YEVLAX: QAZANILAN UĞURLAR DÖVLƏT QAYĞISININ NƏTİCƏSİDİR

 

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun uğurla davam etdirilir. On ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin iqtisadi göstəriciləri sıçrayışla artmaqdadır.

Yola saldığımız 2013-cü ilin ən mühüm hadisəsi olan Prezident seçkilərində xalqımız bir daha müdriklik göstərərək cənab İlham Əliyevə etimad göstərmiş, ölkəmizin daha da inkişaf və tərəqqisinə səs vermişdir.

2013-cü ildə də ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran məsələlər öz həllini tapmış, böyük layihələr icra edilmişdir. Ölkənin beynəlxalq nüfuzu durmadan artmaqdadır. Cari ildə sosial-iqtisadi inkişaf baxımından Yevlax şəhəri üçünçox uğurlu olmuşdur.

Geniş hesabat məruzəsi ilə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Məmmədov şəhərin sosial-iqtisadi uğurlarını təhlil edərək, Respublika Prezidenti cənab İlham Əliyevin diqqət qayğısını hiss edən qədirbilən yevlaxlıların cari ildə daha da əzmlə çalışdığını bəyan etdi.

Belə ki, quruculuq, abadlıq və tikinti işləri geniş vüsət almış, infrastrukturun yeniləşməsi və yaxşılaşdırılması üçün məqsədyönlü ardıcıl tədbirlər görülmüş, vətəndaşları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.

Möhtərəm Prezidentin 2013-cü ilin sentyabr ayının 10-da Yevlax şəhərinə növbəti səfəri və bu səfər zamanı görülən işlərə yüksək qiymət verməsi zəhmətkeşləri bir daha yüksək nailiyyətlər qazanmağa ruhlandırmış, məsuliyyəti qat-qat artırmışdır.

Şəhərin göstəricilərinə nəzər saldıqda bu uğurlar daha aydın görsənir. Belə ki, rayonda 2013-cü ildə ümumdaxili məhsulun həcmi 475,4 milyon manat olmuşdur ki, bu da 2012-ci ilə nisbətən 98,4 milyon manatyaxud 26,1 faiz çoxdur. Ümumdaxili məhsulun 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur.

Ümumdaxili məhsulun 11,8 milyon manatını sənaye, 79,2 milyon manatını kənd təsərrüfatı, 99,8 milyon manatını tikinti, 233,0 milyon manatını ticarət, 5 milyon manatını nəqliyyat, 1,1 milyon manatını rabitə, 45,4 milyon manatını digər xidmətlər təşkil etmişdir. İstehsal olunmuş 4,8 milyon manatlıq sənaye məhsulu xaricə ixrac olunmuşdur. Bu, satılmış sənaye məhsulunun 80,1 faizini təşkil edir. Əhalinin pul gəlirində artım müşahidə olunmuşdur.

Rayon üzrə orta aylıq əmək haqqı 215,7 manat olmuşdur ki, bu da orta aylıq əmək haqqının əvvəlki ilə nisbətən 35,4 manat artması deməkdır.

2013-cü ildə əhalinin pul gəliri 261,5 miylon manat olmuşdur ki, bu da 2012-ci ilə nisbətən 50,8 milyon manatyaxud 24,1 faiz çoxdur.

Ticarət və xidmət sahəsində irəliləyişlər qeydə alınmışdır. Cari ildə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 278,4 milyon manat olmuşdur ki, ötən illə müqayisədə 10,6 faizyaxud 26,8 milyon manat çoxdur.

Yeni stildə tikilən 17 ticarət və xidmət obyekti müasir dizaynla tikilərək şəhərin ümumi görkəminə uyğunlaşdırılmışdır. Hazırda rayonda mindən çox ticarət, iaşə və xidmət təşkilatı əhaliyə müxtəlif xidmətlər göstərirlər ki, bu da əhalinin rifahının daha da yaxşılaşmasına stimul verir.

