Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar xarici ölkələrdə də anma mərasimləri keçirilmişdir

 

Fransa

Paris, 26 fevral (AzərTAc). Fevralın 25-də Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş  tədbir keçirilmişdir.

Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Xocalı faciəsinin XX əsr tarixinin ən ağrılı və qanlı səhifələrindən birini təşkil etdiyini, Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində silah gücünə doğma torpaqlarından zorla çıxarılan bir milyondan artıq azərbaycanlının öz  vətənlərində qaçqın və məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırmışdır.

Xocalı soyqırımından 22 il keçməsinə baxmayaraq, onun bütün dünyada yaşayan azərbaycanlıların xatirəsində əbədi iz qoyduğunu vurğulayan səfir bu faciəni bəşəriyyətə qarşı nifrət oyadan cinayət kimi dəyərləndirmiş, Xocalıda insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildiyini bildirmişdir.

Diplomat demişdir ki, Xocalı soyqırımı bundan əvvəl baş vermiş cinayətlərdən daha dəhşətlisidir. Faciə qurbanları və onların ailə üzvləri beynəlxalq təşkilatlardan soyqırımına ədalətli qiymət verilməsini gözləyirlər.

Xocalı soyqırımının beynəlxalq təşkilatlar tərəfindən tanınmasının vacibliyini vurğulayan səfir Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın bütün ölkələrində müxtəlif tədbirlərin keçirildiyini və faciə qurbanlarının xatirəsinin yad edildiyini bildirmişdir.

E.Əmirbəyov bu cinayəti törədənlərin bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminliyini ifadə etmişdir.

Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənmişdir.

Tədbirdə fransız ictimaiyyətinin nümayəndələri,  Azərbaycanın  UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələr iştirak etmişlər.

İspaniya

Madrid, 26 fevral (AzərTAc). Fevralın 26-da Madriddə Xocalı soyqırımının 22-ci ildönümü anılmışdır. İspaniyada yaşayan azərbaycanlıların təşəbbüsü və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir Ermənistanın Madriddəki səfirliyinin binası önündə baş tutmuşdur. Qeyd olunmalıdır ki, bu formatda aksiya İspaniyada ilk dəfə keçirilir.

Aksiyanın keçirilməsi üçün rəsmi orqanlardan hökumətindən razılıq alınmışdır.

İspaniyanın müxtəlif şəhərlərində yaşayan və təhsil alan azərbaycanlılar torpaqlarımızın işğaldan azad olunması tələbi ilə Ermənistanın  səfirliyinə, İspaniya Senatına və Konqresə ünvanlanmış məktub hazırlamışlar.

Aksiya iştirakçıları üstündə “Justice for Khojaly” və “Karabakh belongs to Azerbaijan” yazılan köynəklər geyinərək, ictimaiyyət arasında Xocalı faciəsini əks etdirən bukletləri paylamış, Qarabağın tarixi, Xocalıda ermənilərin törətdiyi vəhşiliklər barədə məlumatlar yaymışlar. İspaningilis dillərində şüarlar və çağırışlar səslənmişdir.

Bolqarıstan

Sofiya, 26 fevral (AzərTAc). Azərbaycanın Bolqarıstandakı səfirliyində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Tədbirdə Bolqarıstan ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar və diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov mərasimdə çıxış edərək Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. Bu faciəyə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra hüquqi-siyasi qiymət verildiyi diqqətə çatdırılmışdır. Səfir Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olduğunu vurğulamışdır.

Səfirlik tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış pres-relizlər Bolqarıstanın dövlət və özəl qurumlarına, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə göndərilmişdir.

Xorvatiya

Buxarest, 26 fevral (AzərTAc). Fevralın 26-da Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyi tərəfindən XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma tədbiri keçirilmişdir.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, soyqırımının bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı ən qatı cinayət olduğunu bildirmişdir.

Səfirlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə dair xorvat dilində nəşr edilmiş kitab ölkə ictimaiyyətinə, yerli kitabxana və universitetlərə paylanılmışdır. Münaqişəyə dair Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının  əsas qətnamələrini və Azərbaycanın BMT-də yaydığı sənədləri əhatə edən kitabın bir fəsli Xocalı faciəsinə həsr olunmuşdur.

Tədbirdə Xocalı soyqırımı haqqında xorvatingilis dillərində mətbuat məlumatları da yayılmışdır.

 İran

Bakı, 26 fevral (AzərTAc). Azərbaycan Respublikasının İrandakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Səfirlikdən verilən məlumata görə, İran rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, Tehrandakı diplomatik korpusun təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, Tehran, Qəzvin və Məşhəddə təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirakı ilə keçirilmiş tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ruhlarına dualar oxunmuş, “Qarabağın son azanı” səsləndirilmişdir.

Mərasimdə çıxış edən səfir Cavanşir Axundov iştirakçılara Xocalı faciəsinin dəhşətləri və “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının məqsədi və bu kampaniya çərçivəsində görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, XX əsrin əvvəllərində - 1905-1907-ci,  1918-1920-ci  illərdə də Quba, Şamaxı, Gəncə, Zəngəzur, Naxçıvan və Azərbaycanın bir sıra digər bölgələrində erməni millətçiləri dinc müsəlman əhaliyə qarşı oxşar qətliamlar törətmişlər. Səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri Xocalı qətliamının İslam Əməkdaşlıq Təşkilatı, bu qurumun Parlament İttifaqı, habelə bir çox dövlətlərin parlamentləri tərəfindən soyqırımı aktı kimi tanındığını diqqətə çatdırmışdır. C.Axundov ümidvar olduğunu bildirmişdir ki, Xocalı soyqırımı haqqında məlumatlar bundan sonra da  İran xalqına çatdırılacaq və faciəyə bu ölkədə də siyasi-hüquqi qiymət veriləcəkdir.

Tehran Universitetində təhsil alan türkiyəli tələbə Sara Polad çıxış edərək nümayiş olunmuş sənədli filmdə gördüklərindən çox təsirləndiyini söyləmiş, erməni cinayətkarlarının layiqincə cəzalandırılacağına ümid etdiyini bildirmişdir. O, Pakistan, Çexiya, Kolumbiya, Peru, Meksika və digər ölkələrin parlamentlərinin Xocalıda baş verən hadisələrə hüquqi qiymət verərək, soyqırımı aktı kimi tanıdıqlarını xatırlatmışdır.

Tehran Universitetinin tədqiqatçısı Məhəmməd Rza Aftab çıxışında Xocalı  soyqırımının beynəlxalq hüquqi aspektlərdən təhlilini vermiş, bu faciəni törədənlərin cəzalandırılmalı olduğunu vurğulamışdır.   

İran Avrasiya Araşdırmalar İnstitutunun elmi işçisi İlyas Vahidi çıxışında Xocalı soyqırımının insanlığa qarşı bəşəri cinayət olduğunu vurğulamış, tədbirdə nümayiş etdirilmiş bu sənədli filmin İran telekanallarında yayımlanacağına ümidvar olduğunu söyləmişdir.

Azərbaycanın İrandakı səfirliyinin ikinci katibi Tariyel İsmayılov bildirmişdir ki, müsəlman dünyasının Xocalı soyqırımının tanınmasında, faciəyə siyasi-hüquqi qiymət verilməsində vahid, həmrəy mövqedən çıxış etməsi günün tələbidir.       

Qeyd edək ki, yerli mətbuat orqanlarının redaksiyalarına Xocalı faciəsi ilə bağlı Azərbaycan, farsingilis dillərində press-relizlər göndərilmişdir.

Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitablar, jurnallar, bukletlər paylanmışdır.

