Saatlı: il-ildən uğurlu gəlir

 

Araz boyunda yerləşən Saatlı rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Rayon sözün əsl mənasında ildən-ilə hamının gözü qarşısında dəyişib gözəlləşir, burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastuktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, güzəranı müasir tələblərə cavab verir. 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqlarda bütün bu deyilənlər barədə ətraflı müzakirələr aparıldı. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hesabat məruzəsində göstərdi ki, sürətli sosial-iqtisadi inkişaf, mühüm uğurlartarixi nailiyyətlərlə zəngin olan növbəti bir ilibaşa vurduq. Yola saldığımız 2013-cü ilin ən önəmli hadisəsi ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, çağdaş tariximizin böyük dövlət və siyasi xadimi cənab İlham Əliyevin növbəti prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi olmuşdur.

 İcra başçısı dedi ki, yola saldığımız 2013-cü il Saatlı rayonu üçün əlamətdar olmuşdur. Sevindirici haldır ki, ötən il istifadəyə verilən obyektlərin açılışında cənab Prezident şəxsən özü iştirak etmiş, rayonumuzun sakinləri dövlətimizin və xalqımızın həyatında tarixi bir hadisə olan prezident seçkiləri ərəfəsində dövlət başçısını qarşılamışlar. Mən yığıncaq iştirakçıları və bütün rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Saatlı rayonuna göstərdiyi yüksək diqqətə və qayğıya görə dərin təşəkkürümü və minnətdarlığımı bildirir, Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətində möhkəm cansağlığı və uğurlar arzulayıram.

Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində Saatlı rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. Bu, əlbəttə rayon sakinlərinin həyatında da aydın görünür. Yəni bütün ölkəmizdə demoqrafik vəziyyətin müsbət dinamikası rayonda əhali sakinliyinə, həyat şəraitinin daha da yüksəlməsinə geniş imkanlar yaratmışdır. Yaxşı haldır ki, ilin sonuna yaxın rayonumuzda Quliyev Elsevər Xanlar oğlunun ailəsində yüz mininci sakin dünyaya gəlmişdir. Həmin ailəyə rayon İcra Hakimiyyəti tərəfindən 1000 manat məbləğində sevinc hədiyyəsi kimi pul verilmişdir. Bununla da Saatlı 100 mindən yuxarı əhalisi olan rayonlar sırasına daxil olmuşdur. Bir sözlə, həyat səviyyəsinin yüksəlməsinin nəticəsidir ki, ötən 10 il ərzində əhalinin sayı 13800 nəfər artaraq 01 yanvar 2014-cü il tarixə 100201 nəfər olmuşdur.

Ötən müddət ərzində iqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır. Rayonun 2013-cü ildəki sosial-iqtisadi göstəriciləri bunun əyani təzahürüdür.

Hesabat dövründə şəhərin Heydər Əliyev prospektinin, digər küçə və meydanların abadlaşdırılması sahəsində işlər davam etdirilmişdir. Eyni zamanda şəhər mərkəzində yerləşən ictimai yaşayış binalarında təmir işləri görülmüş, fasad hissələr müasir görkəmə gətirilmiş, “Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 may 2011-ci il tarixli sərəncamına uyğun olaraq Olimpiya İdman Kompleksi tikilmişdir. 4 hektar ərazisi olan kompleksdə idmançılar üçün hər cür şərait yaradılmış və hazırda layihədə nəzərdə tutulan bir sıra işlərin icrası davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin “Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 16 iyul 2013-cü il tarixli sərəncamına əsasən 44 min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən, 21,0 kilometr uzunluğu olan Qarayevkənd-Smadakənd yerli əhəmiyyətli avtomobil yolunun tikintisi aparılmışdır. Ümumilikdə bu yolun Hacıqabul-Bəhramtəpə magistral avtomobil yoluna qədər olan məsafəsi 23,2 kilometrdir ki, bundan 21,0 kilometri Saatlı rayonu, 2,2 kilometri isə Sabirabad rayonunun ərazisidir. Yolun rayon ərazisinə düşən 11,0 kilometriSabirabad rayonu ərazisinə düşən 2,2 kilometri tikilərək ötən il istifadəyə verilmişdir.

Saatlı şəhərində mühüm işlərdən biri də qısa müddət ərzində rayon şəhidlərinin barelyeflərini əks etdirən “Şəhidlər” abidəsinin və 31 Mart – Azərbaycanlıların soyqırımı abidəsinin ərazisini birləşdirməklə 2,0 hektar sahədə Bayraq Meydanı Kompleksinin yaradılması olmuşdur. Kompleksin ərazisində Bayraq qülləsi ucaldılmış, Bayraq Muzeyi tikilmiş, tariximüasirliyi özündə əks etdirən, eyni zamanda dövlət atributlarını tərənnüm edən ümumi kompozisiya şəklində tikinti-abadlıq işləri görülmüş, yaşıllaşdırma işləri aparılmış, gəzinti və istirahət yerləri yaradılmışdır.

Abadlıq və ekoloji tədbirlər sırasında Saatlı şəhəri ərazisində yerləşən gölməçənin qurudulması ilə əlaqədar aparılan işlər hazırda davam etdirilir. Rayonda həmçinin ənənəvi iməciliklər davam etdirilərək il ərzində 50 min ədədə yaxın ağac əkilmişdir.

