Yeniləşən İsmayıllı daha gözəl görünür

 

Bura hər dəfə yolum düşəndə yeniliyin şahidi oluram. Ya yeni bir yaraşıqlı bina tikildiyini, ya da yol çəkilib, əsaslı təmir, tikinti-bərpa işləri aparıldığını, yaşıllıqlar salındığını görürəm. Bir sözlə, açıq-aydın hiss olunur ki, qoynuna sığındığı dağlar kimi vüqarlı, əzəmətli olan İsmayıllı hər gün yeniləşir və yeniləşdikcə daha da gözəlləşir. Bunun isə yeganə səbəbi regionların sosial-iqtisadi inkişafına dövlət qayğısının artması və bu qayğılardan yetərincə bəhrələnən, düzgün, məqsədyönlü istiqamət götürən İsmayıllı Rayon İcra Hakimiyyətində sağlam, işgüzar, təşəbbüskar əhval-ruhiyyə yaradılmasıdır. Sağlam köklər üstündə olan dinamik inkişaf, qazanılan uğurlar barədə ötən ilin yekunları, 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında geniş söhbət getdi. Rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun hesabat məruzəsində qeyd olundu ki, İsmayıllı hesabat dövründə neçə-neçə illərin gücünə bərabər inkişaf yolu keçmiş, respublikanın sayılıb-seçilən rayonları sırasında öz layiqli sözünü demişdir.

2013-cü ildə İsmayıllı iqtisadi, sosial, mədəni baxımdan ölkənin sürətli inkişafına qoşulmuşdur. Avqust ayının 14-də Prezident İlham Əliyevin İsmayıllıya etdiyi səfər vətəndaşların yaddaşında unudulmaz hadisə olaraq qalıb. Səfər zamanı cənab Prezident rayonda gedən genişmiqyaslı tikinti-quruculuq və iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış olmuş bir sıra obyektlərin açılışında iştirak etmiş, rayonu inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq və quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə dəyərli tövsiyə və tapşırıqlar vermişdir.

Rayonun sosial-iqtisadi inkişafı və İsmayıllı şəhərində tikinti-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 15 avqust 2013-cü il tarixli sərəncamla Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan 2 milyon manat vəsait və digər maliyyə mənbələri hesabına rayonda tikinti-abadlıq, quruculuq işləri geniş miqyas almış, infrastrukturun yeniləşməsi sahəsində müsbət addımlar atılmışdır.

Hesabat ilində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” başa çatmışdır. Dövlət Proqramında nəzərdə tutulan 17 tədbirdən 11 tədbirin icrası tam, 4 tədbirin icrası qismən təmin olunmuşdur. 2013-cü ildə yaşayış evləri, inzibati binalar, yollar tikilmiş, bəziləri əsaslı təmir olunmuşdur. Şəhər ərazisində bütün kommunikasiya, daşıyıcı elektrik xətləri yeniləşdirilir, yeraltı qaz xətləri üzə çıxarılır. Küçələrin səki daşları dəyişdirilir, səkilərə yeni üzlük daşlar döşənir. Ümumilikdə 12 min 556 kvadratmetr yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da 2013-cü illə müqayisədə 10,5 dəfə çoxdur. Vətəndaşların müraciətləri nəzərə alınmaqla Heydər Əliyev prospektində və H.Zərdabi küçəsində 240 və 150 yerlik xeyir-şər evləri tikilmiş, Ə.Ələkbərzadə küçəsində yeni avtovağzal inşa edilmişdir. İvanovka kəndində sutkalıq gücü 16 ton olan çörək zavodu, Simağallı kəndində 1,8 meqavat gücündə su-elektrik stansiyası tikilmişdir. İsmayıllı şəhərində tikiş fabriki istifadəyə verilmişdir. Hazırda fabrikdə 50 nəfər işçi çalışır. Lahıc qəsəbəsi və İvanovka kəndinin hər birində 15 çarpayılıq kənd sahə xəstəxanası, Tircan, Topçu kəndlərində həkim məntəqəsi tikilərək müasir tibbi avadanlıqlarla təchiz olunub istifadəyə verilmişdir.