Rayonda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü işlər aparılmış, bu isə öz töhfəsini verməkdədir. Hesabat dövründə ümumilikdə 79,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

2013-cü ildə 9103 nəfərə 1 milyon 369,1 min manat, 2014-cü ilin məhsulu üçün 1766 nəfər buğda istehsalçılarına 229,4 min manat, cəmi 1 milyon 598 min manat dövlət yardımı verilmişdir. Torpaq mülkiyyətçilərinə 2011,6 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. Nəticədə 2013-cü ildə 18279 ha sahədə taxıl əkilmiş və 56,0 min ton taxıl istehsalsal edilmişdir. Bu da 2012-ci ilə nisbətən 4,8 min ton çoxdur.

Cari ildə 2012-ci ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 300 baş, qoyunların sayı 116 baş, quşların sayı 91 baş artmışdır. 2012-ci illə müqayisədə 32 ton ət, 696 ton süd, 24 min ədəd yumurta, 10 ton yun çox istehsal edilmişdir.

Rayonda əhalinin sosial müdafiəsi və məşğulluğu sahəsində məqsədyönlü işlər aparılmışdır. Belə ki, 2013-cü ildə sahibkarlara, adamlarına 24 miylon 893,1 min manat kredit verilmişdir.

Cari ildə Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi 18254 pensiyaçıya 30 miylon 322,1 min manat vəsait ödəmişdir.

Rayon əhalinin sosial müdafiə mərkəzi tərəfindən isə 2013-cü ildə 5161 sosial müavinət alanlara 3 miylon 921,9 min manat vəsait ödənilmişdir, sosial müdafiəyə ehtiyacı olan 1810 ailəyə 3 milyon 190,1 min manat ünvanlı sosial yardım ödənilmişdir.

Ümumilikdə rayonda 15627 yeri yaradılmışdır ki, onlardan 9339-u daimi yerləridir. Rayonda ərazi nümayəndəliklərilə bələdiyyələrin vəhdətli işi sayəsində 111 iri sosialinfrastruktur layihə həyata keçirmişlər. Belə ki, rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 2 qəsəbə, 46 kənd yaşayış məntəqəsi vardır. 20 inzibati ərazi dairəsi, 29 bələdiyyə fəaliyyət göstərir.

2013-cü ildə rayonun əhalisi 123 min 712 nəfər təşkil etmişdir. İl ərzində əhalinin sayı 1387 nəfər artmışdır.

Əsasən əhalini ekoloji cəhətdən içməli su ilə təmin etmək üçün rayonunun 19 kəndində 21 ədəd içməli su təmizləyici qurğu quraşdırılmış, küçə su xətləri çəkilmiş və bulaqlar inşa edilmişdir.                

Rayonda tikinti quraşdırma və abadlıq sahəsində xeyli işlər görülmüşdür. Belə ki, 2013-cü ildə Sənaye və Energetika Nazirliyinin Regional Qaz Nəzarəti İdarəsinin inzibati, 4 mərtəbəli 23 mənzilli yaşayış, 180 çarpayılıq Mərkəzi Şəhər Xəstəxanasının, 50 çarpayılıq Regional Vərəm Dispanserinin, Aran qəsəbəsi 3 nömrəli 180 şagird yerlik tam orta, Balçılı kəndində 180 şagird yerlik tam orta, İsmayılabad kəndində 90 şagird yerlik ibtidai məktəb binaları tikilib istifadəyə verilmişdir.

Şəhərdə 1176 şagird yerlik 3 nömrəli tam orta məktəb binasında əsaslı təmir və bərpa işləri aparılır.

Kövər kəndində orta məktəb binası əsaslı təmir olunmuşdur. Regional referens toksikologiya karantin ekspertiza laboratoriyasının tikintisi başa çatdırılmışdır.

Yevlax Hava Limanının inzibati binası əsaslı təmir olunaraq yenidən qurulmuş, uzunluğu 2520 metr, eni 40 metr olan yeni uçuş zolağı tikilmiş müasir standartlara cavab verən infrastruktur yaradılmışdır. Hava limanının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, Təhsil şöbəsinin, “Azərbaycan Beynəlxalq BankASC-nin Yevlax filialının, Qaz İstismar Sahəsinin, 11 saylı Ərazi Vergilər idarəsinin, İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İdarəsinin, Əcəmi və Yuxarı Bucaq kəndlərin 180 şagird yerlik məktəblərin binalarının, Kür çayı üzərindəki Dəmir yol körpüsünün əsaslı təmiri işləri davam etdirilir.

