Mingəçevir: günbəgün
gözəlləşən şəhər
Bu günlərdə Mingəçevir şəhər İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Geniş hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov ötən ildə şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı görülmüş işlərin geniş təhlilini vermişdir.
Natiq vurğulamışdır ki, şəhərimiz üçün ən əlamətdar hadisə 2013-cü ilin aprel ayının 16-da ölkə Prezidenti cənab İlham Əliyevin şəhərimizə səfəri olmuşdur.
Dövlət rəhbəri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra, yeni inşa edilmiş Heydər Əliyev Mərkəzinin, “Gənclər evi”nin açılışında iştirak etmiş, “Dostluq” və “Sahil” parklarında aparılan yenidənqurma işləri ilə, Fövqəladə Hallar Nazirliyi xətti ilə yaradılmış Mingəçevir Su Elektirik Stansiyasının və su anbarının təhlükəsizlik sistemi ilə tanış olmuş, məcburi köçkünlər üçün inşa edilən yeni qəsəbədə, yeni salınmış Bayraq Meydanında olmuş və şəhərdə aparılan abadlıq və quruculuq işlərinə çox yüksək qiymət vermişdir. Səfərin nəticəsi olaraq aparılan yenidənqurma işlərinin genişləndirilməsi üçün şəhərə əlavə maliyyə yardımı olunması haqda müvafiq sərəncamlar vermişdir.
Ölkə rəhbəri şəhərimizə səfəri zamanı verdiyi göstəriş və tapşırıqlar Mingəçevir Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən fəaliyyət proqramı kimi qəbul olunaraq il ərzində bu istiqamətlərdə işlər davam etdirilmişdir.
2013-cü ildə yuxarıda qeyd olunan abadlıq və quruculuq işləri ilə yanaşı, şəhərin Heydər Əliyev prospektində avtomobil yolu genişləndirilib, yeni asfalt örtük salınıb, işıqlanma sistemi tam yenilənib, yol kəsişmələrində yeni müasir rəqəmsal işıqforlar quraşdırılıb. Şəhərin əsas mərkəzi yolları olan Təbriz, Naxçıvan, Natəvan küçələri yenidən asfaltlanıb, səki daşları quraşdırıhb, səkilərə asfalt örtük çəkilib. Görülmüş asfalt işləri sahələrində 19,6 min metr səki daşları quraşdırılıb, 250 min kvadratmetr sahəyə yeni asfalt örtük salınıb. Park və xiyabanlarda görülmüş işlərə 6,7 min kvadratmetr dekorativ beton tavalar işlədilib, 2600 dekorativ ağac əkilib, 84 ədəd zibil qabı və 210 ədəd oturacaq quraşdırılıb, 2,5 min kvadratmetr sahəyə yaşıl ot örtüyü salınıb. İl ərzində 28 binanm dam örtüyü əsaslı təmir olunub və bu işlərə 22,3 min kvadratmetr rəngli metal kirəmit işlənib. Yaşayış məhəllələrində 69 binanın şifer və 120 binanın yumşaq dam örtüyündə 10 min kvadratmetr sahədə cari təmir işləri aparılıb, 200 ədəd yeni oturacaq quraşdırılıb, 120 ədəd oturacaq təmir olunub, 4 uşaq meydançası bərpa edilib, 9 binanın fasad hissəsi rənglənib.
Click to
enlarge image mingecevir01.JPGClick to open image!Click
to enlarge image mingecevir02.JPGClick to open image!Click to enlarge image
mingecevir03.JPGClick to open image!Click to enlarge image mingecevir04.JPGClick
to open image!Click to enlarge image mingecevir05.JPGClick to open image!Click
to enlarge image mingecevir06.JPGClick to open image!Click to enlarge image
mingecevir07.JPGClick to open image!
“Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial iqtisadi inkişafı
Dövlət Proqramı”nda Mingəçevir şəhərinə
aid 11 bəndin hər biri uğurla icra olunmuşdur. Ümumiyyətlə,
son 10 ildə Dövlət Proqramlarının icrası nəticəsində
Mingəçevir şəhərində bir sıra istehsal,
xidmət və emal müəssisələri yenidən
tikilmiş və ya fəaliyyətini bərpa etmişdir.
