Xocalı faciəsi insanlığa qarşı cinayət, soyqırımdır

 

Bu soyqırımı törədənlər Azərbaycan xalqı, dünya xalqları bəşəriyyət qarşısında beynəlxalq məhkəmədə cavab verəcəklər

 

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Dəfələrlə tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişbütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bu hadisələrin şahidi kimi deyə bilərəm ki, ulu öndər Heydər Əliyev ermənilərin planlaşdırdığı tədbirlərin qarşısını almasaydı faciələr ermənilər tərəfındən Gürcüstanda yaşayan soydaşlarımızın da başına gətirilə bilərdi.

Xocalı soyqırımı Azərbaycan və dünya tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, NaqasakiSonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.

7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Ermənilərin Xocalıya əsas  maraqlarından biri də Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Əhalisi əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olan bu yaşayış məskəninin mərkəzi sayılan Xocalı şəhərində toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb fəaliyyət göstərirdi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 ahısqa türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalmışdır. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplar, tanklar, “Alazantipli zenit qurğularının atəşi ilə müşayiət olunurdu. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu.  Tezliklə aydın oldu ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş onlar gülləbarana tutulmuşdular. Qarlı aşırımlarda meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin

komandası altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy Tsayeviç alayda xidmət edən 50-dən artıq erməni zabit praporşik iştirak etmişdir.

Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca  olmaqla — 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Dövlətin əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlərin olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdidüzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının digər orqanlarının kəsilməsi, gözlərin çıxarılması, çoxsaylı bıçaq güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişlər. Onların başının dərisini soymuş, başlarını bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışlar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrini, Silahlı dəstlərin hərəkətləri, Fövqəladə vəziyyətlərdə hərbi münaqişələr zamanı qadınların uşaqların müdafiəsi Bəyannaməsini, Vətəndaş siyasi hüquqlar barədə Beynəlxaq Sazişi pozduğunu, müharibə qaydalarına zidd olduğunu dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Bu hadisə Azərbaycanda qardaş TürkiyədəXocalı qətliamı”, “Xocalı soyqırımıkimi anılır. Ermənistanda isə bu əməliyyatXocalı döyüşü”, “Xocalı hadisəsiterminləri ilə ifadə olunur. Qərb dünya mətbuatıXocalı qətliamı” (ing. Khojaly Massacre”, fr. “Massacre de Khodjaly”) terminindən istifadə etməyə üstünlük verir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı digər ölkələrin vətəndaşı olan jurnalist publisistləri dəhşətə gətirmişdir.

Ulu öndər Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman imzalamışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 26 fevralXocalı soyqırımı milli matəm günüelan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-cı ildəXocalı soyqırımı qurbanlarının xatirəsınə sükut dəqiqəsi elan edilməsi haqqındaAzərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısıXocalı Soyqırımıilə əlaqədar xalqa müraciət edir.

2010-cu il fevralın 25-də ABŞ-ın Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci ildə ABŞ-ın Texas, Nyu-Cersi ştatları Xocalı soyqırımını rəsmən tanımışdır. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb. Həmin ilin 28 fevral tarixində ABŞ-ın Corciya, 23 mart tarixində Men ştatı, 24 aprel tarixində Kolumbiya parlamenti, 2013-cü ilin 28 yanvar tarixində ABŞ-ın Nyu-Meksiko, 8 fevral tarixində Arkanzas ştatı, 19 fevral tarixində Çexiya parlamenti, 26 fevral tarixində Bosniya Herseqovina parlamenti, 25 fevral tarixində ABŞ-ın Missisipi, 4 mart tarixində Oklahoma ştatı, 18 mart tarixində ABŞ-ın Tennessi, 18 mart tarixində Pensilvaniya, 3 aprel tarixində West Virginia Connecticut, 21 avqust tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.

Respublika Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirmişdir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliymiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə — Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının üzü ifşa olunurdünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli aparılır. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan, fransız, alman, ərəb, ingilisrus dillərində hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları təşkilatın təşəbbüsü ilə xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilmişdır. Zəngin faktlar və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət — Qarabağa azadlıq” kampaniyasının gördüyü işlər də təqdirəlayiq olmaqla, bu faciənin dünya ictimaiyyətinə çatdırılması baxımdan öz miqyası və əhəmiyyəti ilə seçilir. Bu istiqamətdə  “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalıda törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsi üçün səmərəli təşviqat aparılır, hər il fevralın 26-da dünyanın onlarca ölkəsində sərgilər, konfranslardinc aksiyalar təşkil olunur.

1992-ci ildə mən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında müəllim işləyirdim. Mənim dostum, o vaxtkı “Kommunist” jurnalının müxbiri Rövşən Ağayev ilə birlikdə qərara gəldik, məlumatların az olmasına baxmayaraq toplayıb ABŞ-da yaşayan həmfikirimiz Rufa Əzizovaya göndərdik və ABŞ-da yayılmasını dəstəklədik. Bu işi daim sonrakı illərdə də davam etdirmiş və məlumatların yayılmasına çalışmışam. Məlumatların bu və digər formada yayılmasına hər bir vətən övladı dəstək verməlidir. Bunun üçün Azərbaycan Respublikasının atdığı addımlar, həyata keçirdiyi tədbirlər ilə yanaşı, hər bir Azərbaycan vətəndaşının fəal iştirakı zəruridir. Bu hər birimizin borcudur.

Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Allah Xocalı soyqırımının qurbanlarına rəhmət eləsin!

 

Aslan ASLANOV,

YAP Siyasi Şurasının üzvü.

Respublika.-2014.-26 fevral.-S.-10.