Xocalı - əsrin soyqırımıdır

 

XX əsrdə tarixin ən dəhşətli səhifələrindən biri genosid siyasətinin davamı olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Bu işğal siyasəti nəticəsində torpaqlarımızın beşdə bir hissəsi zəbt olunmuş, 1 milyonadək insan öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş, on minlərlə soydaşımız ermənilər tərəfindən törədilən soyqırımı aktlarının, kütləvi qırğınların və etnik təmizləmənin qurbanı olmuş, yaşayış məntəqəsi, təhsil, səhiyyə və digər ictimai obyektlər, habelə tarixi-mədəni abidələr məhv edilmişdir. Eyni zamanda minlərlə soydaşımız itkin düşmüş, əsir və girov götürülmüş, atəşkəs rejiminə baxmayaraq bu proses bu gündavam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, bu silahlı münaqişədən əziyyət çəkir. Məhz Azərbaycanlılara qarşı erməni şovinistlərinin XİX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi törədilən Xocalı soyqırımı xalqımıza qarşı, ümumən insanlıq əleyhinə yönəldilmiş son dərəcə dəhşətli  və ağır hərbi cinayət kimi dünya tarixində yer aldı.

Xocalı soyqırımı - 22 il öncə Azərbaycan şəhəri olan Xocalı əhalisinin erməni silahlı birləşmələri tərəfindən kütləvi qətli, Qarabağ münaqişəsinin ən qanlı səhifəsi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin dəstəyi altında Xocalı şəhərini işğal etməsi, uşaqlar, qadınlar, qocalar daxil olmaqla yüzlərlə dinc sakin həlak olması ilə yazıldı. Bu insanlığın faciəsi idi. Soydaşlarımıza qarşı törətilən dəhşətli qətliam insanlıq çərçivəsinə sığmayan qəddarlıqla törədilmişdi.

Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Sonqmi, Lidiçe, Babi Yar kimi dəhşətli faciələrin sırasına düşdü.

Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisi idi. Bundan əvvəl, azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisi xüsusi amansızlıqla qətlə yetirilmişdi.

Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. 7 min nəfərlik şəhərdə Ermənistandakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də məskunlaşmışdı.

1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı, xarici aləmlə yeganə əlaqə radiotelefonmülki vertolyotlar vasitəsi ilə keçirilirdi ki, 1992-ci il yanvarın 28-də “Azərbaycan Hava Yolları” Dövlət Şirkətinə məxsus Mİ-8 markalı mülki vertolyot Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulması, 47 azərbaycanlının həlak olması ilə bu əlaqə də kəsildi.

Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirədə idi, dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin isə qarşısını aldı.

Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücumun başlaması ilə erməni hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncə verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.

Mənfur erməni millətçilərinin kütləvi informasiya vasitələrində, mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışları isə Ermənilər tərəfindən Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planının qabaqcadan hazırlanmasını bir daha sübut edir.

Beləliklə, son iki yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxardı.

Qeyd olunmalıdır ki, münaqişə başlanandan bu günədək itkin düşmüş minlərlə Azərbaycan vətəndaşının əsir və girov kimi Ermənistanda və işğal edilmiş ərazilərdə saxlanılması barədə əsaslı məlumatlar mövcuddur. Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycan çox böyük itkilərlə, o cümlədən əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin taleyi ilə bağlı problemlərlə üzləşmişdir.

Xocalı soyqırımı zamanı yol verilmiş zorakılıq əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid cinayətidir.

Genosid cinayətinin əsas tərkib elementini zəruri niyyətin təşkil etməsi və onun dinc dövrdə törədilə bilməsi də bu əməli digər oxşar beynəlxalq cinayətlərdən, xüsusilə də insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərindən fərqləndirir. Məhz buna görə də, genosid, YuqoslaviyaRuanda tribunalları nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsinin Statutundabir sıra digər sənədlərdə ayrıca beynəlxalq cinayət kimi fərqləndirilmişdir.

BMT-nin bir sıra sənədlərində də, genosid ümumi beynəlxalq hüquq normalarını pozan bəşəriyyətin təhlükəsizliyi əleyhinə qarşı cinayət kimi dəyərləndirilir. BMT Baş Məclisinin 11 dekabr 1946-cı il tarixli 96 (1) saylı qətnaməsində genosidin beynəlxalq hüquq normalarını pozan, BMT-nin ruhuna və məqsədlərinə zidd cinayət olduğu elan edilir.

