlərlə dolu fevral günlərində törədilmişdi... Bu basqı silahsız, mülki insanların həyatına adi hərbi müdaxilə deyildi... Bu, başqa millətə, fərqli soya aid olduğuna görə Xocalı əhalisinə ən iyrənc üsullarla, insanlığa yaraşmayan xüsusi qəddarlıqla, fiziki və mənəvi cəhətdən məhv etməklə törədilmiş müsibət idi. Görünür bu imiş özünü “məşəqqətlər görmüş”, “zavallı millət” adlandıranların “erməni humanizmi”. Bu faciə mehriban qonşuluq prinsiplərinə, ənənələrinə hər zaman sədaqətli olan Azərbaycan xalqına qarşı törədilmiş olduqca ağır bir hərbi cinayətdir.
Dünya birliyinin gözü qarşısında törədilmiş bu vəhşilik şüurlu bəşəriyyətin adına ləkədir. Faşist ənənələrinə sədaqət göstərən erməni silahlıları bu faciəni törədən zaman nə qocaya, uşağa, qadına, nə də ki, xəstəyə aman vermişdilər...
1992-ci ildə bu faciə baş verən zaman 60 milyona yaxın insanın həyatına son qoymuş II Dünya müharibəsindən 47 il vaxt ötür. Artıq bəşəriyyət həmin müharibənin vurduğu maddi-mənəvi ziyanın ölçülərini dərk etmişdi. Sivilizasiyalar, irqlərarası münaqişələrin gec-tez irimiqyaslı, qlobal müharibələrə gətirib çıxara biləcəyi bəlli olmuşdu. Müharibənin dəhşətlərini görmüş insanlar onun bir daha təkrarlanmaması, baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görməli olmuşdular. Faşizm, irqçilik, soyqırımı bəşəriyyət əleyhinə yönəldilmiş dəhşətli cinayət kimi pislənilməklə onun bir daha təkrar edilməməsi üçün vacib hüquqi sənədlər hazırlanmışdı. Zor gücünə ölkələrin sərhədlərinin dəyişdirilməsinin yolverilməzliyi dünyanın bütün aparıcı dövlətləri tərəfindən qəbul olunmuşdu: bu sənədlər 70 il tərkibində olduğumuz keçmiş Sovet hökuməti tərəfindən ratifikasiya edilmişdi.
Fəqət erməni separatçıları həmin sənədlərin heç birinə məhəl qoymadan belə bir ağır cinayəti törətdilər. Bəs dünya ölkələri ermənilərin Azərbaycan ərazisində törətmiş olduğu bu fəlakəti nə üçün görməməzliyə vurur? Harada qaldı beynəlxalq hüquq normaları? Xalqların öz müqəddəratını təyinetmə hüququ yalnız “seçilmiş” xalqlar üçündürmü?
Mixail Qorbaçov 1985-ci ildə
SSRİ-yə rəhbərliyə gəldikdən sonra onun erməniləşən
yan-yörəsinin məsləhətləri ilə “perestroyka” adlanan bir dövr
başlanmışdı. Məhz həmin zamandan
Aqanbekyan, Sitaryan kimi erməni ideoloqları tərəfindən
Azərbaycan Respublikası barədə məkrli planlar hazırlanıldı.
Əslinə baxanda bu
planlar daşnaqların xeyli
əvvəllər işləmiş olduğu
“erməni işi”nin tərkib
hissəsi olmaqla sadəcə icraya götürülmüşdü.
Azərbaycanın tarixi ərazilərinə
sahib çıxmaq üçün
həm keçmiş SSRİ-də və
həm də dünyanın digər guşələrində
təbliğat kampaniyalarına başlanılmışdı.
1988-ci ildə Sumqayıtda KQB—erməni məkri ilə həyata
keçirdikləri çaxnaşmanı yerli
camaatın adına çıxmağa səy göstərdilər.
Az
bir vaxtda indi Ermənistan adlanan respublikadan azərbaycanlılar zorla qovuldular. Bunun ardınca Dağlıq
Qarabağ və ətraf ərazilərdən
azərbaycanlılar didərgin
salındılar.