Məktəb tikintisi sahəsində də xeyli uğurlu irəliləyişlər olmuşdur. Müdri və I Yeniyol tam orta məktəbləri və Mücü kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik, Pirədilqasım ibtidai məktəbi üçün 40 şagird yerlik bina tikilərək şagirdlərin ixtiyarına verilmişdir. Burada yeni infrastruktur layihələrinin icrasında yalnız büdcədə nəzərdə tutulmuş vəsaitlə kifayətlənmir, inkişaf etmiş xarici dövlətlərin, beynəlxalq maliyyə qurumlarının, qeyri-hökumət təşkilatlarının, imkanlı adamlarının dəstəyindən də istifadəyə diqqət verilir. Üç ildən artıqdır ki, Yaponiyanın İto şəhəri ilə rayon arasında dostluq, qardaşlıq əlaqələri yaranmışdır. Bu münasibətlərin nəticəsi olaraq Azərbaycanda ilk dəfə İsmayıllıda “Yapon bağı” salınmış, həmçinin Yaponiya dövlətinin dəstəyi ilə Ruşan, Buynuz kəndlərində məktəb, Zoğallıq kəndi və İsmayıllı şəhərində uşaq bağçası, Qalaçıq kəndində həkim məntəqəsi tikilib istifadəyə verilmişdir. Yaponiya nümayəndə heyəti rayonda dəfələrlə olmuş, 20 noyabr 2013-cü il tarixdə isə RİH-in nümayəndə heyəti İto şəhərinə səfər etmiş, noyabrın 22-də Azərbaycanın İsmayıllı və yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmışdır. Dövlət səviyyəsində edilən bu səfərin iştirakçıları Yaponiyayaponlar barədə ən yüksək fikirlərlə geri qayıtmışlar. Səfərin yekunları ilə əlaqədar 7 dekabr 2013-cü il tarixdə rayonda fəallar yığıncağı keçirilmiş, qardaşlaşmış şəhərlərin birgə həyata keçirəcəyi tədbirlər, görüləcək işlər müəyyənləşdirilmişdir. İsmayıllı ilə İto şəhəri arasındakı dostluq və qardaşlıq əlaqələri davam etdirilir. Bu əlaqələr təhsil və turizm sahəsində də inkişaf etdiriləcəkdir.

Rayonda yol infrastrukturunun yeniləşməsi, təmiri və bərpası istiqamətində də əsaslı işlər görülmüş, bir sıra layihələrin icrası başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılmış maliyyə vəsaiti ilə İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, yola 30 kilometrə yaxın asfalt örtük vurulmuşdur. Qaraməryəm-İsmayıllı-Şəki yolunun 26-cı kilometr hissəsi əsaslı təmir olunmuşdur. Kəndarası yolların təmiri və bərpası istiqamətində Sumagallı-Qalaçıq yoluna asfalt örtük vurulmuşdur. Basqal-Sulut avtomobil yolunda qəzalı vəziyyətdə olan körpünün yerində 32 metr uzunluğunda yeni dəmir-beton körpü tikilmişdir. Şəhərdaxili yolların abadlaşdırılması və yenidən qurulması sahəsində də xeyli işlər görülmüşdür. Heydər Əliyev prospektində əvvəlkindən fərqli, müasir arxitekturadizayn işlərinin həyata keçirilməsinə başlanmışdır. M.Orucov küçəsi başdan-başa yeniləşmişdir. Ümumilikdə 2013-cü ildə küçə və yolların 60 min kvadratmetrdən çox hissəsinə asfalt-beton örtük vurulmuşdur.

Bu il cənab Prezidentin sərəncamı ilə ayrılmış vəsait hesabına İsmayıllı-Göytəpə-Ruşan-Qalıncaq yolu da sakinlərin istifadəsinə veriləcəkdir. Rayon mərkəzində yaşayış evlərinin və inzibati binaların inşası davam etdirilmişdir. Rayon Polis şöbəsi, Access Bankın rayon şöbəsinin binası tikilib istifadəyə verilmişdir. Nizami küçəsində beşmərtəbəli iki yaşayış binasında, Q.Aslanov küçəsindəki 140 yerlik uşaq bağçasında, “Zamin Bank”ın binasında, Qalıncaq kənd orta məktəbi üçün 360, Şəbiyan kəndində 80 şagird yerlik məktəb binasında inşaat işləri davam etdirilmişdir. İsmayıllı şəhərində müasir tələblərə cavab verən Cüdo mərkəzi tikilmişdir. Əvvəlki ildə icrasına başlanan Milli Su Təchizatı Kanalizasiya Xidmətləri üzrə ikinci layihə əsasında şəhərin su-kanalizasiya sistemində tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Mərkəzi xəstəxanada, rayon mədəniyyət mərkəzində əsaslı təmir işləri davam etdirilir.