Genosid cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (İİİ) saylı qətnaməsi ilə qəbul edilmiş Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyanın preambulasında qeyd olunduğu kimi, genosidin bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu mənfur bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu Konvensiya qəbul olunmuşdur. Konvensiyaya görə genosid hər-hansı milli, etnik, irqi, yaxud dini qrupu tamya qismən məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlərdir: bu cür qrup üzvlərinin öldürülməsi; belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq

yetirilməsi; hər-hansı qrup üçün qəsdən onun tam, yaxud bir qisminin fiziki məhvini nəzərdə tutan tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Analoji müddəa Yuqoslaviya beynəlxalq cinayət tribunalının nizamnaməsində (4-cü maddə), Ruanda beynəlxalq cinayət tribunalının nizamnaməsində (3-cü maddə), Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (6-cı maddə) və bəzi dövlətlərin cinayət qanunvericiliyində əks olunmuşdur. Belə bir müddəa Azərbaycanın daxili qanunvericiliyində də təsbit olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, hər-hansı milli, etnik, irqiya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır.

Beynəlxalq qanunvericiliyin bu müddəaları ermənilər tərəfindən Xocalıda törədilmiş əməllərdə niyyət, əvvəlcədən düşünülmüş qaydada (yaxınlıqdakı kəndlərdə, qaçmaq istəyən əhalini məhv etmək məqsədilə əvvəlcədən pusquların qurulması da bunu sübut edir) məhz azərbaycanlı olduqlarına görə milli qrupu tamya qismən məhv etmək məqsədilə bu qrup üzvlərinin öldürülməsini məhs soyqırımı cinayəti kimi tövsif edir.

Yüzlərlə azərbaycanlının ermənilər tərəfindən girov götürülməsi, uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi, xüsusi amansızlıqla öldürülməsi genosid cinayətinin əlamətlərindəndir. Bütün bunlar isə ermənilərin genosid cinayəti  törətmələrini bir daha sübut edir.

Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya iştirakçı dövlətləri sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edironun qarşısını almaqonun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər.

Genosid cinayətinə görə məsuliyyət universal olduğundan bununla bağlı digər dövlətlər də müvafiq tədbirlər görə bilərlər. Belə ki, Konvensiyanın əsasında duran prinsiplər, BMT Beynəlxalq Məhkəməsi tərəfindən bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanınmışdır. Konvensiyada qeyd edilir ki, genosidi həyata keçirmiş şəxslər konstitusiyaya görə məsul şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar.

Genosid törətmiş şəxslərin cəzalandırılması labüddür. Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı-dövlətlər genosid cinayəti törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, 26 noyabr 1968-ci il tarixli, Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq genosid cinayəti törətmiş məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb olunsunlar.

Burada BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxtharada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətləri törətdikləri barəsində dəlillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məsuliyyətə cəlb olunmalı və müqəssir sayıldıqda, cəzalandırılmalıdırlar.

Genosid cinayəti törətməkdə təqsirli bilinən şəxslərin ekstradisiyasına gəlincə isə, Konvensiyaya əsasən müqəssirlərin təhvil verilməsinə münasibətdə genosid siyasi cinayət sayılmır. Deməli, genosid cinayəti törətmiş şəxslərə sığınacaq hüququ şamil edilmir.

Bir məqamı da vurğulamaq lazımdır ki, genosid cinayətinə görə məsuliyyətin meydana çıxması üçün bütövlükdə müəyyən qrupun məhv edilməsindən ibarət son nəticə tələb olunmur. Yuxarıda qeyd etdiyimiz genosid cinayətinin tərkibini təşkil edən əməllərdən birininya bir neçəsinin müəyyən qrupu tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi genosid kimi qiymətləndirilir.

Krua l’Eveneman”, “Valer aktuel” (Paris) jurnalları, “Sandi Tayms”, “Faynenşl Tayms”, “Tayms” (London), “Le Mond” (Paris), “İzvestiya” (Moskva) qəzetləri  başqa mətbu orqanların “Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”, “Minlərlə vəhçicəsinə öldürülənlər və başsız meyitlər var”, “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”, “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər”, “Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü” başlıqlı yazılar insanlıq əleyhinə qəddar və düşünülmüş soyırım aktını bir daha sübut edir.

