Şəki: sosial-iqtisadi inkişaf və tərəqqi yollarında

 

Şəki Şəhər İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Hesabat yığıncağında icra hakimiyyətinin başçısı Elxan Usubov geniş məruzə ilə çıxış etmişdir.

Natiq qeyd etmişdir ki, 2013-cü ilin avqust ayı şəhərimiz üçün olduqca əlamətdar olmuşdur. Avqust ayının 14-də cənab Prezidentimiz İlham Əliyev Şəkiyə səfər etmişdir. Dövlətimizin başçısı Şəkidə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət, Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmiş, əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi - “Şəki xanlarının evi” və Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Dövlətimizin başçısı Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm, yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Şəkinin tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Yəni bu tarix qorunmalıdır. Amma görürəm, şəhərin tarixi mərkəzində, bax, bu bərpa işləri çox böyük zövqlə və həssaslıqla aparılır ki, Şəkinin nadir şəhərsalma ansamblını qoruyaq. Bizbunu bərabər edəcəyik”.

 2013-cü il avqustun 20-də cənab Prezidentimiz Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə iki sərəncam imzalamışdır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz 2011-2013-cü illərdə Şəkiyə 4 dəfə səfər etmiş, bu səfərlər zamanı 13 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Qısa müddətdə Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı altı sərəncam imzalanmışdır.

2013-cü ildə  istehsalın əsas sahələrində   ilkin   hesablamalara görə, faktiki qiymətlərlə 335 milyon 8 min manatlıq məhsul buraxılmışdır. Adambaşına faktiki qiymətlərlə 1867 manatlıq məhsul istehsal olunmuşdur. 2013-cü ildə pərakəndə əmtəə dövriyyəsi 246 milyon 459 min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 61 milyon 477 min manat olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 7,5 faiz çoxdur. Rayonda 2013-cü ildə 1656 yeni yeri açılmışdır ki, bunun da 26,1 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 8,5 faizi mövcud müəssisə və təşkilatların, 65,4 faizi isə fiziki şəxslərin payına düşür. Ümumiyyətlə, 1 oktyabr 2013-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək rayonda 11770 yeni yeri açılmışdır ki, bunun da 95,8 faizi daimi yerləridir. Daimi yerlərindən 18,5 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 26,9 faizi mövcud müəssisə və təşkilatların, 54,6 faizi fiziki şəxslərin payına düşür. Rayon üzrə orta aylıq əməkhaqqı 238 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,1 faiz çoxdur. Hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir.

2013-cü ildə rayonumuzda iqtisadisosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 93 milyon 432 min manat olmuşdur. Müqayisə üçün bildirim ki, bu rəqəm 2009-cu ildə cəmi 26 milyon 863 min manat idi. İstifadə edilmiş investisiyanın 55 milyon 714 min manatı və yaxud 59,6 faizi dövlət mülkiyyətinin, 37 milyon 718 min manatı və ya 40,4 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında xüsusi olaraq vurğulamışdır ki, bu gün ölkəmizdə sahibkarlara böyük diqqət vardır. Onlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir.  Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonunun Aşağı Laysqı kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” çərçivəsində tədbir keçirilmişdir.

Hazırda Şəki rayonu üzrə 2 min sahibkarlıq subyekti fəaliyyət göstərir. 2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 51 sahibkara 11 milyon 480 min manat güzəştli kredit verilmişdir.

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2013-cü ildə 80 min 606 hektar sahənin taxılı biçilmiş, 219 min 652 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta hesabla 27,2 sentner məhsul götürülmüşdür. Tədarük edilmiş taxılın 162 min 16 tonu buğda, 57 min 636 tonu isə arpadır. 2013-cü ilin payızında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir ki, onun da 38841 hektarını buğda, 30311 hektarını isə arpa təşkil edir. Rayonda 6400 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir. Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizə edilməsi məqsədilə rayon ərazisində mövcud olan sel təhlükəli dağ çaylarının hövzələrində 917 min kubmetr həcmində təmizləmə işləri aparılmış, 850 kubmetr daş-beton bəndi, 220 kubmetr qabion bəndi qurulmuşdur.

Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz iri fermer təsərrüfatlarının yaradılmasının vacib olduğunu bir daha diqqətə çatdırmış, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara verilən kreditlərin 2014-cü ildə daha da artırılacağını bildirmişdir.

2013-cü ildə ayrılmış yerli büdcə vəsaiti hesabına şəhərin 14 küçəsinə asfalt-beton örtük çəkilmiş, 2 ictimai yaşayış binasının dam örtükləri yenilənmiş, 10 küçədə müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2012-ci il 4 sentyabr tarixli sərəncamına uyğun Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi başa çatmış, cənab Prezidentimiz İlham Əliyev avqustun 14-də bu avtomobil yolunun açılışında iştirak etmişdir. Ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcəkdir. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpüinşa edilmişdir.

Cənab Prezidentimiz İlham Əliyevin 20 avqust 2013-cü il tarixli sərəncamına əsasən 18 min nəfər əhalinin yaşadığı Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi işlərinə başlanmışdır.

2013-cü ildə şəhərin yeni Baş Planına uyğun 9 hektar ərazidə Heydər Əliyev adına parkın, Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının, Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə başlanmışdır. 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələri dairə seçki komissiyalarının yeni inzibati binaları tikilib istifadəyə verilmişdir.

