Tanınmış yazıçı-jurnalist Şamil Xurşud xatirələrdə

 

Bakı, fevral (AzərTAc). Bəlkə də səhərin açılması kimi bu dünyada möcüzəli heçyoxdur. Qaranlıq gecələrdə yatağımızda qovrulanda işığı nə qədər ürəkdən arzulamışıq. Hərdən adama elə gəlir ki, işıq olmasa, dünya qaranlıqda qalar. Fikirlərin, düşüncələrin qaranlığını əridən söz də işıq gücündədir. Söz insanın ruhunu oxşayanda qəlbi də işıqlanır. İnsan həmişə işıq istəyir. İşıq isə sözdədir.

Tanınmış yazıçı-jurnalist, son dərəcə səmimi insan, mərhum Şamil Xurşudu xatırlayanda onun nurani çöhrəsi gözlərimiz önündə canlanır, könlümüzə işıq düşür. Çünki o, söz adamı idi.

Şamil Xurşud (Fərzəliyev) 1934-cü ildə Ucar rayonunda dünyaya göz açmışdı. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər.

Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziyaradio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra ömrünü yazıb-yaratmağa həsr etmişdir. Təəssüf ki, yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 52 yaşında dünyasını dəyişmişdir.

Şamil Fərzəliyev  bir müddət Azərbaycan Kommunist Partiyasının (KP) Mərkəzi Komitəsində, sonra “Azərbaycan gəncləri” qəzetində və “Kirpi” jurnalında baş redaktor işləmişdir. Onun redaktorluğu vaxtında rəhmətlik Şahmar Əkbərzadə, Tofiq Mütəllibov, Əbdul Qəni, Şahin Quliyev, Aslan Kəmərli və başqaları yaradıcılıq uğurları qazanmışlar.

O, hər şeydən əvvəl, mükəmməl jurnalist idi. Kirpi” jurnalının baş redaktoru işləyəndə Mirzə Cəlil və Əvəz Sadıq ənənələrini davam etdirmiş, cəmiyyətdə baş verən mənfi hallara, nöqsanlara heç vaxt göz yummamışdı. Həmkarlarına peşə etikasına, jurnalistikanın əsas prinsiplərinə riayət etməyi, insanın şərəf və ləyaqətini, dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmağı öyrədərdi.

Şamil XurşudKirpi” jurnalında işlədiyi vaxt redaksiya əməkdaşlarından biri, hazırda həmin mətbu orqanın baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Polad Qasımovun xatirələrini oxucuların diqqətinə çatdırırıq: Onun mənfi hallara qarşı barışmaz mövqeyi vardı. Kollektivin hər bir üzvünə etimad göstərər, onların qayğısına qalardı. Yalanı, saxtalığı, ikiüzlülüyü xoşlamazdı. Ən böyük amalı bu idi ki, həyat həqiqətlərini olduğu kimi oxuculara çatdıraq. Mən onun timsalında yaxşı redaktor, alicənab insan tanıdım”.   

Şamil müəllimi yaxından tanıyanlar razılaşar ki, o, sözün əsl mənasında redaktor idi. Onun “Azərbaycan gəncləri” redaksiyasına rəhbərlik etdiyi dövrdə bu qəzet rəsmi mətbuat orqanlarının arasında ən nüfuzlusevimli nəşrlərdən biri olmuşdur. İstər bədii, istərsə də publisistik yaradıcılığında çalışırdı ki, oxucu onun yazılarından öz əməlini, fəaliyyətini düzgün istiqamətləndirmək üçün nəyisə öyrənə bilsin.

Ömrünün 30 ilini mətbuata həsr etmiş Şamil Fərzəliyevin publisistik yazıları, xüsusilə də felyetonları həmişə diqqət cəlb etmişdir. O, qələmə aldığı mövzuya, toxunduğu problemə vətəndaşlıq mövqeyindən yanaşmış, yazılarında milli ləyaqətin, mənəvi paklığın, nəcib insani keyfiyyətlərin təbliğinə üstünlük vermişdir. Bunun müqabilində isə rəzilliyi, satqınlığı, mənəvi simasızlığı həmişə ciddi tənqid atəşinə tutmuşdur.

“Azərbaycan gəncləri”ndə yeddi il Şamil müəllimlə çiyin-çiyinə işləmiş jurnalist Şakir Yaqubov yazır: “Şamil Fərzəliyev vicdanlı adam, zəhmətkeş insan, yaxşı kişi, demokratik redaktor idi”.

Dünyasını vaxtsız dəyişmiş, “Mədəniyyət” qəzetinin ilk baş redaktoru olmuş şair-publisist Şahmar Əkbərzadə Şamil Xurşudla bağlı xatirələrini belə bölüşmüşdü: “İndi bəzi obalarımızı başsız görəndə bir haray üşüdür ürəyimi: “Ona deyin, kəndə gəlsin”. Bu, Şamil vəsiyyəti idi, yaddaşımızı silkələyir”.

Ötən əsrin 50-ci illərində ədəbiyyata gəlmiş Şamil Xurşudun povest və digər əsərləri ədəbi tənqidin də diqqətini cəlb etmiş və yaradıcılığı həmişə müsbət qiymətləndirilmişdir. Bu yazıçının özünəməxsus yaradıcılıq prinsipləri olmuşdur. O, həmişə yaratdığı obrazların fərdi xüsusiyyətlərini, psixoloji aləmini açmağı, təsvir etdiyi hadisələrin mahiyyətini bitkin ifadələrlə dolğun və canlı çatdırmağı sevirdi.