Meksika

Bakı, 26 fevral (AzərTAc). Meksikanın İberoamerikano Universitetinin beynəlxalq əlaqələr fakültəsinin Yaxın Şərq və Qafqaz araşdırmaları bölməsində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirmişlər ki, tədbirdə səfir İlqar Muxtarov Ermənistanın ölkəmizə qarşı təcavüzü, Xocalı faciəsinin acı nəticələrinə dair təqdimatla çıxış etmişdir.

Qeyd edilmişdir ki, Xocalı soyqırımı ermənilər tərəfindən 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı törədilmiş qeyri-insani cinayətlərdən biridir. İ.Muxtarov Azərbaycan ərazisinin işğalı tarixindən, Xocalı soyqırımı ilə bağlı dəhşətli faktlardan danışmışdır.

Səfir bildirmişdir ki, ermənilər “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə keçmiş SSRİ rəhbərliyinin dəstəyi əsasında 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüşbunun nəticəsi olaraq Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı nəticəsində 613 nəfərin həyatına son qoyulduğu, itkin düşmüş 155 nəfərin taleyinin isə indiyədək məlum olmadığı vurğulanmışdır.

Azərbaycanın işğal edilmiş ərazilərində xalqımızın mədəniyyət irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin, digər mədəni və tarixi abidələrin dağıdılması faktları tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Səfir təəssüflə vurğulamışdır ki, Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər indiyədək cəzasız qalırlar. O, beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınmasının zəruriliyini vurğulamışdır. Eyni zamanda, səfir İ.Muxtarov bildirmişdir ki, artıq bir neçə ölkənin parlamentlərində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edilmişdir. Diplomat Meksika Konqresində də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qətnamələrin qəbul edildiyini xatırlatmışdır.

Tədbirdə səfirlik tərəfindən ispan dilində hazırlanmış sənədli film nümayiş olunmuşdur.

Litva

Klaypeda, 26 fevral (AzərTAc). Fevralın 25-də Litvanın Klaypeda şəhərində “Azəris” Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Klaypeda şəhər qəzetinin media nümayəndəsi ilə yanaşı, Klaypeda Yəhudi Cəmiyyətinin sədri Feleks Puzimski, Klaypeda Dairəsi Müsəlman Təşkilatının rəhbəri Şamil Gumerov, tatar, Ukrayna, belarus cəmiyyətlərinin sədrləri İlfir Gibadullin, Leonid TregubNikolay Logvin və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirin aparıcısı  Rəna Məmmədova, “Azəris” Cəmiyyətinin sədri Əliağa Məmmədov Azərbaycan həqiqətlərinin Litvada yaşayan digər xalqların nümayəndələrinə daha ətraflı şəkildə çatdırmaq üçün səylərini bundan sonra da davam etdirəcəklərini  bildirmişlər.

Mərasimdə əslən Qarabağdan olan, Litvada təhsil alan Sevinc Məhərrəmova erməni cəlladlarının onun yaxınlarının və doğmalarının başına gətirdikləri faciələrdən söz açmışdır.

Sonra tədbir Xocalı həqiqətlərini əks etdirən videoçarxın nümayişi ilə davam etdirilmişdir.

Mərasimin sonunda ingilis, rus və Azərbaycan dilində Xocalı faciəsindən bəhs edən kitablardanbu soyqırımı zamanı lentə alınmış  şəkillərdən ibarət fotosərgi açılmışdır.

Tədbirin iştirakçılarına Azərbaycanın mətbəx  mədəniyyətini əks etdirən çay dəsgahı və matəm mərasiminin simvolu olan halva təqdim edilmişdir.

Hindistan

Bakı, 26 fevral (AzərTAc). Azərbaycanın Hindistanda, eyni zamanda Nepal, Şri Lanka, Maldiv, Banqladeş və Butandakı səfirliyi Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma mərasimi təşkil etmişdir.