2014-cü ildə icra ediləcək layihələrlə İsmayıllını müasir abad bir məkana çevirmək qarşıya qoyulur. Cari ildə görkəmli oftalmoloq alim Zərifə Əliyeva adına park, onun ətrafı, qala divarları əsaslı surətdə yenidən qurulacaq, ona müasir milli görkəm veriləcək. Həmçinin rayonda Əbdülhəsən Ələkbərzadə, Nizami Səmədov küçələrinin yenidən qurulmasına başlanmışdır. İsmayıllı Dövlət Humanitar Texnologiya Kolleci üçün bütün infrastruktura malik binanın, velosiped istehsalı zavodunun, tikinti istehsal müəssisəsinin inşasına başlanacaqdır. Hazırda onların layihələşdirilməsi maliyyə-smeta sənədlərinin hazırlanması prosesi gedir. Bazar iqtisadiyyatının özəl sektoru, sahibkarlıq fəaliyyətinin inkişafı ölkədə iqtisadi siyasətin əsasını təşkil edir. 2013-cü ildə sahibkarlar tərəfindən çoxsaylı ticarət obyektləri, çörək zavodu, istirahət mərkəzləri, xalça ayaqqabı emalatxanaları, fermer təsərrüfatları, arıçılıq təsərrüfatları sair sahələr yaradılmışdır. Rayonda orta kiçik ticarətyönümlü sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artmış, bu fəaliyyət sahələrinə meyil güclənmişdir. Kürdmaşı kəndindəİsmayıllı Şərab - 1” ASC-nin şərab zavodu yenidən qurularaq istehsala başlanmışdır. Burada yüksək standartlara cavab verəcək şərab, konyak məhsulları ilə bərabər, şirə sexi müxtəlif çeşiddə məhsul istehsal edəcəkdir. Müəssisədə 34 nəfər işçi fəaliyyət göstərir.Quşçuluq” ASC- 2013-cü ildə 462 ton quş əti 1 milyon 243 min ədəd damazlıq yumurta istehsal edilmişdir. Broyler quşçuluq təsərrüfatının inkişafı ilə əlaqədar illik istehsal gücü 240 min baş  olan daha bir müəssisə – “İsmayıllı quşçuluqmüəssisəsi fəaliyyətə başlamışdır. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kənd təsərrüfatının inkişafıdır. Kənd təsərrüfatının təşkili idarə olunması təkmilləşdikcə əldə olunan nəticələr yüksəlir. Yekun rəqəmlər deyilənləri aydınlığı ilə üzə çıxarır. Qeyd edək ki, bu sahədə məhsul istehsalının ümumi həcmi 68 milyon 406 min manatlıq olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 9,3 faiz çoxdur. Rayonda iki yeni toxumçuluq təsərrüfatı yaradılmışdır.

2013-cü il ərzində heyvandarlığın inkişafına da diqqət artmışdır. Keyvəndi kəndində adamı tərəfindən 1500 başlıq iri heyvandarlıq kompleksinin tikintisinə başlanmış, tutumu 400 baş olan bir tövlənin tikinti-quraşdırma işləri başa çatdırılmış, ofis xidmət personalı üçün yaşayış binası tikilib istifadəyə verilmişdir.  Kompleksə may ayında Hollandiyadan yüksək məhsuldarlığa malik cins mal-qara gətiriləcəkdir.

Azərbaycan RespublikasındaÜzümçülüyün inkişafı Dövlət Proqramıilə əlaqədar keçən il 28 hektar sahədə yeni üzüm bağı salınmış, üzüm bağlarının sahəsi 859 hektara çatdırılmışdır. Yeni meyvə bağlarının salınması sahəsində ardıcıl aparılmış, ötən il mövcud bağlara 32 hektar yeni bağ əlavə olunmuşdur. Sosial sahədə ölkədə aparılan siyasət 2013-cü ildə uğurla davam etdirilmişdir. Əmək Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2013-cü ildə 1014 ailənin 3419 üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur. Orta aylıq pensiya məbləği ilin əvvəlində olan 139,67 manatdan 158 manata çatdırılmışdır. İl ərzində DSMF İsmayıllı Rayon Şöbəsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin torpaq mülkiyyətçilərin sosial sığortaya cəlb olunması daha da gücləndirilmişdir. 62 hüquqi şəxs, 712 fiziki şəxs 1011 nəfər pay torpaq mülkiyyətçisi uçot qeydiyyatına alınmışdır.

Dinlənilən məruzə çıxışlarda belə bir yekdil fikir vurğulandı ki, rayonun sosial-iqtisadi həyatının gündən-günə yaxşılaşdırılması ismayıllılılarda vətənə, torpağa məhəbbət hisslərinin, dövlətə, dövlətçiliyə sədaqətlərinin daha da gücləndirilməsinə sanballı təkan verir. Bu gün nəinki burada yaşayanlar, həmçinin İsmayıllıda doğulub boya-başa çatan, lakin indi uzaq-uzaq ünvanlarda yaşayan ismayıllılılar doğma rayonlarının həyatı ilə yaxından maraqlanır, onun daha da çiçəklənməsinə öz töhfələrini verməyə can atırlar.

Hesabat yığıncağında Milli Məclis üzvü Novruzəli  Aslanov, Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış etdilər.

Milli Məclisin üzvü Ərəstun Cavadov hesabat yığıncağında iştirak etdi.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

Rasim AMANOV,

Respublika.-2014.- 22 fevral.- S.7.