Bunlar aşağıdakılardır: yeni tikilən “Kür”
Elektron Avadanlıqları istehsalı müəssisəsi və
“İnterenerji”Yüksək Gərginlikli Elektrik Beton
Dayaqları zavodu fəaliyyətlərini bərpa edən
“Azneftemaş”, “Mingəçevir İzolit”, “Akkord
maşınqayırma zavodu”ASC-lər əsaslı yenidən
qurulmuş “Kür” Olimpiya Tədris-İdman kompleksi, Mingəçevir
Dövlət Dram Teatrı, şəhər stadionu, bir sıra
bank filialı açılmış, o cümlədən:
“Muğanbank”, “Texnikabank”, “Atabank”, “Beynəlxalqbank”, “Accessbank”,
“Xalqbank”, “Respublikabank”, “Unibank”, bir sıra iri şadlıq
sarayı, supermarket, mehmanxana və xidmət sahələri
yeni tikilmişdir. Son 10 ildə qeyd olunan obyektlərin
hesabına şəhərimizdə 11623 yeni iş yeri
açılmışdır ki, onun da
10829 daimi iş yerləridir. O cümlədən 2013-cü ildə
1010 yeni iş yeri açılmışdır.
Ötən
il ərzində istehsal olunmuş sənaye məhsulunun 143,4 milyon manatı və ya 89,9 faizi elektrik
enerjisi istehsal edən iki müəssisənin payına
düşür. Hesabat dövründə bu
müəssisələrdə 8 milyard 370 milyon kilovat/saat
elektrik enerjisi istehsal olunmuşdur. Dövlət
proqramlarına uyğun olaraq hər iki müəssisədə
əsaslı yenidənqurma və modernləşdirmə
işləri aparılmışdır. Belə ki, Azərbaycan
İstilik Elektrik Stansiyasında mövcud 8 enerji blokunun hər
biri əsaslı şəkildə yenidən qurulmuş, digər
qurğu və avadanlıqların etibarlı və qənaətli
iş rejimləri təmin edilmişdir. Mingəçevir
SES silsiləsində əsas stansiyada mövcud 6 hidroaqreqatdan
4-ü modernləşdirilmiş, 1 və 3-cü
hidroaqreqatlarda yenidənqurma işləri davam edir. Varvara SES-də hər üç hidroturbində əsaslı
təmir işləri davam edir.
Bildiyiniz
kimi, son illər fəaliyyətsiz olan bu müəssisələrin
bazasında ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
ilə bu il geniş profilli Texnoparkların
yaradılması nəzərdə tutulur.
2013-cü il ərzində şəhər təsərrüfatı və
kommunal xidmət göstərən
müəssisələr şəhərdə
aparılmış genişmiqyaslı quruculuq və abadlıq
işlərində yaxından iştirak etməklə
yanaşı, şəhər əhalisinə,
müəssisə və təşkilatlara aidiyyəti xidmətlərin
göstərilməsini təmin etmişlər.
İl ərzində
şəhər Mənzil Kommunal Təsərrüfatı
İB tərəfindən şəhərin sel
sularından mühafizə kanalının 13,0 kilometrlik hissəsi həmçinin,
Samux küçəsində köməkçi sel su
kanalının 750 millimetrlik hissəsi lil və
palçıqdan təmizlənərək kanalətrafı ərazi
hamarlanmış, H.Əliyev prospektində, N.Nərimanov, M.Maqomayev və 20 Yanvar küçələrində
avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar
yeraltı sel-su xətlərinin 36 ədəd baxış
quyusunun yeri dəyişdirilərək yenidən inşa
edilmiş, şəhər çimərliyinə gedən
yolda yardımçı sel-su kanalı təmizlənmiş,
çimərlik ərazisində, Şəhidlər
xiyabanında, Dövlət Bayrağı Meydanında, Samux
küçəsində və digər xidməti ərazilərdə
təmizlik və abadlıq-təmir işləri
aparılmışdır.
Şəhər
yaşıllaşdırma və
sanitar təmizlik idarəsi tərəfindən hesabat
dövründə gündəlik xidməti işlərlə
yanaşı, yenidən qurulmuş “Sahil” parkının ərazisinə
356 ədəd dekorativ bəzək ağacları, 854 ədəd
bəzək kolu, 4200 ədəd gül-çiçək əkilmiş,
20 min kvadratmetr əraziyə çəmən otu səpilərək
yaşıllıq zolağı salınmışdır.
Hesabat
dövründə şəhər sukanal İdarəsi tərəfindən
şəhər əhalisinə və digər abonentlərə
su-kanalizasiya xidməti göstərilməklə
yanaşı, şəhərin bir sıra küçələrində
müxtəlif diametrli 2160 poqonmetr yaşayış
binalarının zirzəmilərində
110 poqonmetr su xətti yenilənmişdir. Yüksək
mərtəbəli yaşayış binalarını içməli
su ilə təmin edən su nasos stansiyalarında əsaslı
və cari təmir aparılaraq zəruri avadanlıqlar yenilənmişdir. İl ərzində şəhərin su şəbəkəsində
baş vermiş 4876 qəza
aradan
qaldırılmışdır. Q.Nəbi
küçəsindəki kanalizasiya-Nasos Stansiyasında
FQ-800/33 tipli yeni nasos qurğusu quraşdırılmış,
şəhərin kanalizasiya şəbəkəsində
baş vermiş 5842 qəza aradan
qaldırılmışdır.