Tarix boyu zorakılıqlar, müharibələr az olmamışdır.
Lakin ermənilərin Xocalıda
törətmiş olduqları
vəhşilik qəddarlığın
dərəcəsinə görə
deyilənlərin heç
biri ilə müqayisəyə gəlmir.
Allah bəndəsinə, insana qarşı törədilən bu vəhşiliklər nə
şərq despotizmi adlanan zaman, nə də Avropada orta əsrlərin
“zülməti”, inkvizisiyaların
tüğyan etdiyi vaxt müşahidə olunmamışdır. Hətta dəhşətli
“Varfolomey gecəsi” də erməni vəhşilikləri ilə
müqayisədə zəifdir.
Məşhur Amerika yazıçısı
Rey Bredberinin hələ
ötən əsrin
50-ci illərində yazdığı
olduqca maraqlı bir hekayəsi var - “...Və ildırım çaxdı...”. Bu fantastik əsərin süjetində
göstərilir ki, uzaq-uzaq keçmişlərdə,
Yer planetində insanlar milyonlarla il əvvəl, dinozavrların geniş yayıldığı zaman bircə kəpənəyin
ölümü Yer
kürəsində necə
böyük problemlərin
yaşanmasına səbəb
olmuşdu. Xocalıda isə yüzlərlə
köməksiz insanın—körpənin,
uşağın, qocanın,
qadının həyatına
qəsd edilmişdi.
Təbii
ki, bu soyqırımı
beynəlxalq aləmdə
gec-tez öz hüquqi qiymətini alacaqdır. Mən buna
tam əminəm ki, Leyla Əliyevanın təsəbbüsü ilə
başlanan “Xocalıya
ədalət” kampaniyası
haqqın şər üzərində qələbəsinə
nail olacaqdır.
Erməni ictimaiyyəti özlərinin
tolerantlığını hər yerdə mədh etsələr də, faktiki XX əsrin sonunda monoetnik bir dövlət
yaratmışdır. Bu eybəcərliyi ört-basdır
etmək məqsədilə
onlar ən iyrənc vasitələrə
əl atırlar.
Həmin
vasitələrdən biri
də ölkəmizdə
yaşayan xalqlar arasında nifaq, təfriqə salmağa cəhddir. Buna qarşı sayıq olmalıyıq. Vətənimiz Azərbaycan təbii sərvətləri ilə
zəngin ölkədir. Hesab edirəm ki,
ölkəmizin ən
zəngin sərvəti
onun tarixən formalaşmış, inkişaf
etmiş polietnik mənzərəsi, müxtəlif
millətlər və
etnik qruplardan ibarət Azərbaycana sədaqətlə xidmət
edən qeyrətli vətəndaşlarıdır.
Unutmamalıyıq ki, bütün müharibələr, qanlı
münaqişələr gec-tez
sülhlə, barışla
nəticələnir. Erməni xalqı
anlamalıdır ki, onların ən böyük düşməni
elə öz içərilərindədir. Bunu son 100 il
ərzində baş vermiş məkrli hadisələr təsdiq edir. Erməni şovinizmi Azərbaycana
və digər qonşularına qarşı
əsassız ərazi
iddialarından əl çəkməli, dinc yaşamaq prinsiplərinə əməl etməlidirlər.
Azərbaycanlılara qarşı nifrətin,
ədavətin necə
böyük bəlalar
gətirə biləcəyini
onlar dərk etməli və bundan nəticə çıxarmalı, işğal
altında saxladıqları
Azərbaycan torpaqlarını
dinc yolla boşaltmalıdırlar. Bu
həqiqət nə qədər tez dərk olunsa, həm ermənilərə,
həm də onların havadarlarına faydalı olar və qoca Qafqazda
nəhayət ki həqiqi, uzunmüddətli
sülh yaranar.
Ağamahmud SƏmƏdov,
geoloq.
Respublika.-2014.- 19 fevral.- S.3.