Şəhərin Heydər Əliyev Xiyabanında və Nizami parkında əsaslı təmir işləri aparılmış, səkilərə, meydanlara 2800 kvadratmetr aqlay üzlük və 9600 kvadratmetr tamet daşları döşənmiş, fontanlar 120 kvadratmetr mərmər ilə üzlənmiş, 65 ədəd yeni işıqlandırma dayağı quraşdırılmışdır.

Heydər Əliyev və Nizami prospektlərində 1247 metr qranit, mərmər, 3117 metr dəmir beton səki daşları düzülmüş, səkilərə 782 kvadratmetr tamet plitəsi döşənmişdir.

Avtomobil yolunun kənarlarına, bataqlıqlara və çökəkliklərə 55200 kubmetr torpaq daşınmış, 25 min ədəddən çox müxtəlif ağaclar əkilmişdir. Yaşıllıqların suvarılması üçün suvarma xətləri çəkilmişdir. 4 km uzunluğunda avtomobil yolu əsaslı təmir olunaraq asfaltlanmışdır.

2 ədəd 2 mərtəbəli 16 mənzilli yaşayış binasının və 18 ədəd fərdi yaşayış evinin dam örtükləri təmir olunmuşdam örtüklərinə metal kirəmit vurulmuşdur.

Şəhərin mərkəzində Dədə Qorqud parkının davamının tikintisi aparılır. Parkın ərazisinə münbit torpaq daşınmış və səki daşları düzülmüşdür.

Rayonun Xaldan və Yuxarı Bucaq kəndlərinin mərkəzindən keçən avtomobil yolunun kənarlarında abadlıq işləri aparılmış, divarlarda 3 min kvadratmetr qaya daşı ilə üzləmə, 2600 kvadratmetr rəngləmə işləri görülmüşdür.

8 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən uzunluğu 25 km olan Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Rüstəmli-Qaramanlı-Köyük kəndlərarası avtomobil yolunun 5,5 km hissəsi tikilərək istifadəyə verilmişdir. Avtomobil yolunun qalan hissəsinin tikintisi cari ilə davam etdiriləcəkdir.

2013-cü ildə şəhərin prospekt və küçələrində 250 ədəd işıqlandırma dayağı, dayaqlarda 533 ədəd işıq nöqtəsi quraşdırılmışdır. Rayonda fəaliyyət göstərən infrastrukturın yaxşılaşdırılması prioritet məsələlərdəndir.

Hazırda şəhər və kənd yaşayış məntəqələri 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin olunur. 2013-cü il ərzində 12,3 km elektrik verilişi hava xətləri cari və əsaslı təmir olunmuş, istismara yaramayan 151 dirək dəyişdirilmişdir.

Xaldan zonası ərazisində 21 kəndin qaz təminatının bərpası məqsədilə daşıyıcı qaz kəmərinin çəkilişi və Qaz paylayıcı stansiyanın tikintisi başa çatdırılaraq istismara verilmişdir.

İsmayılabad, Xaldan, Hacıselli, Marzılı, Yenicə kəndləri və Qoyunbinəsi kəndində 60 daş evdən ibarət məcburi köçkünlər şəhərciyi təbii qaz ilə təmin olunmuşdur.

Rayonun 49 kənd yaşayış məntəqəsindən 27-si təbii qaz ilə təchiz olunmuşdur.

Hazırda şəhərin 32-ci məhəlləsində yeni salınmış yaşayış massivində 210 evin qazlaşdırılması işləri aparılır.

2013-cü ildə abonentlərə 1 milyon 421 min manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 153 min manatya 12,0 faiz çoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları, yeni məktəb binalarının tikintisi, məktəblərin maddi-texniki bazasının əsaslı surətdə inkişafı istiqamətində görülən işlər, məktəbdə təlim-tərbiyənin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər davam etdirilmişdir.