İcra başçısı öz məruzəsində rayondakı bir sıra məktəblərin tikintisinin başa çatdırılması, bir sıra məktəblərdə isə əsaslı təmirin aparılması barədə faktlar göstərdi. Məruzəçi qeyd etdi ki, Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli ehtiyatlar nəzərə alınmaqla adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektoruna hərtərəfli şərait yaradılmışdır. Əhalinin işgüzar fəallığının artırılması məqsədilə Aran İqtisadi rayonu üzrə 07 noyabr 2013-cü il tarixdə Saatlı rayonunun Kamallı kəndində sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda seminar-müşavirə keçirilmişdir. Müşavirədə 75 nəfər fermersahibkar iştirak etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2013-cü ildə Saatlı rayonunda 118 yeni yerinin yaradılması üçün 98 subyektə 704,3 min manat güzəştli kreditlər verilmişrayon sahibkarlarına yeni investisiya layihələri təqdim edilmişdir. Hazırda rayonda 602 hüquqi, 3795 fiziki şəxs kiçikorta sahibkarlıqla məşğul olur. 2013-cü il ərzində 760 yeni yeri yaradılmışdır ki, bundan 430-u daimi yerləridir. Ümumiyyətlə, ötən 10 il ərzində 23625 yeni yeri yaradılmışdır ki, bunun da 15905-i daimi yerləridir. Rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunmuşdur.

Hesabat ili ərzində əkin sahələri və çoxillik əkmələrin becərilməsində istifadə edilmiş yanacaqmotor yağlarına görə məhsul istehsalçılarına vaxtlı-vaxtında maliyyə yardımları ödənilmiş, həmçinin mineral gübrələrin 50 faiz güzəştli qiymətlərlə vətəndaşlara satılması təmin edilmiş, toxumçuluqla məşğul olan təsərrüfat subyektlərinə dövlət tərəfindən subsidiyalar verilmişdir. Təkcə toxumçuluğa görə verilən subsidiya əvvəlki illə müqayisədə 52,5 faiz çox olmuşdur.

2013-cü ildə rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən 8795 ton xam pambıq tədarük edilmişdir. 2013-cü ilin məhsulu üçün 2012-ci ilin payızında 23902 hektar sahədə taxıl əkilmişdir. Ümumilikdə biçilmiş 23902 hektar taxıl sahəsindən 95676 ton məhsul əldə olunmuşdur ki, bu da hər hektardan 40 sentner deməkdir.

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də heyvandarlıq və quşçuluq sahəsində işlər rentabelli aparılmaqla ət, südyumurta istehsalı çoxalmış, istər iribuynuzlu mal-qaranın, istərsə də qoyun və keçilərin baş sayı artmışdır.

Əkin altında olan torpaqların su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının yenidən qurulması, torpaqların şoranlaşmasının qarşısının alınması və münbitliyinin qorunması, kollektor-drenaj şəbəkələrinin yenidən qurulması və digər tədbirlər üzrə bir sıra zəruri işlər görülməklə kollektor-drenajlar, suvarma kanalları  lildən təmizlənmiş, hidrotexniki qurğular, istehsalat binaları, hidropostnasos stansiyaları cari təmir edilmiş, Araz çayında yamacbərkitmə işləri yerinə yetirilmişdir.    

2013-cü il ərzində rayon icra hakimiyyəti əhalinin aztəminatlı təbəqəsinin, şəhid ailələrinin, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinin, xəstə və imkansız vətəndaşların, məcburi köçkünlərin, bir sözlə, ehtiyac və qayğıları ilə bağlı müraciət edən hər bir şəxsin probleminin həllinə diqqətlə yanaşmışdır. Maddi yardımlar, pul və ərzaq köməkliyi, evinin bərpa və təmiri ilə bağlı tikinti materialları ilə əlaqədar köməklik, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün ən zəruri yardımlar edilmiş, güzəştli ailələrin mənzil növbəsi uçotu yenidən dəqiqləşdirilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur.

Hesabat dövründə rayon icra hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qazsuyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur. İl ərzində bu sahələrdə olan vəziyyət müntəzəm olaraq təhlil edilmiş, rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq qərargahın işi gücləndirilmişdir. İlk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün bu xidmət sahələrində işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir.

İcra başçısı öz məruzəsində keçən il rayonun təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər şöbələrinin fəaliyyəti barədə ətraflı danışıb bu sahələrdə əldə olunan uğurları qeyd etməklə yanaşı, nöqsan və çatışmazlıqların da aradan qaldırılması yollarından bəhs etdi. Məruzədə qeyd olundu ki, rayon icra hakimiyyəti öz fəaliyyətində əhali ilə hər həftə keçirilən səyyar qəbullara, görüşlərə xüsusi fikir vermiş, qaldırılan problemlərin həlli istiqamətində son illərin ən yaxşı təcrübəsi olan, insanlarla birbaşa təmas yaratmaqda ən faydalı vasitə olan səyyar qəbulların əhəmiyyətindən lazımınca istifadə edilməsinə başlıca yer ayırmışdır.

İcra başçısı məruzəsinin sonunda göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxilixarici siyasətin başlıca məqsədi — hər şey insan naminə, insanın rifahı üçün olan proqram müddəası bu gün hər birimizdən daha böyük səy və yaradıcılıqla işləməyi tələb edir. Hamımız vətəndaşlıq borcumuzu yerinə yetirməli, cəmiyyətin rifahı naminə vicdanla çalışmaq nümunəsi göstərməliyik.

 

Hazırladı:            

Tofiq HÜSEYN,

Respublika.-2014.- 22 fevral.- S.10.