Şəhər
istilik sistemlərinin istismarı sahəsi tərəfindən
hesabat dövründə fəaliyyətdə olan
qazanxanaların mövsümə hazırlanması nəticəsində
Psixonevroloji Xəstəxana, Politexnik İnstitutu, 3 saylı
orta məktəb, 1 saylı körpələr evi-uşaq
bağçası, 13 saylı körpələr evi-uşaq
bağçası, Gəncə şosesi 12 ünvanda yerləşən
16 mənzilli Əlillər üçün yaşayış
binası, məcburi köçkünlər üçün
şəhərcikdə 9 mərtəbəli 10
yaşayış binası və digər sosial obyektlər,
112-ci məhəllədə 16 yaşayış
binasının hələlik 250 mənzili istiliklə təmin
olunur.
Hesabat
dövründə şəhər icra hakimiyyəti şəhərimizdə
məskunlaşan 20273 nəfər üzvü olan 5443 məcburi
köçkün soydaşlarımızın mənzil-məişət
problemlərini daim diqqət mərkəzində
saxlamış və yaranan problemlərin qısa müddətdə
həlli istiqamətində müvafiq tədbirlər
görmüşdür.
Şəhər rəhbərliyinin müraciəti əsasında
“Dövlətqaçqınkom”tərəfindən məcburi
köçkünlərin kompakt məskunlaşdıqları
5 tikilinin yumşaq dam örtüyü şifer dam
örtüyü ilə əvəz olunaraq əsaslı təmir
olunmuş, yaranan işıq, su, kanalizasiya problemləri
qısa müddətdə aradan
qaldırılmışdır.
Yuxarıda qeyd olunan yeni inşa edilmiş yüksək mərtəbəli
binalara orta məktəblərdə və Fin qəsəbəsində
məskunlaşmış köçkünlərin
köçürülməsi başa
çatdırılmışdır. Hazırda şəhər ərazisində
yeni qəsəbə tikintisi üçün torpaq sahəsinin ayrılması
istiqamətində işlər
aparılır.
Ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən
etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri
də sahibkarlığın inkişafıdır.Bu sahədə
mövcud problemlərin həlli üçün hüquqi
bazanın yaradılmasına dövlət tərəfindən
hərtərəfli dəstək verilir, vahid pəncərə
sistemi tətbiq edilir, “2009-2015-ci illər üçün
sahibkarlığın inkişafı “Dövlət
Proqramı” həyata keçirilir. Hazırda bu sahədə
qeydiyyat proseduru sadələşdirilmiş və 2013-cü
ilin yekunu üzrə şəhərimizdə 236 hüquqi
şəxs və 797 fiziki şəxs qeydiyyatdan keçərək
sahibkarlar ordusuna qoşulmuşlar.
Şəhər
icra hakimiyyəti 2013-ci il ərzində
şəhər həyatının digər sahələri ilə
yanaşı, təhsil, səhiyyə, mədəniyyət, gənclər
və idman sahələrinin də inkişafına, maddi-texniki
bazasının möhkəmləndirilməsinə lazımi
diqqət yetirmişdir.
Hesabat
dövründə şəhər təhsil şöbəsinin
müəssisələrinə 353,6 min manatlıq bərk və
yumşaq inventar, habelə avadanlıq alınmış,
şöbənin 27 müəssisəsində 21,9 min
manatlıq cari təmir işləri
görülmüşdür.
Tədris ilində XI sinif məzunlarından 18 nəfər
qızıl medala layiq görülmüş, IX sinif
şagirdlərindən 9 nəfəri fərqlənmə
şəhadətnaməsi almışlar.
XI sinif
üzrə attestat alanların 80%-i ali məktəbə qəbul
üçün sənəd vermiş, onlardan 408 nəfəri
qəbul imtahanlarını müvəffəqiyyətlə verərək
Respublikanın və xarici ölkələrin ali təhsil
müəssisələrinə qəbul olmuşlar.
Ali məktəblərə
qəbul olanların 2 nəfəri 700 bal, 32 nəfəri
600-dan yuxarı bal toplayaraq tələbə adı
qazanmış, 3 nəfər Prezident təqaüdünə
layiq görülmüşdür.
