Görülmüş işlər davamlı inkişafdan xəbər verir

 

2013-cü ilin yekunları 2014-cü ildə qarşıda duran vəzifələr barədə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov hesabat məruzəsi ilə çıxış edərək göstərmişdir ki, müstəqil Azərbaycanımız üçün qalibiyyətlər coşqun yüksəlişlə dolu olan daha bir il arxada qaldı. Yola saldığımız 2013-cü ilin yekunları göstərdi ki, Azərbaycanda paralel inkişaf artıq ənənəyə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan 2013-cü ilin yekunlarına görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır.

Böyük iftixarqürur hissi ilə qeyd etmək istəyirəm ki, keçən il iyul ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son altı ildə beşinci dəfə Tovuz rayonuna səfər etmiş, rayonumuzda aparılan tikinti, quruculuq və abadlıq işləri ilə tanış olmuş, rayonumuzun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr barədə öz tapşırıq və tövsiyələrini vermişdir. Cənab Prezident Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun açılış mərasimində iştirak etmiş, Qovlar şəhər parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuş, DiaqnostikaHemodializ mərkəzini açmış, Tovuz şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Həmin gün cənab Prezident Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Cənab Prezident Tovuzda olduğundan məmnunluğunu ifadə edərək rayonda aparılan tikinti-quruculuq işlərindən, infrastruktur layihələrinin icrasından razılığını bildirmiş, Tovuzda işlərin yaxşı getdiyini qeyd etmişdir. Bu, bizim fəaliyyətimizin daha da gücləndirilməsi istiqamətində bir stimul olmuşdur.

Hesabat dövründə rayonda məhsul buraxılışının və xidmətlərin həcmi əvvəlki illə müqayisədə 3,9 faiz artmışdır. Bu artım kənd təsərrüfatında 8,7 faiz, sənayedə 2,2 faiz, ticarət və xidmət sahələrində 8,9 faiz, nəqliyyatda 1,0 faiz, rabitədə 9,8 faiz təşkil etmişdir.

Aqrar sahədə və onun başlıca bölmələrindən olan heyvandarlığın inkişafı sahəsində xeyli görülmüşdür. 2012-ci illə müqayisədə ət istehsalı 13,9 faiz, süd istehsalı 6,5 faiz, yumurta 5,3 faiz, yun istehsalı 3,5 faiz artmışdır. Cins heyvanların artımı daim nəzarətdə saxlanılır. 2013-cü ildə 897 baş heyvanda süni mayalanma aparılmış, 685 baş buzov alınmışdır. Rayonda ötən il arıçılığın inkişafına xüsusi diqqət yetirilmiş, arı ailələrinin çoxaldılması, arıçılıqda qarşıya çıxan problemlərin həll edilməsi istiqamətində lazımi aparılır. Bu məsələlərin həlli və əlaqələndirilməsi məqsədi ilə rayonda arıçılıq cəmiyyəti yaradılmışdır. Hazırda rayonda arı ailələrinin sayı 4172-yə çatdırılmışdır ki, bu, əvvəlki ildən 442 ədəd arı ailəsi və ya 12 faiz artıqdır. Arıçılarımız son dövrlər Bakı şəhərində keçirilən ənənəvi yarmarkalara məhsul çıxarmağa başlamışlar.

Rayonda heyvandarlığın yem bazasının möhkəmləndirilməsi məsələsinə xüsusi diqqət yetirilir. Ötən il yem bitkilərinin əkin sahələri 356 hektar artırılmış və 3562 ton çox məhsul istehsal edilmişdir. Qovlar şəhərində və Xatınlı kəndində saatda 1,6 ton qarışıq yem üyüdən dəyirmanların tikintisi başa çatdırılmışdır.

2013-cü təsərrüfat ilində bitkiçilik məhsullarının əkin sahələri 1091 hektar artırılmış, əvvəlki illə müqayisədə payızlıq dənlillər istehsalı 6226 ton, kartof istehsalı 16307 ton, tərəvəz istehsalı 489 ton, bostan məhsulları istehsalı 59 ton, dən üçün günəbaxan istehsalı 145 ton, meyvə istehsalı 458 ton, üzüm istehsalı 348 ton artırılmışdır.

Yeni üzümlüklərin salınması istiqamətində işlər davam etdirilir. Keçən il 30 hektar sahədə yeni üzümlüklər salınmış, üzüm bağlarının sahəsi 601 hektara çatdırılmışdır. Həm üzüm istehsalı, həm də üzümün emal sənayesinin inkişaf etdirilməsi üçün rayonun potensial imkanlarının reallaşdırılması istiqamətində investorlarla işlərimizi davam etdiririk.

