Abadmüasir yollar ölkəmizin inkişafı üçün vacib amildir

 

Müstəqil Azərbaycan sürətli dinamik inkişaf yolunda inamla irəliləyərək, nəinki regionun lider dövlətinə çevrilmiş, həm dünya miqyasında böyük nüfuz qazanmış, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü iştirakçısı kimi tanınmış, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təminatçıları sırasında öz yerini tutmuşdur. Ölkə həyatının bütün sahələrini əhatə edən yeniləşmə və müasirləşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir. Son on il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır ki, bu da bənzəri olmayan inkişaf tempi kimi bütün dünyanın diqqətini cəlb etmişdir. İctimai sabitlikdüşünülmüş siyasət - milli inkişafımızı təmin edən zəruri amillərdir.

 Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi inkişafda, mədəni-mənəvi yüksəlişdə əldə etdiyi bütün nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla gerçəkləşdirilən mükəmməl strategiya, xaricidaxili siyasət dayanır.

Ölkə iqtisadiyyatının lokomotivlərindən olan yol-nəqliyyat kompleksində, o cümlədən avtomobil yolları sektorunda baş vermiş köklü dəyişikliklər və misilsiz inkişaf da bu strategiyadan, bu siyasətdən qaynaqlanır.

Ulu öndər Heydər Əliyev avtomobil yollarının ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu sektorda islahatların aparılmasını daim diqqədə saxlayırdı. Məhz onun uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində yol təsərrüfatının idarə olunmasında məqsədyönlü fəaliyyəti təmin etmək üçün struktur dəyişikliklər aparıldı. 5 avqust 1998-ci ildə Nəqliyyat Nazirliyi təsis edildikdən sonra, 23 iyun 2003-cü ildə nazirliyin tabeliyində “Yolnəqliyyatservis” Departamenti yaradıldı. Eyni zamanda, respublikayerli əhəmiyyətli avtomobil yolları Departamentin balansına götürülərək, tabeliyinə verilən Yol İstismar İdarələrinin fəaliyyəti genişləndirildi. Beləliklə, nəqliyyat infrastrukturunun tərkib hissəsi olan yol təsərrüfatının inkişaf yolundakı maneələr dəf edildi.

Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” - ulu öndərin bu sözləri onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASEKA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsində ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətinin və qətiyyətinin əvəzsiz rolu olmuşdur. 1998-ci ilin sentyabrında Heydər Əliyevin təşəbbüsü ilə “Tarixi İpək yolunun bərpasına həsr olunmuş Beynəlxaq Konfrans”ın məhz Bakıda keçirilməsi, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çox mühüm sənədin imzalanması respublikamızın geostratejicoğrafi əhəmiyyətini daha da artırdı.

Bu gün qürur hissi ilə deyə bilərik ki, ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən və yeni dövrün çağırışlarına uyğun olaraq onu daha zənginləşdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemlikompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Ölkənin regionlarında, eləcə də paytaxt Bakıda vəziyyət kökündən dəyişmiş, paralel olaraq imzalanan sərəncamlar sözügedən sahənin yeniləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır. Ölkə başçısının 22 fevral 2007-cı il tarixli sərancamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 22 fevral 2007-ci il tarixli sərəncamına görə, Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində “Azəryolservis” ASC yaradıldı. Bununla da Azərbaycanın yol təsərrüfatında yeni mərhələ başlandı. Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər infrastrukturun müasirləşdirilməsinə səbəb oldu.

Əvvəllki illərlə müqayisədə yol infrastrukturu, demək olar ki, çox dəyişib. Bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən işlərin gedişatı ilə maraqlanır, açılış mərasimlərində şəxsən iştirak edir.

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidənqurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Son illərin göstəricilərinə nəzər saldıqda statistik rəqəmlər də son 10 ildə müsbət dəyişikliklər baş verdiyini bir daha təsdiqləyir.

Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902, 2013-cü ildə isə 19000 kilometrə çatdırılıb ki, bunun da 17529 kilometri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin balansındadır.

Son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt-beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidənqurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 kilometr olub. Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpüyolötürücüsü tikilib.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyunca Bakıdan Gürcüstan ilə sərhədədək 513 kilometrlik hissəsində işlər Nəqliyyat Nazirliyi tərəfindən uğurla davam etdirilib. Ölkə başçısı İlham Əliyevin respublikaya rəhbərliyə başladığı vaxtdan etibarən sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidən qurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda 2-ci texniki dərəcəli, 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Bakıdan Gürcüstan ilə sərhədədək tikintinin intensiv aparıldığı magistralın artıq 312,5 kilometrlik 2-ci texniki dərəcəli, 209 kilometrlik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilib. Hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olmaqla ölkənin Şimal hissəsində yerləşir. Hərəkətin intensiv olduğu bu magistral Bakını Rusiya dövlət sərhədi ilə birləşdirir. Ümumi uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometr hissəsi asfalt-beton, 16-134 kilometr hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 poqonmetr olan körpünün tikintisi işləri başa çatdırılıb. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 kilometr) 4 zolaqlı hərəkət üçün asfalt-beton örtüklü olmaqla yeni trassa üzrə tikintisi işləri hazırda həyata keçirilir.

Digər strateji əhəmiyyətli arterial nəqliyyat dəhlizi olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 kilometrlik sahəsi, nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlıyadək, Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Bulaqlı hissələri ölkə başçısının iştirakı ilə istifadəyə verilib.

Bundan əlavə, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulması üzrə işlərin 80 faizi yerinə yetirilib. Uzunluğu 41,4 kilometr olan yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 kilometrə qədər qısaldacaq.

Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan başlıca vəzifələrdən biri yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olub. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: “Müasir infrastrukturyol olmadan iqtisadi inkişaf mümkün deyil”. Bunun nəticəsidir ki, “Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilib.

Bu çərçivədə həyata keçirilən bütün işlər ölkə Prezidenti İlham Əliyevin həmişə diqqət mərkəzində olub. Cənab Prezident son illər dəfələrlə bölgələrə səfər edib, respublikayerli əhəmiyyətli yolların yenidən qurulması, həttə ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar verib. Yerinə yetirilən konkret tədbirlərin fonunda Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

Gündən-günə, aydan-aya müasirləşən, dünyanın ən gözəl şəhərinə çevrilən paytaxt Bakı şəhərində nəqliyyatın intensivliyinin artması vaxtilə küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Belə ki, insanlar hər gün meydana gələn nəqliyyat tıxaclarında vaxtlarının çox hissəsini itirməli olurdu. Həlli vacib olan digər məsələlərlə yanaşı, nəqliyyat sisteminin fəaliyyətinə təsir edən bu problem də ölkə başçısı İlham Əliyevin diqqətindən yayınmadı. Dövlət başçısı nəqliyyat tıxaclarının ən çox yarandığı yerlərdə vəziyyətlə tanış olduqdan sonra məsələnin həllinə böyük diqqət və həssaslıqla yanaşaraq bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqramın hazırlanması tapşırığını verdi. Beləliklə, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üçün Tədbirlər Planı təsdiq edildi və nəzərdə tutulan işlər ardıcıllıqla həyata keçirildi. Nəqliyyatın intensiv olduğu ərazilərdə yol qovşaqlarının və piyada keçidlərinin tikintisi, nəhayət, öz nəticəsini verdi. 2006-cı il dekabr ayının 22-də Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, onun ardınca Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişməsində inşa olunan yolötürücüləri ölkə başçısının iştirakı ilə istifadəyə verildi. Açılış mərasimində iştirak edən ölkə başçısı yolötürücülərinin müasir standartlara cavab verdiyini vurğuladı.