Səfirlikdən bildirilmişdir ki, mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Hindistan-Azərbaycan hökumətlərarası birgə komissiyasının iclasında iştirak etmək üçün bu ölkədə səfərdə olan nümayəndə heyətini salamlayan səfir İbrahim Hacıyev Xocalı soyqırımının XX əsrin sonunda ermənilər tərəfindən insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu bildirmişdir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Xocalı soyqırımı haqqında məlumat verərək bildirmişdir ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla ümumilikdə 613 dinc sakin qətlə yetirilmiş, 1275 insan itkin düşmüşdür. Qeyd olunmuşdur ki,  Xocalı faciəsi bir sıra dövlətlər tərəfindən soyqırımı kimi tanınmışdır.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası və bu kampaniya çərçivəsində görülən işlər haqqında da məlumat verilmişdir.

Qırğızıstan

Bişkek, 26 fevral (AzərTAc). Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Milli Kitabxanasının akt zalında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirmişdir.

Mərasimdə Qırğızıstanın dövlət və hökumət strukturlarının təmsilçiləri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, hüquq müdafiə təşkilatlarının, beynəlxalq qurumların nümayəndələri, Azərbaycan diasporunun fəalları, ziyalılar və başqaları iştirak etmişlər.

Mərasimdən əvvəl Xocalı soyqırımını əks etdirən fotoşəkillər və kitablardan ibarət sərgi nümayiş olunmuş, iştirakçılara Xocalı faciəsi ilə bağlı məlumatlar toplusu təqdim edilmişdir.

Mərasimdə Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilmiş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan Xocalı şəhərinə ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdikləri bildirilmişdir. Qeyd edilmişdir ki, Xocalı soyqırımı XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixə düşmüşdür.

Səfir Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının, erməni vandalizminin mahiyyətini, ermənilərin üzünü açmağın vacibliyini vurğulamışdır. Diplomat bu vəhşiliklərin cavabsız qalmayacağını, Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində öz torpaqlarını işğaldan azad edəcəyini və işğalçıların layiqincə cavablarını alacaqlarını bildirmişdir.

Hidayət Orucov demişdir ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Xocalıda törədilən cinayətlərə siyasihüquqi qiymət verilmişdir.

Sonra Qırğız Respublikasının Prezident Aparatının şöbə müdiri xanım Mira Karıbayeva çıxış edərək Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsini pisləmişdir. M. Karıbayeva ölkələrimiz arasında olan sıx münasibətlərin bundan sonra da davam edəcəyini vurğulamış və bu sahədə Azərbaycanın Qırğızıstandakı  səfirliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir.

Türkiyənin Qırğızıstandakı səfiri Metin Kılıç, Qırğız-Türk “ManasUniversitetinin rektoru Səbahattin Balcı, Böyük Vətən Müharibəsi veteranı Əsəd Həsənov, “Saabat” Tədris Mərkəzinin direktoru Orhan İnandı, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, təhsil işçisi Alla Qurbanova və Qırğızıstan Diplomatik Akademiyanın tələbəsi Elvin Babayev Xocalı soyqırımı və erməni təcavüzü barədə fikirlərini bölüşmüşlər.

Bildirilmişdir ki, ermənilərin işğalçılıq siyasəti təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Onlar Xocalı soyqırımının Qırğızıstan ictimaiyyətinə daha geniş çatdırılmasının və Qırğızıstan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilməsinin vacibliyini vurğulamışlar.   

Özbəkistan

Daşkənd, 26 fevral (AzərTAc). Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Xocalı faciəsinə həsr olunmuş mərasim keçirmişdir.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, xarici ölkələrin Daşkənddəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişdir.

Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoymuşlar. Sonra AMM-in həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə güllərdən hazırlanmış kompozisiya nümayiş etdirilmiş, şamlar yandırılmışdır.