Azərbaycan ədəbiyyatının “altmışıncılar” nəslinə mənsub olan yazıçı Şamil Xurşud nümunə göstəriləsi, bənzərsiz yaradıcılıq yolu keçmişdir. OnunSizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özümözün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Sakitlik olmayacaq” kitabları oxucuları indi də duyğulandırır.

Şamil müəllim görkəmli nasir, publisist olmaqla yanaşı, həm də incə zövqlü, hadisələri inandırıcı, əhatəli təhlil edən, şərh verən dramaturq idi. Onun “Sən tək deyilsən”, “Məhəbbət novellası”, “Yaz yağışı”, “Qvardiya, irəli”, “Sevinc”, “Yol ayrıcında”, Mirzə Şəfi Vazehin həyatına həsr etdiyi “Bəxtiyar deyil” səhnə əsərləri və televiziya tamaşaları bədii məzmunu, milli koloritiüslubu ilə 60-70-ci illər ədəbi mühitində daim maraqla qarşılanmışdır.

Xalq Yazıçısı Əli Vəliyevin bu fikri unudulmaz qələm sahibini tanıyanlara az da olsa təskinlik verir: “Şamil Xurşud xalqın məişətinə, adət və ənənəsinə yaxından bələd olan yazıçıdır. Onun dili aydın və səlisdir, xalq məsəlləri, ifadələri ilə zəngindir. O, klassikmüasir sənətkarlardan öyrənməyə çalışdığı kimi, xalq yaradıcılığının həmişə gur və şəffaf qaynaqlarından da bəhrələnir. Şamilin yazılarında gənclər yaşlılardan, oğullar atalardan həyatda doğru yol tutmağı, mübarizliyi, mərdanəliyi, etibar və sədaqəti əxz edir, canlarına, qanlarına hopdururlar...”.

Bu xatirəni isə Əməkdar Mədəniyyət İşçisi, yazıçı-publisist, Nahid Hacızadədən eşitdik: “Şamili tələbəlik illərindən tanıyırdım. Şəxsiyyətini qoruyan, yaradıcılığına hörmət edən qələm sahibi idi. Onun bir neçə əsəri əsasında teletamaşalar lentə alınmışdır. Heyif, həyatı da, yaradıcılığı da yarımçıq qaldı...”

Şamil müəllimi yaxından tanıyanlar, onunla birgə çalışmış həmkarları bildirirlər ki, o, kəndə bağlı olan, təbiətən xeyirxah, nəcib və əsl el adamı idi. Elə müdrik insan idi ki, hətta öz yaşıdları da ona ağsaqqal kimi baxır və hörmət edirdilər. Bir də söyləyirlər ki, o qədər sadə, təvazökar insan imiş ki, hər hansı bir məclisdə, süfrəsinin başında əyləşənlərin yarıdan çoxu adi peşə sahibləri olarmış.

İstedadlı qələm sahibi, Əməkdar Jurnalist Flora Xəlilzadə isə onu belə xatırlayır: “Belə söz sahiblərini təkcə öz əsərləri, yaradıcılıqları deyil, həm də tələbələri, ardıcılları yolunu davam etdirir. Bizdən çox-çox əvvəl bu yolu Şamil müəllim gedirdi, bizdən sonra da gələn var. Şamil Xurşudun mətbuatımızda yandırdığı işığın şöləsi əbədidir!”.

Tanınmış yazıçı-publisist Yusif Kərimovun da xatirəsi maraqlıdır: “Azərbaycan KP MK bürosunun təsdiqinə ikimiz də birgə getmişdik. Şamil müəllim “Kirpi” jurnalına, mən isə “Azərbaycan gəncləri” qəzetinə redaktor təyin olunmalı idik. O zaman bu vəzifələri ən yuxarı dairədə təsdiq edirdilər. 1981-ci ilin fevralı idi. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ikimizi də birgə qəbul etdi. Sahə jurnalistikasına aid ikimizə də çoxlu sual verdi. Şamil müəllimlə isə zarafatlaşmağı da unutmadı: “Çox qaraqabaqsan, yəni sən satirik jurnal çıxara bilərsən?” Sonra isə öz sualına özü cavab verdi: “Eşitdiyimə görə qaraqabaq adamın içərisi yumorla dolu olur...” Respublikanın rəhbəri doğru duymuşdu. Daha doğrusu, bəlkə də Şamil Fərzəliyevin yaradıcılığına bələd olduğundan belə inamla danışırdı. Çünki Şamilin yazılarında istər felyeton olsun, istər nəsr, yaxud dram əsərləri, hansını “sıxsan” gülüşzarafat yağışı yağırdı. Bəlkə də elə bu istedadına görə Şamil Xurşud 1981-ci ildən ömrünün sonunadək mətbuat aləmində ən çətin və məsuliyyətli nəşr olan satirik dərgini - “Kirpi” jurnalını hünərlə çıxardı, onu respublikamızın ən mötəbər nəşrlərindən birinə çevirdi... “.

Bütün bu deyilənlərdən sonra bu qənaətə gəlirsən ki, dünya yazana qalır. Dövran karvanını çəkib gedir. Dünyanı maddiyyatzor gücünə ovsarlayıb ovcuna yığanların o karvanla yükügedir. Özlərindən isə heç bir iz qalmır. Dünya isə Şamil Xurşud kim təzə söz deyənlərə, sözü xeyirliyə yozanlara qalır.

Yazıçı-publisist Hidayət demişkən, Şamil Fərzəliyev bu gün də yaşayır, sabah da yaşayacaq, qeyrətli övladlar, doğmalar və dostları ilə birgə oxucularının, onu tanıyan bütün insanların qəlbində yaşayacaq.

 

 Respublika.-2014.- 19 fevral.- S.6