Biz rayonun kəndlərində istixanalar yaradılması məsələsini qarşıya məqsəd qoymuşuq. Bu işlərə son vaxtlar başlanılmış, Qovlar şəhərində, Bozalqanlı, Əlimərdanlı, Əlibəyli və Düz Qırıqlı kəndlərində istixanalar düzəldilmişdir. Ötən il isə daha fəal aparılmış, əlavə 12 hektar ərazidə yeni istixanalar salınmış və istixanaların ümumi sahəsi 22 hektara çatdırılmışdır. Bu sahədə aparılan işləri davam etdiririk.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi, onlara normal fəaliyyət göstərmələri üçün lazımi şərait yaradılması ilə bağlı müxtəlif tədbirlər görülür, vaxtaşırı adamları ilə görüşlər keçirilir, qaldırdıqları yerli problemlər öyrənilir və həll edilir. 2013-cü ilin əvvəli ilə müqayisədə sahibkarlıqla məşğul olan hüquqi şəxslərin sayı 34,4 faiz, fiziki şəxslərin sayı isə 17,1 faiz artmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2012-ci ildə sahibkarlara 37 layihə üzrə 645.5 min manat kredit verilərək 81 yeri açıldığı halda, 2013-cü ildə 79 layihə üzrə 1 milyon 66 min manat kredit verilmiş və 193 yeri açılmışdır. 2013-cü ildə banklarkredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı üçün 31 milyon 513 min 600 manat kredit verilmişdir ki, bu da 2012- ci ildəkinə nisbətən 75 faiz çoxdur.

Dövlət Proqramına uyğun rayonda tutumu 10 min ton olan taxıl anbarı, Qaraxanlı kəndində 15 min başlıq quşçuluq binası, Xatınlı kəndində 50, Aşağı Quşçu kəndində 300 tonluq soyuducu kameralar, 80 çarpayılıq rayon mərkəzi xəstəxanası, Axınca və Zəyəm çayıları üzərində 5 avtomobil körpüsü, Tovuz-Böyük Qışlaq-Qaralar, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cəmi 76 mənzilli 3 yaşayış binası və digər obyektlər istifadəyə verilmişdir. Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə işlər başa çatdırılmaqdadır. Şəhərin genişləndirilməsi ilə əlaqədar şəhər hüdudlarına daxil edilən sukanalizasiya xətləri ilə əhatə olunmamış ərazilərdə hazırda layihələnmə işləri aparılır. Rayon əhalisinin içməli su ilə təminatının daha dolğun ödənilməsi üçün mənbəyini Zəyəm və Tovuz çaylarından götürən içməli su kəmərlərinin qabağında cəmi tutumu 24 min kubmetr olan 22 su anbarının tikintisiDüz Cırdaxan, Xatınlı və Əlimərdanlı daşıyıcı su kəmərlərinin əsaslı təmiri ilə əlaqədar “Azərsu” ASC qarşısında məsələ qaldırılmışdır. Bu layihənin həyata keçirilməsi nəticəsində 18 yaşayış məntəqəsində, o cümlədən yeni yaşayış massivlərində yaşayan 90 mindən çox əhalinin içməli su təminatının yaxşılaşdırılmasına nail olmaq mümkündür.

2009-2013-cü illərdə rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və qazlaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayon üzrə ümumi abonentlərin 80,5 faizi, yəni 28829 mənzil qaz yanacağı ilə təmin olunur. 2013-cü ildə də rayonun yaşayış məntəqələrində qazlaşma işləri davam etdirilmiş, cəmi 1206 abonentə təbii qaz verilmiş, o cümlədən uzun fasilədən sonra Kirən kəndində 170 evə qaz verilişi bərpa olunmuşdur. TovuzQovlar şəhərlərində, Əlibəyli, Hacallı, Aşağı Quşçu, Alakol, Azaflı və sair kəndlərdə qaz verilişinin etibarlılığını təmin etmək üçün texniki tədbirlər görülmüşdür. Ötən il əhali tərəfindən istehlak olunan elektrik enerjisinin, təbii qazın və içməli suyun dəyərinin ödənilməsində 2012-ci ilə nisbətən xeyli artım olmuşdur.

Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən il rayonda 1548 yerləri açılmışdır ki, bunun da 463-ü daimi yerləridir. Ümumiyyətlə, 2009-2013-cü illərdə 3274-ü daimi olmaqla 6235 yeri açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində ölkədə turizmin inkişafı ilə bağlı böyük addımlar atıldığını qeyd etmişdir. Bizim əsrarəngiz təbiətimiz, dağlarımız, meşələrimiz, çaylarımız da var, insanları bu gözəlliklərə qovuşduran rahat yollarımız da. Bu yerlərdə çoxlu istirahət guşələri yaradılmış və daha yaxşıları yaradılmaqdadır. Turist marşrutları boyu yaşayan yerli əhali artıq bu istiqamətdə görülən işlərin nəticələrindən faydalanmaqdadırlar. İndi bizi turist marşrutu üzərindəki qədim tariximizin yadigarı olan abidələrimizin bərpası məsələsi düşündürür. 2013-cü ildə tikinti və abadlıq-quruculuq işləri davam etdirilmişdir. Tovuz şəhərinin Heydər Əliyev prospektində, Musa Musayev küçəsində, Tovuz-Ağdam avtomobil yolununTuran” şadlıq evindən “Qazıqulu dairəsi”nədək olan hissəsində, Həzi Aslanov, Məmməd ZeynalovSabir küçələrində abadlıq işləri aparılmış, səkilərə yeni bort plitələri düzülmüş, tamet plitə döşənmiş, hasarlara dekorativ üzlük vurulmuşdur. Qovlar şəhərində Azadlıq prospektinə və Vağzal küçəsinə asfalt-beton örtük qoyulmuş, ayırıcı zolaq salınmış, yeni müasir işıqlanma sistemi ilə təchiz edilmişdir. Prospektin kənarında təbii qaya daşlarından və “aqlayüzlük tavalarından istifadə olunmaqla dekorativ hasar inşa edilmişdir.

Tovuz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra şəhərin 16 küçəsinə, Qovlar şəhərinin Azadlıq prospektinə və Vağzal küçəsinə cəmi 185 min kvadratmetrə qədər asfalt-beton örtük qoyulmuşdur. H.Əliyev prospektində hasarların və səkilərin yeni dizaynla yenidən qurulması işlərinə başlanmışdır.

Keçən il sentyabr ayının 15-də 220 şagird yerlik Bayramlı kənd tam orta məktəbinin açılışı olmuş, 180 şagird yerlik Papaqçılar kənd tam orta məktəbinin tikintisi davam etdirilir. Bununla yanaşı, Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən 220 şagird yerlik Şamlıq kənd tam orta məktəbinin, 180 şagird yerlik Çeşməli kənd tam orta məktəbinin, 80 şagird yerlik Muncuqlu kənd tam orta məktəbinin, 80 şagird yerlik Qaradaş kənd tam orta məktəbinin, 80 şagird yerlik Qalaboyun kənd tam orta məktəbinin layihə-smeta sənədlərinin işlənməsi üçün vəsait ayrılmış və həmin məktəblərin layihə-smeta sənədləri hazırlanaraq dövlət ekspertizasından keçirilmişdir. Şamlıq və Çeşməli kənd tam orta məktəblərinin tikintisinə başlanılmışdır.

Semzavod qəsəbəsi” adlanan ərazidə yerləşən baraklarda yaşayan ailələri yeni mənzillərlə təmin etmək məqsədi ilə tikilən 50 mənzilli və 35 mənzilli iki beşmərtəbəli binanın tikintisi yekunlaşmaqdadır. 2014-cü ilin birinci rübündə bu binaların istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlətin sosial siyasətində əsas yer tutan təhsil sistemində səmərəliliyin artırılması üçün rayonda müntəzəm aparılır. Son 5 ildə 412 nəfər tovuzlu gəncin ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunması bizim hamımız üçün fərəh və qürur işidir. Bunlardan 88 nəfəri ötən il ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunanlardır.

Rayonda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Ötən il cənab Prezidentin iştirakı ilə Tovuz şəhərində Diaqnostikahemodializ mərkəzinin istifadəyə verilməsi əhalinin sağlamlığının qorunması işinə çox böyük töhfə olmuşdur. Eyni zamanda mərkəzi rayon xəstəxanasının inzibati binasında və poliklinika şöbəsində əsaslı və cari təmir işləri aparılmış, səhiyyə obyektlərinin inventar və avadanlıqlarla təminatı yaxşılaşdırılmışdır.