Uzun sürən sülh danışıqları, nüfuzlu beynəlxalq təşkilatların BMT, Avropa Şurası, ATƏT-in Minsk qrupu və digər qurumların səyləri, problemin həllində vasitəçilik missiyası heç bir nəticə vermir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874, 884 saylı qətnamələri, habelə Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan işğal olunmuş Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların dayandırılması, atəşkəsin təmin olunması, həmçinin bütün işğalçı erməni qüvvələrinin Azərbaycan torpaqlarından şərtsiz çıxarılmasını nəzərdə tutan BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsi, Avropa Şurası, ATƏT tərəfindən qəbul edilmiş beynəlxalq hüquqi sənədlər hələ də icra olunmur.

Avropa Şurası Parlament Assambleyasının 2005-ci il tarixli 1416 saylı Qətnaməsi və 1690 saylı tövsiyəsi də Dağlıq Qarabağ bölgəsinin separatçı qüvvələr tərəfindən idarə edilməsini və Azərbaycan torpaqlarının erməni qüvvələri tərəfindən işğalını bir daha təsdiqləmiş, BMT Təhlükəsizlik Şurasının yuxarıda adı çəkilən Qətnamələrinin icrasının vacibliyini vurğulamışdır.

Lakin Ermənistan Beynəlxalq Konvensiyaların müddəalarını, o cümlədən, üzv dövlət olaraq BMT Nizamanməsinin sülh, təhlükəsizlik və insan hüquqlarını nəzərdə tutan əsas prinsiplərinə: güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi, dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi, dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi, xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi, dövlətlərin suveren bərabərliyi prinsipi, dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi, sərhədlərin toxunulmamazlığı prinsipi, dövlətlərin ərazi bütövlüyü prinsipi, əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinə qarşı tərəf hələ də əməl etmirdünya birliyi buna göz yumur.

BMT Baş Assambleyasının 39/11 saylı 12 noyabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilən Bəyannamədə də sülh hüququna xüsusi status verilərək bu hüquq heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilməsinə baxmayaraq, havadarlarına arxalanan Ermənistan davamlı olaraq beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini pozur, qeyri-konstruktiv mövqe nümayiş etdirir, bu gün də Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürüdülür, atəşkəs rejimi mütəmadi olaraq pozulur, bunun da nəticəsində azərbaycanlı hərbi qulluqçular və sərhədyanı bölgədə yaşayan mülki vətəndaşlar həlak olur, işğal altında olan torpaqlarımızda mövcud zəngin təbii sərvətlər, mədəni irsimiz mənimsənilir, meşə zolaqları yandırılır, nadir tarixidini abidələrimiz amansızcasına dağıdılır. Bununla da əsas insan hüquq və azadlıqları, xüsusən də yaşamaq hüququ, o cümlədən də fundamental kollektiv hüquqlardan olan sülh hüququinkişaf hüququ davamlı olaraq kütləvi və kobud şəkildə pozulur.

Ermənistan tərəfi bu işğalçılıq siyasətini pərdələmək məqsədilə “xalqların öz müqəddaratını təyin etmək hüququnu məntiqsiz şəkildə önə çəkir. Belə ki, xalqların öz müqəddaratını təyin etmək hüququ hər bir millətin onun iqtisadi, sosial, siyasi, mədəni baxımdan tam inkişafını təmin edə biləcək sabit bir şəraitdə yaşamaq hüququna malik olması başa düşülür və xalqın bir hissəsinə şamil oluna bilməz. Öz müqəddəratını təyin etmək hüququ BMT nizamnaməsinin 2.1 və 55-ci maddələrində öz əksini tapmaqla dövlətləri öz müqəddaratını müəyyən etmək hüququna hörmətlə yanaşmağa dəvət edərək bu hüququn realizəsini diskriminasiyaya yol vermədən insan hüquq və azadlıqlarına hörməti mümkün edən sabit şəraitin mövcudluğu ilə xarakterizə edir. Helsinki Yekun Aktında (1975) öz müqəddəratını təyin etmə ayrılma kimi deyil, xalqların bərabərliyinə, dövlətlərin ərazi bütövlüyünə hörmət məzmununda və demokratik dövlət formasında insan hüquqlarına nail olmaq kimi başa düşülür.