Məktəblilərin
fənn olimpiadasının Respublika turunda 20 ¹-li məktəbin
şagirdi Tamaşa Feyziyeva Ana dili və ədəbiyyatı fənni
üzrə III yeri, 10 ¹-li məktəbin şagirdi Ülkər
Əsgərova fizika fənni üzrə IV yeri tutmuşlar.
Ötən
dövrdə şəhər mərkəzi xəstəxanasının
şöbə və bölmələrində 286 min
manatlıq əsaslı, 85,1 min manatlıq cari təmir işləri
aparılmış, 247,4 min manatlıq ərzaq, 664,1 min
manatlıq dərman preparatları alınmışdır.
Məlumat
üçün qeyd edirik ki, Azərbaycan Respublikası
Prezidenti cənab İlham Əliyevin 18 aprel 2013-cü il tarixli
2839 saylı Sərəncamına əsasən Mingəçevir
Şəhər Mərkəzi Xəstəxanasında əsaslı
təmir və yenidənqurma işləri apararaq, onu
çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq
3 milyon manat vəsait ayrılmışdır. Məlum sərəncamdan
sonra şəhər Mərkəzi Xəstəxanası əsaslı təmirə dayandırılmış və hazırda təmir işləri sürətlə davam etdirilir.
Hesabat dövründə mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni
inventarlarla təchizi, binaların təmiri, kitabxana və muzey
fondlarının komplektləşdirilməsi üzrə
müəyyən işlər görülmüşdür. Şəhər Mədəniyyət
və Turizm şöbəsi tərəfindən mədəniyyət
müəssisələrinə 18,9 min manatlıq inventar, 11,77
min manat məbləğində avadanlıq alınmış
və 15,3 min manatlıq cari təmir işləri
aparılmışdır.
Mədəniyyət müəssisələrində
tarixi və əlamətdar günlər, milli bayramlar, görkəmli
şəxsiyyətlərin yubileyləri ilə əlaqədar
təqvim planına uyğun olaraq tədbirlər təşkil
olunmuşdur.
2013-cü
il ərzində gənclər və idman sahəsində
işin təşkili, gənclərin şəhərin
ictimai-siyasi, mədəni, sosial-iqtisadi sahələrində
yaxından iştirakının təmin edilməsi, gənclərin
fiziki sağlamlığına diqqət artırılması,
perspektivli idmançıların peşəkarlığının
yüksəldilməsi, kütləvi idman tədbirlərinin təşkili,
gənclərin yüksək vətənpərvərlik
ruhunda tərbiyəsinə yönələn tədbirlər hazırlanıb həyata
keçirilmişdir.
İl ərzində
gənclərlə iş sahəsində “Azərbaycan Gəncliyi
2011-2015-ci illərdə” Dövlət Proqramının
icrası diqqətdə saxlanılmış, “Zərərli vərdişlərin
acı fəsadları”, “Reproduktiv sağlamlıq genefondumuzun
zənginləşdirilməsidir”, “Sənin səsin-sənin
seçimin”, “Heydər Əliyev və Azərbaycan məfkurəsi
gənclərin gözü ilə”, “Azərbaycanı
Dünyaya tanıdan dahi şəxsiyyət Heydər
Əliyev”, “Vətəni qorumaq şərəfli peşədir”
mövzularında “dəyirmi masa” inşa yazı, məqalə
müsabiqəsi, milli və dövlət bayramları günlərində
bədii-əyləncəli gecələr təşkil olunaraq
keçirilmişdir.
Heydər
Əliyev Mərkəzlərinin işinin təkmilləşdirilməsi
ilə əlaqədar hazırlanmış konsepsiyaya əsasən
şəhərdə fəaliyyət göstərən Heydər
Əliyev Mərkəzinin işi gücləndirilmiş, mərkəzdə
fəaliyyət göstərən tədqiqat qrupu və mərkəzin
nəzdində yaradılmış “Heydər Əliyev siyasi xəttinin
ardıcıllıqları” disskusiya klubunun fəaliyyətləri
təkmilləşdirilmiş, əhalinin bütün təbəqələrini
cəlb etməklə dövlət bayramları, anım
günləri, ulu öndərin doğum günü ilə
bağlı sistemli tədbirlər təşkil edilmiş,
yetişməkdə olan gənc nəslin vətərpərvərlik,
dövlətçilik ruhunda formalaşması istiqamətində
görülən bu tədbirlər kültəvi informasiya
vasitələri ilə işıqlandırılaraq geniş əhali
kütlələrinə çatdırılmışdır.