2013-cü ildə mədəniyyət sahəsində bir çox obyektlər təmir olunmuş, yenidən qurulmuş, müasir avadanlıqlarla təchiz olunmuşdur. O cümlədən, mərkəzi kitabxana yeni binaya köçürülmüşdür. Ötən ilin sonundaNizami” adına mədəniyyət evinin və Aşıq Hüseyn Bozalqanlı adına Ozan Aşıq sənəti dövlət muzeyinin yeni binalarının tikintisinə başlanılmışdır.

Rayonda bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə rayonumuzda inşa olunmuş Olimpiya İdman Kompleksinin imkanlarından səmərəli istifadə olunur.

Heydər Əliyev mərkəzinin işinin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanmış konsepsiyaya uyğun olaraq orada yaradılmış təhqiqat qruplarının fəallıqları artırılmış, keçirilən tədbirlərin sistemliliyi təmin olunmuş, onlarda həyatı, fəaliyyəti və şəxsiyyəti bütövlükdə bir azərbaycançılıq məktəbi olan ulu öndərimiz Heydər Əliyevin gənc nəslə daha dərindən öyrədilməsi üçün aparılan işlər gücləndirilmişdir. Heydər Əliyev irsinin və Azərbaycan tarixinin öyrənilməsi ilə əlaqədar XI sinif şagirdlərinə tədris olunacaq dərslərin proqramı və qrafiki tərtib olunmuş, bu işə ən qabaqcıl müəllimlər seçilib cəlb edilmişlər.

İl əzində rayonda fəaliyyət göstərən siyasi partiyaların yerli təşkilatları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və dini qurumlarla qarşılıqlı fəaliyyətin təşkili sahəsində müvafiq aparılmış, ərazidəki ictimai-siyasi vəziyyət barədə məlumatlar toplanılaraq təhlil edilmiş, mövcud tendensiyalar müəyyənləşdirilmişdir.

2013-cü ildə bələdiyyə qurumları tərəfindən müəyyən tədbirlər həyata keçirilmişdir. Bələdiyyələrin vəsaiti hesabına ötən il 31 kilometr uzunluğunda kəndlərarası və daxili yollar təmir olunmuşdur.

2014-cü ilin yanvar ayında ərazi nümayəndəliklərinin 2013-cü ilin yekunlarına dair hesabatları keçirilmişdir. Hesabat yığıncaqlarında 2299 nəfər iştirak etmiş, 218 nəfər tənqidi qeyd və təkliflərlə çıxış etmiş, ərazilərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 210 təklif səslənmişdir.

2013-cü ildə RİH başçısı yanında Şuranın 26 iclası keçirilmiş və 37 məsələ müzakirə edilmiş, rayonun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinə dair təkliflər verilmişdir. Bu ilrayonda sosial-iqtisadi inkişafa, ictimai-siyasi vəziyyətə dair aktual məsələlər rayon icra hakimiyyətinin perspektiv planına daxil edilmiş və vaxtaşırı olaraq RİH başçısı yanında Şura iclaslarında geniş müzakirə olunması nəzərdə tutulur.

RİH başçısı aparatında vətəndaş müraciətlərinə baxılması gündəlik qayğımızdır. Keçən İl ərzində RİH başçısı aparatına 1183 vətəndaş müraciəti daxil olmuş, RİH başçısı tərəfindən 1864 nəfər vətəndaş qəbul edilmişdir.

Ötən il ərzində rayon icra hakimiyyəti başçısı tərəfindən yerlərdə 41 səyyar görüş-qəbul keçirilmişdir. Bu görüşlərdə sakinlər tərəfindən ümumilikdə 285 məsələ qaldırılmışdır ki, bunlardan da 213-ü (75%) icra edilmiş, 54-ü (19%) hazırda icra edilir.

Məruzə ətrafında müzakirələrdə rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanov, təhsil şöbəsinin müdiri Validə Hüseynova, “Turanbank” ASC Tovuz filialının direktoru Zirəddin Əhmədov, Telekommunikasiya qovşağının rəisi Yaşar İbrahimov, Mərkəzi rayon xəstəxanasının baş həkimi Paşa Muradov, Əlimərdanlı bələdiyyəsinin sədri Abbas İbrahimov çıxış eimişlər.

Milli Məclisin üzvləri İlyas İsmayılov, Rafiq Məmmədhəsənov, Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov iştirak etmişlər.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Qəhrəman Qurbanov,

Respublika.-2014.- 23 fevral.- S.5.