1990-cı il 21 noyabr tarixində Parisdə ATƏT çərçivəsində qəbul edilmiş yekun sənəddə millətlərin öz müqəddəratını həll etmək hüququ nəzərdən keçirilərək BMT nizamnaməsinə və orada təsbit edilmiş prinsiplərə, xüsusilə ərazi toxunulmazlığı prinsipinə uyğun şəkildə bir daha təsdiq edilib. Millətlərin öz müqəddəratını təyin etməsi hüququ bir çox beynəlxalq hüquqi sənədlərdə təsbit edildiyi halda, ayrılma hüququ beynəlxalq hüquqa əsasən, ümumiyyətlə,  hüquq kimi müəyyən edilməyib.

Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət - genosid kimi qiymətləndirilməlidir və beynəlxalq hüquqa əsasən genosid törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı genosid törətmiş (istər cinayətin bilavasitə icraçıları, istərsə də təşkilatçıları) erməni və onların havadarları olan şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın dövlət başçısı və ya vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli, ya səlahiyyətli dövlətdaxili məhkəmədə, yaxud da beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünya boyu gerçəkləşdirdiyi “Xocalıya ədalət!” kampaniyası bu gün Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaq məqəsdilə Avropa, Asiya, Afrka, Şimali və Cənubi Amerika ölkələri tərəfindən Xocalı soyqırımının tanınmasına xidmət edir.

Kampaniya çərçivəsində beynəlxalq təşkilatlar və 50-dən artıq müxtəlif ölkələrin parlamentlərində Xocalı soyqırımı ilə bağlı sənədlərin qəbuluna nail olunması Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, BosniyaHerseqovina, Rumıniya, Çexiyaİordaniya parlamentlərinin Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıdılmasına imkan vermişdir.

ABŞ-nın Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko,  Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, West Virginia, Konnektikut Florida kimi ştatları Xocalı soyqırımını rəsmən tanımış və böyük zəhmət tələb edən bu şərəfli nəticəsində ölkələrin sayı artmaqdadır.

Xocalı soyqırımının tanınması ilə yanaşı, artıq bu qətliamları törədənlərin cəzalandırılması tələb olunur. Bu məqsədə əsas zərurətlərdən biri BMT Təhlükəsizlik Şurasına müraciət etməklə Beynəlxalq tribunalın yaradılması, eləcə də mövcud beynəlxalq məhkəmələr çərçivəsində cəzalandırılmasının vacibliyidir.

Bu gün Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq  rəmzinə çevrilmişdir. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırımı və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Ölkə prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, “Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasihüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Öz siyasiregional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə daha da böyük təzyiq göstərməliyik”.

Ölkə Prezidenti tərəfindən müəyyən edilmiş bu mühüm istiqamətlər hər birimizdən daha güclü dəstək və əzm tələb edir. Təhsilimizdə, yaşadığımız ərazidə, işlədiyimiz müəssisələrdə, əməli fəaliyyətimizdə buna nail olmalıyıq.

Ölkəmizə qarşı təcavüz siyasətinin tarixini, deportasiya, repressiya, soyqırımı və terroru işıqlandıran, xalqımızın başına gətirilmiş dəhşətləri əks etdirən Memorial Soyqırımı muzeyi, Xocalı Abidə Kompleksi, Quba “Soyqırımı Memorial Kompleksiyaşanan faciəli tarix, şəhidlərin ruhu, insanlıq və ədalət naminə uşaq və gəncləri, qadınları, yaşından asılı olmayaraq, hər birimizi mübarizliyə səsləyir.

Biz bir daha bəyan edirik ki, Xocalı faciəsi beynəlxalq hüquq normalarına əsasən soyqırımıdır. Ermənistan təcavüzlə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qaytarılmalıdır.

Beynəlxalq təşkilatlara, xarici ölkələrin diaspordiplomatik nümayəndəliklərinə milyonlarla azərbaycanlının hisslərini ifadə edərək ünvanladığımız bəyanatla da Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 22-ci ildönümü ərəfəsində dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə müraciət edir və əminik ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə dünya birliyi ədalətli dəstəyini əsirgəməyəcək.

 

prof. Elmira Süleymanova,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).

 Respublika.-2014.-26 fevral.-S.6.