Səfir Hüseyn Quliyev Xocalı faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat vermiş, erməni silahlılarının keçmiş sovet ittifaqının 366-cı motoatıcı alayı ilə birgə bir gecənin içində Xocalı şəhərini yer üzündən sildiklərini bildirmişdir. Hərbi əməliyyat zamanı Xocalı sakinləri - qocalar, qadınlar, uşaqlar güllələnmiş, heç kimə aman verilməmişdir.

Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışmış, Xocalı soyqırımının tanınması istiqamətində görülən işləri diqqətə çatdırmışdır.

Diplomat vurğulamışdır ki, Xocalı faciəsini Pakistan, Meksika, Kolumbiya parlamentləri, Amerika Birləşmiş Ştatlarının 14 ştatının qanunverici orqanı tərəfindən tanınmışdır. Faciə ilə əlaqədar Rumıniya, Çexiya, Serbiya, Honduras, həmçinin BosniyaHerseroqovina parlamentləri qətnamə qəbul etmişlər.

Sonra Xocalı faciəsindən söz açan “Məhv edilmiş şəhər” sənədli və “Fəryad” bədii filmləri göstərilmişdir.

Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə göndərilmiş Xocalı soyqırımı mövzusunda fotoşəkillər və nəşrlər, xüsusi stend, həmçinin AMM-də fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərləri ilə tanış olmuşlar.

Qazaxıstan

Astana, 26 fevral (AzərTAc). Azərbaycanın Qazaxıstandakı səfirliyinin və Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzlər İttifaqının (QAMMİ) birgə təşkilatçılığı ilə Astanada Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirmişdir.

Tədbirdə Qazaxıstanın ictimai-siyasi xadimləri, Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşları, Qazaxıstan Xalqları Assambleyasının, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan diasporunun fəalları, jurnalistlər iştirak etmişlər.

Mərasim iştirakçıları Xocalı faciəsi ilə əlaqədar fotosərgiyə baxmışlar. Tədbir iştirakçılarına “Xocalı - XX əsrin dəhşətli cinayəti” adlı mətbuat məlumatı paylanılmışdır.

Mərasimdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin müşaviri Şahin Əhmədov çıxış edərək faciənin tarixindən, baş vermə səbəblərindən söhbət açmış, bir gecədə Xocalı sakinlərinin qəddarlıqla qətlə yetirildiyini bildirmişdir. Diplomat Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası və bu istiqamətdə dünya ölkələrində həyata keçirilən layihələr barədə geniş məlumat vermişdir. Ş.Əhmədov Xocalı soyqırımının günahkarlarının, təşkilatçılarının və icraçılarının layiqli cəzalarını alacaqlarını vurğulamış, şəhidlərin qanının yerdə qalmayacağını, onların əziz xatirəsinin həmişə yad ediləcəyini bildirmişdir.

QAMMİ-nin sədri Vidadi Salahov bildirmişdir ki, ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirmiş, meyitlərin üzərində xüsusi vəhşiliklər törətmiş, mindən çox Xocalı sakinini əsir götürmüş, səkkiz ailəni tamamilə məhv etmişlər. Beynəlxalq hüquq müdafiə təşkilatları və dünya mətbuatının nümayəndələri tərəfindən sənədləşdirilmiş, XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımına beynəlxalq səviyyədə hələ də siyasi qiymətin verilmədiyi təəssüf hissi ilə qeyd olunmuşdur.

Qazaxıstan “Nur Otan” partiyasının fəallarından Kazbek Kaskenov demişdir ki, işğalçı Ermənistanın terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Beynəlxalq hüquq normalarına, BMT və ATƏT-in prinsiplərinə görə dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyününsuverenliyin pozulması yolverilməzdir, heç bir cinayət cəzasız qalmadığı kimi, Azərbaycan xalqına qarşı olan bu cür əməlləri törədənlər də gec-tez öz layiqli cəzalarını almalıdırlar.

Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

 

Respublika.-2014.- 27 fevral.- S.5.