2013-cü ildə Şəkidə 7 məktəbin tikintisiyaxud əsaslı təmiri başa çatdırılmış, 5 məktəbin tikintisinə başlanmışdır. Şəki şəhərindəki 28 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Qeyd etmək istəyirəm ki, son bir ildə Şəki şəhərində və kəndlərdə dövlət vəsaiti hesabına 4 uşaq bağçası əsaslı təmir olunmuşdur. 2013-cü ildə bir bağça üçün yeni binanın tikintisinə, 3 bağçada isə əsaslı təmir işlərinə başlanmışdır.

2013-cü ildə 991 yeni mənzil təbii qazla təmin edilmiş, abonent sayı 20385-ə çatdırılmışdır. Ümumilikdə müddət ərzində Turan qəsəbəsi, BideyizBaş Zəyzid kəndləri təbii qazla təchiz olunmuş, Cəyirli, Qayabaşı, Sarıca, Qozlubulaq, Çayqaraqoyunlu, Bolludərə, Qaratorpaq və Şəkikənd kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. 2014-cü ildə ən mühüm vəzifə maksimum daha çox yaşayış məntəqələrinin qazlaşdırılmasına nail olmaqdır.

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. 2013-cü ildə Şəkinin umumtəhsil məktəblərini bitirmiş 1917 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 680 nəfəri tələbə adını qazanmışdır. Ali məktəbə daxil olanların 145 nəfəri 500-dən, 55 nəfəri isə 600 baldan yuxarı toplamışdır. Məzunlardan 11 nəfəri “Qızıl medala layiq görülmüşdür.

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2013-cü ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Dünya Bankı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə həyata keçirdikləri “Səhiyyə sektorunda struktur islahatları” layihəsi çərçivəsində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi inşa edilmişdir. Yeni səhiyyə obyektləri ümumilikdə bu ərazidə yaşayan 40 minə yaxın sakinə xidmət göstərəcəkdir. Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış Regional Perinatal Mərkəzin açılış mərasimi olmuşdur. Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuşAna və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı”na uyğun  təşkil olunmuşdur.

Şəki bu gün Azərbaycanda turizmin inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. 2013-cü il avqust ayının 14-də Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir ki, Şəki Azərbaycanda və deyə bilərəm ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraq vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxilixarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq.

2013-cü ildə şəhərimizin qonağı olan Ruminiyanın keçmiş prezidenti Emil Konstantinesku, Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi, Çin Xalq Respublikasının, Fransanın, İsrailin, Türkiyənin, Koreyanın, Rummiyanın, Rusiyanın, İordaniyanın, Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfırləri, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun, İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və başqaları da Şəkinin geniş turizm potensialına malik olduğunu bildirmişbu şəhərdən xoş təəssüratla ayrılmışlar.

Hər il oduğu kimi, 2013-cü ilin dekabr ayında Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində “Prezident Kubokuuğrunda “Çövkən” milli oyunları keçirilmişdir.

Bildiyiniz kimi, ötən il iyun ayının 28-dən iyulun  4-dək  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərimizdə “İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.

Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının, ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin - o cümlədən Fransa, İordaniya, Qazaxıstan, Belarus, Latviya, Rusiya, Hindistan, Ukrayna, Polşa, Tacikistan, Çin və Türkiyənin fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, TÜRKSOY-un, Türkiyə Respublikasının GiresunKonya şəhər bələdiyyəsinin nümayəndələri, respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri-ümumilikdə 1000 nəfərdən çox qonaq iştirak etmişdir.

Şübhəsiz ki, “İpək yolu” Beynəlxalq Musiqi Festivalı xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd etmək istəyirəm ki, bu il biz beşinci dəfə bu festivalı keçirəcəyik.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki şəhərində “Ortaq türk tarixinin araşdırılması problemləri” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransın işində Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Dağıstan Respublikasından (Rusiya) gəlmiş tarixçi alimlər iştirak etmişlər.

“Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq, qəsəbə və kəndlərdə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq ümumi qəbulu təşkil olunmuş, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasına, haqlı tələblərinin həll edilməsinə diqqət artırılmışdır. Belə ki, 2013-cü ildə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə maddi yardım üçün müraciət edən vətəndaşların sosial vəziyyətinin, yaşadıqları evlərinə təbii fəlakət nəticəsində və ya digər səbəblərdən dəymiş zərərlərin, ayrı-ayrı təkliflərin araşdırılması ilə bağlı komissiya yaradılmışdır. Müddət ərzində komissiya tərəfindən 184 nəfər vətəndaşa müxtəlif məqsədlər üçün 73 min manat məbləğində maddi yardım göstərilmişdir. 2013-cü ildə 652 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər icra hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş qrafikə əsasən 43 səyyar qəbul keçirilmiş, qəbullarda 5800 nəfər iştirak etmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatmışdır. Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezidentimiz demişdir ki, bu il biz üçüncü Regional İnkişaf Proqramını qəbul edəcəyik. Keçən il ikinci proqram icra edilmişdir. Artıq onun icrası başa çatmışdır. Bu iki proqramın icrası, onların qəbul edilməsi, deyə bilərəm ki, bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur. Biz bunu həm statistik göstəricilərdə, həm də həyatda aydın görürük. Bölgələr canlandı, abadlaşdı, müasir infrastruktur yaradıldı. 

Şübhəsiz ki, qazanılan bütün uğurlar hörmətli Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Rayonumuzda son illər ərzində bütün sahələrdə əldə edilən uğurlar bu ildavam etdiriləcək, yeni nailiyyətlərin qazanılması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin üzvləri Yaqub Mahmudov, Cavanşir Feyziyev, Əli Məsimli iştirak və çıxış etmişlər.

 

İlham PƏNAHOV,

Respublika.-2014.- 23 fevral.- S.4.