Şagirdlərin təlim-tərbiyəsinin yaxşılaşdırılması istiqamətində məktəb rəhbərləri və şəhər təhsil şöbəsi tərəfindən bir sıra işlər görülmüşdür. Məktəblərin IX, XI siniflərində fənlər üzrə sınaq testləri, Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar inşa və rəsm müsabiqələri keçirilmişdir. Fənn olimpiadalarının rayon turunda 686 nəfər, respublika turunda 14 nəfər şagird iştirak etmiş, şəhər 5 ¹-li tam orta məktəbin X sinif şagirdi Məşdizadə Maya Hüseyn qızı respublika turunda biologiya fənni üzrə dördüncü yeri tutmuşdur.

10 nəfər müxtəlif ali hərbi məktəb və akademiyalara, 7 nəfər C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşdur. 685 bal toplayaraq Azərbaycan Diplomatiya Akademiyasına qəbul olunmuş Səmədabad kənd tam orta məktəbin məzunu Zeynəb Əhmədova Prezident təqaüdünə layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1941 N-li sərəncamına uyğun rayonun körpələr eviuşaq bağçaları şəhər icra hakimiyyətinin tabeliyinə götürülmüş 25 məktəbəqədər təhsil müəssisələrində uşaqların gündə 3 dəfə normativə uyğun qidalanması təmin edilmişbu sahəyə diqqət və nəzarət daha da artırılmışdır.

Rayonun səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmişdir.

Yevlax şəhərinə növbəti səfəri zamanı 10 sentyabr 2013-cü il tarixdə ölkə başçısı cənab İlham Əliyev şəhərdə inşa edilmiş ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş 180 çarpayılıq yeni xəstəxana binasının açılışında iştirak etmişdir. Xəstəxanada yeni yaradılmış dializşüa diaqnostikası şöbələri xəstələrə hərtərəfli tibbi xidmətin göstərilməsində xüsusi əhəmiyyət kəsb edir. Şəhərdə 50 çarpayılıq Ağciyər Xəstəlikləri Xəstəxanası inşa edilmiş və əhalinin istifadəsinə verilmişdir.

Şəhər icra hakimiyyətində vətəndaşların müraciəti ilə bağlı məsələlər daimi diqqətdə saxlanılır, çünki hər müraciətin arxasında insan amili durur.

Belə ki, şəhər icra hakimiyyətində, idarə, müəssisə və təşkilatlarda vətəndaşların qəbulu, onların təklifi, ərizə və şikayətlərinə baxılmasında operativlik daha da artırılmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun təsdiq edilmiş tədbirlər planına əsasən səyyar qəbullar keçirilirböyük həssaslıqla fərdi yanaşılır, problemlər öz həllini tapır.

2013-cü ildə şəhər icra hakimiyyəti başçısı tərəfindən yerlərdə 8120 nəfər, şəhər icra hakimiyyətində isə 3089 nəfər qəbul edilmişdir.

Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin əksəriyyəti yerindəcə həll edilmiş, qalanların icrası isə nəzarətə götürülərək həll olunmuşdur. Hər bir müraciətin operativ həllinin səmərəliliyi üçün şəhər icra hakimiyyətində qaynar xətt yaradılmışdır.

Heydər Əliyev Mərkəzində təmir və yenidənqurma işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Gəncliyi Dövlət Proqramına uyğun rayonda gənclər siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərin siyasi, vətənpərvərlik, fiziki inkişafı, idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

2013-cü il də şəhərin idmançıları üçün uğurlu olmuşdur. Belə ki, 16 nəfər I dərəcə, 103 nəfər II dərəcə, 63 nəfər III dərəcə idman normativlərini yerinə yetirmişdir.

Yığıncağın sonunda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bir daha tam əminliklə bildirdi ki, yevlaxlılar qəbul olunacaq yeni regional Dövlət Proqramında qarşıya qoyulacaq vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün var qüvvələri ilə çalışacaq, müstəqil Azərbaycanımızın tərəqqisinə öz töhfələrini verəcəklər.

 

Zabit XƏLİLOV,

Respublika.-2014.- 23 fevral.- S.5.