Ötən müddət ərzində Bakı şəhərində 60-dan artıq yolötürücüsünün, tunelin istismara verilməsi nəqliyyat sistemində gərginliyi xeyli yüngülləşdirməklə yanaşı, paytaxtın simasına da möhtəşəmlik gətirib. Milli memarlıq ənənələri və müasir texnologiyalar əsasınada inşa olunan, cəlbedci görkəmə malik bu qurğular Prezident İlham Əliyevin nəqliyyat sahəsindəki məqsədyönlü siyasətinin real nəticəsidir.

Bakı şəhərində və ümumilikdə Abşeron yarımadasında avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən qəza hallarının dinamikası son illərədək ciddi narahatlıq doğururdu. Paytaxtın müxtəlif yerlərində piyadaların təhlükəsiz hərəkətini təmin edən keçidlərin olmaması, mövcud 10-a yaxın keçidin bərbad vəziyyətə düşməsi bu problemi daha da kəskinləşdirirdi. Bu baxımdan dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamlarının icrası, əsasən, piyadaların və nəqliyyatın sıx olduğu ərazilərdə yeraltı yerüstü piyada keçidlərinin tikintisinə başlanıldı. Sərəncamın icrası istiqamətdə atılan ilk addım 2006-cı ilin dekabr ayının 22-də Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində, eyni zamanda, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində inşa olunan piyada keçidlərinin açılışı olub.

Son bir neçə il ərzində Bakı şəhərində mövcud 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilərək paytaxt sakinlərinin istifadəsinə verilib. Xüsusi zövqlə inşa edilmiş keçidlər piyadaların rahatlığına və təhlükəsiliyinə şərait yaratmaqla yanaşı, özünün memarlıq elementləri və müasir görkəmi, zəruri avadanlıqlarla təchizatı baxımından da diqqəti cəlb edir.

Bu gün əminliklə deyə bilərik ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası nəticəsində paytaxtın yol infrastrukturundakı çətinliklər çoxdan arxada qalıb. Avtomobil yol infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi yönündə ardıcıl tədbirlər bu gündavam etdirilməkdədir.

Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən yollar, prospekt və küçələrin ümumi uzunluğu 1525 kilometrdir. 2008-2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidənqurulan və təmir olunan yolların uzunluğu 703,3 kilometr olub. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zıg dairəsi-Hava Limanı, Böyükşor dairəsi-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Baki-Ələt yolunun 2-6 kilometr, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissələri, Zabrat-Maştaga-Buzovna, Zıg dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala qəsəbəsinə gedən və digər yollar, prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradıb.

2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəzərdə tutulan işlər artıq çoxdan müəyyən olunub. Şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, yarış günlərində maneəsiz və fasiləsiz hərəkəti təmin etmək üçün Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq, mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə qarşımızda konkret vəzifələr qoyulmuşdur. Nəzərdə tutulan işlərin vaxtında yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün artıq bütün imkanlar səfərbər edilib.

Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında bu sahənin inkişafı önəmli yer tutur.

“Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, - deyən ölkə başçısı İlham Əliyev son10 il ərzində 180 dəfəyə yaxın avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində iştirak edib, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verib. Dövlətimizin başçısının 20 fevral 2008-ci il tarixli sərəncamı ilə 22 fevralın - Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramı günü kimi təsis edilməsi taleyini bu vacib və gərəkli sahəyə bağlamış insanların zəhmətinə verilən dəyərin bariz ifadəsidir. Ölkəmizin avtomobil yollarına xidmət edən çoxsaylı əmək kollektivlərimiz bu bayramı böyük ruh yüksəkiliyi ilə, ölkə rəhbərinə dərin minnətdarlıq hissi ilə qeyd edirlər. Belə əvəzsiz diqqət və qayğıya cavab olaraq onlar bundan sonra da ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak edəcəklər.

 

Cavid QURBANOV,

Azəryolservis” ASC-nin sədri,

Milli Məclisin deputatı.

Respublika.-2014.- 22 fevral.- S.2.