2013-cü ildə şəhər icra hakimiyyətinə
3533 korrespondensiya daxil olmuşdur. Bunlardan 1741 ədədi
rəhbər orqanlardan, şəhərin idarə, müəssisə
və təşkilatlardan İHB aparatına daxil olmuş xidməti
sənədlərdir. Rəhbər
orqanlardan daxil olan xidməti sənədlər 644, şəhərin
idarə, müəssisə və təşkilatlarından
daxil olmuş xidməti sənədlər isə 1097
olmuşdur. Bunlardan 450-nə arayış
yazılmış, 631-nə cavab məktubu göndərilmiş,
37-nə İcra Hakimiyyəti başçısının sərəncamı,
13-i barədə əmr verilmiş, 602-si ilə aparatın məsul
işçiləri tanış
olunmuş, 8-i isə icraatdadır.
2013-cü
il ərzində Mingəçevir şəhər
İcra Hakimiyyəti başçısı məhəllələrdə
44 səyyari görüş keçirmişdir. Səyyari görüşlərdə sakinlər
364 müraciət etmişdir.
Nazirlər Kabinetində keçirilən müşavirədə
yekun nitqində dövlət başçısı 2013-cü
ilə yekun vuraraq qeyd etmişdir ki, 2014-cü ildə
qarşıda daha böyük işlər durur. Ölkə Prezidenti
2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı
müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin
sürətləndirilməsini tapşırmışdır.
Cənab
İlham Əliyevin tapşırıq və göstərişlərini
əsas götürərək 2014-cü ildə
şəhər
miqyasında
aşağıdakı
işlərin icrasına
diqqət artırılmalıdır:
-Mingəçevir
şəhərində sənaye müəssisələrinin
bazasında texnoparkların yaradılması prosesinə
köməklik göstərilməsi;
-şəhər
ərazisində əsaslı təmir olunan məktəb və
bağçaların yüksək keyfiyyətlə başa
çatdırılması;
-Mərkəzi
şəhər xəstəxanasının əsaslı yenidən
qurulmasına nəzarətin gücləndirilməsi;
-Heydər
Əliyev meydanının, parkın və ətrafdakı
binaların fasadlarının əsaslı təmiri və
yenidən qurulması;
-Gəncə
şosesinin genişləndirilməsi, səki
daşlarının dəyişdirilməsi, yeni asfalt
örtüyün salınması, işıqlanma sisteminin əsaslı
yenidən qurulması;
-su və
kanalizasiya şəbəkəsində başlanmış əsaslı
yenidənqurma işlərinin sürətləndirilməsi və
işlərin icrasına nəzarətin gücləndirilməsi;
-istilik təchizatı
sahəsində başlanmış iş
lərin
əhatə dairəsinin genişləndirilməsi;
-şəhərin
bütün ərazisində qaz təminatının başa
çatdırılması;
-sahibkarlığın
inkişafına bütün istiqamətlərdə lazımi
köməklik göstərilməsi;
-Kür
çayının sağ sahilində yeni inşa olunan istirahət
kompleksinin tikintisinin başa çatdırılması, ərazidə
abadlıq işlərinin görülməsi, çayın
üzərindən çəkilən asma yolun istismara verilməsi;
-köçkün
soydaşlarımız üçün tikiləcək yeni qəsəbə
üçün torpaq ayrılmasının həlli və
tikintiyə lazımi köməkliyin göstərilməsi;
-yaşayış
massivlərində aparılan abadlıq və yenidənqurma
işlərinin davam etdirilməsi;
-şəhərin
daxili küçələrinin asfalt örtüyünün
yenilənməsi;
-dam
örtüklərinin əsaslı təmiri, yumşaq dam
örtüklərinin metal-keramik örtüklərlə əvəz
edilməsi işlərinin davam etdirilməsi
-20 Yanvar
küçəsinin genişləndirilməsi, işıq
sisteminin əsaslı yenidən qurulması, ərazidəki
Güllü bağ sahəsini əhalinin istirahəti
üçün hazırlanması.
-Fasad hissələri
əsaslı təmir olunan və yeni müasir örtük
çəkilən 2 doqquz mərtəbə və 2 beş mərtəbə binada işlərin
yekunlaşdırılması nəzərdə tutulmuşdur.
Hesabat yığıncağında Prezident
Administrasiyasının məsul işçisi Əlibaba
Əliyev, millət vəkili Aydın Mirzəzadə iştirak
və çıxış etmişlər.
İlham PƏNAHOV,
Respublika.-2014.- 19
fevral.- S.4.