Antikorrupsiya siyasətində güclü dövlət faktoru

 

Tarix elmlər doktoru, professor Namiq Axundovsiyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin həmmüəllif olduqları “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabı “Çıraq” nəşriyyatında yenicə çapdan çıxmışdır. Ümumiyyətlə, korrupsiyaya və rüşvətə qarşı total mübarizə müasir dövrün ən xarakterik xüsusiyyətlərindən biridir. Bu istiqamətdə respublikamızda da mühüm işlər göürülmüşgörülür, bu barədə ictimaiyyətə vaxtaşırı məlumatlar verilir.  Mövzunun aktuallığını, həmçinin geniş oxucu auditoriyasının, eləcə də bu sahədə elmi-tədqiqat işi aparanların marağını nəzərə alaraq Azərbaycan Respublikası Baş porokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin monoqrafiyaya yazdığı “Antikorrupsiya siyasətində güclü dövlət faktoru” adlı ön sözü dərc edirik.

***

Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya ən qədim vaxtlardan mövcud olmaqla bütün cəmiyyətlərə xas olan ən mürəkkəb sosial problemlərdən biridir. Korrupsiya dövlətin iqtisadi inkişafında mühüm maneə olmaqla milli sərhədləri aşaraq transmilli xarakter daşıyır, vətəndaşların dövlət təsisatlarına inamını zəiflədir.

Tarix boyu hər bir dövlətin üzləşdiyi ciddi problemlərdən olan korrupsiyaya qarşı mübarizə bu gündünya dövlətlərinin qarşısında duran başlıca vəzifələrdən biridir. Müasir dövrdə ümumi inkişaf və təhlükəsizliyə birbaşa təsir göstərən korrupsiya təkcə hamılıqla qəbul edilmiş ümumbəşəri demokratik dəyərləri deyil, həm də milli-mənəvi dəyərləri sarsıdır.

Dövlət idarəetmə sistemində şəffaflıq prinsipinin qorunması, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin genişləndirilməsi sahəsində son illər ölkəmizdə mühüm tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə ilk qətiyyətli addımlar hələ ümummilli lider Heydər Əliyev tərəfindən atılmış, hüquqi demokratik dövlət quruculuğu ilə bir araya sığmayan, mütərəqqi inkişafa əngəl olan korrupsiyaya qarşı səmərəli mübarizə istiqamətində ardıcıl işlər görülmüşdür. Korrupsiya cinayətlərinə qarşı barışmaz mübarizə Sovetlər İttifaqı məkanında da ilk olaraq məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda başlanılmışdır. Ulu öndər hələ sovet dövründə korrupsiya və rüşvətə qarşı, eləcə də onun yaratdığı inamsızlığa, haqsızlığa, pozulmuş insan hüquqlarına qarşı... “Qoy Ədalət Zəfər Çalsın!” prinsipini irəli sürmüşdür.

Ulu öndərin 1993-cü ildə xalqın təkidi, tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bu istiqamətdə daha qətiyyətli tədbirlər görülmüş, “Cinayətkarlığa qarşı mübarizənin güclənməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Fərman verməklə mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə sahəsində konkret istiqamətlər müəyyənlişdirilmiş, kəsərli qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda verilmiş fərman və sərəncamların icrası istiqamətində görülən tədbirlər korrupsiyaya qarşı mübarizə işində çox mühüm rol oynamış, 2000-ci ildən etibarən bu mübarizə tamamilə yeni müstəviyə qaldırılmış, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” 8 iyun 2000-ci il tarixli fərmanı ilə Avropa məkanına sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğunu uğurla davam etdirərək korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyasını daha da genişləndirmişdir. Korrupsiyanı hər bir dövlətin sosial-iqtisadi inkişafını əngəlləyən buxov hesab edən cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk vaxtlardan bu ümumbəşəri bəlaya qarşı səmərəli tədbirlərə başlamış, 13 yanvar 2004-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu imzalamışdır.

Korrupsiya ilə mübarizə sahəsində kompleks tədbirlər görülərək Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün dövlət proqramı, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya” həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün fəaliyyət planı müvəffəqiyyətlə icra edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar —Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyası və prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi təsis edilərək fəaliyyətə başlamışdır.

Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşularaq Avropa Şurası tərəfindən qəbul edilmişkorrupsiya ilə mübarizədə beynəlxalq nəzəriyyə və təcrübəni özündə əks etdirən “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və BMT-ninKorrupsiya əleyhinə” Konvensiyaları ratifikasiya edərək onların milli qanunvericiliyə implementasiyası həyata keçirilmişdir.

Dövlət başçısı cənab İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini bir daha nümayiş etdirərək 05 sentyabr 2012-ci il tarixdə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planı” və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair sərəncam imzalamış, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ-hüquqi bazanın və  institusional mexanizmlərin təkmilləşdirilməsi əsas hədəflər kimi müəyyənləşdirilmişdir.

Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin ediilməsi məqsədilə yaradılmış prokurorluq orqanları ilə vətəndaşların qarşılıqlı ünsiyyətinin asan və səmərəli forması olan “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti daha da təkmilləşdirilmiş, eyni zamanda Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat axtarış səlahiyyətlərinin verilməsindən sonra patent xarakterli korrupsiya cinayətlərinin aşkar edilməsi istiqamətində tədbirlər daha da gücləndirilmişdir.

Vətəndaşlara xidmət və sosial İnnovasiyalar üzrə Dövlət Agentliyionun tərkibində “Asan xidmət” mərkəzlərinin yaradılması mühüm antikorrupsiya tədbirlərindən biridir. Bu mərkəzlər vətəndaşlara qısa müddət ərzində vahid məkandan keyfiyyətli, rahat, heç bir korrupsiyaya digər neqativ hallar olmadan dövlət xidmətlərini göstərir.

Şübhəsiz, hər bir dövlət yeni yüzillikdə korrupsiyaya qarşı mübarizə istiqamətində mütərəqqi formametodlardan istifadə etməyə can atır. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev şəffaflığın təmin edilməsinin əhəmiyyətli element olduğunu xüsusi vurğulayaraq bildirmişdir ki, korrupsiyaya qarşı mübarizənin əsas vasitələrindən biri kimi səmərəli və çevik idarəçilik, iqtisadi inkişaf, sosial rifahın yüksəldilməsini, dövlət orqanlarına ictimai etimadın artırılmasını ehtiva edən şəffaflıq çıxış edir.

Ümumiyyətlə hər bir ölkənin iqtisadi inkişafı dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təhlil olunurobyektiv   faktlara   əsaslanan   bu   təhlillər   sübut   edir  ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir.

Təsadüfi deyil ki, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından olanTransparensy İnternational”ın təqdim etdiyi 2013-cü ilin Korrupsiya qavranma indeksində Azərbaycan keçən illə müqayisədə xeyli, yəni 12 pillə irəliləmiş, eyni zamanda ölkəmizin qiymətləndirmə balı 27-dən yüksələrək 28 olmuşdur. Ümumən ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir və Azərbaycanın indeksə daxil edildiyi 2000-ci ildən başlayaraq ilk dəfə belə yüksək nəticə qeydə alınmışdır.

Əldə edilmiş nailiyyətlərin əsası kimi beynəlxalq mexanizmlərin uğurlu tətbiqi, mötəbər beynəlxalq qurumlarla əməkdaşlıq xüsusi qeyd edilməlidir. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ilin oktyabr ayında keçirilən andiçmə mərasimində bu xoşagəlməz halın Azərbaycandan götürülməsi üçün çox güclü siyasi iradə olduğunu bəyan edərək fəaliyyətinin prioritet istiqaməti olan korrupsiyaya qarşı səylərini bundan sonra da davam etdirəcəyini və bu mübarizənin ümumxalq işi olduğunu bir daha vurğuladı. Bu, mübariz çağırış olmaqla, həm də korrupsiyaya qarşı aparılan ardıcıl mübarizədə dövlət başçısının öz xalqına olan inam və etibarının təzahürüdür. Bu baxımdan son illər dövlət həyatının bütün sahələrinə əhəmiyyətli təsir elementi kimi dövlət başçısının ümumxalq işi elan etdiyi   korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının üzərinə məsuliyyətli bir yük düşür.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığın qurulmasına mühüm önəm verilir. Bu əlaqələrin təzahürü kimi 31 may -02 iyun 2007-ci il tarixlərdə Bakı şəhərində “Transperensy international” təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə illik regional görüşü, 15 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə Komissiyası, baş prokurorluğunkorrupsiyaya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forumuKorrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə şəbəkə arasında imzalanmış anlaşma memorandumu xüsusi qeyd olunmalıdır. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının səmərəli dialoqunun qurulması Dövlət başçısının korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi siyasətin daha səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasında ilk qeyri-hökumət təşkilatlarından olan Korrupsiyaya Qarşı Mübarizə Fondu korrupsiyaya qarşı mübarizənin önündə getməklə mühüm və dəqiq mövqe nümayiş etdirir. Fondun vətəndaşların antikorrupsiya maarifləndirilməsi, onlarda korrupsiyaya dözülməz münasibətin—vətəndaş mövqeyinin formalaşması üçün səyləri təqdirəlayiqdir.

Təhlillər göstərir ki, dünyada hər il korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunan yüzlərlə vəsait nəşr olunur. Korrupsiyaya Qarşı Mübarizə Fondunun (direktoru professor Namiq Axundov) təşəbbüsü ilə hazırlanaraq geniş oxucu auditoriyasının müzakirəsinə təqdim edilən bu kitab qədim tarixə və dövlətçilik ənənələrinə malik Azərbaycanın məhz korrupsiyaonun geniş yayılmış növlərindən olan rüşvətə qarşı mübarizə aparan ilk dövlətlərdən biri olduğu barədə məlumatlandırır. Ümid edirik ki, bu nəşr hüquqi maarifləndirmə baxımından atılmış növbəti addım olmaqla korrupsiyaya qarşı mübarizə sahəsində yazılmış kitablar sırasında layiqli yerini tutacaqdır.

 

 

Respublika.-2014.- 19 fevral.- S.6.